Surə 26 · 227 ayə

surah026

Şuəra (Şairlər)

Məkkə·227 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

طسٓمٓ١

Ta, sin, mim.

Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. And olsun Turi-Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr (ağaclarına) və Muhəmmədə (s) ki,)

2Ayə 2

تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ٢

Tilkə ayatul kitabil mubin

Bu surə aşkar və aydınlıq gətirən kitabın ayələridir.

3Ayə 3

لَعَلَّكَ بَـٰخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُواْ مُؤْمِنِينَ٣

Lə'əlləkə baxi'un nnəfsəkə əlla yəkunu mu`minin

(Ya Peyğəmbər!) Bəlkə sən onlar iman gətirməyəcəklər deyə, özünü həlak etmək istəyirsən?!

4Ayə 4

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةً فَظَلَّتْ أَعْنَـٰقُهُمْ لَهَا خَـٰضِعِينَ٤

In-nəşə` nunəzzil ələyhim-minəs səma`i ayətən fəzallət ə'naquhum ləha xazi'in

Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.

5Ayə 5

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ ٱلرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُواْ عَنْهُ مُعْرِضِينَ٥

Və ma yə`tihim-min zikrin mminə rrəhmani muhdəsin illa kanu ənhu mu'rizin

Onlara Rəhman (olan Allah)dan elə bir yeni öyüd-nəsihət vasitəsi (surə, moizə, möcüzə) gəlməz ki, ondan üz döndərməsinlər.

6Ayə 6

فَقَدْ كَذَّبُواْ فَسَيَأْتِيهِمْ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ٦

Fəqəd kəzzəbu fəsəyə`tihim əmba`u ma kanu bihi yəstəhzi`un

Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).

7Ayə 7

أَوَلَمْ يَرَوْاْ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ٧

Əvələm yərəv ilal ərzi kəm əmbətna fiha min kulli zəvcin kərim

(Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?

8Ayə 8

إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ٨

Innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.

9Ayə 9

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ٩

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.

10Ayə 10

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ١٠

Və`iz nada rəbbukə musa əni til qəvməz zalimin

Və (Ya Peyğəmbər! Yada sal), bir zaman Rəbbin Musanı səslədi ki: «Get o, zalım tayfanın sorağına;

11Ayə 11

قَوْمَ فِرْعَوْنَ‌ۚ أَلَا يَتَّقُونَ١١

Qəvmə fir'əvn, Əla yəttəqun

Firon qövmünün sorağına (çox təəccüblüdür), məgər qorxmurlar?!»

12Ayə 12

قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ١٢

Qalə rəbbi inni əxafu ən yukəzzibun

(Musa) dedi: «Ey Rəbbim, doğrusu qorxuram ki, məni təkzib etsinlər».

13Ayə 13

وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَـٰرُونَ١٣

Vəyəziqu sadri və la yəntaliqu lisani fə`ərsil ila harun

«Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».

14Ayə 14

وَلَهُمْ عَلَىَّ ذَنۢبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ١٤

Vələhum ələyyə zəmbun fə`əxafu ən yəqtulun

«Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».

15Ayə 15

قَالَ كَلَّا‌ۖ فَٱذْهَبَا بِـَٔـايَـٰتِنَآ‌ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ١٥

Qalə kəlla, fazhəba biayatina, inna mə'əkum-mustəmi'un

(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».

16Ayə 16

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ١٦

Fə`tiya fir'əvnə fəqula inna rəsulu rəbbil aləmin

«Fironun yanına gedərək deyin: «Həqiqətən, biz aləmlərin Rəbbinin göndərdiyi peyğəmbərlərik».

17Ayə 17

أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٲٓءِيلَ١٧

Ən ərsil mə'əna bəni isra`il

«(Belə deyin) İsrail övladlarını bizimlə (Şama – öz ana vətənimizə) göndər».

18Ayə 18

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ١٨

Qalə ələm nurəbbikə fina vəlidən vələbistə fina min umurikə sinin

Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»

19Ayə 19

وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَـٰفِرِينَ١٩

Vəfə'əltə fə'lətəkə əlləti fə'əltə və`əntə minəl kafirin

«(Axırda) elədiyini də elədin (bir kişini öldürdün), sən (bizim nemətlərimizə) nankor olanlardansan!»

20Ayə 20

قَالَ فَعَلْتُهَآ إِذًا وَأَنَا۟ مِنَ ٱلضَّآلِّينَ٢٠

Qalə fə'əltuha izən və`əna minəz zallin

(Musa) dedi: «O işi o vaxt edərkən mən xəbərsizlərdən idim (xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər)».

21Ayə 21

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ٢١

Fəfərərtu minkum ləmma xiftukum fəvəhəbə li rəbbi hukmən vəcə'ələni minəl mursəlin

«Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».

22Ayə 22

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٲٓءِيلَ٢٢

Vətilkə ni'mətun təmunnuha ələyyə ən əbbəttə bəni isra`il

«Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»

23Ayə 23

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَـٰلَمِينَ٢٣

Qalə fir'əvnu və ma rəbbul aləmin

Firon dedi: «Aləmlərin Rəbbi nədir?»

24Ayə 24

قَالَ رَبُّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ‌ۖ إِن كُنتُم مُّوقِنِينَ٢٤

Qalə rəbbus səmavati vəl ərzi və ma bəynəhuma, in kuntum-muqinin

(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».

