бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
طسٓمٓ١
Ta, sin, mim.
Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Və bu kitab həmin hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun oxşarını gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.) And olsun Turi-Sinaya və Məkkəyə, Tuba və Sidr ağaclarına və Muhəmmədə (s) ki,
تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ٢
Tilkə ayatul kitabil mubin
bu surə bu aşkar və aydınlıq gətirən kitabın ayələrindən ibarətdir.
نَتْلُواْ عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِٱلْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ٣
Nətlu ələykə min-nəbə`i musa vəfir'əvnə bilhəqqi liqəvmin yu`minun
Biz iman gətirən qövm(ü düz yola gətirmək) üçün Musa və Fironun xəbərindən (sərgüzəştindən) bəzisini haq və düzgünlüklə (Cəbrailin dili ilə) sənə oxuyuruq.
إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَآئِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ٤
Innə fir'əvnə əla fil ərzi vəcə'ələ əhləha şiyə'ən yəstəz'ifu ta`ifətən mminhum yuzəbbihu əbna`əhum vəyəstəhyi nisa`əhum, innəhu kanə minəl mufsidin
Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسْتُضْعِفُواْ فِى ٱلْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ ٱلْوَٲرِثِينَ٥
Vənuridu ən-nəmunnə əla əlləzinə stuz'ifu fil ərzi vənəc'ələhum ə`immətən vənəc'ələhumul varisin
Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.
وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُواْ يَحْذَرُونَ٦
Vənuməkkinə ləhum fil ərzi vənuriyə fir'əvnə vəhamanə vəcunudəhuma minhum-ma kanu yəhzərun
Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.
وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ٧
Və`əvhəyna ila ummi musa ən ərzi'ih, fə`iza xifti ələyhi fə`əlqihi fil yəmmi və la təxafi və la təhzəniy, inna radduhu iləyki vəca'iluhu minəl mursəlin
Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik».
فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًاۗ إِنَّ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَـٰطِــِٔينَ٨
Faltəqətahu alu fir'əvnə liyəkunə ləhum əduvvən vəhəzənə, innə fir'əvnə vəhamanə vəcunudəhuma kanu xati`in
Beləliklə, Fironun ailəsi onu (suyun üzündən) götürdülər ki, sonunda onlar üçün (məqam, mal və can) düşmən(i), hüzn və kədər səbəbi olsun! Həqiqətən, Firon, Haman və qoşunları xatakar idilər.
وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِّى وَلَكَۖ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ٩
Vəqaləti mrə`ətu fir'əvnə qurrətu əynin lli vələk, la təqtuluhu əsa ən yənfə'əna əv nəttəxizəhu vələdən vəhum la yəş'urun
Və Fironun zövcəsi dedi: «(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər.
وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَـٰرِغًاۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ١٠
Və`əsbəhə fu`adu ummi musa fariğə, in kadət lətubdi bihi ləvla ən rrəbətna əla qəlbiha litəkunə minəl mu`minin
(Övladından çox narahat olduğuna görə) Musanın anasının ürəyində (övladının fikrindən savayı) heç bir şey yox idi. Əgər Biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi büruzə verəcəkdi.
وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ١١
Vəqalət li`uxtihi qussih, fəbəsurət bihi ən cunubin vəhum la yəş'urun
O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə, bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَـٰصِحُونَ١٢
Vəhərrəmna ələyhil mərazi'ə min qəblu fəqalət həl ədullukum əla əhli bəytin yəkfulunəhu ləkum vəhum ləhu nasihun
Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
فَرَدَدْنَـٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ١٣
Fərədədnahu ila ummihi kəy təqərrə əynuha və la təhzənə vəlitə'ləmə ənnə və'də əllah həqqun və lakinnə əksərəhum la yə`ləmun
Beləliklə, onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən, Allahın vədi haqdır. Lakin onların (camaatın) əksəriyyəti (bunu) bilmir.
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسْتَوَىٰٓ ءَاتَيْنَـٰهُ حُكْمًا وَعِلْمًاۚ وَكَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ١٤
Vələmma bələğə əşuddəhu vastəva atəynahu hukmən və'ilmə, vəkəzalikə nəczil muhsinin
(Musanın) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq.
وَدَخَلَ ٱلْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَـٰذَا مِن شِيعَتِهِۦ وَهَـٰذَا مِنْ عَدُوِّهِۦۖ فَٱسْتَغَـٰثَهُ ٱلَّذِى مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِى مِنْ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِۖ قَالَ هَـٰذَا مِنْ عَمَلِ ٱلشَّيْطَـٰنِۖ إِنَّهُۥ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌ١٥
Vədəxələl mədinətə əla hini ğəflətin min əhliha fəvəcədə fiha rəculəyni yəqtətilani haza min şi'ətihi vəhaza min əduvvih, fastəğasəhu əlləzi min şi'ətihi əla əlləzi min əduvvihi fəvəkəzəhu musa fəqəza ələyh, qalə haza min əməliş şəytan, innəhu əduvvun mmuzillun mmubin
(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
قَالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَٱغْفِرْ لِى فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ١٦
Qalə rəbbi inni zaləmtu nəfsi fağfir li fəğəfərə ləh, innəhu huvə əl ğəfuru rrəhim
(Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.
قَالَ رَبِّ بِمَآ أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِّلْمُجْرِمِينَ١٧
Qalə rəbbi bima ən'əmtə ələyyə fələn əkunə zahirən llilmucrimin
(Musa) dedi: «Ey Rəbbim, (bütün ömrüm boyu) mənə əta etdiyin nemətlərə görə, əsla günahkarlara arxa olmayacağam».
