бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
الٓرۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ وَقُرْءَانٍ مُّبِينٍ١
Əlif, ləm, ra. tilkə ayatul kitabi vəqur`-anin mmubin
Əlif, Lam, Ra. (Mən, hər şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (uca məqamlı) surə, bu kitabın və (özü) aydın (olan) və aydınlıq gətirən Quranın ayələridir və bu (uca məqamlı ayələr), Lövhi-Məhfuzda sabit olan ayələr və həmin Lövhdə olan aydın Quranın ayələridir.
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوْ كَانُواْ مُسْلِمِينَ٢
Rubəma yəvəddu əlləzinə kəfəru ləv kanu muslimin
Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
ذَرْهُمْ يَأْكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلْهِهِمُ ٱلْأَمَلُۖ فَسَوْفَ يَعْلَمُونَ٣
Zərhum yə`kulu vəyətəməttə'u vəyulhihimul əməl, fəsəvfə yə`ləmun
Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər.
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ٤
Və ma əhləkna min qəryətin illa vələha kitabun mmə'lum
Biz heç bir insan cəmiyyətini (Lövhi-Məhfuzda) onun üçün (ömür müddəti barəsində) məlum yazı olmadan həlak etmədik.
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَــْٔخِرُونَ٥
Ma təsbiqu min ummətin əcələha və ma yəstə`xirun
Heç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər.
وَقَالُواْ يَـٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ٦
Vəqalu ya əyyuha əlləzi nuzzilə ələyhiz zikru innəkə ləməcnun
Və (istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Quran) nazil olan şəxs, həqiqətən, sən dəlisən!»
لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ٧
Ləv ma tə`tina bilməla`ikəti in kuntə minəs sadiqin
«Əgər sən doğruçusansa, nə üçün (iddianın doğruluğunu sübut etmələri və sənə müxalif olanları əzmələri üçün) mələkləri bizim yanımıza gətirmirsən?»
مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓاْ إِذًا مُّنظَرِينَ٨
Ma nunəzzilul məla`ikətə illa bilhəqqi və ma kanu izən mmunzarin
Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ٩
Inna nəhnu nəzzəlnaz zikrə və`inna ləhu ləhafizun
Həqiqətən, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmadan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ١٠
Vələqəd ərsəlna min qəblikə fi şiyə'il əvvəlin
Doğrudan da, Biz səndən öncə keçmiş tayfalara (peyğəmbərlər) göndərdik.
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ١١
Və ma yə`tihim-min rrəsulin illa kanu bihi yəstəhzi`un
Və onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
كَذَٲلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ١٢
Kəzalikə nəslukuhu fi qulubil mucrimin
Biz beləcə bu Quranı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik.
لَا يُؤْمِنُونَ بِهِۦۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ١٣
La yu`minunə bih, vəqəd xələt sunnətul əvvəlin
Halbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər).
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعْرُجُونَ١٤
Vələv fətəhna ələyhim babən mminəs səma`i fəzallu fihi yə'rucun
Əgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər),
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتْ أَبْصَـٰرُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ١٥
Ləqalu innəma sukkirət əbsaruna bəl nəhnu qəvmun mməshurun
yenə də «həqiqətən, bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ١٦
Vələqəd cə'əlna fis səma`i burucən vəzəyyənnaha lilnnazirin
Həqiqətən, Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
وَحَفِظْنَـٰهَا مِن كُلِّ شَيْطَـٰنٍ رَّجِيمٍ١٧
Vəhəfiznaha min kulli şəytanin rrəcim
Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur).
إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ١٨
Illa məni stərəqəs səm'ə fə`ətbə'əhu şihabun mmubin
Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.
وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٲسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍ مَّوْزُونٍ١٩
Vəl ərza mədədnaha və`əlqəyna fiha rəvasiyə və`əmbətna fiha min kulli şəy`in mməvzun
Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَـٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٲزِقِينَ٢٠
Vəcə'əlna ləkum fiha mə'ayişə və mən lləstum ləhu biraziqin
Və orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.
وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ٢١
Və`in min şəy`in illa indəna xəza`inuhu və ma nunəzziluhu illa biqədərin mmə'lum
(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
وَأَرْسَلْنَا ٱلرِّيَـٰحَ لَوَٲقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَسْقَيْنَـٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَـٰزِنِينَ٢٢
Və`ərsəlna rriyahə ləvaqihə fə`ənzəlna minəs səma`i ma`ən fə`əsqəynakumuhu və ma əntum ləhu bixazinin
Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.
وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٲرِثُونَ٢٣
Və`inna lənəhnu nuhyi vənumitu vənəhnul varisun
Şübhəsiz, dirildən və öldürən Bizik və Bizik (fani olduqdan sonra onların hamısının) varisi!
وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَــْٔخِرِينَ٢٤
Vələqəd əlimnal mustəqdiminə minkum vələqəd əlimnal mustə`xirin
Həqiqətən, Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ٢٥
Və`innə rəbbəkə huvə yəhşuruhum, innəhu həkimun əlim
Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların üzvlərini və hesab üçün şəxsləri) toplayacaqdır. Həqiqətən, O, hikmət sahibi və biləndir.
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ٢٦
Vələqəd xələqnal insanə min salsalin min həmə`in mməsnun
Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq.
وَٱلْجَآنَّ خَلَقْنَـٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ٢٧
Vəl cannə xələqnahu min qəblu min-naris səmum
Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى خَـٰلِقُۢ بَشَرًا مِّن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ٢٨
Və`iz qalə rəbbukə lilməla`ikəti inni xaliqun bəşərən min salsalin min həmə`in mməsnun
Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُواْ لَهُۥ سَـٰجِدِينَ٢٩
Fə`iza səvvəytuhu vənəfəxtu fihi min rruhi fəqə'u ləhu sacidin
«Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!»
فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ٣٠
Fəsəcədəl məla`ikətu kulluhum əcmə'un
Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər.
إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ٣١
Illa iblisə əba ən yəkunə mə'əs sacidin
İblisdən başqa, ki, o, səcdə edənlərlə birgə olmaqdan boyun qaçırdı.
قَالَ يَـٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ٣٢
Qalə ya iblisu ma ləkə əlla təkunə mə'əs sacidin
Allah buyurdu: «Ey İblis, sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?»
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ٣٣
Qalə ləm əkun lli`əscudə libəşərin xələqtəhu min salsalin min həmə`in mməsnun
Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ٣٤
Qalə faxruc minha fə`innəkə rəcim
Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən, sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».
وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ٣٥
Və`innə ələykə əllə'nətə ila yəvmid din
«Və şübhəsiz, (ilahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır)».
قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ٣٦
Qalə rəbbi fə`ənzirni ila yəvmi yub'əsun
Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ٣٧
Qalə fə`innəkə minəl munzarin
Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ٣٨
Ila yəvmil vəqtil mə'lum
«(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».
قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ٣٩
Qalə rəbbi bima əğvəytəni lə`uzəyyinənnə ləhum fil ərzi vələ`uğviyənnəhum əcmə'in
Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ٤٠
Illa ibadəkə minhumul muxləsin
«Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».
قَالَ هَـٰذَا صِرَٲطٌ عَلَىَّ مُسْتَقِيمٌ٤١
Qalə haza siratun ələyyə mustəqim
(İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ٤٢
Innə ibadi ləysə ləkə ələyhim sultanun illa məni ttəbə'əkə minə əl ğavin
«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ٤٣
Və`innə cəhənnəmə ləməv'iduhum əcmə'in
«Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».
لَهَا سَبْعَةُ أَبْوَٲبٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ٤٤
Ləha səb'ətu əbvabin llikulli babin mminhum cuz`un mməqsum
Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ٤٥
Innəl muttəqinə fi cənnatin və'uyun
Və həqiqətən, pərhizkarlar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.
ٱدْخُلُوهَا بِسَلَـٰمٍ ءَامِنِينَ٤٦
Udxuluha bisəlamin aminin
(Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsanız».
وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٲنًا عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ٤٧
Vənəzə'na ma fi sudurihim-min ğillin ixvanən əla sururin mmutəqabilin
Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ٤٨
La yəməssuhum fiha nəsabun və ma hum-minha bimuxrəcin
Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.
نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ٤٩
Nəbbi` ibadi ənni əna əl ğəfuru rrəhim
(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!
وَأَنَّ عَذَابِى هُوَ ٱلْعَذَابُ ٱلْأَلِيمُ٥٠
Və`ənnə əzabi huvəl əzabul əlim
Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٲهِيمَ٥١
Vənəbbi`hum ən zayfi ibrahim
Və onlara İbrahimin qonaqlarından xəbər ver.
إِذْ دَخَلُواْ عَلَيْهِ فَقَالُواْ سَلَـٰمًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ٥٢
Iz dəxəlu ələyhi fəqalu səlamən qalə inna minkum vəcilun
Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən, biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq».
قَالُواْ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ عَلِيمٍ٥٣
Qalu la təvcəl inna nubəşşirukə biğulamin əlim
Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».
قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ٥٤
Qalə əbəşşərtumuni əla ən mməssəniyəl kibəru fəbimə tubəşşirun
Dedi: «Qocalığın mənə yetişdiyi bir halda mənə müjdə verirsiniz?! Belə olan halda, mənə nə müjdə verirsiniz?»
قَالُواْ بَشَّرْنَـٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَـٰنِطِينَ٥٥
Qalu bəşşərnakə bilhəqqi fəla təkun mminəl qanitin
Dedilər: «Sənə düzgün (haqq və sabit) bir (işə görə) müjdə verdik. Buna görə də əsla naümidlərdən olma».
قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ٥٦
Qalə və mən yəqnətu min rrəhməti rəbbihi illaz zallun
Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ٥٧
Qalə fəma xətbukum əyyuhal mursəlun
Dedi: «Ey elçilər, bəs sizin (əsil) işiniz nədir?»
قَالُوٓاْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ٥٨
Qalu inna ursilna ila qəvmin mmucrimin
Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ٥٩
Illa alə lutin inna ləmunəccuhum əcmə'in
«Lutun ailəsi istisna olmaqla. Biz onların hamısına mütləq nicat verəcəyik».
إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآۙ إِنَّهَا لَمِنَ ٱلْغَـٰبِرِينَ٦٠
Illa mrə`ətəhu qəddərna innəha ləminə əl ğabirin
«Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ٦١
Fələmma ca`ə alə lutin əl mursəlun
Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ٦٢
Qalə innəkum qəvmun mmunkərun
Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».
قَالُواْ بَلْ جِئْنَـٰكَ بِمَا كَانُواْ فِيهِ يَمْتَرُونَ٦٣
Qalu bəl ci`nakə bima kanu fihi yəmtərun
Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.
وَأَتَيْنَـٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَـٰدِقُونَ٦٤
Və`ətəynakə bilhəqqi və`inna ləsadiqun
«Və Biz sənin üçün haqq xəbəri və doğru vədi gətirmişik və şübhəsiz, biz düz danışanlarıq».
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَـٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَٱمْضُواْ حَيْثُ تُؤْمَرُونَ٦٥
Fə`əsri bi`əhlikə biqit'in mminə əlləyli vattəbi' ədbarəhum və la yəltəfit minkum əhədun vamzu həysu tu`mərun
«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
وَقَضَيْنَآ إِلَيْهِ ذَٲلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقْطُوعٌ مُّصْبِحِينَ٦٦
Vəqəzayna iləyhi zalikəl əmrə ənnə dabirə ha`ula`i məqtu'un mmusbihin
Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.
وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ٦٧
Vəca`ə əhlul mədinəti yəstəbşirun
Və (o halda) şəhər əhli sevincək gəldi.
قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ٦٨
Qalə innə ha`ula`i zayfi fəla təfzahun
Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin».
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخْزُونِ٦٩
Vattəqu əllah və la tuxzun
«Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin».
قَالُوٓاْ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَـٰلَمِينَ٧٠
Qalu əvələm nənhəkə ənil aləmin
Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»
قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَـٰعِلِينَ٧١
Qalə ha`ula`i bənati in kuntum fa'ilin
Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır». (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ٧٢
Lə'əmrukə innəhum ləfi səkrətihim yə'məhun
Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ٧٣
Fə`əxəzəthumus sayhətu muşriqin
Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) səs bürüdü.
فَجَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ٧٤
Fəcə'əlna aliyəha safiləha və`əmtarna ələyhim hicarətən min siccil
Beləliklə, onların şəhərlərini al-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّلْمُتَوَسِّمِينَ٧٥
Innə fi zalikə ləayatin llilmutəvəssimin
Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ٧٦
Və`innəha ləbisəbilin mmuqim
Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً لِّلْمُؤْمِنِينَ٧٧
Innə fi zalikə ləayətən llilmu`minin
Və həqiqətən, bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.
وَإِن كَانَ أَصْحَـٰبُ ٱلْأَيْكَةِ لَظَـٰلِمِينَ٧٨
Və`in kanə əshabul əykəti ləzalimin
Və həqiqətən, «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.
فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ٧٩
Fantəqəmna minhum və`innəhuma ləbi`imamin mmubin
Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
وَلَقَدْ كَذَّبَ أَصْحَـٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ٨٠
Vələqəd kəzzəbə əshabul hicril mursəlin
Və həqiqətən, Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.
وَءَاتَيْنَـٰهُمْ ءَايَـٰتِنَا فَكَانُواْ عَنْهَا مُعْرِضِينَ٨١
Vəatəynahum ayatina fəkanu ənha mu'rizin
Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.
وَكَانُواْ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ٨٢
Vəkanu yənhitunə minəl cibali buyutən aminin
Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ٨٣
Fə`əxəzəthumus sayhətu musbihin
Beləliklə, səhəri açarkən (göydən gələn) bir səs onları bürüdü.
فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُواْ يَكْسِبُونَ٨٤
Fəma əğna ənhum-ma kanu yəksibun
Beləliklə, (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأَتِيَةٌۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ٨٥
Və ma xələqnas səmavati vəl ərza və ma bəynəhuma illa bilhəqq, və`innəs sa'ətə ləatiyəh, fasfəhis safhəl cəmil
Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ٨٦
Innə rəbbəkə huvəl xəllaqul əlim
Həqiqətən, sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
وَلَقَدْ ءَاتَيْنَـٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ٨٧
Vələqəd atəynakə səb'ən mminəl məsani vəl qur`-anəl əzim
Doğrudan da, sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik.
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٲجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ٨٨
La təmuddənnə əynəykə ila ma məttə'na bihi əzvacən mminhum və la təhzən ələyhim vaxfiz cənahəkə lilmu`minin
Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ٨٩
Vəqul inni ənan nəzirul mubin
Və de: «Həqiqətən, mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam».
كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ٩٠
Kəma ənzəlna əlal muqtəsimin
Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
ٱلَّذِينَ جَعَلُواْ ٱلْقُرْءَانَ عِضِينَ٩١
Əlləzinə cə'əlul qur`-anə izin
Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Quranı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
فَوَرَبِّكَ لَنَسْــَٔلَنَّهُمْ أَجْمَعِينَ٩٢
Fəvərəbbikə lənəs`ələnnəhum əcmə'in
Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz, (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.
عَمَّا كَانُواْ يَعْمَلُونَ٩٣
Əmma kanu yə'məlun
(Dünyada) etdikləri əməllər barəsində.
فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ٩٤
Fasdə' bima tu`məru və`ə'riz ənil muşrikin
Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.
إِنَّا كَفَيْنَـٰكَ ٱلْمُسْتَهْزِءِينَ٩٥
Inna kəfəynakəl mustəhzi`in
Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq.
ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَۚ فَسَوْفَ يَعْلَمُونَ٩٦
Əlləzinə yəc'əlunə mə'ə əllah ilahən axər, fəsəvfə yə`ləmun
Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ٩٧
Vələqəd nə'ləmu ənnəkə yəziqu sadrukə bima yəqulun
Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ٩٨
Fəsəbbih bihəmdi rəbbikə vəkun mminəs sacidin
Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!
وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ٩٩
Va'bud rəbbəkə hətta yə`tiyəkəl yəqin
Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!