Surə 52 · 49 ayə

surah052

Tur (Dağ)

Məkkə·49 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلطُّورِ١

Vət tur

And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!

2Ayə 2

وَكِتَـٰبٍ مَّسْطُورٍ٢

Vəkitabin mməstur

Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!

3Ayə 3

فِى رَقٍّ مَّنشُورٍ٣

Fi rəqqin mmənşur

(Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!

4Ayə 4

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ٤

Vəl bəytil mə'mur

Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!

5Ayə 5

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ٥

Vəs səqfil mərfu'

Və ucaldılmış tavana (göyə).

6Ayə 6

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ٦

Vəl bəhril məscur

Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!

7Ayə 7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٲقِعٌ٧

Innə əzabə rəbbikə ləvaqi'

(Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.

8Ayə 8

مَّا لَهُۥ مِن دَافِعٍ٨

Ma ləhu min dafi'

Onu əsla heç kəs dəf edə bilməz.

9Ayə 9

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا٩

Yəvmə təmurus səma`u məvrə

O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.

10Ayə 10

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا١٠

Vətəsirul cibalu səyrə

Və bütün dağlar (toz kimi havada) gəzişəcək.

11Ayə 11

فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١١

Fəvəylun yəvmə`izin llilmukəzzibin

Odur ki, həmin gün vay təkzib edənlərin halına!

12Ayə 12

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ١٢

Əlləzinə hum fi xəvzin yəl'əbun

O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.

13Ayə 13

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا١٣

Yəvmə yudə''unə ila nari cəhənnəmə də''ə

Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.

14Ayə 14

هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ١٤

Hazihin naru əlləti kuntum biha tukəzzibun

(Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.

15Ayə 15

أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ١٥

Əfəsihrun haza əm əntum la tubsirun

Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!

16Ayə 16

ٱصْلَوْهَا فَٱصْبِرُوٓاْ أَوْ لَا تَصْبِرُواْ سَوَآءٌ عَلَيْكُمْ‌ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ١٦

Isləvha fasbiru əv la təsbiru səva`un ələykum, innəma tuczəvnə ma kuntum tə'məlun

Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.

17Ayə 17

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَعِيمٍ١٧

Innəl muttəqinə fi cənnatin vənə'im

Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.

18Ayə 18

فَـٰكِهِينَ بِمَآ ءَاتَـٰهُمْ رَبُّهُمْ وَوَقَـٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ١٨

Fakihinə bima atahum rəbbuhum vəvəqahum rəbbuhum əzabəl cəhim

Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.

19Ayə 19

كُلُواْ وَٱشْرَبُواْ هَنِيٓـــَٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ١٩

Kulu vaşrəbu həni`ən bima kuntum tə'məlun

(Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»

20Ayə 20

مُتَّكِــِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ‌ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ٢٠

Muttəki`inə əla sururin mməsfufəh, vəzəvvəcnahum bihurin in

Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.

21Ayə 21

وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ‌ۚ كُلُّ ٱمْرِىِٕۭ بِمَا كَسَبَ رَهِينٌ٢١

Valləzinə amənu vattəbə'əthum zurriyyətuhum bi`imanin əlhəqna bihim zurriyyətəhum və ma ələtnahum-min əməlihim-min şəy`, kullu mri`in bima kəsəbə rəhin

(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).

22Ayə 22

وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ٢٢

Və`əmdədnahum bifakihətin vələhmin mmimma yəştəhun

Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.

23Ayə 23

يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ٢٣

Yətənazə'unə fiha kə`sən lla ləğvun fiha və la tə`sim

Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.

24Ayə 24

وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ٢٤

Vəyətufu ələyhim ğilmanun lləhum kə`ənnəhum lu`lu`un mməknun

Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.

25Ayə 25

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ٢٥

Və`əqbələ bə'zuhum əla bə'zin yətəsa`əlun

Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.

26Ayə 26

قَالُوٓاْ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ٢٦

Qalu inna kunna qəblu fi əhlina muşfiqin

Deyərlər: «Həqiqətən, biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq».

