Surə 56 · 96 ayə

surah056

Vaqiə (Hadisə)

Məkkə·96 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ١

Iza vəqə'ətil vaqi'əh

Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.

2Ayə 2

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ٢

Ləysə livəq'ətiha kazibəh

Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.

3Ayə 3

خَافِضَةٌ رَّافِعَةٌ٣

Xafizatun rrafi'əh

Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)

4Ayə 4

إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا٤

Iza ruccətil ərzu rəccə

Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!

5Ayə 5

وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا٥

Vəbussətil cibalu bəssə

Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.

6Ayə 6

فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا٦

Fəkanət həba`ən mmumbəssə

Beləliklə, dağınıq toz halına düşəcəkdir.

7Ayə 7

وَكُنتُمْ أَزْوَٲجًا ثَلَـٰثَةً٧

Vəkuntum əzvacən səlasəh

Və siz üç dəstəyə bölünəcəksiniz.

8Ayə 8

فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ٨

Fə`əshabul məymənəti ma əshabul məymənəh

(Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)

9Ayə 9

وَأَصْحَـٰبُ ٱلْمَشْــَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْــَٔمَةِ٩

Və`əshabul məş`əməti ma əshabul məş`əməh

(İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)

10Ayə 10

وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ١٠

Vəs sabiqunəs sabiqun

(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!

11Ayə 11

أُوْلَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ١١

Ula`ikəl muqərrəbun

Onlar (Allahın dərgahına) yaxın olanlardır.

12Ayə 12

فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ١٢

Fi cənnatin nə'im

(Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.

13Ayə 13

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ١٣

Sullətun mminəl əvvəlin

Böük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).

14Ayə 14

وَقَلِيلٌ مِّنَ ٱلْأَخِرِينَ١٤

Vəqəlilun mminəl axirin

Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).

15Ayə 15

عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ١٥

Əla sururin mməvzunəh

(Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.

16Ayə 16

مُّتَّكِــِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ١٦

Muttəki`inə ələyha mutəqabilin

Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.

17Ayə 17

يَطُوفُ عَلَيْهِمْ وِلْدَٲنٌ مُّخَلَّدُونَ١٧

Yətufu ələyhim vildanun mmuxəllədun

Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.

18Ayə 18

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ١٨

Bi`əkvabin və`əbariqə vəkə`sin min mmə'in

(Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!

19Ayə 19

لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ١٩

La yusaddə'unə ənha və la yunzifun

Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.

20Ayə 20

وَفَـٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ٢٠

Vəfakihətin mmimma yətəxəyyərun

Və seçdikləri meyvələrlə.

21Ayə 21

وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ٢١

Vələhmi tayrin mmimma yəştəhun

Və meyilləri çəkən quş əti ilə.

22Ayə 22

وَحُورٌ عِينٌ٢٢

Vəhurun in

Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).

23Ayə 23

كَأَمْثَـٰلِ ٱللُّؤْلُوِٕ ٱلْمَكْنُونِ٢٣

Kə`əmsali əllu`lu`il məknun

Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!

24Ayə 24

جَزَآءَۢ بِمَا كَانُواْ يَعْمَلُونَ٢٤

Cəza`ən bima kanu yə'məlun

(Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.

25Ayə 25

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا٢٥

La yəsmə'unə fiha ləğvən və la tə`simə

Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.

26Ayə 26

إِلَّا قِيلاً سَلَـٰمًا سَلَـٰمًا٢٦

Illa qilən səlamən səlamə

Salam(un əleyk), səlam(un əleyk)dən başqa!

27Ayə 27

وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ٢٧

Və`əshabul yəmini ma əshabul yəmin

Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)

28Ayə 28

فِى سِدْرٍ مَّخْضُودٍ٢٨

Fi sidrin mməxzud

Tikansız sidr (ağacı bağları içərisin)də!

29Ayə 29

وَطَلْحٍ مَّنضُودٍ٢٩

Vətalhin mmənzud

Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).

30Ayə 30

وَظِلٍّ مَّمْدُودٍ٣٠

Vəzillin mməmdud

Və uzanan daimi kölgəlik.

31Ayə 31

وَمَآءٍ مَّسْكُوبٍ٣١

Və ma`in mməskub

Və (şəlalələrdən) tökülən su.

32Ayə 32

وَفَـٰكِهَةٍ كَثِيرَةٍ٣٢

Vəfakihətin kəsirəh

Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.

