Surə 72 · 28 ayə

surah072

Cinn (Cinlər)

Məkkə·28 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ ٱسْتَمَعَ نَفَرٌ مِّنَ ٱلْجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا١

Qul uhiyə iləyyə ənnəhu stəmə'ə nəfərun mminəl cinni fəqalu inna səmi'na qur`-anən əcəbə

De: «Mənə vəhy olundu ki, (bizim his etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».

2Ayə 2

يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ فَـَٔـامَنَّا بِهِۦ‌ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَآ أَحَدًا٢

Yəhdi ila rruşdi fəamənna bih, vələn-nuşrikə birəbbina əhədə

«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq». (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).

3Ayə 3

وَأَنَّهُۥ تَعَـٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَـٰحِبَةً وَلَا وَلَدًا٣

Və`ənnəhu tə'ala cəddu rəbbina ma ttəxəzə sahibətən və la vələdə

«Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».

4Ayə 4

وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطًا٤

Və`ənnəhu kanə yəqulu səfihuna əla əllah şətata

«Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guyaOnun zövcəsi və övladı vardır)».

5Ayə 5

وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَى ٱللَّهِ كَذِبًا٥

Və`ənna zanənna ən llən təquləl insu vəl cinnu əla əllah kəzibə

«Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».

6Ayə 6

وَأَنَّهُۥ كَانَ رِجَالٌ مِّنَ ٱلْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ ٱلْجِنِّ فَزَادُوهُمْ رَهَقًا٦

Və`ənnəhu kanə ricalun mminəl insi yə'uzunə biricalin mminəl cinni fəzaduhum rəhəqə

«İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».

7Ayə 7

وَأَنَّهُمْ ظَنُّواْ كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ ٱللَّهُ أَحَدًا٧

Və`ənnəhum zannu kəma zanəntum ən llən yəb'əsə əllahu əhədə

«Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».

8Ayə 8

وَأَنَّا لَمَسْنَا ٱلسَّمَآءَ فَوَجَدْنَـٰهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا٨

Və`ənna ləməsnas səma`ə fəvəcədnaha muli`ət hərəsən şədidən vəşuhubə

«Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».

9Ayə 9

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَـٰعِدَ لِلسَّمْعِ‌ۖ فَمَن يَسْتَمِعِ ٱلْأَنَ يَجِدْ لَهُۥ شِهَابًا رَّصَدًا٩

Və`ənna kunna nəq'udu minha məqa'idə lilssəm', fəmən yəstəmi'il anə yəcid ləhu şihabən rrəsadə

«Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».

10Ayə 10

وَأَنَّا لَا نَدْرِىٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِى ٱلْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا١٠

Və`ənna la nədri əşərrun uridə bimən fil ərzi əm əradə bihim rəbbuhum rəşədə

«Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».

11Ayə 11

وَأَنَّا مِنَّا ٱلصَّـٰلِحُونَ وَمِنَّا دُونَ ذَٲلِكَ‌ۖ كُنَّا طَرَآئِقَ قِدَدًا١١

Və`ənna minnas salihunə vəminna dunə zalik, kunna tara`iqə qidədə

«(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».

12Ayə 12

وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعْجِزَ ٱللَّهَ فِى ٱلْأَرْضِ وَلَن نُّعْجِزَهُۥ هَرَبًا١٢

Və`ənna zanənna ən llən-nu'cizə əllah fil ərzi vələn-nu'cizəhu hərəbə

«Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».

13Ayə 13

وَأَنَّا لَمَّا سَمِعْنَا ٱلْهُدَىٰٓ ءَامَنَّا بِهِۦ‌ۖ فَمَن يُؤْمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا١٣

Və`ənna ləmma səmi'nal huda amənna bih, fəmən yu`min birəbbihi fəla yəxafu bəxsən və la rəhəqə

«Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».

