Surə 87 · 19 ayə

surah087

Əla (Ən uca)

Məkkə·19 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى١

Səbbihi smə rəbbikəl ə'la

Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)

2Ayə 2

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ٢

Əlləzi xələqə fəsəvva

O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).

3Ayə 3

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ٣

Valləzi qəddərə fəhəda

Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.

4Ayə 4

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ٤

Valləzi əxrəcəl mər'a

O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.

5Ayə 5

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ٥

Fəcə'ələhu ğusa`ən əhva

(Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi.

6Ayə 6

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ٦

Sənuqri`ukə fəla tənsa

(Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.

7Ayə 7

إِلَّا مَا شَآءَ ٱللَّهُ‌ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ٧

Illa ma şa əllah, innəhu yə`ləmul cəhrə və ma yəxfa

Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.

8Ayə 8

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ٨

Vənuyəssirukə lilyusra

Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.

9Ayə 9

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ٩

Fəzəkkir in-nəfə'ətiz zikra

Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver,

10Ayə 10

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ١٠

Səyəzzəkkəru mən yəxşa

(Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır.

11Ayə 11

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى١١

Vəyətəcənnəbuhal əşqa

Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.

12Ayə 12

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ١٢

Əlləzi yəslan narəl kubra

O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.

13Ayə 13

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ١٣

Summə la yəmutu fiha və la yəhya

Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.

14Ayə 14

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ١٤

Qəd əfləhə mən təzəkka

Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi

15Ayə 15

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ١٥

Vəzəkərə smə rəbbihi fəsalla

Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.

16Ayə 16

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٲةَ ٱلدُّنْيَا١٦

Bəl tu`sirunəl həyatəd dunya

Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.

17Ayə 17

وَٱلْأَخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ١٧

Vəl axirətu xəyrun və`əbqa

Halbuki axirət daha xeyirli və daha baqidir.

18Ayə 18

إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ١٨

Innə haza ləfis suhufil ula

Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.

19Ayə 19

صُحُفِ إِبْرَٲهِيمَ وَمُوسَىٰ١٩

Suhufi ibrahimə vəmusa

İbrahimin və Musanın kitablarında.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)