-
3:27
تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۖ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ ۖ وَتَرْزُقُ مَن تَشَاءُ بِغَيْرِ حِسَابٍтуулиджуль-лэйлə фиин-нəhəəри вəтуулиджун-нəhəəрō фииль-лэйль, вəтухриджуль-həййə минəль-мəййити вəтухриджуль-мəййитə минəль-həйй, вəтəрзуќу мəŋŋ-тəшəə`у биґōйри hисəəб
«Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən». -
3:28
لَّا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِن دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَن تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُлəə йəттəхыз̃иль-му`минуунəль-кəəфириинə əулийəə`ə миŋŋ-дууниль-му`миниин, вəмəй-йəф'əль з̃əəликə фəлэйсə минəл-лаhи фии шэй`ин ильлəə əŋŋ-тəттəќуу минhум туќōōh, вəйуhəз̃з̃ирукумул-лаhу нəфсəh, вə`илəл-лаhиль-мəсыыр
Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə – onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir. -
3:29
قُلْ إِن تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ ۗ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌќуль иŋŋ-тухфуу мəə фии судуурикум əу тубдууhу йə'лəмhул-лаh, вəйə'лəму мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, вəл-лаhу 'əлəə кулли шэй`ин ќōдиир
De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir». -
3:30
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِйəумə тəджиду куллю нəфсимм-мəə 'əмилəт мин хōйримм-муhдōрōу-вəмəə 'əмилəт миŋŋ-суу`ин тəвəдду лəу əннə бэйнəhəə вəбэйнəhу əмəдəмм-бə'иидə, вəйуhəз̃з̃ирукумул-лаhу нəфсəh, вəл-лаhу рō`ууфумм-би-ль-'ибəəд
Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir. -
3:31
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌќуль иŋŋ-куŋŋтум туhиббуунəл-лаhə фəəттəби'уунии йуhбибкумул-лаhу вəйəґфир лəкум з̃унуубəкум, вəл-лаhу ґōфуурур-рōhиим
De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır». -
3:32
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَќуль əтыы'уул-лаhə вəр-рōсууль, фə`иŋŋ-тəвəльлəу фə`иннəл-лаhə лəə йуhиббуль-кəəфириин
De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən, Allah kafirləri sevmir. -
3:33
۞ إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَиннəл-лаhə-стōфəə əəдəмə вəнууhəу-вə`əəлə ибрōōhиимə вə`əəлə 'имрōōнə 'əлəəль-'əəлəмиин
Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi. -
3:35
إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُиз̃ ќōōлəти-мрō`əту 'имрōōнə рōбби иннии нəз̃əрту лəкə мəə фии бəтнии муhəррōрōн фəтəќōббəль минний, иннəкə əŋŋтəс-сəмии'уль-'əлиим
(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi.) -
3:36
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِфəлəммəə вəдō'əтhəə ќōōлəт рōбби иннии вəдō'туhəə уŋŋc̃əə вəл-лаhу ə'лəму бимəə вəдō'əт вəлэйсəз̃-з̃əкəру кəəль`уŋŋc̃əə, вə`иннии сəммəйтуhəə мəрйəмə вə`иннии у'ииз̃уhəə бикə вəз̃урриййəтəhəə минəш-шэйтōōнир-рōджиим
Beləliklə, elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum». Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram». -
3:37
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَـٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍфəтəќōббəлəhəə рōббуhəə биќōбуулин həсəниу-вə`əмм-бəтəhəə нəбəəтəн həсəнəу-вəкəффəлəhəə зəкəриййəə, кульлəмəə дəхōлə 'əлэйhəə зəкəриййəəль-миhрōōбə вəджəдə 'иŋŋдəhəə ризќō, ќōōлə йəə мəрйəму əннəə лəки həəз̃əə, ќōōлəт hувə мин 'иŋŋдиль-лəh, иннəл-лаhə йəрзуќу мəй-йəшəə`у биґōйри hисəəб
Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir». -
3:38
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِhунəəликə дə'əə зəкəриййəə рōббəh, ќōōлə рōбби həб лии миль-лəдуŋŋкə з̃урриййəтəн тōййибəh, иннəкə сəмии'уд-ду'əə
Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: «Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən, Sən, duanı eşidənsən». -
3:39
فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَфəнəəдəтhуль-мəлəə`икəту вəhувə ќōō`имуй-йусōллии фииль-миhрōōби əннəл-лаhə йубəшширукə бийəhйəə мусōддиќōмм-бикəлимəтимм-минəл-лаhи вəсəййидəу-вəhəсуурōу-вəнəбиййəмм-минəс-сōōлиhиин
Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir». -
3:40
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُќōōлə рōбби əннəə йəкууну лии ґулəəмуу-вəќōд бəлəґōнийəль-кибəру вəəмрō`əтии 'əəќир, ќōōлə кəз̃əəликəл-лаhу йəф'əлю мəə йəшəə
(Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir». -
3:41
قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِќōōлə рōбби-дж'əл-лии əəйəh, ќōōлə əəйəтукə əльлəə тукəллимəн-нəəсə c̃əлəəc̃əтə əййəəмин ильлəə рōмзə, вəəз̃кур-рōббəкə кəc̃иирōу-вəсəббиh би-ль-'əшиййи вəəль`ибкəəр
Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir». Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!» -
3:42
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَвə`из̃ ќōōлəтиль-мəлəə`икəту йəə мəрйəму иннəл-лаhə-стōфəəки вəтōhhəрōки вəəстōфəəки 'əлəə нисəə`иль-'əəлəмиин
Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib. -
3:43
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَйəə мəрйəму-ќнутии лирōббики вəəсджудии вəəркə'ии мə'əр-рōōки'иин
«Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl). -
3:44
ذَٰلِكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَз̃əəликə мин əмм-бəə`иль-ґōйби нууhииhи илəйк, вəмəə куŋŋтə лəдəйhим из̃ йульќуунə əќлəəмəhум əййуhум йəкфулю мəрйəмə вəмəə куŋŋтə лəдəйhим из̃ йəхтəсымуун
Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin. -
3:45
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَиз̃ ќōōлəтиль-мəлəə`икəту йəə мəрйəму иннəл-лаhə йубəшшируки бикəлимəтимм-минhу-смуhуль-мəсииhу 'иисəə-бну мəрйəмə вəджииhəн фиид-дунйəə вəəль`əəхырōти вəминəль-муќōррōбиин
(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».