33Ayə 33

لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ٣٣

La məqtu'ətin və la məmnu'əh

Nə tükənəndir, nə də istifadəsi qadağan.

34Ayə 34

وَفُرُشٍ مَّرْفُوعَةٍ٣٤

Vəfuruşin mmərfu'əh

Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.

35Ayə 35

إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءً٣٥

Inna ənşə`nahunnə inşa

Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.

36Ayə 36

فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا٣٦

Fəcə'əlnahunnə əbkarə

Beləliklə, onları (həmişəlik olaraq) bakirə etmişik.

37Ayə 37

عُرُبًا أَتْرَابًا٣٧

Urubən ətrabə

Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.

38Ayə 38

لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ٣٨

Li`əshabil yəmin

(Bunların hamısı) sağ tərəf əhli üçündür.

39Ayə 39

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ٣٩

Sullətun mminəl əvvəlin

(Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),

40Ayə 40

وَثُلَّةٌ مِّنَ ٱلْأَخِرِينَ٤٠

Vəsullətun mminəl axirin

və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).

41Ayə 41

وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ٤١

Və`əshabuş şimali ma əshabuş şimal

Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)

42Ayə 42

فِى سَمُومٍ وَحَمِيمٍ٤٢

Fi səmumin vəhəmim

(Onlar içlərinə) nüfuz edən odun hərarəti və qaynar su (içərisin)də

43Ayə 43

وَظِلٍّ مِّن يَحْمُومٍ٤٣

Vəzillin min yəhmum

və qatı qara tütüsünün gölgəsindədirlər.

44Ayə 44

لَّا بَارِدٍ وَلَا كَرِيمٍ٤٤

La baridin və la kərim

Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).

45Ayə 45

إِنَّهُمْ كَانُواْ قَبْلَ ذَٲلِكَ مُتْرَفِينَ٤٥

Innəhum kanu qəblə zalikə mutrəfin

Həqiqətən, onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.

46Ayə 46

وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ٤٦

Vəkanu yusirrunə əlal hinsil əzim

Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.

47Ayə 47

وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ٤٧

Vəkanu yəqulunə ə`iza mitna vəkunna turabən və'izamən ə`inna ləməb'usun

Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»

48Ayə 48

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ٤٨

Əvəaba`unal əvvəlun

Bizim ata-babalarımız da (dirildiləcəklər)?

49Ayə 49

قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْأَخِرِينَ٤٩

Qul innəl əvvəlinə vəl axirin

De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da

50Ayə 50

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ٥٠

Ləməcmu'unə ila miqati yəvmin mmə'lum

mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.

51Ayə 51

ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ٥١

Summə innəkum əyyuhaz zallunəl mukəzzibun

Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!

52Ayə 52

لَأَكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ٥٢

Ləakilunə min şəcərin min zəqqum

Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.

53Ayə 53

فَمَالِــُٔونَ مِنْهَا ٱلْبُطُونَ٥٣

Fəmali`unə minhal butun

Beləliklə, qarınları(nızı) onunla dolduracaqsınız.

54Ayə 54

فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ٥٤

Fəşaribunə ələyhi minəl həmim

Onun üstündən qaynar su içəcəksiniz.

55Ayə 55

فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ٥٥

Fəşaribunə şurbəl him

Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.

56Ayə 56

هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ٥٦

Haza nuzuluhum yəvməd din

Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.

57Ayə 57

نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ٥٧

Nəhnu xələqnakum fələvla tusaddiqun

Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!

58Ayə 58

أَفَرَءَيْتُم مَّا تُمْنُونَ٥٨

Əfərə`əytum-ma tumnun

(Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?

59Ayə 59

ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ٥٩

Ə`əntum təxluqunəhu əm nəhnul xaliqun

Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?

60Ayə 60

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ٦٠

Nəhnu qəddərna bəynəkumul məvtə və ma nəhnu biməsbuqin

Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.

61Ayə 61

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ٦١

Əla ən-nubəddilə əmsaləkum vənunşi`əkum fi ma la tə'ləmun

(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!

62Ayə 62

وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ٦٢

Vələqəd əlimtumun nəş`ətəl ula fələvla təzəkkərun

Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!

63Ayə 63

أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ٦٣

Əfərə`əytum-ma təhrusun

Heç əkdiyinizi görmüsünüz?

64Ayə 64

ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٲرِعُونَ٦٤

Ə`əntum təzrə'unəhu əm nəhnuz zari'un

Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?

65Ayə 65

لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ٦٥

Ləv nəşau ləcə'əlnahu hutamən fəzaltum təfəkkəhun

Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:

66Ayə 66

إِنَّا لَمُغْرَمُونَ٦٦

Inna ləmuğrəmun

Həqiqətən, biz ziyana uğramışıq.

67Ayə 67

بَلْ نَحْنُ مَحْرُومُونَ٦٧

Bəl nəhnu məhrumun

Hətta məhrum və bədbəxtik!

68Ayə 68

أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ٦٨

Əfərə`əytumul ma`ə əlləzi təşrəbun

Heç içdiyiniz suyu görmüsünüz?

69Ayə 69

ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ٦٩

Ə`əntum ənzəltumuhu minəl muzni əm nəhnul munzilun

Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?

70Ayə 70

لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ٧٠

Ləv nəşau cə'əlnahu ucacən fələvla təşkurun

Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!

71Ayə 71

أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ٧١

Əfərə`əytumun narə əlləti turun

Heç yandırdığınız odu görmüsünüz?

72Ayə 72

ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِــُٔونَ٧٢

Ə`əntum ənşə`tum şəcərətəha əm nəhnul munşi`un

Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?

73Ayə 73

نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةً وَمَتَـٰعًا لِّلْمُقْوِينَ٧٣

Nəhnu cə'əlnaha təzkirətən vəməta'ən llilmuqvin

Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.

74Ayə 74

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ٧٤

Fəsəbbih bismi rəbbikəl əzim

Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).

75Ayə 75

فَلَآ أُقْسِمُ بِمَوَٲقِعِ ٱلنُّجُومِ٧٥

Fəla uqsimu biməvaqi'in nucum

Beləliklə, and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.

76Ayə 76

وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ٧٦

Və`innəhu ləqəsəmun lləv tə'ləmunə əzim

Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)

77Ayə 77

إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ٧٧

Innəhu ləqur`-anun kərim

Həqiqətən, bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.

78Ayə 78

فِى كِتَـٰبٍ مَّكْنُونٍ٧٨

Fi kitabin mməknun

(O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.

79Ayə 79

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ٧٩

La yəməssuhu illal mutahhərun

Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.

80Ayə 80

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ٨٠

Tənzilun min rrəbbil aləmin

O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.

81Ayə 81

أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ٨١

Əfəbihazal hədisi əntum-mudhinun

Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!

82Ayə 82

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ٨٢

Vətəc'əlunə rizqəkum ənnəkum tukəzzibun

Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?

83Ayə 83

فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ٨٣

Fələvla iza bələğətil hulqum

Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.

84Ayə 84

وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ٨٤

Və`əntum hinə`izin tənzurun

Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.

85Ayə 85

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ٨٥

Vənəhnu əqrəbu iləyhi minkum və lakin lla tubsirun

Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.

86Ayə 86

فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ٨٦

Fələvla in kuntum ğəyrə mədinin

(Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,

87Ayə 87

تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ٨٧

Tərci'unəha in kuntum sadiqin

əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

88Ayə 88

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ٨٨

Fə`əmma in kanə minəl muqərrəbin

Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,

89Ayə 89

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ٨٩

Fərəvhun vərəyhanun vəcənnətu nə'im

onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.

90Ayə 90

وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ٩٠

Və`əmma in kanə min əshabil yəmin

Amma əgər sağ tərəf əhlindən olsa,

91Ayə 91

فَسَلَـٰمٌ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ٩١

Fəsəlamun lləkə min əshabil yəmin

onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).

92Ayə 92

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ٩٢

Və`əmma in kanə minəl mukəzzibinəz zallin

Lakin əgər azmış təkzib edənlərdən olsa,

93Ayə 93

فَنُزُلٌ مِّنْ حَمِيمٍ٩٣

Fənuzulun min həmim

onda (ona) ilk xidmət qaynar sudur

94Ayə 94

وَتَصْلِيَةُ جَحِيمٍ٩٤

Vətəsliyətu cəhim

və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!

95Ayə 95

إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ٩٥

Innə haza ləhuvə həqqul yəqin

Doğrudan da, bu (mətləb) qəti və şübhəsiz, bir həqiqətdir.

96Ayə 96

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ٩٦

Fəsəbbih bismi rəbbikəl əzim

Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)