Surə 66 · 12 ayə

surah066

Təhrim (Qadağa)

Mədinə·12 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَ‌ۖ تَبْتَغِى مَرْضَاتَ أَزْوَٲجِكَ‌ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ١

Ya əyyuhan nəbiyyu limə tuhərrimu ma əhəllə əllahu ləkə təbtəği mərzatə əzvacikə vəl ləhu ğəfurun rrəhim

Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.

2Ayə 2

قَدْ فَرَضَ ٱللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَـٰنِكُمْ‌ۚ وَٱللَّهُ مَوْلَـٰكُمْ‌ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ٢

Qəd fərəza əllahu ləkum təhillətə əymanikum, vəl ləhu məvlakum, və huvəl əlimul həkim

Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir.

3Ayə 3

وَإِذْ أَسَرَّ ٱلنَّبِىُّ إِلَىٰ بَعْضِ أَزْوَٲجِهِۦ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِۦ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُۥ وَأَعْرَضَ عَنۢ بَعْضٍ‌ۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتْ مَنْ أَنۢبَأَكَ هَـٰذَا‌ۖ قَالَ نَبَّأَنِىَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ٣

Və`iz əsərrən nəbiyyu ila bə'zi əzvacihi hədisən fələmma nəbbə`ət bihi və`əzhərəhu əllahu ələyhi ərrəfə bə'zahu və`ə'rəza ən bə'z, fələmma nəbbə`əha bihi qalət mən əmbə`əkə haza, qalə nəbbə`əniyəl əlimul xəbir

Və (yada salın), bir zaman Peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü Peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisindən vaz keçdi; və ona (zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: «Bunu sənə kim xəbər verdi?» (Peyğəmbər) dedi: «O (hər şeyi) bilən və (hər şeydən) xəbərdar olan (Allah) mənə xəbər verdi».

4Ayə 4

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا‌ۖ وَإِن تَظَـٰهَرَا عَلَيْهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوْلَـٰهُ وَجِبْرِيلُ وَصَـٰلِحُ ٱلْمُؤْمِنِينَ‌ۖ وَٱلْمَلَـٰٓئِكَةُ بَعْدَ ذَٲلِكَ ظَهِيرٌ٤

In tətuba ila əllah fəqəd sağət qulubukuma, və`in təzahəra ələyhi fə`innə əllah huvə məvlahu vəcibrilu vəsalihul mu`minin, vəl məla`ikətu bə'də zalikə zahir

Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrail və möminlərin əməli salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.

5Ayə 5

عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُۥٓ أَزْوَٲجًا خَيْرًا مِّنكُنَّ مُسْلِمَـٰتٍ مُّؤْمِنَـٰتٍ قَـٰنِتَـٰتٍ تَـٰٓئِبَـٰتٍ عَـٰبِدَٲتٍ سَـٰٓئِحَـٰتٍ ثَيِّبَـٰتٍ وَأَبْكَارًا٥

Əsa rəbbuhu in talləqəkunnə ən yubdiləhu əzvacən xəyrən mminkunnə muslimatin mmu`minatin qanitatin ta`ibatin abidatin sa`ihatin səyyibatin və`əbkarə

Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin.

6Ayə 6

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ عَلَيْهَا مَلَـٰٓئِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ٦

Ya əyyuha əlləzinə amənu qu ənfusəkum və`əhlikum narən vəquduhan nasu vəl hicarətu ələyha məla`ikətun ğilazun şidadun lla yə'sunə əllah ma əmərəhum vəyəf'əlunə ma yu`mərun

Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.

7Ayə 7

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعْتَذِرُواْ ٱلْيَوْمَ‌ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ٧

Ya əyyuha əlləzinə kəfəru la tə'təzirul yəvm, innəma tuczəvnə ma kuntum tə'məlun

(O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır».

8Ayə 8

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّـَٔـاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ يَوْمَ لَا يُخْزِى ٱللَّهُ ٱلنَّبِىَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ‌ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَـٰنِهِمْ يَقُولُونَ رَبَّنَآ أَتْمِمْ لَنَا نُورَنَا وَٱغْفِرْ لَنَآ‌ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ٨

Ya əyyuha əlləzinə amənu tubu ila əllah təvbətən nnəsuhən əsa rəbbukum ən yukəffirə ənkum səyyi`atikum vəyudxiləkum cənnatin təcri min təhtihal ənharu yəvmə la yuxzi əllahun nəbiyyə valləzinə amənu mə'əh, nuruhum yəs'a bəynə əydihim vəbi`əymanihim yəqulunə rəbbəna ətmim ləna nurəna vağfir ləna, innəkə əla kulli şəy`in qədir

Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»

9Ayə 9

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَـٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَـٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ‌ۚ وَمَأْوَٮٰهُمْ جَهَنَّمُ‌ۖ وَبِئْسَ ٱلْمَصِيرُ٩

Ya əyyuhan nəbiyyu cahidil kuffarə vəl munafiqinə vağluz ələyhim, vəmə`vahum cəhənnəm, vəbi`səl məsir

Ey Peyğəmbər, kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt rəftar et; onların qalacaq yerləri Cəhənnəmdir və ora necə də pis bir dönüş yeridir!

10Ayə 10

ضَرَبَ ٱللَّهُ مَثَلاً لِّلَّذِينَ كَفَرُواْ ٱمْرَأَتَ نُوحٍ وَٱمْرَأَتَ لُوطٍ‌ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَـٰلِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ ٱللَّهِ شَيْــًٔا وَقِيلَ ٱدْخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّٲخِلِينَ١٠

Zarəbə əllahu məsələn llilləzinə kəfəru mrə`ətə nuhin vamrə`ətə lut, kanəta təhtə əbdəyni min ibadina salihəyni fəxanətahuma fələm yuğniya ənhuma minə əllah şəy`ən vəqilə dxulan narə mə'əd daxilin

Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Ondar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölün anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»

11Ayə 11

وَضَرَبَ ٱللَّهُ مَثَلاً لِّلَّذِينَ ءَامَنُواْ ٱمْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ٱبْنِ لِى عِندَكَ بَيْتًا فِى ٱلْجَنَّةِ وَنَجِّنِى مِن فِرْعَوْنَ وَعَمَلِهِۦ وَنَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ١١

Vəzarəbə əllahu məsələn llilləzinə amənu mrə`ətə fir'əvnə iz qalət rəbbi bni li indəkə bəytən fil cənnəti vənəccini min fir'əvnə və'əməlihi vənəccini minəl qəvmiz zalimin

Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»

12Ayə 12

وَمَرْيَمَ ٱبْنَتَ عِمْرَٲنَ ٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَـٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتْ مِنَ ٱلْقَـٰنِتِينَ١٢

Vəməryəmə bnətə imranə əlləti əhsanət fərcəha fənəfəxna fihi min rruhina vəsaddəqət bikəlimati rəbbiha vəkutubihi vəkanət minəl qanitin

Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi-Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)