25Ayə 25

قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ٢٥

Qalə limən həvləhu əla təstəmi'un

Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»

26Ayə 26

قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ٢٦

Qalə rəbbukum vərəbbu aba`ikumul əvvəlin

(Musa) dedi: «O sizin də, ulu babalarınızın da Rəbbidir».

27Ayə 27

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ٢٧

Qalə innə rəsuləkumu əlləzi ursilə iləykum ləməcnun

Firon dedi: «Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!»

28Ayə 28

قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ‌ۖ إِن كُنتُمْ تَعْقِلُونَ٢٨

Qalə rəbbul məşriqi vəl məğribi və ma bəynəhuma, in kuntum tə'qilun

Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?»

29Ayə 29

قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَـٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ٢٩

Qalə lə`ini ttəxəztə ilahən ğəyri lə`əc'ələnnəkə minəl məscunin

Firon dedi: «Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm».

30Ayə 30

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍ مُّبِينٍ٣٠

Qalə əvələv ci`tukə bişəy`in mmubin

Musa dedi: «Hətta sənə açıq-aydın bir şey (iddianın doğruluğunu sübut edəcək aydın və aşkar bir möcüzə) gətirsəm də?!»

31Ayə 31

قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ٣١

Qalə fə`ti bihi in kuntə minəs sadiqin

Dedi: «Əgər düz danışanlardansansa onu gətir (görüm)».

32Ayə 32

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌ مُّبِينٌ٣٢

Fə`əlqa əsahu fə`iza hiyə su'banun mmubin

Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əcdaha oldu. (Onun əcdaha olduğu tam aydın görünürdü).

33Ayə 33

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّـٰظِرِينَ٣٣

Vənəzə'ə yədəhu fə`iza hiyə bəyza`u lilnnazirin

Və əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.

34Ayə 34

قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ عَلِيمٌ٣٤

Qalə lilmələ`i həvləhu innə haza ləsahirun əlim

Firon ətrafındakı əyanlara dedi: «Həqiqətən, bu, çox bilikli bir sehrbazdır!»

35Ayə 35

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ٣٥

Yuridu ən yuxricəkum-min ərzikum bisihrihi fəmaza tə`murun

«Sizi öz sehri ilə torpağınızdan çıxarmaq istəyir. Fikriniz nədir?»

36Ayə 36

قَالُوٓاْ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ٣٦

Qalu ərcih və`əxahu vab'əs fil məda`ini haşirin

Dedilər: «Onun və qardaşının işini təxirə sal və şəhərlərə toplayıcı məmurlar göndər.

37Ayə 37

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ٣٧

Yə`tukə bikulli səhharin əlim

Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər».

38Ayə 38

فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ٣٨

Fəcumi'əs səhərətu limiqati yəvmin mmə'lum

Beləliklə, bütün sehrbazlar məlum bir günün müəyyən olunmuş vaxtında (bayram günündə) toplandılar.

39Ayə 39

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ٣٩

Vəqilə lilnnasi həl əntum-muctəmi'un

Camaata (onları dəvət edib sehrbazlara tabe etmək məqsədilə) deyildi: «Siz də yığışacaqsınızmı?»

40Ayə 40

لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلْغَـٰلِبِينَ٤٠

Lə'əlləna nəttəbi'us səhərətə in kanu humu əl ğalibin

«Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».

41Ayə 41

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَـٰلِبِينَ٤١

Fələmma ca`əs səhərətu qalu lifir'əvnə ə`innə ləna lə`əcrən in kunna nəhnu əl ğalibin

Sehrbazlar gəldikdə Firona dedilər: «Əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?!»

42Ayə 42

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ ٱلْمُقَرَّبِينَ٤٢

Qalə nə'əm və`innəkum izən lləminəl muqərrəbin

(Firon) dedi: «Bəli! Və belə olan surətdə mütləq (bizim dərgahımıza) yaxın adamlardan olacaqsınız».

43Ayə 43

قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُواْ مَآ أَنتُم مُّلْقُونَ٤٣

Qalə ləhum-musa əlqu ma əntum-mulqun

Musa onlara dedi: «Nə atacaqsınızsa atın».

44Ayə 44

فَأَلْقَوْاْ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُواْ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَـٰلِبُونَ٤٤

Fə`əlqəv hibaləhum və'isiyyəhum vəqalu bi'izzəti fir'əvnə inna lənəhnu əl ğalibun

Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».

45Ayə 45

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ٤٥

Fə`əlqa musa əsahu fə`iza hiyə təlqəfu ma yə`fikun

Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.

46Ayə 46

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَـٰجِدِينَ٤٦

Fə`ulqiyəs səhərətu sacidin

Sehrbazlar (işin əzəmətindən və Haqqın qüdrətindən, naçar) səcdə halında torpağa qapandılar.

47Ayə 47

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلْعَـٰلَمِينَ٤٧

Qalu amənna birəbbil aləmin

Dedilər: «İman gətirdik aləmlərin Rəbbinə.

48Ayə 48

رَبِّ مُوسَىٰ وَهَـٰرُونَ٤٨

Rəbbi musa vəharun

Musanın və Harunun Rəbbinə».

49Ayə 49

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ‌ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ‌ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ٤٩

Qalə aməntum ləhu qəblə ən azənə ləkum, innəhu ləkəbirukumu əlləzi əlləməkumus sihrə fələsəvfə tə'ləmun, lə`uqətti'ənnə əydiyəkum və`ərculəkum-min xilafin vələ`usallibənnəkum əcmə'in

Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».

