14. (Алиф, лам, ра)
  • 16:122

    وَآتَيْنَاهُ فِي الدُّنْيَا حَسَنَةً  ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

    вə`əəтəйнəəhу фиид-дунйəə həсəнəh, вə`иннəhу фииль-əəхырōти лəминəс-сōōлиhиин

    Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır.
  • 16:123

    ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا  ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

    c̃уммə əуhəйнəə илəйкə əни-ттəби' мильлəтə ибрōōhиимə həниифə, вəмəə кəəнə минəль-мушрикиин

    Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.
  • 16:124

    إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُوا فِيهِ  ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

    иннəмəə джу'илəс-сəбту 'əлəəль-лəз̃иинə-хтəлəфуу фииh, вə`иннə рōббəкə лəйəhкуму бэйнəhум йəумəль-ќийəəмəти фиимəə кəəнуу фииhи йəхтəлифуун

    Həqiqətən, şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.
  • 16:125

    ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ  ۖ وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ  ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ  ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

    уд'у илəə сəбиили рōббикə би-ль-hикмəти вəəльмəу'из̃ōтиль-həсəнəh, вəджəəдильhумм-бильлəтии hийə əhсəн, иннə рōббəкə hувə ə'лəму бимəŋŋ-дōльлə 'əŋŋ-сəбиилиh, вəhувə ə'лəму би-ль-муhтəдиин

    (İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
  • 16:126

    وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُم بِهِ  ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّابِرِينَ

    вə`ин 'əəќōбтум фə'əəќибуу бимиc̃ли мəə 'ууќибтумм-биh, вəлə`иŋŋ-сōбəртум лəhувə хōйрул-лис-сōōбириин

    Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
  • 16:127

    وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِاللَّهِ  ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

    вəəсбир вəмəə сōбрукə ильлəə биль-лəh, вəлəə тəhзəн 'əлэйhим вəлəə тəку фии дōйќимм-миммəə йəмкуруун

    (Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
  • 16:128

    إِنَّ اللَّهَ مَعَ الَّذِينَ اتَّقَوا وَّالَّذِينَ هُم مُّحْسِنُونَ

    иннəл-лаhə мə'əль-лəз̃иинə-ттəќōу-вəəльлəз̃иинə hум-муhсинуун

    Şübhəsiz, Allah təqvalı olanlarla və yaxşı işlər görən kəslərlədir.
Ayə əlfəcinə əlavə olundu
Ayə əlfəcindən silindi