бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
هَلْ أَتَـٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ١
Həl ətakə hədisu əl ğaşiyəh
(Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
وُجُوهٌ يَوْمَئِذٍ خَـٰشِعَةٌ٢
Vucuhun yəvmə`izin xaşi'əh
O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
عَامِلَةٌ نَّاصِبَةٌ٣
Amilətun nnasibəh
Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
تَصْلَىٰ نَارًا حَامِيَةً٤
Təsla narən hamiyəh
Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ٥
Tusqa min əynin aniyəh
Qaynar bulaqdan içirdiləcəklər.
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ٦
Ləysə ləhum ta'amun illa min zari'
Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ٧
La yusminu və la yuğni min cu'
(O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ٨
Vucuhun yəvmə`izin nna'iməh
O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.
لِّسَعْيِهَا رَاضِيَةٌ٩
Lisə'yiha raziyəh
Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.
فِى جَنَّةٍ عَالِيَةٍ١٠
Fi cənnətin aliyəh
Ali və uca məqamlı Cənnətdə olarlar.
لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةً١١
La təsmə'u fiha lağiyəh
Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.
فِيهَا عَيْنٌ جَارِيَةٌ١٢
Fiha əynun cariyəh
Orada daim axan bulaq var.
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ١٣
Fiha sururun mmərfu'əh
Orada uca, qiymətli taxtlar var.
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ١٤
Və`əkvabun mməvzu'əh
(Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.
وَنَمَارِقُ مَصْفُوفَةٌ١٥
Vənəmariqu məsfufəh
Bir-birinin yanına düzülmüş yastıqlar
وَزَرَابِىُّ مَبْثُوثَةٌ١٦
Vəzərabiyyu məbsusəh
(Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ١٧
Əfəla yənzurunə ilal ibili kəyfə xuliqət
Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ١٨
Və`ilas səma`i kəyfə rufi'ət
Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ١٩
Və`ilal cibali kəyfə nusibət
Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ٢٠
Və`ilal ərzi kəyfə sutihət
Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ٢١
Fəzəkkir innəma əntə muzəkkir
Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən.
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ٢٢
Ləstə ələyhim bimusaytir
Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ٢٣
Illa mən təvəlla vəkəfər
(Öyüd-nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd-nəsihətindən sonra) üz çevirər və kafir olarsa,
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ٢٤
Fəyu'əzzibuhu əllahul əzabəl əkbər
Allah ona ən böyük əzabla əzab verər.
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ٢٥
Innə iləyna iyabəhum
Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم٢٦
Summə innə ələyna hisabəhum
Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.