Surə 75 · 40 ayə

surah075

Qiyamət (Dirilmə)

Məkkə·40 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ١

La uqsimu biyəvmil qiyaməh

And içirəm Qiyamət gününə.

2Ayə 2

وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ٢

Və la uqsimu bin nəfsi əlləvvaməh

Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).

3Ayə 3

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ٣

Əyəhsəbul insanu əllən-nəcmə'ə izaməh

Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?

4Ayə 4

بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ٤

Bəla qadirinə əla ən-nusəvviyə bənanəh

Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.

5Ayə 5

بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ٥

Bəl yuridul insanu liyəfcurə əmaməh

(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.

6Ayə 6

يَسْــَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ٦

Yəs`əlu əyyanə yəvmul qiyaməh

Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»

7Ayə 7

فَإِذَا بَرِقَ ٱلْبَصَرُ٧

Fə`iza bəriqəl bəsar

Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;

8Ayə 8

وَخَسَفَ ٱلْقَمَرُ٨

Vəxəsəfəl qəmər

Ayın nurunun sönəcəyi;

9Ayə 9

وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ٩

Vəcumi'əş şəmsu vəl qəmər

Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman

10Ayə 10

يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ١٠

Yəqulul insanu yəvmə`izin əynəl məfərr

Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.

11Ayə 11

كَلَّا لَا وَزَرَ١١

Kəlla la vəzər

Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.

12Ayə 12

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ١٢

Ila rəbbikə yəvmə`izin əl mustəqərr

O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).

13Ayə 13

يُنَبَّؤُاْ ٱلْإِنسَـٰنُ يَوْمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ١٣

Yunəbbə`ul insanu yəvmə`izin bima qəddəmə və`əxxər

O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.

14Ayə 14

بَلِ ٱلْإِنسَـٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ١٤

Bəlil insanu əla nəfsihi bəsirəh

(Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.

15Ayə 15

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ١٥

Vələv əlqa mə'azirəh

Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.

16Ayə 16

لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ١٦

La tuhərrik bihi lisanəkə litə'cələ bih

(Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi – vaxtı yetişməzdən öncə – dilinə gətirmə).

17Ayə 17

إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ١٧

Innə ələyna cəm'əhu vəqur`-anəh

Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.

18Ayə 18

فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ١٨

Fə`iza qərə`nahu fattəbi' qur`-anəh

Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.

19Ayə 19

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ١٩

Summə innə ələyna bəyanəh

Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.

20Ayə 20

كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ٢٠

Kəlla bəl tuhibbunəl aciləh

Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib-gedən dünyanı sevirsiniz.

21Ayə 21

وَتَذَرُونَ ٱلْأَخِرَةَ٢١

Vətəzərunəl axirəh

Və axirəti buraxırsınız.

22Ayə 22

وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ٢٢

Vucuhun yəvmə`izin nnazirəh

O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!

23Ayə 23

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ٢٣

Ila rəbbiha nazirəh

(Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.

24Ayə 24

وَوُجُوهٌ يَوْمَئِذِۭ بَاسِرَةٌ٢٤

Vəvucuhun yəvmə`izin basirəh

Və neçə-neçə üzlər də o gün qaşqabaqlı olacaq.

25Ayə 25

تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ٢٥

Təzunnu ən yuf'ələ biha faqirəh

Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.

26Ayə 26

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ٢٦

Kəlla iza bələğətit təraqiy

Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.

27Ayə 27

وَقِيلَ مَنْۜ رَاقٍ٢٧

Vəqilə mən raq

Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»

28Ayə 28

وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ٢٨

Vəzannə ənnəhul firaq

Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,

29Ayə 29

وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ٢٩

Valtəffətis saqu bis saq

Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,

30Ayə 30

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ٣٠

Ila rəbbikə yəvmə`izin əl məsaq

O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).

31Ayə 31

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ٣١

Fəla saddəqə və la salla

(O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».

32Ayə 32

وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ٣٢

Və lakin kəzzəbə vətəvəlla

Lakin təkzib etdi və üz döndərdi.

33Ayə 33

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ٣٣

Summə zəhəbə ila əhlihi yətəmətta

Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.

34Ayə 34

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ٣٤

Əvla ləkə fə`əvla

Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.

35Ayə 35

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ٣٥

Summə əvla ləkə fə`əvla

Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.

36Ayə 36

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى٣٦

Əyəhsəbul insanu ən yutrəkə sudən

Yoxsa insan elə güman edir ki, başlı-başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?

37Ayə 37

أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ٣٧

Ələm yəku nutfətən min mməniyyin yumna

Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!

38Ayə 38

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ٣٨

Summə kanə ələqətən fəxələqə fəsəvva

Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.

39Ayə 39

فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ٣٩

Fəcə'ələ minhuz zəvcəyniz zəkərə vəl unsa

Bu zaman ondan iki cüt – bir erkək və bir dişi – yaratdı.

40Ayə 40

أَلَيْسَ ذَٲلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْــِۧىَ ٱلْمَوْتَىٰ٤٠

Ələysə zalikə biqadirin əla ən yuhyiyəl məvta

Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)