فَأَصْبَحَ فِى ٱلْمَدِينَةِ خَآئِفًا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِى ٱسْتَنصَرَهُۥ بِٱلْأَمْسِ يَسْتَصْرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِىٌّ مُّبِينٌ١٨
Fə`əsbəhə fil mədinəti xa`ifən yətərəqqəbu fə`iza əlləzi stənsarəhu bil`əmsi yəstəsrixuh, qalə ləhu musa innəkə ləğəviyyun mmubin
Beləliklə, Musa şəhərdə (Misirdə) qorxu və vəhşət içərisində – (öz törətdiyi işin nəticəsini) gözləyən halda sübhü qarşıladı (gecəni keçirtdi). Bir də (gördü ki,) dünən ondan kömək istəyən şəxs, (yenə) onu köməyə çağırır. Musa ona dedi: «Həqiqətən, sən açıq-aşkar bir azğınsan!».
فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَـٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسَۢا بِٱلْأَمْسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ١٩
Fələmma ən əradə ən yəbtişə billəzi huvə əduvvun lləhuma qalə ya musa əturidu ən təqtuləni kəma qətəltə nəfsən bil`əms, in turidu illa ən təkunə cəbbarən fil ərzi və ma turidu ən təkunə minəl muslihin
Beləliklə, (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
وَجَآءَ رَجُلٌ مِّنْ أَقْصَا ٱلْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَـٰمُوسَىٰٓ إِنَّ ٱلْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَٱخْرُجْ إِنِّى لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ٢٠
Vəca`ə rəculun min əqsal mədinəti yəs'a qalə ya musa innəl mələ`ə yə`təmirunə bikə liyəqtulukə faxruc inni ləkə minən nasihin
Və şəhərin o biri başından (bəlkə də Fironun sarayı yerləşdiyi yerdən) bir kişi tələsik gəldi, dedi: «Ey Musa, həqiqətən, qövmün böyükləri səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Odur ki, (Misirdən) çıx get. Şübhəsiz, mən sənin xeyirxahlarındanam».
فَخَرَجَ مِنْهَا خَآئِفًا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٢١
Fəxərəcə minha xa`ifən yətərəqqəb, qalə rəbbi nəccini minəl qəvmiz zalimin
(Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver».
وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّىٓ أَن يَهْدِيَنِى سَوَآءَ ٱلسَّبِيلِ٢٢
Vələmma təvəccəhə tilqa`ə mədyənə qalə əsa rəbbi ən yəhdiyəni səva`əs səbil
O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən şəhərinin yoluna) yönəltsin».
وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِۖ قَالَ مَا خَطْبُكُمَاۖ قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ٢٣
Vələmma vərədə ma`ə mədyənə vəcədə ələyhi ummətən mminən nasi yəsqunə vəvəcədə min dunihimu mrə`ətəyni təzudan, qalə ma xətbukuma, qaləta la nəsqi hətta yusdirə rri'a`, və`əbuna şəyxun kəbir
(Musa) Mədyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü. Onların yanında (isə) (öz heyvanlarını camaatın heyvanlarına qarışmağa) qoymayan iki qadın görüb dedi: «Sizin işiniz nədir? (Niyə burada durmusunuz?)» Dedilər: «Bu çobanlar (öz heyvanlarını) qaytarıb aparmayınca biz (öz heyvanlarımıza) su vermərik. Bizim atamız (Şüeyb adında) yaşlı qoca bir kişidir».
فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّى لِمَآ أَنزَلْتَ إِلَىَّ مِنْ خَيْرٍ فَقِيرٌ٢٤
Fəsəqa ləhuma summə təvəlla ilaz zilli fəqalə rəbbi inni lima ənzəltə iləyyə min xəyrin fəqir
Beləliklə, (Musa) onlar üçün (heyvanları) suladı, sonra kölgəyə çəkildi və dedi: «Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam».
فَجَآءَتْهُ إِحْدَٮٰهُمَا تَمْشِى عَلَى ٱسْتِحْيَآءٍ قَالَتْ إِنَّ أَبِى يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ٱلْقَصَصَ قَالَ لَا تَخَفْۖ نَجَوْتَ مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٢٥
Fəca`əthu ihdahuma təmşi əla stihya`in qalət innə əbi yəd'ukə liyəcziyəkə əcrə ma səqəytə ləna, fələmma ca`əhu vəqəssa ələyhil qəsasa qalə la təxəf, nəcəvtə minəl qəvmiz zalimin
O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökumətinin hüdudlarından kənardır)».
قَالَتْ إِحْدَٮٰهُمَا يَـٰٓأَبَتِ ٱسْتَــْٔجِرْهُۖ إِنَّ خَيْرَ مَنِ ٱسْتَــْٔجَرْتَ ٱلْقَوِىُّ ٱلْأَمِينُ٢٦
Qalət ihdahuma ya əbəti stə`cirh, innə xəyrə məni stə`cərtəl qəviyyul əmin
O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır».
قَالَ إِنِّىٓ أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ٱبْنَتَىَّ هَـٰتَيْنِ عَلَىٰٓ أَن تَأْجُرَنِى ثَمَـٰنِىَ حِجَجٍۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَۚ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ٢٧
Qalə inni uridu ən unkihəkə ihda bnətəyyə hatəyni əla ən tə`curəni səmaniyə hicəc, fə`in ətməmtə əşrən fəmin indik, və ma uridu ən əşuqqə ələyk, sətəciduni in şa əllahu minəs salihin
(Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən».