50Ayə 50

قَالُواْ لَا ضَيْرَ‌ۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ٥٠

Qalu la zayr, inna ila rəbbina munqəlibun

Dedilər: «(Bizə) heç bir zərəri yoxdur, çünki biz öz Rəbbimizə doğru dönəcəyik (və O hər şeyi yoluna qoyar)».

51Ayə 51

إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَـٰيَـٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ٥١

Inna nətmə'u ən yəğfirə ləna rəbbuna xətayana ən kunna əvvələl mu`minin

«Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».

52Ayə 52

وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ٥٢

Və`əvhəyna ila musa ən əsri bi'ibadi innəkum-muttəbə'un

Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».

53Ayə 53

فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ٥٣

Fə`ərsələ fir'əvnu fil məda`ini haşirin

Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).

54Ayə 54

إِنَّ هَـٰٓؤُلَآءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ٥٤

Innə ha`ula`i ləşirzimətun qəlilun

(O belə deyirdi): «Həqiqətən, bunlar kiçik bir dəstədir».

55Ayə 55

وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ٥٥

Və`innəhum ləna ləğa`izun

Və əlbəttə, bunlar bizi (dəfələrlə itaətsizliklərinə görə) qəzəbləndirmişlər.

56Ayə 56

وَإِنَّا لَجَمِيعٌ حَـٰذِرُونَ٥٦

Və`inna ləcəmi'un hazirun

Şübhəsiz, biz ayıq-sayıq və hazırlıqlı bir dəstəyik.

57Ayə 57

فَأَخْرَجْنَـٰهُم مِّن جَنَّـٰتٍ وَعُيُونٍ٥٧

Fə`əxrəcnahum-min cənnatin və'uyun

Beləliklə, (Biz) onları bağlardan və bulaqlardan,

58Ayə 58

وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ٥٨

Vəkunuzin vəməqamin kərim

(Nemət) xəzinələr(in)dən, gözəl və dəyərli yerlərdən çıxartdıq.

59Ayə 59

كَذَٲلِكَ وَأَوْرَثْنَـٰهَا بَنِىٓ إِسْرَٲٓءِيلَ٥٩

Kəzalikə və`əvrəsnaha bəni isra`il

(Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.

60Ayə 60

فَأَتْبَعُوهُم مُّشْرِقِينَ٦٠

Fə`ətbə'uhum-muşriqin

Beləliklə, (Fironun adamları) günəş doğduqda onların arxasınca getdilər.

61Ayə 61

فَلَمَّا تَرَٲٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَـٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ٦١

Fələmma təra`al cəm'ani qalə əshabu musa inna ləmudrəkun

O iki dəstə bir-birlərini gördükdə, Musanın (adamları) dedilər: «Şübhəsiz, biz artıq yaxalanmaqdayıq».

62Ayə 62

قَالَ كَلَّآ‌ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ٦٢

Qalə kəlla, innə mə'iyə rəbbi səyəhdin

Musa dedi: «Belə deyildir, şübhəsiz, Rəbbim mənimlədir, tezliklə mənə (nicat yolunu) göstərəcəkdir».

63Ayə 63

فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ‌ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ٦٣

Fə`əvhəyna ila musa əni zrib-bi'əsakəl bəhr, fanfələqə fəkanə kullu firqin kalttavdil əzim

Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.

64Ayə 64

وَأَزْلَفْنَا ثَمَّ ٱلْأَخَرِينَ٦٤

Və`əzləfna səmməl axərin

O biri dəstəni də (Fironun adamlarını) oraya yaxınlaşdırdıq.

65Ayə 65

وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ٦٥

Və`əncəyna musa və mən mmə'əhu əcmə'in

Musaya və onunla birgə olanların hamısına nicat verdik.

66Ayə 66

ثُمَّ أَغْرَقْنَا ٱلْأَخَرِينَ٦٦

Summə əğrəqnal axərin

Sonra o biri dəstəni (suda) qərq etdik.

67Ayə 67

إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ٦٧

Innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.

68Ayə 68

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ٦٨

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

(Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.

69Ayə 69

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٲهِيمَ٦٩

Vatlu ələyhim nəbə`ə ibrahim

Və onlara (müşriklərə) İbrahimin xəbərini və hekayətini söylə.

70Ayə 70

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ٧٠

Iz qalə li`əbihi vəqəvmihi ma tə'budun

O zaman ki, atasına və öz tayfasına demişdi: «Siz nəyə ibadət edirsiniz?»

71Ayə 71

قَالُواْ نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَـٰكِفِينَ٧١

Qalu nə'budu əsnamən fənəzallu ləha akifin

(Onlar) Dedilər: «Biz bütlərə ibadət edirik və daima onlarla birgəyik, onların dərgahlarına başımızı qoyuruq».

72Ayə 72

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ٧٢

Qalə həl yəsmə'unəkum iz təd'un

(İbrahim) dedi: «(Onları) Çağırdığınız zaman səsinizi eşidirlərmi (və istəyinizi yerinə yetirirlərmi)?»

73Ayə 73

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ٧٣

Əv yənfə'unəkum əv yəzurrun

«Yaxud sizə bir xeyir və ya zərər verirlərmi?»

74Ayə 74

قَالُواْ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٲلِكَ يَفْعَلُونَ٧٤

Qalu bəl vəcədna aba`əna kəzalikə yəf'əlun

Dedilər: «(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük».

