-
10:66
أَلَا إِنَّ لِلَّهِ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ شُرَكَاءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَəлəə иннə лильлəhи мəŋŋ-фиис-сəмəəвəəти вəмəŋŋ-фииль-əрд, вəмəə йəттəби'уль-лəз̃иинə йəд'уунə миŋŋ-дууниль-лəhи шурōкəə, ий-йəттəби'уунə ильлəəз̃-з̃ōннə вə`ин hум ильлəə йəхрусуун
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər. -
10:67
هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَhувəль-лəз̃ии джə'əлə лəкумуль-лэйлə литəскунуу фииhи вəн-нəhəəрō мубсырō, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йəсмə'уун
Gecəni sizin dincəlməyiniz üçün və gündüzü (işlə və çalışmaqla məşğul olmağınız üçün) aydınlıq edən Odur! Həqiqətən, bunda (bu yaradılış və idarəetmədə) eşidən bir dəstə üçün (Onun qüdrət, hikmət və rəhmətindən) nişanələr vardır. -
10:68
قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ هُوَ الْغَنِيُّ ۖ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَانٍ بِهَـٰذَا ۚ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَќōōлюю-ттəхōз̃əл-лаhу вəлəдə, субhəəнəh, hувəль-ґōнийй, лəhу мəə фиис-сəмəəвəəти вəмəə фииль-əрд, ин 'иŋŋдəкум-миŋŋ-сультōōнимм-биhəəз̃əə, əтəќуулююнə 'əлəл-лаhи мəə лəə тə'лəмуун
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?! -
10:70
مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُوا يَكْفُرُونَмəтəə'ун фиид-дунйəə c̃уммə илəйнəə мəрджи'уhум c̃уммə нуз̃ииќуhумуль-'əз̃əəбəш-шəдиидə бимəə кəəнуу йəкфуруун
(Onların bu iftiradan qazancları) dünyada bir az bəhrələnməkdir. Sonra isə onların qayıdışı Bizə tərəfdir. Onda onlara küfr etdikləri şeyin cəzası olaraq şiddətli əzab daddıracağıq. -
10:71
۞ وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنظِرُونِвəəтлю 'əлэйhим нəбə`ə нууhин из̃ ќōōлə лиќōумиhи йəə ќōуми иŋŋ-кəəнə кəбурō 'əлэйкум-мəќōōмии вəтəз̃киирии би`əəйəəтиль-лəhи фə'əлəл-лаhи тəвəккəльту фə`əджми'уу əмрōкум вəшурōкəə`əкум c̃уммə лəə йəкун əмрукум 'əлэйкум ґуммəтəн c̃уммə-ќдуу илəййə вəлəə туŋŋз̃ыруун
Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin». -
10:72
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَфə`иŋŋ-тəвəльлəйтум фəмəə сə`əльтукум-мин əджр, ин əджрийə ильлəə 'əлəл-лаh, вə`умирту əн əкуунə минəль-муслимиин
«Buna görə də əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir». -
10:73
فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلَائِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَфəкəз̃з̃əбууhу фəнəджджəйнəəhу вəмəмм-мə'əhу фииль-фульки вəджə'əльнəəhум хōлəə`ифə вə`əґрōќнəəль-лəз̃иинə кəз̃з̃əбуу би`əəйəəтинəə, фəəŋŋз̃ур кəйфə кəəнə 'əəќибəтуль-муŋŋз̃əриин
Beləliklə, onu təkzib etdilər. Biz də ona və gəmidə onunla birgə olanlara (o böyük tarixi tufandan) nicat verdik və onları (həlak olanların) canişinlər(i) etdik. Və Bizim ayə və nişanələrimizi təkzib edənləri suda batırdıq. Buna görə də qorxudulmuşların aqibətinin necə olduğuna bax! -
10:74
ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ الْمُعْتَدِينَc̃уммə бə'əc̃нəə мимм-бə'диhи русулəн илəə ќōумиhим фəджəə`ууhумм-би-ль-бэййинəəти фəмəə кəəнуу лийу`минуу бимəə кəз̃з̃əбуу биhи миŋŋ-ќōбль, кəз̃əəликə нəтбə'у 'əлəə ќулююбиль-му'тəдиин