27Ayə 27

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَـٰنَا عَذَابَ ٱلسَّمُومِ٢٧

Fəmənnə əllahu ələyna vəvəqana əzabəs səmum

Beləliklə, Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.

28Ayə 28

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ‌ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ٢٨

Inna kunna min qəblu nəd'uh, innəhu huvəl bərru rrəhim

Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.

29Ayə 29

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ٢٩

Fəzəkkir fəma əntə bini'məti rəbbikə bikahinin və la məcnun

Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!

30Ayə 30

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ٣٠

Əm yəqulunə şa'irun nnətərəbbəsu bihi rəybəl mənun

Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.

31Ayə 31

قُلْ تَرَبَّصُواْ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ٣١

Qul tərəbbəsu fə`inni mə'əkum-minəl mutərəbbisin

De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm)».

32Ayə 32

أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ‌ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ٣٢

Əm tə`muruhum əhlamuhum bihaza, Əm hum qəvmun tağun

Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?

33Ayə 33

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ‌ۚ بَل لَّا يُؤْمِنُونَ٣٣

Əm yəqulunə təqəvvələh, bəl-la yu`minun

Yoxsa «bunu (Quranı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.

34Ayə 34

فَلْيَأْتُواْ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُواْ صَـٰدِقِينَ٣٤

Fəlyə`tu bihədisin mmislihi in kanu sadiqin

Buna görə də əgər (Quranın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Quran kimi) bir kəlam gətirsinlər.

35Ayə 35

أَمْ خُلِقُواْ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ٣٥

Əm xuliqu min ğəyri şəy`in əm humul xaliqun

Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!

36Ayə 36

أَمْ خَلَقُواْ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ‌ۚ بَل لَّا يُوقِنُونَ٣٦

Əm xələqus səmavati vəl ərz, bəl-la yuqinun

Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyr,) əksinə, onların yəqinlikləri yoxdur.

37Ayə 37

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ٣٧

Əm indəhum xəza`inu rəbbikə əm humul musaytirun

Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?

38Ayə 38

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ‌ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ٣٨

Əm ləhum sulləmun yəstəmi'unə fih, fəlyə`ti mustəmi'uhum bisultanin mmubin

Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.

39Ayə 39

أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ٣٩

Əm ləhul bənatu vələkumul bənun

(Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!

40Ayə 40

أَمْ تَسْــَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ٤٠

Əm təs`əluhum əcrən fəhum-min mməğrəmin mmusqəlun

Yoxsa (ilahi tapşırıqların və dinin çıtdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?

41Ayə 41

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ٤١

Əm indəhumu əl ğəybu fəhum yəktubun

Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!

42Ayə 42

أَمْ يُرِيدُونَ كَيْدًا‌ۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلْمَكِيدُونَ٤٢

Əm yuridunə kəydə, falləzinə kəfəru humul məkidun

Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiylələ məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).

43Ayə 43

أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ‌ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ٤٣

Əm ləhum ilahun ğəyru əllah, subhanə əllah əmma yuşrikun

Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.

44Ayə 44

وَإِن يَرَوْاْ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُواْ سَحَابٌ مَّرْكُومٌ٤٤

Və`in yərəv kisfən mminəs səma`i saqitən yəqulu səhabun mmərkum

Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.

45Ayə 45

فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُواْ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ٤٥

Fəzərhum hətta yulaqu yəvməhumu əlləzi fihi yus'əqun

Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.

46Ayə 46

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْــًٔا وَلَا هُمْ يُنصَرُونَ٤٦

Yəvmə la yuğni ənhum kəyduhum şəy`ən və la hum yunsarun

Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməcəyi və kömək olunmayacaqları bir gün(ə)!

47Ayə 47

وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابًا دُونَ ذَٲلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ٤٧

Və`innə lilləzinə zaləmu əzabən dunə zalikə və lakinnə əksərəhum la yə`ləmun

Şübhəsiz, zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.

48Ayə 48

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا‌ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ٤٨

Vasbir lihukmi rəbbikə fə`innəkə bi`ə'yunina, vəsəbbih bihəmdi rəbbikə hinə təqum

Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).

49Ayə 49

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ٤٩

Vəminə əlləyli fəsəbbihhu və`idbarən nucum

Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)