قَالَ ذَٲلِكَ بَيْنِى وَبَيْنَكَۖ أَيَّمَا ٱلْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَٲنَ عَلَىَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ٢٨
Qalə zalikə bəyni vəbəynək, Əyyəmal əcələyni qəzaytu fəla udvanə ələyy, vəl ləhu əla ma nəqulu vəkil
(Musa) dedi: «Bu (müqavilə) mənimlə sənin aranda sabit olsun. Beləliklə, (bu) iki müddətdən hər birini tamamlamaqda, mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir».
فَلَمَّا قَضَىٰ مُوسَى ٱلْأَجَلَ وَسَارَ بِأَهْلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓاْ إِنِّىٓ ءَانَسْتُ نَارًا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ٢٩
Fələmma qəza musal əcələ vəsarə bi`əhlihi anəsə min canibit turi narən qalə li`əhlihi mkusu inni anəstu narən llə'əlli atikum-minha bixəbərin əv cəzvətin mminən nari lə'əlləkum təstalun
Beləliklə, Musa (təyin olunmuş) müddəti tamamlayıb öz ailəsi ilə birlikdə (Mədyəndən Misrə tərəf) hərəkət etdikdə, Turun (Tur dağının) yanında bir od gördü, ailəsinə dedi: «Siz (burada) dayanın, mən bir od gördüm, bəlkə, gedib (yolu tapmaq üçün) ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız».
فَلَمَّآ أَتَـٰهَا نُودِىَ مِن شَـٰطِىِٕ ٱلْوَادِ ٱلْأَيْمَنِ فِى ٱلْبُقْعَةِ ٱلْمُبَـٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَـٰمُوسَىٰٓ إِنِّىٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ٣٠
Fələmma ətaha nudiyə min şati`il vadil əyməni fil buq'ətil mubarəkəti minəş şəcərəti ən ya musa inni əna əllahu rəbbul aləmin
Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».
وَأَنْ أَلْقِ عَصَاكَۖ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْۚ يَـٰمُوسَىٰٓ أَقْبِلْ وَلَا تَخَفْۖ إِنَّكَ مِنَ ٱلْأَمِنِينَ٣١
Və`ən əlqi əsak, fələmma rəaha təhtəzzu kə`ənnəha cannun vəlla mudbirən vələm yu'əqqib, ya musa əqbil və la təxəf, innəkə minəl aminin
Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (belə) baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan».
ٱسْلُكْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ وَٱضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ ٱلرَّهْبِۖ فَذَٲنِكَ بُرْهَـٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمْ كَانُواْ قَوْمًا فَـٰسِقِينَ٣٢
Usluk yədəkə fi cəybikə təxruc bəyza`ə min ğəyri su`in vazmum iləykə cənahəkə minə rrəhb, fəzanikə burhanani min rrəbbikə ila fir'əvnə vəmələ`ih, innəhum kanu qəvmən fasiqin
«Əlini qoynuna qoy ki, əlin (oradan) ağappaq, eyibsiz-qüsursuz, parlaq çıxsın. Və hər hansı bir qorxu(dan çıxmaq) üçün əlini (ya əllərini) qoynuna qoy (ki, vahimən aradan getsin). Beləliklə, bu ikisi (iki möcüzə: əsa və parlaq əl) sənin
قَالَ رَبِّ إِنِّى قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَن يَقْتُلُونِ٣٣
Qalə rəbbi inni qətəltu minhum nəfsən fə`əxafu ən yəqtulun
(Musa) dedi: «Ey Rəbbim, mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram (dəvətimi çatdırmazdan öncə) məni öldürsünlər».
وَأَخِى هَـٰرُونُ هُوَ أَفْصَحُ مِنِّى لِسَانًا فَأَرْسِلْهُ مَعِىَ رِدْءًا يُصَدِّقُنِىٓۖ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ٣٤
Və`əxi harunu huvə əfsahu minni lisanən fə`ərsilhu mə'iyə rid`ən yusaddiquniy, inni əxafu ən yukəzzibun
«Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir (tutarlıdır). Buna görə onu da mənimlə kömək və arxa (olaraq) göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təkzib etsinlər (və mən məqsədimi aydın bəyan edə bilməyəm)».
قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَـٰنًا فَلَا يَصِلُونَ إِلَيْكُمَاۚ بِـَٔـايَـٰتِنَآ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلْغَـٰلِبُونَ٣٥
Qalə sənəşuddu əzudəkə bi`əxikə vənəc'əlu ləkuma sultanən fəla yəsilunə iləykuma, biayatina əntuma və məni ttəbə'əkuma əl ğalibun
(Allah) buyurdu: «Tezliklə sənin qolunu qardaşınla möhkəmlədərik və siz ikinizə (mübarizə və mübahisə etməkdə) qüdrət və qələbə əta edərik. Belə ki, Bizim ayə və möcüzələrimiz sayəsində əsla sizə əlləri çatmayacaq; siz və sizə tabe olanlar qalib gələcəksiniz!»
فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔـايَـٰتِنَا بَيِّنَـٰتٍ قَالُواْ مَا هَـٰذَآ إِلَّا سِحْرٌ مُّفْتَرًى وَمَا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ٣٦
Fələmma ca`əhum-musa biayatina bəyyinatin qalu ma haza illa sihrun mmuftərən və ma səmi'na bihaza fi aba`inal əvvəlin
Beləliklə, Musa Bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər: «Bu uydurulmuş (quraşdırılmış) sehrdən başqa bir şey deyildir və biz belə bir şeyi (tovhidə dəvəti) öz ata-babalarımız arasında eşitməmişik».