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qələblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq. -
10:75
ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَىٰ وَهَارُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُّجْرِمِينَc̃уммə бə'əc̃нəə мимм-бə'диhим-муусəə вəhəəруунə илəə фир'əунə вəмəлə`иhи би`əəйəəтинəə фəəстəкбəруу вəкəəнуу ќōумəмм-муджримиин
Sonra, onların ardınca Musa və Harunu öz ayələrimiz (və doqquz dəlilimiz) ilə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar təkəbbür və itaətsizlik göstərdilər. Və onlar günahkar bir dəstə idilər. -
10:76
فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُوا إِنَّ هَـٰذَا لَسِحْرٌ مُّبِينٌфəлəммəə джəə`əhумуль-həќќу мин 'иŋŋдинəə ќōōлюю иннə həəз̃əə лəсиhрумм-мубиин
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur». -
10:77
قَالَ مُوسَىٰ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ ۖ أَسِحْرٌ هَـٰذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَќōōлə муусəə əтəќуулююнə ли-ль-həќќи лəммəə джəə`əкум, əсиhрун həəз̃əə вəлəə йуфлиhус-сəəhируун
Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadukərlər nicat tapmazlar! -
10:78
قَالُوا أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاءُ فِي الْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَќōōлюю əджи`тəнəə литəльфитəнəə 'əммəə вəджəднəə 'əлэйhи əəбəə`əнəə вəтəкуунə лəкумəəль-кибрийəə`у фииль-əрды вəмəə нəhну лəкумəə биму`миниин
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik». -
10:81
فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ السِّحْرُ ۖ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ ۖ إِنَّ اللَّهَ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَфəлəммəə əльќōу ќōōлə муусəə мəə джи`тумм-биhис-сиhр, иннəл-лаhə сəйубтылюh, иннəл-лаhə лəə йуслиhу 'əмəлəль-муфсидиин
Beləliklə, elə ki, atdılar (cadularını göstərdilər), Musa dedi: «Sizin (meydana) gətirdiyiniz şey sehrdir. Şübhəsiz, Allah tezliklə onu puça çıxaracaqdır. Həqiqətən, Allah fəsad törədənlərin işini qaydasına salmaz». -
10:83
فَمَا آمَنَ لِمُوسَىٰ إِلَّا ذُرِّيَّةٌ مِّن قَوْمِهِ عَلَىٰ خَوْفٍ مِّن فِرْعَوْنَ وَمَلَئِهِمْ أَن يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَфəмəə əəмəнə лимуусəə ильлəə з̃урриййəтумм-миŋŋ-ќōумиhи 'əлəə хōуфимм-миŋŋ-фир'əунə вəмəлə`иhим əй-йəфтинəhум, вə`иннə фир'əунə лə'əəлин фииль-əрды вə`иннəhу лəминəль-мусрифиин
Beləliklə, Musaya onun qövmünün Firon və qövmlərinin böyüklərinin onlara əzab verməsindən qorxan övladlarından (onun qövmünün zəif vəziyyətdə saxlanılan təbəqəsindən) başqa heç kəs iman gətirmədi. Və əlbəttə, (Firon özünü) yer üzündə olduqca uca tutardı və həddi aşanlardan idi (onun təkəbbürdə həddini aşmasının nümunəsi allahlıq iddiası etməsi, qətldə həddini aşmasının nümunəsi uşaqları öldürməsi və zülmdə həddini aşmasının nümunəsi insanlara müxtəlif işgəncələr verməsi idi). -
10:84
وَقَالَ مُوسَىٰ يَا قَوْمِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوا إِن كُنتُم مُّسْلِمِينَвəќōōлə муусəə йəə ќōуми иŋŋ-куŋŋтум əəмəŋŋтумм-биль-лəhи фə'əлэйhи тəвəккəлюю иŋŋ-куŋŋтум-муслимиин
Musa dedi: «Ey mənim qövmüm, əgər Allaha iman gətirmişsinizsə və Ona təslimsinizsə onda, yalnız Ona təvəkkül edin».