Surə 73 · 20 ayə

surah073

Muzəmmil (Mələfələnmiş)

Məkkə·20 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

يَـٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ١

Ya əyyuhal muzzəmmil

Ey libasına bürünmüş.

2Ayə 2

قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلاً٢

Qumi əlləylə illa qəlilə

Gecə-az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!

3Ayə 3

نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلاً٣

Nisfəhu əvi nqus minhu qəlilə

Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt;

4Ayə 4

أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلاً٤

Əv zid ələyhi vərəttilil qur`-anə tərtilə

Yaxud yarıya artır (onun üçdə ikisini), Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!

5Ayə 5

إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلاً ثَقِيلاً٥

Inna sənulqi ələykə qəvlən səqilə

Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (mənalarının başa düşülməsi, onun həqiqətlərinə varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi və cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.

6Ayə 6

إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْــًٔا وَأَقْوَمُ قِيلاً٦

Innə naşi`ətə əlləyli hiyə əşəddu vət`ən və`əqvəmu qilə

Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir.

7Ayə 7

إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًا طَوِيلاً٧

Innə ləkə fin nəhari səbhən tavilə

Və əlbəttə, sənin gün ərzində uzun-uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).

8Ayə 8

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلاً٨

Vazkuri smə rəbbikə vətəbəttəl iləyhi təbtilə

Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.

9Ayə 9

رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلاً٩

Rəbbul məşriqi vəl məğribi la ilahə illa huvə fattəxizhu vəkilə

O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).

10Ayə 10

وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًا جَمِيلاً١٠

Vasbir əla ma yəqulunə vahcurhum həcrən cəmilə

Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.

11Ayə 11

وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُوْلِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلاً١١

Vəzərni vəl mukəzzibinə ulin nə'məti vəməhhilhum qəlilə

Təkzib edən mal-dövlət sahiblərini Mən(im öhdəm)ə burax və onlara (bu dünyada) azacıq bir möhlət ver ki,

12Ayə 12

إِنَّ لَدَيْنَآ أَنكَالاً وَجَحِيمًا١٢

Innə lədəyna ənkalən vəcəhimə

Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) və şiddətlə yanan alovlu bir od vardır.

13Ayə 13

وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا١٣

Vəta'amən za ğussatin və'əzabən əlimə

Və boğazda ilişib qalan bir yemək və ağrılı bir əzab (vardır).

14Ayə 14

يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًا مَّهِيلاً١٤

Yəvmə tərcuful ərzu vəl cibalu vəkanətil cibalu kəsibən mməhilə

O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.

15Ayə 15

إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولاً شَـٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولاً١٥

Inna ərsəlna iləykum rəsulən şahidən ələykum kəma ərsəlna ila fir'əvnə rəsulə

Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.

16Ayə 16

فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَـٰهُ أَخْذًا وَبِيلاً١٦

Fə'əsa fir'əvnu rrəsulə fə`əxəznahu əxzən vəbilə

Firon o peyğəmbərə asi oldu, Biz də onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.

17Ayə 17

فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ ٱلْوِلْدَٲنَ شِيبًا١٧

Fəkəyfə təttəqunə in kəfərtum yəvmən yəc'əlul vildanə şibə

Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!

18Ayə 18

ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦ‌ۚ كَانَ وَعْدُهُۥ مَفْعُولاً١٨

Əs səma`u munfətirun bih, kanə və'duhu məf'ulə

Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.

19Ayə 19

إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ‌ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلاً١٩

Innə hazihi təzkirəh, fəmən şa ttəxəzə ila rəbbihi səbilə

Həqiqətən, bu (ayələr) öyüd-nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).

20Ayə 20

إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌ مِّنَ ٱلَّذِينَ مَعَكَ‌ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ‌ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ‌ۖ فَٱقْرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ‌ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ‌ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ‌ۙ وَءَاخَرُونَ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ‌ۖ فَٱقْرَءُواْ مَا تَيَسَّرَ مِنْهُ‌ۚ وَأَقِيمُواْ ٱلصَّلَوٲةَ وَءَاتُواْ ٱلزَّكَوٲةَ وَأَقْرِضُواْ ٱللَّهَ قَرْضًا حَسَنًا‌ۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا‌ۚ وَٱسْتَغْفِرُواْ ٱللَّهَ‌ۖ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمُۢ٢٠

Innə rəbbəkə yə`ləmu ənnəkə təqumu ədna min sulusəyi əlləyli vənisfəhu vəsulusəhu vəta`ifətun mminə əlləzinə mə'ək, vəl ləhu yuqəddiru əlləylə vən nəhar, Əlimə ən llən tuhsuhu fətabə ələykum, faqrə`u ma təyəssərə minəl qur`-an, Əlimə ən səyəkunu minkum-mərza vəaxərunə yəzribunə fil ərzi yəbtəğunə min fəzli-llahi vəaxərunə yuqatilunə fi səbili-llahi, faqrə`u ma təyəssərə minh, və`əqimus salatə vəatuz zəkatə və`əqrizu əllah qərzən həsənə, və ma tuqəddimu li`ənfusikum-min xəyrin təciduhu ində əllah huvə xəyrən və`ə'zamə əcrə, vastəğfiru əllah, innə əllah ğəfurun rrəhim

Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)