14Ayə 14

وَأَنَّا مِنَّا ٱلْمُسْلِمُونَ وَمِنَّا ٱلْقَـٰسِطُونَ‌ۖ فَمَنْ أَسْلَمَ فَأُوْلَـٰٓئِكَ تَحَرَّوْاْ رَشَدًا١٤

Və`ənna minnal muslimunə vəminnal qasitun, fəmən əsləmə fə`ula`ikə təhərrəv rəşədə

«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».

15Ayə 15

وَأَمَّا ٱلْقَـٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبًا١٥

Və`əmmal qasitunə fəkanu licəhənnəmə hətabə

«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.)

16Ayə 16

وَأَلَّوِ ٱسْتَقَـٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسْقَيْنَـٰهُم مَّآءً غَدَقًا١٦

Və`ən lləvi stəqamu əlat tariqəti lə`əsqəynahum-ma`ən ğədəqə

«(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,

17Ayə 17

لِّنَفْتِنَهُمْ فِيهِ‌ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِۦ يَسْلُكْهُ عَذَابًا صَعَدًا١٧

Linəftinəhum fih, və mən yu'riz ən zikri rəbbihi yəslukhu əzabən sa'ədə

Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».

18Ayə 18

وَأَنَّ ٱلْمَسَـٰجِدَ لِلَّهِ فَلَا تَدْعُواْ مَعَ ٱللَّهِ أَحَدًا١٨

Və`ənnəl məsacidə lilləhi fəla təd'u mə'ə əllah əhədə

«Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».

19Ayə 19

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيْهِ لِبَدًا١٩

Və`ənnəhu ləmma qamə əbdu əllah yəd'uhu kadu yəkununə ələyhi libədə

«Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Quranın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».

20Ayə 20

قُلْ إِنَّمَآ أَدْعُواْ رَبِّى وَلَآ أُشْرِكُ بِهِۦٓ أَحَدًا٢٠

Qul innəma əd'u rəbbi və la uşriku bihi əhədə

De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».

21Ayə 21

قُلْ إِنِّى لَآ أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا٢١

Qul inni la əmliku ləkum zarrən və la rəşədə

De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».

22Ayə 22

قُلْ إِنِّى لَن يُجِيرَنِى مِنَ ٱللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا٢٢

Qul inni lən yucirəni minə əllah əhədun vələn əcidə min dunihi multəhədə

De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»

23Ayə 23

إِلَّا بَلَـٰغًا مِّنَ ٱللَّهِ وَرِسَـٰلَـٰتِهِۦ‌ۚ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا٢٣

Illa bəlağən mminə əllah vərisalatih, və mən yə'si-llahi vərəsuləhu fə`innə ləhu narə cəhənnəmə xalidinə fiha əbədə

«(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz, Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.

24Ayə 24

حَتَّىٰٓ إِذَا رَأَوْاْ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا٢٤

Hətta iza rə`əv ma yu'ədunə fəsəyə`ləmunə mən əz'əfu nasirən və`əqəllu ədədə

Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.

25Ayə 25

قُلْ إِنْ أَدْرِىٓ أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُۥ رَبِّىٓ أَمَدًا٢٥

Qul in ədri əqəribun mma tu'ədunə əm yəc'əlu ləhu rəbbi əmədə

De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir».

26Ayə 26

عَـٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا٢٦

Alimu əl ğəybi fəla yuzhiru əla ğəybihi əhədə

(Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.

27Ayə 27

إِلَّا مَنِ ٱرْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُۥ يَسْلُكُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ رَصَدًا٢٧

Illa məni rtəza min rrəsulin fə`innəhu yəsluku min bəyni yədəyhi vəmin xəlfihi rəsadə

Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)

28Ayə 28

لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُواْ رِسَـٰلَـٰتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَىْءٍ عَدَدَۢا٢٨

Liyə'ləmə ən qəd əbləğu risalati rəbbihim və`əhata bima lədəyhim və`əhsa kullə şəy`in ədədə

Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları ( öz elmi ilə) ehtiva etmişdir.O, hər şeyin sayını bilir».

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)