وَقَالَ مُوسَىٰ رَبِّىٓ أَعْلَمُ بِمَن جَآءَ بِٱلْهُدَىٰ مِنْ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَـٰقِبَةُ ٱلدَّارِۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ٣٧
Vəqalə musa rəbbi ə'ləmu bimən ca`ə bilhuda min indihi və mən təkunu ləhu aqibətud dar, innəhu la yuflihuz zalimun
Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
وَقَالَ فِرْعَوْنُ يَـٰٓأَيُّهَا ٱلْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرِى فَأَوْقِدْ لِى يَـٰهَـٰمَـٰنُ عَلَى ٱلطِّينِ فَٱجْعَل لِّى صَرْحًا لَّعَلِّىٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ مِنَ ٱلْكَـٰذِبِينَ٣٨
Vəqalə fir'əvnu ya əyyuhal mələ`u ma əlimtu ləkum-min ilahin ğəyri fə`əvqid li ya hamanu əlat tini fac'əl-li sarhən llə'əlli əttali'u ila ilahi musa və`inni lə`əzunnuhu minəl kazibin
Firon dedi: «Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir), mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm».
وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ٣٩
Vastəkbərə huvə vəcunuduhu fil ərzi biğəyril həqqi vəzannu ənnəhum iləyna la yurcə'un
O və (onun) qoşunları yer üzərində haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, Bizim hüzurumuza qaytarılmayacaqlar.
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ٤٠
Fə`əxəznahu vəcunudəhu fənəbəznahum fil yəmm, fanzur kəyfə kanə aqibətuz zalimin
Beləliklə, onu və qoşunlarını yaxaladıq və dənizə atdıq; (Ya peyğəmbər!) bax gör ki, zülmkarların aqibəti necə oldu?!
وَجَعَلْنَـٰهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ لَا يُنصَرُونَ٤١
Vəcə'əlnahum ə`immətən yəd'unə ilan nar, vəyəvməl qiyaməti la yunsarun
Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. Qiyamət günü (heç bir şəfaət sahibi tərəfindən) onlara kömək edilməyəcək!
وَأَتْبَعْنَـٰهُمْ فِى هَـٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ هُم مِّنَ ٱلْمَقْبُوحِينَ٤٢
Və`ətbə'nahum fi hazihid dunya lə'nəh, vəyəvməl qiyaməti hum-minəl məqbuhin
Bu dünyada onların ardınca (böyük) bir lənət qoyduq. (Mələklərin və möminlərin lənəti, bu cür şəxslərə tabe olanların günahları onlar üçün həqiqi lənətdir.) Qiyamət günü (onlar) eybəcər üzlülərdən, rüsvay edilmişlərdən və mənfurlardan olacaqlar.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِ مَآ أَهْلَكْنَا ٱلْقُرُونَ ٱلْأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ٤٣
Vələqəd atəyna musal kitabə min bə'di ma əhləknal qurunəl ula bəsa`irə lilnnasi vəhudən vərəhmətən llə'əlləhum yətəzəkkərun
Biz (Nuh, Hud, Saleh və Lutun qövmü kimi) keçmiş cəmiyyətləri həlak etdikdən sonra camaat üçün bəsirət vasitəsi hidayət və rəhmət səbəbi olan (səmavi) kitab(ı Tövratı) Musaya əta etdik ki, bəlkə öyüd-nəsihət alsınlar.
وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ٤٤
Və ma kuntə bicanibi əl ğərbiyyi iz qəzayna ila musal əmrə və ma kuntə minəş şahidin
(Ya Peyğəmbər!) Biz risalət əmrini (elmləri və Tövratı vəhy etməklə) Musaya elan etdiyimiz və hökm verdiyimiz (möhkəmlətdiyimiz) zaman sən (müqəddəs vadinin) qərb tərəf(in)də deyildin və sən (o heyrətli səhnənin) şahidlər(in)dən deyildin.
وَلَـٰكِنَّآ أَنشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ ٱلْعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيًا فِىٓ أَهْلِ مَدْيَنَ تَتْلُواْ عَلَيْهِمْ ءَايَـٰتِنَا وَلَـٰكِنَّا كُنَّا مُرْسِلِينَ٤٥
Və lakinna ənşə`na qurunən fətətavələ ələyhimul umur, və ma kuntə saviyən fi əhli mədyənə tətlu ələyhim ayatina və lakinna kunna mursilin
Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذْ نَادَيْنَا وَلَـٰكِن رَّحْمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّآ أَتَـٰهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ٤٦
Və ma kuntə bicanibit turi iz nadəyna və lakin rrəhmətən min rrəbbikə litunzirə qəvmən mma ətahum-min-nəzirin min qəblikə lə'əlləhum yətəzəkkərun
Biz (Musanı «Nur» ağacından nübuvvət məqamı üçün) çağıranda da, sən Turun (Tur dağının) yanında deyildin (ki, öz gördüklərindən xəbər verəsən). Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir (səni onlardan xəbərdar etdik) ki, səndən öncə (İsanın, ya İsmailin zamanından sənin əsrinə qədər) heç bir qorxudan (Peyğəmbər) gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd-nəsihət alsınlar.
وَلَوْلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُواْ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولاً فَنَتَّبِعَ ءَايَـٰتِكَ وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ٤٧
Vələvla ən tusibəhum-musibətun bima qəddəmət əydihim fəyəqulu rəbbəna ləvla ərsəltə iləyna rəsulən fənəttəbi'ə ayatikə vənəkunə minəl mu`minin
Və əks təqdirdə özlərinin qabaqcadan göndərdiklərinin (dünyada etdikləri əməllərin) müqabilində onlara bir müsibət və əzab (cəza) yetişsəydi (dəlil-sübut gətirər və) deyərdilər: «Ey Rəbbimiz, nə üçün bizə bir rəsul göndərmədin ki, Sənin ayələrinə tabe olub, möminlərdən olaydıq» (Biz onları peyğəmbər göndərmədən küfr və günahlarının cəzasına düçar edərdik. Biz daim əqli dəlilləri nəqli dəllillərlə təsdiq edirik).
فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُواْ لَوْلَآ أُوتِىَ مِثْلَ مَآ أُوتِىَ مُوسَىٰٓۚ أَوَلَمْ يَكْفُرُواْ بِمَآ أُوتِىَ مُوسَىٰ مِن قَبْلُۖ قَالُواْ سِحْرَانِ تَظَـٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلٍّ كَـٰفِرُونَ٤٨
Fələmma ca`əhumul həqqu min indina qalu ləvla utiyə mislə ma utiyə musa, Əvələm yəkfuru bima utiyə musa min qəbl, qalu sihrani təzahəra vəqalu inna bikullin kafirun
Beləliklə, Bizim tərəfimizdən onlara (müşriklərə) (Peyğəmbər və) haqq (olan kitab) gəldikdə (onlar) dedilər: «Musaya verilənin (Tövratın birdəfəlik nazil olunması, əsa və ağ, parlaq, nurlu əl möcüzələrinin) bənzəri nə üçün ona verilməmişdir?!» Məgər bu müşriklər bundan öncə Musaya veriləni inkar etməmişdilərmi? Dedilər: «(Bu Tövrat və Quran) iki sehrdir (cadudur) ki, bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik». (Və məgər o müşriklər bundan öncə Musaya verdiyimizi inkar etməmişlərmi? Dedilər: «(Musa və Harun) iki məharətli sehrbazdır və bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik»).
قُلْ فَأْتُواْ بِكِتَـٰبٍ مِّنْ عِندِ ٱللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَآ أَتَّبِعْهُ إِن كُنتُمْ صَـٰدِقِينَ٤٩
Qul fə`tu bikitabin min indi-llahi huvə əhda minhuma əttəbi'hu in kuntum sadiqin
(Ya Peyğəmbər!) de: «Əgər siz düz danışansınızsa, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən (Tövrat və Qurandan) daha doğru yol göstərən olsun ki, mən ona tabe olum».
فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَٮٰهُ بِغَيْرِ هُدًى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ٥٠
Fə`in lləm yəstəcibu ləkə fa'ləm ənnəma yəttəbi'unə əhva`əhum, və mən əzallu mimməni ttəbə'ə həvahu biğəyri hudən mminə əllah, innə əllah la yəhdil qəvməz zalimin
Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.
وَلَقَدْ وَصَّلْنَا لَهُمُ ٱلْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ٥١
Vələqəd vəssalna ləhumul qəvlə lə'əlləhum yətəzəkkərun
Həqiqətən, Biz öz sözümüzü (Quranın ayələrini və surələrini) bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda (bir neçə il ərzində ardıcıl) onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar.
ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ مِن قَبْلِهِۦ هُم بِهِۦ يُؤْمِنُونَ٥٢
Əlləzinə atəynahumul kitabə min qəblihi hum bihi yu`minun
Bundan öncə səmavi kitab verdiyimiz kəslər (məsələn, Tövrat və İncil əhlinin bəziləri), buna (bu Qurana) da iman gətirirlər.
وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبْلِهِۦ مُسْلِمِينَ٥٣
Və`iza yutla ələyhim qalu amənna bihi innəhul həqqu min rrəbbina inna kunna min qəblihi muslimin
Onlara Quran oxunan zaman deyərlər: «Ona iman gətirdik, şübhəsiz, bu bizim Rəbbimiz tərəfindən (nazil) olan həmin haqdır (həqiqətdir), həqiqətən, biz on(un nazil olmasın)dan qabaq (Tövratın və İncilin xəbərləri vasitəsilə) İslamı qəbul etmişdik».
أُوْلَـٰٓئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُواْ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ٥٤
Ula`ikə yu`təvnə əcrəhum-mərrətəyni bima sabəru vəyədrə`unə bilhəsənətis səyyi`ətə vəmimma rəzəqnahum yunfiqun
(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbr etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər.
وَإِذَا سَمِعُواْ ٱللَّغْوَ أَعْرَضُواْ عَنْهُ وَقَالُواْ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ سَلَـٰمٌ عَلَيْكُمْ لَا نَبْتَغِى ٱلْجَـٰهِلِينَ٥٥
Və`iza səmi'u əlləğvə ə'rəzu ənhu vəqalu ləna ə'maluna vələkum ə'malukum səlamun ələykum la nəbtəğil cahilin
(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik».
إِنَّكَ لَا تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَـٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُۚ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ٥٦
Innəkə la təhdi mən əhbəbtə və lakinnə əllah yəhdi mən yəşa, və huvə ə'ləmu bilmuhtədin
(Ya Peyğəmbər!) Şübhəsiz, sən özün istədiyin hər bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini haqqa yönəldə bilməzsən, çünki sənin vəzifən yolu göstərməkdir). Lakin Allah istədiyi hər bir kəsi imana çatdırır (onu düz yola yönəldir) və O, doğru yola istedadı (qabiliyyəti) olanları daha yaxşı bilir.
وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَآۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا ءَامِنًا يُجْبَىٰٓ إِلَيْهِ ثَمَرَٲتُ كُلِّ شَىْءٍ رِّزْقًا مِّن لَّدُنَّا وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ٥٧
Vəqalu in-nəttəbi'il huda mə'əkə nutəxəttaf min ərzina, Əvələm numəkkin lləhum hərəmən aminən yucba iləyhi səməratu kulli şəy`in rrizqən min llədunna və lakinnə əksərəhum la yə`ləmun
(Məkkə müşrikləri başqa bir bəhanə gətirərək) dedilər: «Əgər səninlə birlikdə haqq yola tabe olsaq, (başqa müşriklər) bizi torpaqlarımızdan (yurdlarımızdan) didərgin salar (və ölümə və əsirliyə sürükləyərlər)». Məgər Biz onları hər növ məhsulun daşınıb gətirildiyi əmin-amanlıq (hökm sürən) bir Hərəmdə yerləşdirmədikmi?! (Bu) Bizim tərəfimizdən (verilən) bir ruzidir, lakin onların əksəriyyəti (bunun qədrini) bilmirlər.
وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةِۭ بَطِرَتْ مَعِيشَتَهَاۖ فَتِلْكَ مَسَـٰكِنُهُمْ لَمْ تُسْكَن مِّنۢ بَعْدِهِمْ إِلَّا قَلِيلاًۖ وَكُنَّا نَحْنُ ٱلْوَٲرِثِينَ٥٨
Vəkəm əhləkna min qəryətin bətirət mə'işətəha, fətilkə məsakinuhum ləm tuskən min bə'dihim illa qəlilə, vəkunna nəhnul varisin
Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq.
وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِىٓ أُمِّهَا رَسُولاً يَتْلُواْ عَلَيْهِمْ ءَايَـٰتِنَاۚ وَمَا كُنَّا مُهْلِكِى ٱلْقُرَىٰٓ إِلَّا وَأَهْلُهَا ظَـٰلِمُونَ٥٩
Və ma kanə rəbbukə muhlikəl qura hətta yəb'əsə fi ummiha rəsulən yətlu ələyhim ayatina, və ma kunna muhlikil qura illa və`əhluha zalimun
Sənin Rəbbin mərkəzlərinə Bizim (tovhidimizin və xilqətin məqsədlərinə dair) ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik.
وَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَـٰعُ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰٓۚ أَفَلَا تَعْقِلُونَ٦٠
Və ma utitum-min şəy`in fəməta'ul həyatid dunya vəzinətuha, və ma ində əllah xəyrun və`əbqa, Əfəla tə'qilun
(Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bərbəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir. Məgər düşünmürsünüz?
أَفَمَن وَعَدْنَـٰهُ وَعْدًا حَسَنًا فَهُوَ لَـٰقِيهِ كَمَن مَّتَّعْنَـٰهُ مَتَـٰعَ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ ٱلْقِيَـٰمَةِ مِنَ ٱلْمُحْضَرِينَ٦١
Əfəmən və'ədnahu və'dən həsənən fəhuvə laqihi kəmən mməttə'nahu məta'əl həyatid dunya summə huvə yəvməl qiyaməti minəl muhzarin
Beləliklə, (axirət səadəti barədə) mütləq qovuşacağı gözəl bir vəd verdiyimiz kimsə dünya malını verdiyimiz sonra da Qiyamət günü (hesab və əzab üçün) gətiriləcək kəslə eyni ola bilərmi?!
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ٦٢
Vəyəvmə yunadihim fəyəqulu əynə şurəka`iyə əlləzinə kuntum təz'umun
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyər: «(Tanrılıqda, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklərim (bütlər, ulduzlar, cinlər və sairə) haradadırlar?!»
قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغْوَيْنَآ أَغْوَيْنَـٰهُمْ كَمَا غَوَيْنَاۖ تَبَرَّأْنَآ إِلَيْكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعْبُدُونَ٦٣
Qalə əlləzinə həqqə ələyhimul qəvlu rəbbəna ha`ula`i əlləzinə əğvəyna əğvəynahum kəma ğəvəyna, təbərrə`na iləyk, ma kanu iyyana yə'budun
Haqlarında əzab vədi həyata keçən kəslər (adamları dünyada öz ibadət və itaətlərinə çağıranlar) deyərlər: «Ey Rəbbimiz, bizim azdırdıqlarımız (bizə sitayiş edənlər) bunlardır. Biz nə cür (öz ixtiyarımızla) azmışıqsa, onları da (öz ixtiyarları ilə) elə azdırdıq. İndi isə onlardan uzaqlaşıb Sənə tərəf gəldik. (Əslində) onlar bizə ibadət etmirdilər, (məcburi surətdə ibadət etmirdilər, yaxud şeytanlara və ya öz «əmmarə» nəfslərinə ibadət edirdilər).
وَقِيلَ ٱدْعُواْ شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُواْ لَهُمْ وَرَأَوُاْ ٱلْعَذَابَۚ لَوْ أَنَّهُمْ كَانُواْ يَهْتَدُونَ٦٤
Vəqilə d'u şurəka`əkum fədə'əvhum fələm yəstəcibu ləhum vərə`əvul əzab, ləv ənnəhum kanu yəhtədun
Və (ibadət edənlərə) deyiləcəkdir: «Belə isə, şəriklərinizi (Allahla bərabər hesab etdiklərinizi, köməyə) çağırın». Beləliklə, onları çağırarlar, amma onlar cavab (hay) verməzlər; və əzabı (eynül-yəqinlə) görərlər və arzu edərlər ki, «kaş (dünyada) hidayət olmuş olaydılar».
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَآ أَجَبْتُمُ ٱلْمُرْسَلِينَ٦٥
Vəyəvmə yunadihim fəyəqulu maza əcəbtumul mursəlin
(Ya Peyğəmbər!) (Yada sal,) o gün ki, (Allah Məhşər əhlinin hamısına) xitab edib, deyəcəkdir: «Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?»
فَعَمِيَتْ عَلَيْهِمُ ٱلْأَنۢبَآءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَآءَلُونَ٦٦
Fə'əmiyət ələyhimul əmba`u yəvmə`izin fəhum la yətəsa`əlun
Beləliklə, o gündə (cavaba və başqa məsələlərə aid) xəbərlər (zamanın uzunluğundan və dəhşətin çoxluğundan) onlardan gizli qalar. Hətta (onlar) bir-birlərindən belə soruşa bilməzlər.
فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلْمُفْلِحِينَ٦٧
Fə`əmma mən tabə vəamənə və'əmilə salihən fə'əsa ən yəkunə minəl muflihin
Lakin (küfr və günahdan) tövbə edib, iman gətirən və yaxşı işlər görən kəsə gəlincə isə onun nicat tapanlardan olmasına ümid vardır.
وَرَبُّكَ يَخْلُقُ مَا يَشَآءُ وَيَخْتَارُۗ مَا كَانَ لَهُمُ ٱلْخِيَرَةُۚ سُبْحَـٰنَ ٱللَّهِ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ٦٨
Vərəbbukə yəxluqu ma yəşau vəyəxtar, ma kanə ləhumul xiyərəh, subhanə əllah vətə'ala əmma yuşrikun
Sənin Rəbbin hər nə istəsə (varlıq aləmində) yaradar və seçər, onlar üçün seçim ixtiyarı yoxdur. Allah pakdır və Ona şərik qoşulanlardan ucadır!
وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ٦٩
Vərəbbukə yə`ləmu ma tukinnu suduruhum və ma yu'linun
Və sənin Rəbbin onların sinələrinin gizli saxladığı və (dillə, qələmlə, ya əməllə) aşkar etdikləri hər şeyi bilir.
وَهُوَ ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلْحَمْدُ فِى ٱلْأُولَىٰ وَٱلْأَخِرَةِۖ وَلَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ٧٠
Və huvə əllahu la ilahə illa huv, ləhul həmdu fil ula vəl axirəh, və ləhul hukmu və`iləyhi turcə'un
Ondan başqa heç bir tanrı olmayan Allah Odur. Dünyada və axirətdə həmd (sitayiş) yalnız Ona məxsusdur (çünki, hər iki aləmdə olan bütün gözəlliklər Ondandır). Hakimiyyət və hökm vermək (də hər iki aləmdə) Ona məxsusdur. Siz (hamınız) Ona tərəf qaytarılacaqsınız.
قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِضِيَآءٍۖ أَفَلَا تَسْمَعُونَ٧١
Qul ərə`əytum in cə'ələ əllahu ələykumu əlləylə sərmədən ila yəvmil qiyaməti mən ilahun ğəyru əllah yə`tikum biziya`, Əfəla təsmə'un
(Ya Peyğəmbər!) de: «Mənə deyin görüm, əgər Allah gecəni sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə qədər həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı tanrı (hətta günəşdən deyil, başqa bir yerdən) sizə bir işıq gətirə bilərdi? Məgər eşitmirsinizmi?!»
قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلنَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِلَيْلٍ تَسْكُنُونَ فِيهِۖ أَفَلَا تُبْصِرُونَ٧٢
Qul ərə`əytum in cə'ələ əllahu ələykumun nəharə sərmədən ila yəvmil qiyaməti mən ilahun ğəyru əllah yə`tikum biləylin təskununə fih, Əfəla tubsirun
De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»
وَمِن رَّحْمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ لِتَسْكُنُواْ فِيهِ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ٧٣
Vəmin rrəhmətihi cə'ələ ləkumu əlləylə vən nəharə litəskunu fihi vəlitəbtəğu min fəzlihi vələ'əlləkum təşkurun
Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. bəlkə şükr edəsiniz!
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ٧٤
Vəyəvmə yunadihim fəyəqulu əynə şurəka`iyə əlləzinə kuntum təz'umun
Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyəcəkdir: «(Tanrılıq, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklər (bütlər, ulduzlar, cinlər və başqaları) haradadırlar?!»
وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُواْ بُرْهَـٰنَكُمْ فَعَلِمُوٓاْ أَنَّ ٱلْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ٧٥
Vənəzə'na min kulli ummətin şəhidən fəqulna hatu burhanəkum fə'əlimu ənnəl həqqə lilləhi vəzallə ənhum-ma kanu yəftərun
(O gün) hər bir ümmətdən bir şahid (məsum şəxs, ya ədalətli bir alim, yaxud saleh bir adil) çıxararıq, beləliklə (şahidin hüzurunda o ümmətə) deyərik: «(Dininiz barədə) dəlil-sübutunuzu gətirin!» Onlar (elmül-yəqin və eynül-yəqinlə) biləcəklər ki, (bütün səmavi kitablardakı xəbərlərdə, hökmlərdə, şəriətlərdə, vədlərdə) Haqq Allaha məxsusdur. İftira (ilə) düzəltdikləri şey onların nəzərindən qeyb olar, yoxa çıxar.
إِنَّ قَـٰرُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْۖ وَءَاتَيْنَـٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُوْلِى ٱلْقُوَّةِ إِذْ قَالَ لَهُۥ قَوْمُهُۥ لَا تَفْرَحْۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْفَرِحِينَ٧٦
Innə qarunə kanə min qəvmi musa fəbəğa ələyhim, vəatəynahu minəl kunuzi ma innə məfatihəhu lətənu`u bil'usbəti ulil quvvəti iz qalə ləhu qəvmuhu la təfrəh, innə əllah la yuhibbul fərihin
Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
وَٱبْتَغِ فِيمَآ ءَاتَـٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْأَخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَاۖ وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَۖ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ٧٧
Vabtəği fima atakə əllahud darəl axirəh, və la tənsə nəsibəkə minəd dunya, və`əhsin kəma əhsənə əllahu iləyk, və la təbğil fəsadə fil ərz, innə əllah la yuhibbul mufsidin
«Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz».
قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍ عِندِىٓۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ ٱللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِۦ مِنَ ٱلْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًاۚ وَلَا يُسْــَٔلُ عَن ذُنُوبِهِمُ ٱلْمُجْرِمُونَ٧٨
Qalə innəma utituhu əla ilmin indiy, Əvələm yə'ləm ənnə əllah qəd əhləkə min qəblihi minəl quruni mən huvə əşəddu minhu quvvətən və`əksəru cəm'ə, və la yus`əlu ən zunubihimul mucrimun
(Qarun) dedi: «Həqiqət budur ki, bu mal-dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır).
فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ فِى زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلْحَيَوٲةَ ٱلدُّنْيَا يَـٰلَيْتَ لَنَا مِثْلَ مَآ أُوتِىَ قَـٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٍ٧٩
Fəxərəcə əla qəvmihi fi zinətih, qalə əlləzinə yuridunəl həyatəd dunya ya ləytə ləna mislə ma utiyə qarunu innəhu ləzu həzzin əzim
(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir».
وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ ٱللَّهِ خَيْرٌ لِّمَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًا وَلَا يُلَقَّـٰهَآ إِلَّا ٱلصَّـٰبِرُونَ٨٠
Vəqalə əlləzinə utul ilmə vəyləkum səvabu əllah xəyrun llimən amənə və'əmilə salihən və la yuləqqaha illas sabirun
(İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər».
فَخَسَفْنَا بِهِۦ وَبِدَارِهِ ٱلْأَرْضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٍ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلْمُنتَصِرِينَ٨١
Fəxəsəfna bihi vəbidarihil ərza fəma kanə ləhu min fi`ətin yənsurunəhu min duni-llahi və ma kanə minəl muntəsirin
Beləliklə, onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi.
وَأَصْبَحَ ٱلَّذِينَ تَمَنَّوْاْ مَكَانَهُۥ بِٱلْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُۖ لَوْلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَاۖ وَيْكَأَنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ٨٢
Və`əsbəhə əlləzinə təmənnəv məkanəhu bil`əmsi yəqulunə vəykə`ənnə əllah yəbsutu rrizqə limən yəşau min ibadihi vəyəqdir, ləvla ən mmənnə əllahu ələyna ləxəsəfə bina, vəykə`ənnəhu la yuflihul kafirun
Dünən (mal-dövlət və məqam baxımından) onun (Qarunun) yerində olmağı arzu edənlər, elə hala düşdülər ki, deyirdilər: «Vay-vay, sən demə Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış! Doğrudan Allah bizə lütf etdi (və bizi Qarunun gününə salmadı), yoxsa bizi də torpağa batırardı. Vay-vay, sən demə kafirlər nicat tapmayacaqlarmış!»
تِلْكَ ٱلدَّارُ ٱلْأَخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِى ٱلْأَرْضِ وَلَا فَسَادًاۚ وَٱلْعَـٰقِبَةُ لِلْمُتَّقِينَ٨٣
Tilkəd darul axirətu nəc'əluha lilləzinə la yuridunə uluvvən fil ərzi və la fəsadə, vəl aqibətu lilmuttəqin
Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.
مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌ مِّنْهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔـاتِ إِلَّا مَا كَانُواْ يَعْمَلُونَ٨٤
Mən ca`ə bilhəsənəti fələhu xəyrun mminha, və mən ca`ə bis səyyi`əti fəla yucza əlləzinə əmilus səyyi`ati illa ma kanu yə'məlun
Hər kəs (əqidə və əməl mərhələsində) yaxşı əməllə gəlsə, onun üçün (dünyada və axirətdə) ondan daha yaxşısı (mükafat) vardır və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar.
إِنَّ ٱلَّذِى فَرَضَ عَلَيْكَ ٱلْقُرْءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍۚ قُل رَّبِّىٓ أَعْلَمُ مَن جَآءَ بِٱلْهُدَىٰ وَمَنْ هُوَ فِى ضَلَـٰلٍ مُّبِينٍ٨٥
Innə əlləzi fərəza ələykəl qur`-anə ləraddukə ila mə'ad, qul rrəbbi ə'ləmu mən ca`ə bilhuda və mən huvə fi zalalin mmubin
(Ya Peyğəmbər!) Şübhəsiz, bu Quranı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir».
وَمَا كُنتَ تَرْجُوٓاْ أَن يُلْقَىٰٓ إِلَيْكَ ٱلْكِتَـٰبُ إِلَّا رَحْمَةً مِّن رَّبِّكَۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِّلْكَـٰفِرِينَ٨٦
Və ma kuntə tərcu ən yulqa iləykəl kitabu illa rəhmətən min rrəbbik, fəla təkunənnə zahirən llilkafirin
Bu kitabın sənə nazil olacağına ümid etmirdin, lakin (o) sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə də əsla kafirlərə arxa olma.
وَلَا يَصُدُّنَّكَ عَنْ ءَايَـٰتِ ٱللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَۖ وَٱدْعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ٨٧
Və la yəsuddunnəkə ən ayati-llahi bə'də iz unzilət iləyk, vad'u ila rəbbik, və la təkunənnə minəl muşrikin
Və məbada (Quran) sənə nazil edildikdən sonra (düşmənlər) səni Allahın ayələrinə (əməl etməkdən və camaata çatdırmaq)dan saxlayalar. (İnsanları) Rəbbinə sarı dəvət et və əsla müşriklərdən olma!
وَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَۘ لَآ إِلَـٰهَ إِلَّا هُوَۚ كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ٨٨
Və la təd'u mə'ə əllah ilahən axər, la ilahə illa huv, kullu şəy`in halikun illa vəchəh, ləhul hukmu və`iləyhi turcə'un
Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa (heç) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!