бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ١
Vəs səma`i vət tariq
And olsun göyə və gecə gələnə!
وَمَآ أَدْرَٮٰكَ مَا ٱلطَّارِقُ٢
Və ma ədrakə mat tariq
Sən nə bilirsən o, gecə gələn nədir?!
ٱلنَّجْمُ ٱلثَّاقِبُ٣
Ən nəcmus saqib
O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ٤
In kullu nəfsin lləmma ələyha hafiz
(Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ٥
Fəlyənzuril insanu mimmə xuliq
Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.
خُلِقَ مِن مَّآءٍ دَافِقٍ٦
Xuliqə min mma`in dafiq
O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ٧
Yəxrucu min bəynis sulbi vət təra`ib
O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ٨
Innəhu əla rəc'ihi ləqadir
Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ٩
Yəvmə tublas səra`ir
Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün
فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ١٠
Fəma ləhu min quvvətin və la nasir
(O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ١١
Vəs səma`i zati rrəc'
And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ١٢
Vəl ərzi zatis sad'
And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,
إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ١٣
Innəhu ləqəvlun fəsl
Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!
وَمَا هُوَ بِٱلْهَزْلِ١٤
Və ma huvə bilhəzl
Və əsla boş bir söz və zarafat deyildir!
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا١٥
Innəhum yəkidunə kəydə
Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.
وَأَكِيدُ كَيْدًا١٦
Və`əkidu kəydə
Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.
فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدَۢا١٧
Fəməhhilil kafirinə əmhilhum ruvəydə
Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).