-
4:13
تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُтилькə hудуудул-лаh, вəмəй-йуты'иль-лəhə вəрōсуулəhу йудхыльhу джəннəəтин тəджрии миŋŋ-тəhтиhəəль-əнhəəру хōōлидиинə фииhəə, вəз̃əəликəль-фəузуль-'əз̃ыым
Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət! -
4:14
وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌвəмəй-йə'сыль-лəhə вəрōсуулəhу вəйəтə'əддə hудуудəhу йудхыльhу нəəрōн хōōлидəн фииhəə вəлəhу 'əз̃əəбумм-муhиин
Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır. -
4:15
وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِّنكُمْ ۖ فَإِن شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًاвəль-лəəтии йə`тиинəль-фəəhишəтə мин-нисəə`икум фəəстəшhидуу 'əлэйhиннə əрбə'əтəмм-миŋŋкум, фə`иŋŋ-шəhидуу фə`əмсикууhуннə фииль-буйуути həттəə йəтəвəффəəhуннəль-мəуту əу йəдж'əлəл-лаhу лəhуннə сəбиилə
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.) -
4:16
وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَّحِيمًاвəль-лəз̃əəни йə`тийəəниhəə миŋŋкум фə`əəз̃ууhумəə, фə`иŋŋ-тəəбəə вə`əслəhəə фə`ə'ридуу 'əнhумəə, иннəл-лаhə кəəнə тəувəəбəр-рōhиимə
(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən, Allah həmişə tövbələri qəbul edən və mehribandır. -
4:17
إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُولَـٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًاиннəмəəт-тəубəту 'əлəл-лаhи лильлəз̃иинə йə'мəлююнəс-суу`ə биджəhəəлəтин c̃уммə йəтуубуунə миŋŋ-ќōриибин фə`уулəə`икə йəтуубул-лаhу 'əлэйhим, вəкəəнəл-лаhу 'əлиимəн həкиимə
Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir. -
4:18
وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُولَـٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًاвəлэйсəтит-тəубəту лильлəз̃иинə йə'мəлююнəс-сəййи`əəти həттəə из̃əə həдōрō əhəдəhумуль-мəуту ќōōлə иннии тубтуль-əəнə вəлəəль-лəз̃иинə йəмуутуунə вəhум куффəəр, уулəə`икə ə'тəднəə лəhум 'əз̃əəбəн əлиимə
Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır. -
4:19
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا النِّسَاءَ كَرْهًا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ ۚ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًاйəə əййуhəəль-лəз̃иинə əəмəнуу лəə йəhиллю лəкум əŋŋ-тəриc̃уун-нисəə`ə кəрhə, вəлəə тə'дулююhуннə литəз̃həбуу бибə'ды мəə əəтəйтумууhуннə ильлəə əй-йə`тиинə бифəəhишəтимм-мубəййинəh, вə'əəширууhуннə би-ль-мə'рууф, фə`иŋŋ-кəриhтумууhуннə фə'əсəə əŋŋ-тəкрōhуу шэй`əу-вəйəдж'əлəл-лаhу фииhи хōйрōн кəc̃иирō
Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur. -
4:20
وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا ۚ أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُّبِينًاвə`ин əрōттуму-стибдəəлə зəуджимм-мəкəəнə зəуджиу-вə`əəтəйтум иhдəəhуннə ќиŋŋтōōрōн фəлəə тə`хуз̃уу минhу шэй`ə, əтə`хуз̃уунəhу буhтəəнəу-вə`иc̃мəмм-мубиинə
Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehrlərindən əl çəksinlər). -
4:21
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَاقًا غَلِيظًاвəкəйфə тə`хуз̃уунəhу вəќōд əфдōō бə'дукум илəə бə'дыу-вə`əхōз̃нə миŋŋкум-мииc̃əəќōн ґōлииз̃ō
Onu necə geri alırsınız halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar! -
4:22
وَلَا تَنكِحُوا مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًاвəлəə тəŋŋкиhуу мəə нəкəhə əəбəə`укум-минəн-нисəə`и ильлəə мəə ќōд сəлəф, иннəhу кəəнə фəəhишəтəу-вəмəќтəу-вəсəə`ə сəбиилə
Atalarınızın evlənmiş olduğu qadınlarla – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – evlənməyin. Həqiqətən də, bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur. -
4:23
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُم مِّنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُم مِّن نِّسَائِكُمُ اللَّاتِي دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَن تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًاhурримəт 'əлэйкум уммəhəəтукум вəбəнəəтукум вə`əхōвəəтукум вə'əммəəтукум вəхōōлəəтукум вəбəнəəтуль-əхы вəбəнəəтуль-ухти вə`уммəhəəтукумуль-лəəтии əрдō'нəкум вə`əхōвəəтукум-минəр-рōдōō'əти вə`уммəhəəту нисəə`икум вəрōбəə`ибукумуль-лəəтии фии hуджуурикум-мин-нисəə`икумуль-лəəтии дəхōльтумм-биhиннə фə`иль-лəм тəкуунуу дəхōльтумм-биhиннə фəлəə джунəəhə 'əлэйкум вəhəлəə`илю əбнəə`икумуль-лəз̃иинə мин əслəəбикум вə`əŋŋ-тəджмə'уу бэйнəль-ухтəйни ильлəə мəə ќōд сəлəф, иннəл-лаhə кəəнə ґōфуурōр-рōhиимə
(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın – yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları – əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur – eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – sizə əbədi haram olunmuşdur. Həqiqətən, Allah həmişə çox bağışlayan və mehribandır.