-
5:52
فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰ أَن تُصِيبَنَا دَائِرَةٌ ۚ فَعَسَى اللَّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُوا عَلَىٰ مَا أَسَرُّوا فِي أَنفُسِهِمْ نَادِمِينَфəтəрōōль-лəз̃иинə фии ќулююбиhим-мəрōдуй-йусəəри'уунə фииhим йəќуулююнə нəхшəə əŋŋ-тусыыбəнəə дəə`ирōh, фə'əсəл-лаhу əй-йə`тийə би-ль-фəтhи əу əмримм-мин 'иŋŋдиhи фəйусбиhуу 'əлəə мəə əсəрруу фии əŋŋфусиhим нəəдимиин
Beləliklə, qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar. -
5:53
وَيَقُولُ الَّذِينَ آمَنُوا أَهَـٰؤُلَاءِ الَّذِينَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُوا خَاسِرِينَвəйəќуулюль-лəз̃иинə əəмəнуу əhəə`улəə`иль-лəз̃иинə əќсəмуу биль-лəhи джəhдə əймəəниhим иннəhум лəмə'əкум, həбитōт ə'мəəлюhум фə`əсбəhуу хōōсириин
İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar. -
5:54
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌйəə əййуhəəль-лəз̃иинə əəмəнуу мəй-йəртəддə миŋŋкум 'əŋŋ-дииниhи фəсəуфə йə`тиил-лаhу биќōумий-йуhиббуhум вəйуhиббуунəhу əз̃ильлəтин 'əлəəль-му`миниинə ə'иззəтин 'əлəəль-кəəфириинə йуджəəhидуунə фии сəбиилиль-лəhи вəлəə йəхōōфуунə лəумəтə лəə`им, з̃əəликə фəдлюл-лаhи йу`тииhи мəй-йəшəə, вəл-лаhу вəəси'ун 'əлиим
Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir. -
5:55
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَиннəмəə вəлиййукумул-лаhу вəрōсуулюhу вəəльлəз̃иинə əəмəнууль-лəз̃иинə йуќиимуунəс-сōлəəтə вəйу`туунəз-зəкəəтə вəhум рōōки'уун
Həqiqətən, sizin başçınız və işlərinizin ağası yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır). -
5:56
وَمَن يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَвəмəй-йəтəвəльлəл-лаhə вəрōсуулəhу вəəльлəз̃иинə əəмəнуу фə`иннə hизбəл-лаhи hумуль-ґōōлибуун
Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir. -
5:57
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الَّذِينَ اتَّخَذُوا دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاءَ ۚ وَاتَّقُوا اللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَйəə əййуhəəль-лəз̃иинə əəмəнуу лəə тəттəхыз̃ууль-лəз̃иинə-ттəхōз̃уу диинəкум hузувəу-вəлə'ибəмм-минəль-лəз̃иинə уутууль-китəəбə миŋŋ-ќōбликум вəəлькуффəəрō əулийəə, вəəттəќуул-лаhə иŋŋ-куŋŋтум-му`миниин
Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun. -
5:58
وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَвə`из̃əə нəəдəйтум илəəс-сōлəəти-ттəхōз̃ууhəə hузувəу-вəлə'ибə, з̃əəликə би`əннəhум ќōумуль-лəə йə'ќилююн
(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar. -
5:59
قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَќуль йəə əhлəль-китəəби həль тəŋŋќимуунə миннəə ильлəə əн əəмəннəə биль-лəhи вəмəə уŋŋзилə илəйнəə вəмəə уŋŋзилə миŋŋ-ќōблю вə`əннə əкc̃əрōкум фəəсиќуун
De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyib tutursan».) -
5:60
قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ اللَّهِ ۚ مَن لَّعَنَهُ اللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ ۚ أُولَـٰئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَاءِ السَّبِيلِќуль həль унəбби`укумм-бишəрримм-миŋŋ-з̃əəликə мəc̃уубəтəн 'иŋŋдəл-лаh, мəль-лə'əнəhул-лаhу вəґōдыбə 'əлэйhи вəджə'əлə минhумуль-ќирōдəтə вəəльхōнəəзиирō вə'əбəдəт-тōōґуут, уулəə`икə шəррумм-мəкəəнəу-вə`əдōллю 'əŋŋ-сəвəə`ис-сəбииль
De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!» -
5:61
وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَد دَّخَلُوا بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا بِهِ ۚ وَاللَّهُ أَعْلَمُ بِمَا كَانُوا يَكْتُمُونَвə`из̃əə джəə`уукум ќōōлюю əəмəннəə вəќōд-дəхōлюю би-ль-куфри вəhум ќōд хōрōджуу биh, вəл-лаhу ə'лəму бимəə кəəнуу йəктумуун
Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz, (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir. -
5:62
