Surə 85 · 22 ayə

surah085

Buruc (Bürclər)

Məkkə·22 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ١

Vəs səma`i zatil buruc

And olsun bürcləri olan göyə,

2Ayə 2

وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ٢

Vəl yəvmil məv'ud

Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)

3Ayə 3

وَشَاهِدٍ وَمَشْهُودٍ٣

Vəşahidin vəməşhud

Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);

4Ayə 4

قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ٤

Qutilə əshabul uxdud

Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!

5Ayə 5

ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ٥

Ən nari zatil vəqud

O odunla dolu şölələnən atəş.

6Ayə 6

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ٦

Iz hum ələyha qu'ud

O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.

7Ayə 7

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌ٧

Vəhum əla ma yəf'əlunə bilmu`mininə şuhud

Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.

8Ayə 8

وَمَا نَقَمُواْ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُواْ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ٨

Və ma nəqəmu minhum illa ən yu`minu bi-llahil əzizil həmid

Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular.

9Ayə 9

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ٩

Əlləzi ləhu mulkus səmavati vəl ərz, vəl ləhu əla kulli şəy`in şəhid

O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir – bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.

10Ayə 10

إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُواْ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ١٠

Innə əlləzinə fətənul mu`mininə vəl mu`minati summə ləm yətubu fələhum əzabu cəhənnəmə vələhum əzabul həriq

Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlərin şərh edilir.)

11Ayə 11

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ‌ۚ ذَٲلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ١١

Innə əlləzinə amənu və'əmilus salihati ləhum cənnatun təcri min təhtihal ənhar, zalikəl fəvzul kəbir

Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!

12Ayə 12

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ١٢

Innə bətşə rəbbikə ləşədid

Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.

13Ayə 13

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ١٣

Innəhu huvə yubdi`u vəyu'id

Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.

14Ayə 14

وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ١٤

Və huvə əl ğəfurul vədud

Odur! (İtaətkarları) bağışlayan və çox sevən!

15Ayə 15

ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ١٥

Zul ərşil məcid

(O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı-şövkətlidir.

16Ayə 16

فَعَّالٌ لِّمَا يُرِيدُ١٦

Fə''alun llima yurid

İstədiyini qüdrətlə yerinə yetirəndir.

17Ayə 17

هَلْ أَتَـٰكَ حَدِيثُ ٱلْجُنُودِ١٧

Həl ətakə hədisul cunud

O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?

18Ayə 18

فِرْعَوْنَ وَثَمُودَ١٨

Fir'əvnə vəsəmud

Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!

19Ayə 19

بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِى تَكْذِيبٍ١٩

Bəli əlləzinə kəfəru fi təkzib

(Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.

20Ayə 20

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ٢٠

Vəl ləhu min vəra`ihim-muhit

(Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)

21Ayə 21

بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ٢١

Bəl huvə qur`-anun mməcid

(Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı-şövkətli bir kitabdır.

22Ayə 22

فِى لَوْحٍ مَّحْفُوظِۭ٢٢

Fi ləvhin mməhfuz

O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi-Məhfuzda) yazılmışdır.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)