75Ayə 75

قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ٧٥

Qalə əfərə`əytum-ma kuntum tə'budun

(İbrahim) dedi: «Nəyə ibadət etdiyinizi görürsünüzmü?

76Ayə 76

أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ٧٦

Əntum vəaba`ukumul əqdəmun

Sizlər və ulu babalarınız?»

77Ayə 77

فَإِنَّهُمْ عَدُوٌّ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَـٰلَمِينَ٧٧

Fə`innəhum əduvvun lli illa rəbbəl aləmin

«Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».

78Ayə 78

ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ٧٨

Əlləzi xələqəni fəhuvə yəhdin

«Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur».

79Ayə 79

وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ٧٩

Valləzi huvə yut'imuni vəyəsqin

«Məni yedirdən də içirdən də Odur».

80Ayə 80

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ٨٠

Və`iza məriztu fəhuvə yəşfin

«Xəstələndikdə mənə şəfa verən də Odur».

81Ayə 81

وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ٨١

Valləzi yumituni summə yuhyin

«Məni öldürəcək, sonra dirildəcək Odur».

82Ayə 82

وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓــَٔتِى يَوْمَ ٱلدِّينِ٨٢

Valləzi ətmə'u ən yəğfirə li xəti`əti yəvməd din

«Cəza günü günahımı bağışlamasına ümid etdyim də Odur».

83Ayə 83

رَبِّ هَبْ لِى حُكْمًا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ٨٣

Rəbbi həb li hukmən və`əlhiqni bis salihin

«Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur».

84Ayə 84

وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍ فِى ٱلْأَخِرِينَ٨٤

Vac'əl-li lisanə sidqin fil axirin

«Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver».

85Ayə 85

وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ٨٥

Vac'əlni min vərəsəti cənnətin nə'im

«Məni nemətlərlə dolu olan Cənnətin varislərindən et».

86Ayə 86

وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ٨٦

Vağfir li`əbi innəhu kanə minəz zallin

«Atamı bağışla! O, azanlardan oldu.(Azər İbrahimin qayınatası və ya əmisi idi, atası Tarox isə Allahın təkliyinə inananlardan idi.)

87Ayə 87

وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ٨٧

Və la tuxzini yəvmə yub'əsun

«Məni (insanların) dirildiləcəyi gün xar etmə».

88Ayə 88

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ٨٨

Yəvmə la yənfə'u malun və la bənun

«O gün ki, malın və oğulların bir faydası olmayacaq».

89Ayə 89

إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ٨٩

Illa mən əta əllah biqəlbin səlim

«Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!»

90Ayə 90

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ٩٠

Və`uzlifətil cənnətu lilmuttəqin

(O gün) Cənnət təqvalılara yaxınlaşdırılar.

91Ayə 91

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ٩١

Vəburrizətil cəhimu lilğavin

Cəhənnəm də azğınlara aşkar olar.

92Ayə 92

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ٩٢

Vəqilə ləhum əynə ma kuntum tə'budun

Və onlara deyilər: «İbadət etdikləriniz haradadır,

93Ayə 93

مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ٩٣

Min duni-llahi həl yənsurunəkum əv yəntəsirun

Allahın əvəzinə (ibadət etdikləriniz)?! Sizə kömək edirlərmi, yaxud əzabı özlərindən dəf edə bilirlərmi?!»

94Ayə 94

فَكُبْكِبُواْ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ٩٤

Fəkubkibu fiha hum vəl ğavun

Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzüüstə atılarlar.

95Ayə 95

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ٩٥

Vəcunudu iblisə əcmə'un

İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).

96Ayə 96

قَالُواْ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ٩٦

Qalu vəhum fiha yəxtəsimun

Onlar (Cəhənnəm əhli) bir-birlərilə dava-dalaş edən halda (öz tanrılarına) deyərlər:

97Ayə 97

تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَـٰلٍ مُّبِينٍ٩٧

Tallləhi in kunna ləfi zalalin mmubin

«Allaha and olsun ki, biz həqiqətən, açıq-aşkar yolumuzu azmışdıq».

98Ayə 98

إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ٩٨

Iz nusəvvikum birəbbil aləmin

«Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq».

99Ayə 99

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ٩٩

Və ma əzalləna illal mucrimun

«Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar».

100Ayə 100

فَمَا لَنَا مِن شَـٰفِعِينَ١٠٠

Fəma ləna min şafi'in

«İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz,

101Ayə 101

وَلَا صَدِيقٍ حَمِيمٍ١٠١

Və la sadiqin həmim

nə də mehriban və səmimi bir dostumuz var».

102Ayə 102

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ١٠٢

Fələv ənnə ləna kərrətən fənəkunə minəl mu`minin

«Kaş biz bir də (dünyaya) qayıda biləydik ki, möminlərdən olaydıq».

103Ayə 103

إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ١٠٣

Innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.

104Ayə 104

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ١٠٤

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır.

105Ayə 105

كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ١٠٥

Kəzzəbət qəvmu nuhin əl mursəlin

Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təkzib etdi. (Onların bəzisini təkzib etmək hamısını təkzib etmək deməkdir. Yaxud da onlar risalətin özünü inkar etdilər.)

106Ayə 106

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ١٠٦

Iz qalə ləhum əxuhum nuhun əla təttəqun

O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»

107Ayə 107

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ١٠٧

Inni ləkum rəsulun əmin

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».

108Ayə 108

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٠٨

Fattəqu əllah və`əti'un

«Allahdan qorxun və mənə itaət edin».