وَتَرَىٰ كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الْإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَعْمَلُونَвəтəрōō кəc̃иирōмм-минhум йусəəри'уунə фииль-иc̃ми вəəль'удвəəни вə`əклиhимус-суhт, лəби`сə мəə кəəнуу йə'мəлююн
Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir! -
5:63
لَوْلَا يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ عَن قَوْلِهِمُ الْإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَصْنَعُونَлəулəə йəнhəəhумур-рōббəəниййуунə вəəль`əhбəəру 'əŋŋ-ќōулиhимуль-иc̃мə вə`əклиhимус-суhт, лəби`сə мəə кəəнуу йəснə'уун
Nə üçün (yəhudi və xaçpərəstlərin) ilahi alimlər(i) və dini bilik sahibləri onları günah danışıqdan və haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir! -
5:64
وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ كُلَّمَا أَوْقَدُوا نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ ۚ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا ۚ وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَвəќōōлəтиль-йəhууду йəдул-лаhи мəґлююлəh, ґульлəт əйдииhим вəлю'инуу бимəə ќōōлюю бəль йəдəəhу мəбсуутōтəəни йуŋŋфиќу кəйфə йəшəə, вəлəйəзиидəннə кəc̃иирōмм-минhум-мəə уŋŋзилə илəйкə мир-рōббикə туґйəəнəу-вəкуфрō, вə`əльќōйнəə бэйнəhумуль-'əдəəвəтə вəəльбəґдōō`ə илəə йəумиль-ќийəəмəh, кульлəмəə əуќōдуу нəəрōл-ли-ль-həрби əтфə`əhəл-лаh, вəйəс'əунə фииль-əрды фəсəəдə, вəл-лаhу лəə йуhиббуль-муфсидиин
Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir)». Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir. -
5:65
وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِвəлəу əннə əhлəль-китəəби əəмəнуу вəəттəќōу лəкəффəрнəə 'əнhум сəййи`əəтиhим вəлə`əдхōльнəəhум джəннəəтин-нə'иим
Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik. -
5:66
وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ ۖ وَكَثِيرٌ مِّنْهُمْ سَاءَ مَا يَعْمَلُونَвəлəу əннəhум əќōōмуут-тəурōōтə вəəль`иŋŋджиилə вəмəə уŋŋзилə илəйhим-мир-рōббиhим лə`əкəлюю миŋŋ-фəуќиhим вəмиŋŋ-тəhти əрджулиhим, минhум уммəтумм-муќтəсыдəh, вəкəc̃иирумм-минhум сəə`ə мəə йə'мəлююн
Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz, (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar). Onlardan mötədil və düz olan bir dəstə var. Çoxlarının gördüyü işlər pisdir. -
5:67
۞ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَйəə əййуhəəр-рōсуулю бəллиґ мəə уŋŋзилə илəйкə мир-рōббик, вə`иль-лəм тəф'əль фəмəə бəльлəґтə рисəəлəтəh, вəл-лаhу йə'сымукə минəн-нəəс, иннəл-лаhə лəə йəhдииль-ќōумəль-кəəфириин
Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz. -
5:68
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَќуль йəə əhлəль-китəəби лəстум 'əлəə шэй`ин həттəə туќиимуут-тəурōōтə вəəль`иŋŋджиилə вəмəə уŋŋзилə илəйкум-мир-рōббикум, вəлəйəзиидəннə кəc̃иирōмм-минhум-мəə уŋŋзилə илəйкə мир-рōббикə туґйəəнəу-вəкуфрō, фəлəə тə`сə 'əлəəль-ќōумиль-кəəфириин
De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz». Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə. -
5:69
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَиннəль-лəз̃иинə əəмəнуу вəəльлəз̃иинə həəдуу вəс-сōōби`уунə вəн-нəсōōрōō мəн əəмəнə биль-лəhи вəəльйəумиль-əəхыри вə'əмилə сōōлиhəн фəлəə хōуфун 'əлэйhим вəлəə hум йəhзəнуун
Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar. -
5:70
لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلًا ۖ كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَлəќōд əхōз̃нəə мииc̃əəќō бəнии исрōō`иилə вə`əрсəльнəə илəйhим русулə, кульлəмəə джəə`əhум рōсуулюмм-бимəə лəə тəhвəə əŋŋфусуhум фəрииќōн кəз̃з̃əбуу вəфəрииќōй-йəќтулююн
Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər. -
5:71
وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِّنْهُمْ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَвəhəсибуу əльлəə тəкуунə фитнəтун фə'əмуу вəсōммуу c̃уммə тəəбəл-лаhу 'əлэйhим c̃уммə 'əмуу вəсōммуу кəc̃иирумм-минhум, вəл-лаhу бəсыырумм-бимəə йə'мəлююн
Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir.