Surə 76 · 31 ayə

surah076

İnsan (İnsan)

Mədinə·31 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَـٰنِ حِينٌ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْــًٔا مَّذْكُورًا١

Həl əta əlal insani hinun mminəd dəhri ləm yəkun şəy`ən mməzkurə

İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).

2Ayə 2

إِنَّا خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَـٰهُ سَمِيعَۢا بَصِيرًا٢

Inna xələqnal insanə min-nutfətin əmşacin nnəbtəlihi fəcə'əlnahu səmi'ən bəsirə

Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.

3Ayə 3

إِنَّا هَدَيْنَـٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا٣

Inna hədəynahus səbilə imma şakirən və`imma kəfurə

Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.

4Ayə 4

إِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَلَـٰسِلَاْ وَأَغْلَـٰلاً وَسَعِيرًا٤

Inna ə'tədna lilkafirinə səlasilə və`əğlalən vəsə'irə

Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.

5Ayə 5

إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا٥

Innəl əbrarə yəşrəbunə min kə`sin kanə mizacuha kafurə

Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.

6Ayə 6

عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا٦

Əynən yəşrəbu biha ibadu əllah yufəccirunəha təfcirə

(Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.

7Ayə 7

يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًا٧

Yufunə bin nəzri vəyəxafunə yəvmən kanə şərruhu mustətirə

Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.

8Ayə 8

وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا٨

Vəyut'imunət ta'amə əla hubbihi miskinən vəyətimən və`əsirə

Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.

9Ayə 9

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُورًا٩

Innəma nut'imukum livəchi-llahi la nuridu minkum cəza`ən və la şukurə

(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».

10Ayə 10

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا١٠

Inna nəxafu min rrəbbina yəvmən əbusən qəmtarirə

«Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».

11Ayə 11

فَوَقَـٰهُمُ ٱللَّهُ شَرَّ ذَٲلِكَ ٱلْيَوْمِ وَلَقَّـٰهُمْ نَضْرَةً وَسُرُورًا١١

Fəvəqahumu əllahu şərrə zalikəl yəvmi vələqqahum nəzrətən vəsururə

Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.

12Ayə 12

وَجَزَٮٰهُم بِمَا صَبَرُواْ جَنَّةً وَحَرِيرًا١٢

Vəcəzahum bima sabəru cənnətən vəhərirə

Və onları etdikləri səbr müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.

13Ayə 13

مُّتَّكِــِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ‌ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا١٣

Muttəki`inə fiha əlal əra`ik, la yərəvnə fiha şəmsən və la zəmhərirə

Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.

14Ayə 14

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَـٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلاً١٤

Vədaniyətən ələyhim zilaluha vəzullilət qutufuha təzlilə

(Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.

15Ayə 15

وَيُطَافُ عَلَيْهِم بِـَٔـانِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا۟١٥

Vəyutafu ələyhim bianiyətin min fizzatin və`əkvabin kanət qəvarira

Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.

16Ayə 16

قَوَارِيرَاْ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا١٦

Qəvarirə min fizzatin qəddəruha təqdirə

Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.

17Ayə 17

وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلاً١٧

Vəyusqəvnə fiha kə`sən kanə mizacuha zəncəbilə

Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.

18Ayə 18

عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلاً١٨

Əynən fiha tusəmma səlsəbilə

(Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.

19Ayə 19

وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٲنٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا١٩

Vəyətufu ələyhim vildanun mmuxəllədunə iza rə`əytəhum həsibtəhum lu`lu`ən mmənsurə

Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.

20Ayə 20

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا٢٠

Və`iza rə`əytə səmmə rə`əytə nə'imən vəmulkən kəbirə

Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.

21Ayə 21

عَـٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ‌ۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَـٰهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا٢١

Aliyəhum siyabu sundusin xuzrun və`istəbrəq, vəhullu əsavirə min fizzatin vəsəqahum rəbbuhum şərabən tahurə

Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.

22Ayə 22

إِنَّ هَـٰذَا كَانَ لَكُمْ جَزَآءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًا٢٢

Innə haza kanə ləkum cəza`ən vəkanə sə'yukum-məşkurə

(Onlara deyilər:) «Həqiqətən, bu (nemət və rəhmət) sizin mükafatınızdır və səyiniz təqdirəlayiqdir».

23Ayə 23

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلاً٢٣

Inna nəhnu nəzzəlna ələykəl qur`-anə tənzilə

(Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Quranı sənə tədriclə nazil etdik.

24Ayə 24

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًا٢٤

Fasbir lihukmi rəbbikə və la tuti' minhum asimən əv kəfurə

Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbr et və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.

25Ayə 25

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلاً٢٥

Vazkuri smə rəbbikə bukrətən və`əsilə

Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına məxsus zikrlə) yad et.

26Ayə 26

وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلاً طَوِيلاً٢٦

Vəminə əlləyli fascud ləhu vəsəbbihhu ləylən tavilə

Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et (gecə namazını qıl).

27Ayə 27

إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًا ثَقِيلاً٢٧

Innə ha`ula`i yuhibbunəl acilətə vəyəzərunə vəra`əhum yəvmən səqilə

Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).

28Ayə 28

نَّحْنُ خَلَقْنَـٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ‌ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَـٰلَهُمْ تَبْدِيلاً٢٨

Nəhnu xələqnahum vəşədədna əsrəhum, və`iza şi`na bəddəlna əmsaləhum təbdilə

Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.

29Ayə 29

إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ‌ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلاً٢٩

Innə hazihi təzkirəh, fəmən şa ttəxəzə ila rəbbihi səbilə

Şübhəsiz, bu (deyilənlər) bir öyüd-nəsihətdir, belə isə, kim istəsə (bu öyüd-nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.

30Ayə 30

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ‌ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا٣٠

Və ma təşaunə illa ən yəşa əllah, innə əllah kanə əlimən həkimə

Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!

31Ayə 31

يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ‌ۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمَۢا٣١

Yudxilu mən yəşau fi rəhmətih, vəz zaliminə ə'əddə ləhum əzabən əlimə

(Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)