109Ayə 109

وَمَآ أَسْــَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ‌ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ١٠٩

Və ma əs`əlukum ələyhi min əcr, in əcriyə illa əla rəbbil aləmin

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».

110Ayə 110

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١١٠

Fattəqu əllah və`əti'un

«Belə isə, Allahdan qorxun və mənə itaət edin».

111Ayə 111

قَالُوٓاْ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ١١١

Qalu ənu`minu ləkə vattəbə'əkəl ərzəlun

Dedilər: «Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənəmi iman gətirək?»

112Ayə 112

قَالَ وَمَا عِلْمِى بِمَا كَانُواْ يَعْمَلُونَ١١٢

Qalə və ma ilmi bima kanu yə'məlun

Dedi: «Onların nə etmiş olduqlarından və nə etdiklərindən mənim nə xəbərim var axı?!

113Ayə 113

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى‌ۖ لَوْ تَشْعُرُونَ١١٣

In hisabuhum illa əla rəbbiy, ləv təş'urun

Əgər düşünsəniz onların hesabı yalnız mənim Rəbbimin öhdəsinədir».

114Ayə 114

وَمَآ أَنَا۟ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ١١٤

Və ma əna bitaridil mu`minin

«Və mən əsla möminləri qovan deyiləm».

115Ayə 115

إِنْ أَنَا۟ إِلَّا نَذِيرٌ مُّبِينٌ١١٥

In əna illa nəzirun mmubin

«Mən yalnız açıq-aşkar qorxudanam (bir Peyğəmbərəm)».

116Ayə 116

قَالُواْ لَئِن لَّمْ تَنتَهِ يَـٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ١١٦

Qalu lə`in lləm təntəhi ya nuhu lətəkunənnə minəl mərcumin

Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».

117Ayə 117

قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ١١٧

Qalə rəbbi innə qəvmi kəzzəbun

Dedi: «Ey Rəbbim, həqiqətən, qövmüm məni təkzib etdi».

118Ayə 118

فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ١١٨

Faftəh bəyni vəbəynəhum fəthən vənəccini və mən mmə'iyə minəl mu`minin

«Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar, mənə və mənimlə birgə olanlara nicat ver».

119Ayə 119

فَأَنجَيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ١١٩

Fə`əncəynahu və mən mmə'əhu fil fulkil məşhun

Beləliklə, onu və onunla birlikdə (insanlar, heyvanlar və azuqə ilə) dolu olan gəmidəkiləri xilas etdik.

120Ayə 120

ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ١٢٠

Summə əğrəqna bə'dul baqin

Onların nicatından sonra qalanların hamısını (suda) qərq etdik.

121Ayə 121

إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ١٢١

Innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.

122Ayə 122

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ١٢٢

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.

123Ayə 123

كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ١٢٣

Kəzzəbət adun əl mursəlin

Ad qövmü də (Hud qövmü) Allahın peyğəmbərlərini təkzib etdi.

124Ayə 124

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ١٢٤

Iz qalə ləhum əxuhum hudun əla təttəqun

O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»

125Ayə 125

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ١٢٥

Inni ləkum rəsulun əmin

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».

126Ayə 126

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٢٦

Fattəqu əllah və`əti'un

«Belə isə, Allahdan qorxun və mənə itaət edin».

127Ayə 127

وَمَآ أَسْــَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ‌ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ١٢٧

Və ma əs`əlukum ələyhi min əcr, in əcriyə illa əla rəbbil aləmin

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».

128Ayə 128

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةً تَعْبَثُونَ١٢٨

Ətəbnunə bikulli ri'in ayətən tə'bəsun

«(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»

129Ayə 129

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ١٢٩

Vətəttəxizunə məsani'ə lə'əlləkum təxludun

«Cah-cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!»

130Ayə 130

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ١٣٠

Və`iza bətaştum bətaştum cəbbarin

«Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz».

131Ayə 131

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٣١

Fattəqu əllah və`əti'un

«Belə isə, Allahdan qorxun və mənə itaət edin».

132Ayə 132

وَٱتَّقُواْ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ١٣٢

Vattəqu əlləzi əməddəkum bima tə'ləmun

«Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi».

133Ayə 133

أَمَدَّكُم بِأَنْعَـٰمٍ وَبَنِينَ١٣٣

Əməddəkum bi`ən'amin vəbənin

«Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi»;

134Ayə 134

وَجَنَّـٰتٍ وَعُيُونٍ١٣٤

Vəcənnatin və'uyun

«Həmçinin bağlar və bulaqlarla (kömək etdi)».

135Ayə 135

إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ١٣٥

Inni əxafu ələykum əzabə yəvmin əzim

«Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram».

136Ayə 136

قَالُواْ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٲعِظِينَ١٣٦

Qalu səva`un ələyna əvə'əztə əm ləm təkun mminəl va'izin

Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».

137Ayə 137

إِنْ هَـٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ١٣٧

In haza illa xuluqul əvvəlin

«Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata-babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab-kitab adlı bir şey olmayacaqdır)».

138Ayə 138

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ١٣٨

Və ma nəhnu bimu'əzzəbin

«(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir».

139Ayə 139

فَكَذَّبُوهُ فَأَهْلَكْنَـٰهُمْ‌ۗ إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ١٣٩

Fəkəzzəbuhu fə`əhləknahum, innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Beləliklə, onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.

140Ayə 140

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ١٤٠

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.

