-
38:86
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَќуль мəə əс`əлюкум 'əлэйhи мин əджриу-вəмəə əнəə минəль-мутəкəллифиин
(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm. -
39:2
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَиннəə əŋŋзəльнəə илəйкəль-китəəбə би-ль-həќќи фəə'будиль-лəhə мухлисōль-лəhуд-диин
Həqiqətən, bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et. -
39:3
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌəлəə лильлəhид-диинуль-хōōлис, вəəльлəз̃иинə-ттəхōз̃уу миŋŋ-дууниhи əулийəə`ə мəə нə'будуhум ильлəə лийуќōррибуунəə илəл-лаhи зульфəə иннəл-лаhə йəhкуму бэйнəhум фии мəə hум фииhи йəхтəлифуун, иннəл-лаhə лəə йəhдии мəн hувə кəəз̃ибун кəффəəр
Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən, Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz. -
39:4
لَّوْ أَرَادَ اللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُлəу əрōōдəл-лаhу əй-йəттəхыз̃ə вəлəдəль-лəəстōфəə миммəə йəхлюќу мəə йəшəə, субhəəнəh, hувəл-лаhуль-вəəhидуль-ќōhhəəр
Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır. -
39:5
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُхōлəќōс-сəмəəвəəти вəəль`əрдō би-ль-həќќ, йукəувируль-лэйлə 'əлəəн-нəhəəри вəйукəувирун-нəhəəрō 'əлəəль-лэйль, вəсəххōрōш-шəмсə вəəльќōмəр, куллюй-йəджрии ли`əджəлимм-мусəммəн, əлəə hувəль-'əзиизуль-ґōффəəр
Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyirinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur! -
39:6
خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ ۚ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِّن بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَхōлəќōкум-мин-нəфсиу-вəəhидəтин c̃уммə джə'əлə минhəə зəуджəhəə вə`əŋŋзəлə лəкум-минəль-əн'əəми c̃əмəəнийəтə əзвəəдж, йəхлюќукум фии бутууни уммəhəəтикум хōльќōмм-мимм-бə'ди хōльќин фии з̃улюмəəтин c̃əлəəc̃, з̃əəликумул-лаhу рōббукум лəhуль-мульк, лəə илəəhə ильлəə hуу, фə`əннəə тусрōфуун
(Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun və keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq və bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti və hakimiyyəti Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə və hara döndərilirsiniz? -
39:7
إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِиŋŋ-тəкфуруу фə`иннəл-лаhə ґōниййун 'əŋŋкум, вəлəə йəрдōō ли'ибəəдиhиль-куфр, вə`иŋŋ-тəшкуруу йəрдōhу лəкум, вəлəə тəзиру вəəзирōтуу-визрō ухрōō, c̃уммə илəə рōббикум-мəрджи'укум фəйунəбби`укумм-бимəə куŋŋтум тə'мəлююн, иннəhу 'əлиимумм-биз̃əəтис-судуур
Əgər küfr etsəniz, şübhəsiz, Allah sizə möhtac deyil (və Ona ziyan vurmursunuz). (Lakin O,) bəndələri üçün küfrü bəyənmir. Əgər şükr etsəniz, sizin üçün onu bəyənir. Heç bir günahkar can başqasının günah yükünü götürməz. Sonra sizin hamınızın dönüşü Rəbbinizə tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Çünki o ürəklərdə olanı (zehni təsəvvürləri, təsdiqləri və ruhi sifətləri) bilir. -
39:8
۞ وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِвə`из̃əə мəссəль-иŋŋсəəнə дуррун дə'əə рōббəhу муниибəн илəйhи c̃уммə из̃əə хōувəлəhу ни'мəтəмм-минhу нəсийə мəə кəəнə йəд'уу илəйhи миŋŋ-ќōблю вəджə'əлə лильлəhи əŋŋдəəдəл-лийудыльлə 'əŋŋ-сəбиилиh, ќуль тəмəттə' бикуфрикə ќōлиилə, иннəкə мин əсhəəбин-нəəр
(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan». -
39:9
أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِəммəн hувə ќōōнитун əəнəə`əль-лэйли сəəджидəу-вəќōō`имəй-йəhз̃əруль-əəхырōтə вəйəрджуу рōhмəтə рōббиh, ќуль həль йəстəвииль-лəз̃иинə йə'лəмуунə вəəльлəз̃иинə лəə йə'лəмуун, иннəмəə йəтəз̃əккəру уулююль-əльбəəб
(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsil ağıl sahibləri ibrət götürərlər. -
39:10
قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَـٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍќуль йəə 'ибəəдиль-лəз̃иинə əəмəнуу-ттəќуу рōббəкум, лильлəз̃иинə əhсəнуу фии həəз̃иhид-дунйəə həсəнəh, вə`əрдул-лаhи вəəси'əh, иннəмəə йувəффəəс-сōōбируунə əджрōhумм-биґōйри hисəəб
(Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir».