бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ١
Ya əyyuhal muddəssir
Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).
قُمْ فَأَنذِرْ٢
Qum fə`ənzir
Qalx və (ins və cin mükəlləflərini) qorxut!
وَرَبَّكَ فَكَبِّرْ٣
Vərəbbəkə fəkəbbir
Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!
وَثِيَابَكَ فَطَهِّرْ٤
Vəsiyabəkə fətahhir
Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).
وَٱلرُّجْزَ فَٱهْجُرْ٥
Vər ruczə fahcur
Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.
وَلَا تَمْنُن تَسْتَكْثِرُ٦
Və la təmnun təstəksir
Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!
وَلِرَبِّكَ فَٱصْبِرْ٧
Vəlirəbbikə fasbir
Və öz Rəbbin üçün səbr et.
فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ٨
Fə`iza nuqirə fin naqur
Elə ki, sura üfürülər.
فَذَٲلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ٩
Fəzalikə yəvmə`izin yəvmun əsir
O gün çətin bir gündür.
عَلَى ٱلْكَـٰفِرِينَ غَيْرُ يَسِيرٍ١٠
Əlal kafirinə ğəyru yəsir
Kafirlər üçün asan deyildir.
ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًا١١
Zərni və mən xələqtu vəhidə
Məni Öz yaratdığım kimsə ilə tək burax.
وَجَعَلْتُ لَهُۥ مَالاً مَّمْدُودًا١٢
Vəcə'əltu ləhu malən mməmdudə
Ona bolluca mal-dövlət verdim.
وَبَنِينَ شُهُودًا١٣
Vəbəninə şuhudə
Və (Məkkədə, ya əyan-əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).
وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًا١٤
Vəməhhəttu ləhu təmhidə
Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ١٥
Summə yətmə'u ən əzid
Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأَيَـٰتِنَا عَنِيدًا١٦
Kəlla, innəhu kanə liayatina ənidə
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
سَأُرْهِقُهُۥ صَعُودًا١٧
Sə`urhiquhu sa'udə
Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ١٨
Innəhu fəkkərə vəqəddər
Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, ölçdü-biçdi.
فَقُتِلَ كَيْفَ قَدَّرَ١٩
Fəqutilə kəyfə qəddər
Ölüm olsun ona! Necə ölçdü-biçdi!
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ٢٠
Summə qutilə kəyfə qəddər
Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
ثُمَّ نَظَرَ٢١
Summə nəzar
Sonra baxdı.
ثُمَّ عَبَسَ وَبَسَرَ٢٢
Summə əbəsə vəbəsər
Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü.
ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ٢٣
Summə ədbərə vastəkbər
Sonra (Quranın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.
فَقَالَ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ يُؤْثَرُ٢٤
Fəqalə in haza illa sihrun yu`sər
Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».
إِنْ هَـٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ٢٥
In haza illa qəvlul bəşər
«Bu, bəşər kəlamından başqa bir şey deyildir».
سَأُصْلِيهِ سَقَرَ٢٦
Sə`uslihi səqər
Tezliklə onu Səqərə atacağam və yandıracağam.
وَمَآ أَدْرَٮٰكَ مَا سَقَرُ٢٧
Və ma ədrakə ma səqər
Və sən nə bilirsən ki, Səqər nədir!
لَا تُبْقِى وَلَا تَذَرُ٢٨
La tubqi və la təzər
(Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).
لَوَّاحَةٌ لِّلْبَشَرِ٢٩
Ləvvahətun llilbəşər
(O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.
عَلَيْهَا تِسْعَةَ عَشَرَ٣٠
Ələyha tis'ətə əşər
Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.
وَمَا جَعَلْنَآ أَصْحَـٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةًۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُواْ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَـٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَـٰنًاۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَـٰبَ وَٱلْمُؤْمِنُونَۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْكَـٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَـٰذَا مَثَلاًۚ كَذَٲلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ٣١
Və ma cə'əlna əshabən nari illa məla`ikətən və ma cə'əlna iddətəhum illa fitnətən llilləzinə kəfəru liyəstəyqinə əlləzinə utul kitabə vəyəzdadə əlləzinə amənu imanən və la yərtabə əlləzinə utul kitabə vəl mu`minunə vəliyəqulə əlləzinə fi qulubihim-mərəzun vəl kafirunə maza əradə əllahu bihaza məsələ, kəzalikə yuzillu əllahu mən yəşau vəyəhdi mən yəşa, və ma yə`ləmu cunudə rəbbikə illa huv, və ma hiyə illa zikra lilbəşər
Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Quranın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk - şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
كَلَّا وَٱلْقَمَرِ٣٢
Kəlla vəl qəmər
Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Quran və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,
وَٱلَّيْلِ إِذْ أَدْبَرَ٣٣
Vəl ləyli iz ədbər
And olsun qayıdıb getməkdə olan gecəyə,
وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ٣٤
Vəs subhi iza əsfər
Və and olsun işıqlanmaqda olan (səhərə) ki,
إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ٣٥
Innəha lə`ihdal kubər
Həqiqətən, bu (Quran ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.
نَذِيرًا لِّلْبَشَرِ٣٦
Nəzirən llilbəşər
Bəşər üçün bir qorxuducudur.
لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ٣٧
Limən şa minkum ən yətəqəddəmə əv yətə`əxxər
Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.
كُلُّ نَفْسِۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ٣٨
Kullu nəfsin bima kəsəbət rəhinəh
Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),
إِلَّآ أَصْحَـٰبَ ٱلْيَمِينِ٣٩
Illa əshabəl yəmin
«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.
فِى جَنَّـٰتٍ يَتَسَآءَلُونَ٤٠
Fi cənnatin yətəsa`əlun
Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,
عَنِ ٱلْمُجْرِمِينَ٤١
Ənil mucrimin
Günahkarların halını;
مَا سَلَكَكُمْ فِى سَقَرَ٤٢
Ma sələkəkum fi səqər
(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»
قَالُواْ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ٤٣
Qalu ləm nəku minəl musallin
Deyərlər: «Biz namaz qılanlardan deyildik.
وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ٤٤
Vələm nəku nut'imul miskin
Fəqirə və yoxsula təam verməzdik.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ٤٥
Vəkunna nəxuzu mə'əl xa`izin
Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ٤٦
Vəkunna nukəzzibu biyəvmid din
Cəza gününü təkzib və inkar edərdik.
حَتَّىٰٓ أَتَـٰنَا ٱلْيَقِينُ٤٧
Hətta ətanal yəqin
Ölüm bizi yaxalayana qədər».
فَمَا تَنفَعُهُمْ شَفَـٰعَةُ ٱلشَّـٰفِعِينَ٤٨
Fəma tənfə'uhum şəfa'ətuş şafi'in
Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.
فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ٤٩
Fəma ləhum ənit təzkirəti mu'rizin
Onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!
كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ٥٠
Kə`ənnəhum humurun mmustənfirəh
Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,
فَرَّتْ مِن قَسْوَرَةِۭ٥١
Fərrət min qəsvərəh
(Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.
بَلْ يُرِيدُ كُلُّ ٱمْرِىٍٕ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًا مُّنَشَّرَةً٥٢
Bəl yuridu kullu mri`in mminhum ən yu`ta suhufən mmunəşşərəh
(Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلْأَخِرَةَ٥٣
Kəlla, bəl-la yəxafunəl axirəh
Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.
كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌ٥٤
Kəlla innəhu təzkirəh
Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Quran) öyüd-nəsihət və xatırlatma vasitəsidir.
فَمَن شَآءَ ذَكَرَهُۥ٥٥
Fəmən şa zəkərəh
Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.
وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ٥٦
Və ma yəzkurunə illa ən yəşa əllah, huvə əhlut təqva və`əhlul məğfirəh
Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.