141Ayə 141

كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ١٤١

Kəzzəbət səmudul mursəlin

Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təkzib etdi.

142Ayə 142

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَـٰلِحٌ أَلَا تَتَّقُونَ١٤٢

Iz qalə ləhum əxuhum salihun əla təttəqun

O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»

143Ayə 143

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ١٤٣

Inni ləkum rəsulun əmin

«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».

144Ayə 144

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٤٤

Fattəqu əllah və`əti'un

«Belə isə, Allahdan qorxun və mənə itaət edin»!

145Ayə 145

وَمَآ أَسْــَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ‌ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ١٤٥

Və ma əs`əlukum ələyhi min əcr, in əcriyə illa əla rəbbil aləmin

«Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».

146Ayə 146

أَتُتْرَكُونَ فِى مَا هَـٰهُنَآ ءَامِنِينَ١٤٦

Ətutrəkunə fi ma hahuna aminin

«(Güman edirsiniz ki,) burda olanların içində (şəxsi mühitdə və dünyəvi yaşayışda) əmin amanlıqla başlı-başına buraxılacaqsınız?!

147Ayə 147

فِى جَنَّـٰتٍ وَعُيُونٍ١٤٧

Fi cənnatin və'uyun

Bağlar və çeşmələr içində?!

148Ayə 148

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ١٤٨

Vəzuru'in vənəxlin tal'uha həzim

Əkinlər və nizamlı, nazik və lətif çiçəkləri olan xurma ağacları (içində)?!»

149Ayə 149

وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا فَـٰرِهِينَ١٤٩

Vətənhitunə minəl cibali buyutən farihin

«Məharətlə və təkəbbürlə dağlardan evlər yonub düzəldirsiniz?!»

150Ayə 150

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٥٠

Fattəqu əllah və`əti'un

«Nəhayət, Allahdan qorxun və mənə itaət edin».

151Ayə 151

وَلَا تُطِيعُوٓاْ أَمْرَ ٱلْمُسْرِفِينَ١٥١

Və la tuti'u əmrəl musrifin

«İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın».

152Ayə 152

ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ١٥٢

Əlləzinə yufsidunə fil ərzi və la yuslihun

«O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar».

153Ayə 153

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ١٥٣

Qalu innəma əntə minəl musəhhərin

Dedilər: «Həqiqətən, sən cadu olunmuşlardansan».

154Ayə 154

مَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِـَٔـايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ١٥٤

Ma əntə illa bəşərun mmisluna fə`ti biayətin in kuntə minəs sadiqin

«Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir ayə və möcüzə gətir».

155Ayə 155

قَالَ هَـٰذِهِۦ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ١٥٥

Qalə hazihi naqətun lləha şirbun vələkum şirbu yəvmin mmə'lum

(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».

156Ayə 156

وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ١٥٦

Və la təməssuha bisu`in fəyə`xuzəkum əzabu yəvmin əzim

«Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar» (dünyada hamılıqla əzab və ya Qiyamət əzabı).

157Ayə 157

فَعَقَرُوهَا فَأَصْبَحُواْ نَـٰدِمِينَ١٥٧

Fə'əqəruha fə`əsbəhu nadimin

(Amma onlar) dəvəni tutub kəsdilər, sonra isə peşman oldular.

158Ayə 158

فَأَخَذَهُمُ ٱلْعَذَابُ‌ۗ إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ١٥٨

Fə`əxəzəhumul əzab, innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti haqqa iman gətirən deyildi.

159Ayə 159

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ١٥٩

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib (itaətkarlarla) mehribandır.

160Ayə 160

كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ١٦٠

Kəzzəbət qəvmu lutin əl mursəlin

Lutun qövmü də Allahın peyğəmbərlərini təkzib etdi.

161Ayə 161

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ١٦١

Iz qalə ləhum əxuhum lutun əla təttəqun

O zaman ki, (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»

162Ayə 162

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ١٦٢

Inni ləkum rəsulun əmin

«Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».

163Ayə 163

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٦٣

Fattəqu əllah və`əti'un

«Odur ki, Allahdan qorxun və mənə itaət edin».

164Ayə 164

وَمَآ أَسْــَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ‌ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ١٦٤

Və ma əs`əlukum ələyhi min əcr, in əcriyə illa əla rəbbil aləmin

«Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».

165Ayə 165

أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَـٰلَمِينَ١٦٥

Ətə`tunəz zukranə minəl aləmin

«Siz bu dünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!»

166Ayə 166

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٲجِكُم‌ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ١٦٦

Vətəzərunə ma xələqə ləkum rəbbukum-min əzvacikum, bəl əntum qəvmun adun

«Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız».

167Ayə 167

قَالُواْ لَئِن لَّمْ تَنتَهِ يَـٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ١٦٧

Qalu lə`in lləm təntəhi ya lutu lətəkunənnə minəl muxrəcin

(Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!»

168Ayə 168

قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ١٦٨

Qalə inni li'əməlikum-minəl qalin

(Lut) dedi: «Şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam».

169Ayə 169

رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ١٦٩

Rəbbi nəccini və`əhli mimma yə'məlun

«Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən (əməlin cəzasından) nicat ver».

170Ayə 170

فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ١٧٠

Fənəccəynahu və`əhləhu əcmə'in

Sonra ona və bütün ailəsinə nicat verdik.

