-
2:74
ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَc̃уммə ќōсəт ќулююбукум-мимм-бə'ди з̃əəликə фəhийə кəəльhиджəəрōти əу əшəдду ќōсвəh, вə`иннə минəль-hиджəəрōти лəмəə йəтəфəджджəру минhуль-əнhəəр, вə`иннə минhəə лəмəə йəшшəќќōќу фəйəхруджу минhуль-мəə, вə`иннə минhəə лəмəə йəhбиту мин хōшйəтиль-лəh, вəмəл-лаhу биґōōфилин 'əммəə тə'мəлююн
Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır.) Allah sizin etdiklərinizdən xəbərsiz deyildir. -
2:75
۞ أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَəфəтəтмə'уунə əй-йу`минуу лəкум вəќōд кəəнə фəрииќумм-минhум йəсмə'уунə кəлəəмəл-лаhи c̃уммə йуhəррифуунəhу мимм-бə'ди мəə 'əќōлююhу вəhум йə'лəмуун
(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər. -
2:76
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَвə`из̃əə лəќууль-лəз̃иинə əəмəнуу ќōōлюю əəмəннəə вə`из̃əə хōлəə бə'дуhум илəə бə'дын ќōōлюю əтуhəддиc̃уунəhумм-бимəə фəтəhəл-лаhу 'əлэйкум лийуhəəджджуукумм-биhи 'иŋŋдə рōббикум, əфəлəə тə'ќилююн
İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər. -
2:78
وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَвəминhум уммиййуунə лəə йə'лəмуунəль-китəəбə ильлəə əмəəниййə вə`ин hум ильлəə йəз̃уннуун
Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər. -
2:79
فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـٰذَا مِنْ عِندِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُم مِّمَّا يَكْسِبُونَфəвəйлюл-лильлəз̃иинə йəктубуунəль-китəəбə би`əйдииhим c̃уммə йəќуулююнə həəз̃əə мин 'иŋŋдиль-лəhи лийəштəруу биhи c̃əмəнəн ќōлиилə, фəвəйлюль-лəhум-миммəə кəтəбəт əйдииhим вəвəйлюль-лəhум-миммəə йəксибуун
Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə! -
2:80
وَقَالُوا لَن تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَّعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِندَ اللَّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَвəќōōлюю лəŋŋ-тəмəссəнəəн-нəəру ильлəə əййəəмəмм-мə'дуудəh, ќуль əттəхōз̃тум 'иŋŋдəл-лаhи 'əhдəн фəлэй-йухлифəл-лаhу 'əhдəh, əм тəќуулююнə 'əлəл-лаhи мəə лəə тə'лəмуун
Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!» -
2:81
بَلَىٰ مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَбəлəə мəŋŋ-кəсəбə сəййи`əтəу-вə`əhəəтōт биhи хōтыы`əтуhу фə`уулəə`икə əсhəəбун-нəəр, hум фииhəə хōōлидуун
Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar. -
2:83
وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِّنكُمْ وَأَنتُم مُّعْرِضُونَвə`из̃ əхōз̃нəə мииc̃əəќō бəнии исрōō`иилə лəə тə'будуунə ильлəл-лаhə вəби-ль-вəəлидəйни иhсəəнəу-вəз̃ииль-ќурбəə вəəльйəтəəмəə вəəльмəсəəкиини вəќуулюю лин-нəəси hуснəу-вə`əќиимуус-сōлəəтə вə`əəтууз-зəкəəтə c̃уммə тəвəльлəйтум ильлəə ќōлиилəмм-миŋŋкум вə`əŋŋтум-му'ридуун
Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz. -
2:84
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَвə`из̃ əхōз̃нəə мииc̃əəќōкум лəə тəсфикуунə димəə`əкум вəлəə тухриджуунə əŋŋфусəкум-миŋŋ-дийəəрикум c̃уммə əќрōртум вə`əŋŋтум тəшhəдуун
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz. -
2:85
ثُمَّ أَنتُمْ هَـٰؤُلَاءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ ۚ فَمَا جَزَاءُ مَن يَفْعَلُ ذَٰلِكَ مِنكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَc̃уммə əŋŋтум həə`улəə`и тəќтулююнə əŋŋфусəкум вəтухриджуунə фəрииќōмм-миŋŋкум-миŋŋ-дийəəриhим тəз̃ōōhəруунə 'əлэйhимм-би-ль-иc̃ми вəəль'удвəəни вə`ий-йə`туукум усəəрōō туфəəдууhум вəhувə муhəррōмун 'əлэйкум ихрōōджуhум, əфəту`минуунə бибə'дыль-китəəби вəтəкфуруунə бибə'д, фəмəə джəзəə`у мəй-йəф'əлю з̃əəликə миŋŋкум ильлəə хызйун фииль-həйəəтид-дунйəə, вəйəумəль-ќийəəмəти йурōддуунə илəə əшəддиль-'əз̃əəб, вəмəл-лаhу биґōōфилин 'əммəə тə'мəлююн
(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir. -
2:86
أُولَـٰئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ ۖ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنصَرُونَуулəə`икəль-лəз̃иинə-штəрōвуль-həйəəтəд-дунйəə би-ль-əəхырōh, фəлəə йухōффəфу 'əнhумуль-'əз̃əəбу вəлəə hум йуŋŋсōруун
Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır. -
2:87
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ ۖ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ۗ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَвəлəќōд əəтəйнəə муусəəль-китəəбə вəќōффəйнəə мимм-бə'диhи бир-русуль, вə`əəтəйнəə 'иисəə-бнə мəрйəмəль-бэййинəəти вə`əййəднəəhу бирууhиль-ќудус, əфəкульлəмəə джəə`əкум рōсуулюмм-бимəə лəə тəhвəə əŋŋфусукуму-стəкбəртум фəфəрииќōн кəз̃з̃əбтум вəфəрииќōн тəќтулююн
Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?! -
2:88
وَقَالُوا قُلُوبُنَا غُلْفٌ ۚ بَل لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَّا يُؤْمِنُونَвəќōōлюю ќулююбунəə ґульф, бəль-лə'əнəhумул-лаhу бикуфриhим фəќōлиилəмм-мəə йу`минуун
Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər). -
2:89
وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِّنْ عِندِ اللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُوا مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُم مَّا عَرَفُوا كَفَرُوا بِهِ ۚ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَвəлəммəə джəə`əhум китəəбумм-мин 'иŋŋдиль-лəhи мусōддиќул-лимəə мə'əhум вəкəəнуу миŋŋ-ќōблю йəстəфтиhуунə 'əлəəль-лəз̃иинə кəфəруу фəлəммəə джəə`əhум-мəə 'əрōфуу кəфəруу биh, фəлə'нəтул-лаhи 'əлəəль-кəəфириин
Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə! -
2:90
بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُوا بِمَا أَنزَلَ اللَّهُ بَغْيًا أَن يُنَزِّلَ اللَّهُ مِن فَضْلِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ فَبَاءُوا بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌби`сəмəə-штəрōу биhи əŋŋфусəhум əй-йəкфуруу бимəə əŋŋзəлəл-лаhу бəґйəн əй-йунəззилəл-лаhу миŋŋ-фəдлиhи 'əлəə мəй-йəшəə`у мин 'ибəəдиh, фəбəə`уу биґōдōбин 'əлəə ґōдōб, вəли-ль-кəəфириинə 'əз̃əəбумм-муhиин
Özlərini satdıqları şey – Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq etdikləri üçün Onun nazil etdiyinə kafir olmaları – nə qədər də pis bir şeydir. Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır. -
2:91
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاءَ اللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَвə`из̃əə ќиилə лəhум əəминуу бимəə əŋŋзəлəл-лаhу ќōōлюю ну`мину бимəə уŋŋзилə 'əлэйнəə вəйəкфуруунə бимəə вəрōō`əhу вəhувəль-həќќу мусōддиќōл-лимəə мə'əhум, ќуль фəлимə тəќтулююнə əмм-бийəə`əл-лаhи миŋŋ-ќōблю иŋŋ-куŋŋтум-му`миниин
Onlara «Allahın nazil etdiyinə (Qurana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!» -
2:92
۞ وَلَقَدْ جَاءَكُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَвəлəќōд джəə`əкум-муусəə би-ль-бэййинəəти c̃уммə-ттəхōз̃тумуль-'иджлə мимм-бə'диhи вə`əŋŋтум з̃ōōлимуун
Həqiqətən, Musa sizə möcüzələr və açıq-aydın dəlillər gətirdi, lakin siz ondan (o, Tur dağına getdikdən) sonra (özünüzə və Allahın ayələrinə qarşı) zülm edərək buzova sitayiş etməyə başladınız. -
2:93
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُوا ۖ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِ إِيمَانُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَвə`из̃ əхōз̃нəə мииc̃əəќōкум вəрōфə'нəə фəуќōкумут-туурō хуз̃уу мəə əəтəйнəəкумм-биќуувəтиу-вəəсмə'уу, ќōōлюю сəми'нəə вə'əсōйнəə вə`ушрибуу фии ќулююбиhимуль-'иджлə бикуфриhим, ќуль би`сəмəə йə`мурукумм-биhи иимəəнукум иŋŋ-куŋŋтум-му`миниин
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınız üzərinə qaldırdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi ciddiyyətlə öyrənin, eşidin və qəbul edin». Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova pərəstiş etməyi, peyğəmbərləri öldürməyi və təkzib etməyi sizə imanınız əmr edirsə), onda imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!»