Surə 111 · 5 ayə

surah111

Məsəd (Xurma lifləri)

Məkkə·5 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ وَتَبَّ١

Təbbət yəda əbi ləhəbin vətəbb

Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!

2Ayə 2

مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ٢

Ma əğna ənhu maluhu və ma kəsəb

Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.

3Ayə 3

سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ٣

Səyəsla narən zatə ləhəb

O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.

4Ayə 4

وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ٤

Vamrə`ətuhu həmmalətəl hətab

Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).

5Ayə 5

فِى جِيدِهَا حَبْلٌ مِّن مَّسَدِۭ٥

Fi cidiha həblun min mməsəd

Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)