171Ayə 171

إِلَّا عَجُوزًا فِى ٱلْغَـٰبِرِينَ١٧١

Illa əcuzən fi əl ğabirin

Yalnız (vəd olunmuş əzabda) qalanlardan olan qoca bir arvaddan (Lutun zövcəsindən) başqa.

172Ayə 172

ثُمَّ دَمَّرْنَا ٱلْأَخَرِينَ١٧٢

Summə dəmmərnal axərin

Sonra da o birilərini məhv etdik.

173Ayə 173

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا‌ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ١٧٣

Və`əmtarna ələyhim-mətarə, fəsa`ə mətarul munzərin

Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!

174Ayə 174

إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ١٧٤

Innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.

175Ayə 175

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ١٧٥

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.

176Ayə 176

كَذَّبَ أَصْحَـٰبُ لْــَٔيْكَةِ ٱلْمُرْسَلِينَ١٧٦

Kəzzəbə əshabul əykətil mursəlin

«Əykə» camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi.

177Ayə 177

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ١٧٧

Iz qalə ləhum şu'əybun əla təttəqun

O zaman ki, Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»

178Ayə 178

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ١٧٨

Inni ləkum rəsulun əmin

«Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».

179Ayə 179

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ١٧٩

Fattəqu əllah və`əti'un

«Odur ki, Allahdan qorxun və mənə itaət edin».

180Ayə 180

وَمَآ أَسْــَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ‌ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ١٨٠

Və ma əs`əlukum ələyhi min əcr, in əcriyə illa əla rəbbil aləmin

«Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».

181Ayə 181

أَوْفُواْ ٱلْكَيْلَ وَلَا تَكُونُواْ مِنَ ٱلْمُخْسِرِينَ١٨١

Əvful kəylə və la təkunu minəl muxsirin

«(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın».

182Ayə 182

وَزِنُواْ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ١٨٢

Vəzinu bilqistasil mustəqim

«Düzgün tərəzi ilə çəkin».

183Ayə 183

وَلَا تَبْخَسُواْ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْاْ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ١٨٣

Və la təbxəsun nasə əşya`əhum və la tə'səv fil ərzi mufsidin

«İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin».

184Ayə 184

وَٱتَّقُواْ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ١٨٤

Vattəqu əlləzi xələqəkum vəl cibillətəl əvvəlin

«Sizi və sizdən öncəki qövmləri yaradandan qorxun».

185Ayə 185

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ١٨٥

Qalu innəma əntə minəl musəhhərin

(Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan» – dedilər.

186Ayə 186

وَمَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَـٰذِبِينَ١٨٦

Və ma əntə illa bəşərun mmisluna və`in-nəzunnukə ləminəl kazibin

«Sən yalnız bizim kimi bir insansan. Həqiqətən, biz səni yalançılardan hesab edirik».

187Ayə 187

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ١٨٧

Fə`əsqit ələyna kisəfən mminəs səma`i in kuntə minəs sadiqin

(Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».

188Ayə 188

قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ١٨٨

Qalə rəbbi ə'ləmu bima tə'məlun

(Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».

189Ayə 189

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ‌ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ١٨٩

Fəkəzzəbuhu fə`əxəzəhum əzabu yəvmiz zulləh, innəhu kanə əzabə yəvmin əzim

Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.

190Ayə 190

إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً‌ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ١٩٠

Innə fi zalikə ləayəh, və ma kanə əksəruhum-mu`minin

Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.

191Ayə 191

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ١٩١

Və`innə rəbbəkə ləhuvəl əzizu rrəhim

Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.

192Ayə 192

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَـٰلَمِينَ١٩٢

Və`innəhu lətənzilu rəbbil aləmin

Şübhəsiz, bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul-Əminin) hafizəsinə nazil olmuşdur).

193Ayə 193

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ١٩٣

Nəzələ bihi rruhul əmin

Ruhul-əmin (Cəbrail) onu endirdi,

194Ayə 194

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ١٩٤

Əla qəlbikə litəkunə minəl munzirin

Qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi),

195Ayə 195

بِلِسَانٍ عَرَبِىٍّ مُّبِينٍ١٩٥

Bilisanin ərəbiyyin mmubin

(Onu) açıq-aydın ərəb dilində (nazil etdi).

196Ayə 196

وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ١٩٦

Və`innəhu ləfi zuburil əvvəlin

Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin (əvvəlki peyğəmbərlərin) kitablarında gəlmişdir.

197Ayə 197

أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَـٰٓؤُاْ بَنِىٓ إِسْرَٲٓءِيلَ١٩٧

Əvələm yəkun lləhum ayətən ən yə'ləməhu uləma`u bəni isra`il

Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?

198Ayə 198

وَلَوْ نَزَّلْنَـٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ١٩٨

Vələv nəzzəlnahu əla bə'zil ə'cəmin

Əgər bunu (bu kitabı bütünlüklə) bəzi əcəmlərə (ərəb olmayanlara başqa bir dildə) nazil etsəydik;

199Ayə 199

فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُواْ بِهِۦ مُؤْمِنِينَ١٩٩

Fəqərə`əhu ələyhim-ma kanu bihi mu`minin

Quranı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Quran hara, ərəb milləti hara?»)

200Ayə 200

كَذَٲلِكَ سَلَكْنَـٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ٢٠٠

Kəzalikə sələknahu fi qulubil mucrimin

Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.

201Ayə 201

لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلْعَذَابَ ٱلْأَلِيمَ٢٠١

La yu`minunə bihi hətta yərəvul əzabəl əlim

(Ölüm, Bərzəx ya Qiyamətin) ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər.

