-
30:18
وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَвəлəhуль-həмду фиис-сəмəəвəəти вəəль`əрды вə'əшиййəу-вəhиинə туз̃hируун
Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla). -
30:19
يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَйухриджуль-həййə минəль-мəййити вəйухриджуль-мəййитə минəль-həййи вəйуhйииль-əрдō бə'дə мəутиhəə, вəкəз̃əəликə тухрōджуун
Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri) (soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) dirildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız. -
30:20
وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَا أَنتُم بَشَرٌ تَنتَشِرُونَвəмин əəйəəтиhи əн хōлəќōкум-миŋŋ-турōōбин c̃уммə из̃əə əŋŋтумм-бəшəрун тəŋŋтəшируун
(Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir. -
30:21
وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَвəмин əəйəəтиhи əн хōлəќō лəкум-мин əŋŋфусикум əзвəəджəл-литəскунуу илəйhəə вəджə'əлə бэйнəкум-мəвəддəтəу-вəрōhмəh, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йəтəфəккəруун
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır. -
30:22
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَвəмин əəйəəтиhи хōльќус-сəмəəвəəти вəəль`əрды вəəхтилəəфу əльсинəтикум вə`əльвəəникум, иннə фии з̃əəликə лə`əəйəəтил-ли-ль-'əəлимиин
Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır. -
30:23
وَمِنْ آيَاتِهِ مَنَامُكُم بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُم مِّن فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَвəмин əəйəəтиhи мəнəəмукумм-биль-лэйли вəн-нəhəəри вəəбтиґōō`укум-миŋŋ-фəдлиh, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йəсмə'уун
Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır. -
30:24
وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَвəмин əəйəəтиhи йуриикумуль-бəрќō хōуфəу-вəтōмə'əу-вəйунəззилю минəс-сəмəə`и мəə`əн фəйуhйии биhиль-əрдō бə'дə мəутиhəə, иннə фии з̃əəликə лə`əəйəəтил-лиќōумий-йə'ќилююн
(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır. -
30:25
وَمِنْ آيَاتِهِ أَن تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ الْأَرْضِ إِذَا أَنتُمْ تَخْرُجُونَвəмин əəйəəтиhи əŋŋ-тəќуумəс-сəмəə`у вəəль`əрду би`əмриh, c̃уммə из̃əə дə'əəкум дə'вəтəмм-минəль-əрды из̃əə əŋŋтум тəхруджуун
Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız. -
30:26
وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَّهُ قَانِتُونَвəлəhу мəŋŋ-фиис-сəмəəвəəти вəəль`əрд, куллюль-лəhу ќōōнитуун
Göylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər. -
30:27
وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُвəhувəль-лəз̃ии йəбдə`уль-хōльќō c̃уммə йу'иидуhу вəhувə əhвəну 'əлэйh, вəлəhуль-мəc̃əлюль-ə'лəə фиис-сəмəəвəəти вəəль`əрд, вəhувəль-'əзиизуль-həкиим
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir. -
30:28
ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَдōрōбə лəкум-мəc̃əлəмм-мин əŋŋфусикум, həль-лəкум-мимм-мəə мəлəкəт əймəəнукум-миŋŋ-шурōкəə`ə фии мəə рōзəќнəəкум фə`əŋŋтум фииhи сəвəə`ун тəхōōфуунəhум кəхыыфəтикум əŋŋфусəкум, кəз̃əəликə нуфəссылюль-əəйəəти лиќōумий-йə'ќилююн
(Allah) sizə özünüzdən bir məsəl çəkmişdir: «Sizin qullarınız içərisində sizə ruzi olaraq verdiyimiz (mal-dövlətə) şərik olanlar varmı ki, hamınız ondan (istifadə etməkdə) (ortaq) bərabər olasınız belə ki, onlar(ın haqqını tapdalamaq)dan özünüz kimi qul olmayanlardan qorxduğunuz kimi qorxasınız? (Baxmayaraq ki, qul heç öz sahibinin malına və mülkünə ortaq və şərik ola bilməz.) Beləcə (Öz tovhid) ayə(lərimiz)i ağılla düşünən bir qövm üçün bütün təfsilatı ilə bəyan edirik (ki, bilsinlər: müşriklərin məbudları rübubi məqamda deyildirlər, əksinə, Allahın mülküdürlər Onun şəriki deyillər). -
30:29
بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُم بِغَيْرِ عِلْمٍ ۖ فَمَن يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّاصِرِينَбəли-ттəбə'əль-лəз̃иинə з̃ōлəмуу əhвəə`əhумм-биґōйри 'ильм, фəмəй-йəhдии мəн əдōльлəл-лаh, вəмəə лəhум-мин-нəəсыриин
(Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sübutlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz. -
30:30
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَфə`əќим вəджhəкə лид-диини həниифə, фитрōтəл-лаhиль-лəтии фəтōрōн-нəəсə 'əлэйhəə, лəə тəбдиилə лихōльќиль-лəh, з̃əəликəд-диинуль-ќōййиму вəлəəкиннə əкc̃əрōн-нəəси лəə йə'лəмуун
(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir. -
30:33
وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَвə`из̃əə мəссəн-нəəсə дуррун дə'əу рōббəhум-муниибиинə илəйhи c̃уммə из̃əə əз̃əəќōhум-минhу рōhмəтəн из̃əə фəрииќумм-минhумм-бирōббиhим йушрикуун
İnsanlara bir çətinlik və ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar. -
30:35
أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَəм əŋŋзəльнəə 'əлэйhим сультōōнəн фəhувə йəтəкəльлəму бимəə кəəнуу биhи йушрикуун
Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik. -
30:36
وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَвə`из̃əə əз̃əќнəəн-нəəсə рōhмəтəн фəриhуу биhəə, вə`иŋŋ-тусыбhум сəййи`əтумм-бимəə ќōддəмəт əйдииhим из̃əə hум йəќнəтуун
İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mərhəmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.)