202Ayə 202

فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ٢٠٢

Fəyə`tiyəhum bəğtətən vəhum la yəş'urun

(Bu əzab) onlara qəflətən, özləri də bilmədən gələr.

203Ayə 203

فَيَقُولُواْ هَلْ نَحْنُ مُنظَرُونَ٢٠٣

Fəyəqulu həl nəhnu munzarun

Sonra (təəssüf və peşmançılıqla) deyərlər: «Görəsən bizə bir möhlət veriləcəkmi?»

204Ayə 204

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ٢٠٤

Əfəbi'əzabina yəstə'cilun

Belə olduqda, (məzəmmət məqsədilə deyilər:) «Bizim əzabımızamı tələsirdilər?!»

205Ayə 205

أَفَرَءَيْتَ إِن مَّتَّعْنَـٰهُمْ سِنِينَ٢٠٥

Əfərə`əytə in mməttə'nahum sinin

(Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək;

206Ayə 206

ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ٢٠٦

Summə ca`əhum-ma kanu yu'ədun

Sonra da vəd olunduqları (əzab) onlara yetişsə;

207Ayə 207

مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُواْ يُمَتَّعُونَ٢٠٧

Ma əğna ənhum-ma kanu yuməttə'un

Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?

208Ayə 208

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ٢٠٨

Və ma əhləkna min qəryətin illa ləha munzirun

Biz (cəza olaraq) qorxudanlar (peyğəmbərlər, yaxud onların canişinləri) olmayan heç bir cəmiyyəti məhv etmədik;

209Ayə 209

ذِكْرَىٰ وَمَا كُنَّا ظَـٰلِمِينَ٢٠٩

Zikra və ma kunna zalimin

(Cəmiyyətə) bir öyüd-nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!

210Ayə 210

وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَـٰطِينُ٢١٠

Və ma tənəzzələt bihiş şəyatin

Bunu (Quranı) əsla şeytanlar (Bizim Peyğəmbərimizə) nazil etməmişlər.

211Ayə 211

وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ٢١١

Və ma yəmbəği ləhum və ma yəstəti'un

Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.

212Ayə 212

إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ٢١٢

Innəhum ənis səm'i ləmə'zulun

Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.

213Ayə 213

فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ٢١٣

Fəla təd'u mə'ə əllah ilahən axərə fətəkunə minəl mu'əzzəbin

Allahla yanaşı başqa bir tanrı çağırma ki, əzaba düçar edilənlərdən olarsan.

214Ayə 214

وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ٢١٤

Və`ənzir əşirətəkəl əqrəbin

Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et.

215Ayə 215

وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ٢١٥

Vaxfiz cənahəkə liməni ttəbə'əkə minəl mu`minin

Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç.

216Ayə 216

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌ مِّمَّا تَعْمَلُونَ٢١٦

Fə`in əsavkə fəqul inni bəri`un mmimma tə'məlun

Əgər sənə itaətsizlik etsələr, de: «Mən sizin etdiklərinizdən (sizin çirkin və batil işlərinizdən) uzağam».

217Ayə 217

وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ٢١٧

Vətəvəkkəl əlal əzizi rrəhim

Və o qadir, qalib və mehriban (Allaha) təvəkkül et.

218Ayə 218

ٱلَّذِى يَرَٮٰكَ حِينَ تَقُومُ٢١٨

Əlləzi yərakə hinə təqum

O Allaha ki, səni (namaza, ya hər hansı bir xeyir işə) duranda, görür.

219Ayə 219

وَتَقَلُّبَكَ فِى ٱلسَّـٰجِدِينَ٢١٩

Vətəqəllubəkə fis sacidin

Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür).

220Ayə 220

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ٢٢٠

Innəhu huvəs səmi'ul əlim

Çünki, O eşidən və biləndir.

221Ayə 221

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَـٰطِينُ٢٢١

Həl unəbbi`ukum əla mən tənəzzəluş şəyatin

Şeytanların kimə (o əsrin kahinləri kimi) nazil olduğunu sizə xəbər verimmi?

222Ayə 222

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ٢٢٢

Tənəzzəlu əla kulli əffakin əsim

(Onlar) hər bir yalançı (böhtançı) və günahkara nazil olarlar.

223Ayə 223

يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَـٰذِبُونَ٢٢٣

Yulqunəs səm'ə və`əksəruhum kazibun

(Uca məqamdan) eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalançıdır.

224Ayə 224

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ٢٢٤

Vəş şu'əra`u yəttəbi'uhumu əl ğavun

(Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar).

225Ayə 225

أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍ يَهِيمُونَ٢٢٥

Ələm tərə ənnəhum fi kulli vadin yəhimun

Məgər görmədinmi ki, onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər?

226Ayə 226

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ٢٢٦

Və`ənnəhum yəqulunə ma la yəf'əlun

Və onlar özləri etmədikləri şeyləri deyirlər?!

227Ayə 227

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرًا وَٱنتَصَرُواْ مِنۢ بَعْدِ مَا ظُلِمُواْ‌ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَىَّ مُنقَلَبٍ يَنقَلِبُونَ٢٢٧

Illa əlləzinə amənu və'əmilus salihati vəzəkəru əllah kəsirən vantəsaru min bə'di ma zulimuv, vəsəyə`ləmu əlləzinə zaləmu əyyə munqələbin yənqəlibun

Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şeirlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)