Surə 80 · 42 ayə

surah080

Əbəsə (Qaşqabağını tökdü)

Məkkə·42 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

عَبَسَ وَتَوَلَّىٰٓ١

Əbəsə vətəvəlla

Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).

2Ayə 2

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ٢

Ən ca`əhul ə'ma

O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)

3Ayə 3

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ٣

Və ma yudrikə lə'əlləhu yəzzəkka

Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!

4Ayə 4

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ٤

Əv yəzzəkkəru fətənfə'əhuz zikra

Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!

5Ayə 5

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ٥

Əmma məni stəğna

Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,

6Ayə 6

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ٦

Fə`əntə ləhu təsadda

Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!

7Ayə 7

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ٧

Və ma ələykə əlla yəzzəkka

Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.

8Ayə 8

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ٨

Və`əmma mən ca`əkə yəs'a

Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,

9Ayə 9

وَهُوَ يَخْشَىٰ٩

Və huvə yəxşa

(Özü də Allahından) qorxduğu halda,

10Ayə 10

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ١٠

Fə`əntə ənhu tələhha

Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!

11Ayə 11

كَلَّآ إِنَّهَا تَذْكِرَةٌ١١

Kəlla innəha təzkirəh

Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.

12Ayə 12

فَمَن شَآءَ ذَكَرَهُۥ١٢

Fəmən şa zəkərəh

Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).

13Ayə 13

فِى صُحُفٍ مُّكَرَّمَةٍ١٣

Fi suhufin mmukərrəməh

(Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.

14Ayə 14

مَّرْفُوعَةٍ مُّطَهَّرَةِۭ١٤

Mərfu'ətin mmutahhərəh

Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).

15Ayə 15

بِأَيْدِى سَفَرَةٍ١٥

Bi`əydi səfərəh

(Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.

16Ayə 16

كِرَامِۭ بَرَرَةٍ١٦

Kiramin bərərəh

(Onlar) yaxşı iş görən əzizlərdir.

17Ayə 17

قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ١٧

Qutiləl insanu ma əkfərəh

Ölsün insan! Nə qədər də kafir və nankordur!

18Ayə 18

مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ١٨

Min əyyi şəy`in xələqəh

(Allahı) onu nədən yaratmışdır?

19Ayə 19

مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ١٩

Min-nutfətin xələqəhu fəqəddərəh

Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.

20Ayə 20

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ٢٠

Summəs səbilə yəssərəh

Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,

21Ayə 21

ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ٢١

Summə əmatəhu fə`əqbərəh

Sonra onu öldürdü və qəbrə qoydu.

22Ayə 22

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ٢٢

Summə iza şa ənşərəh

Sonra da istədiyi vaxt onu dirildəcəkdir.

23Ayə 23

كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ٢٣

Kəlla ləmma yəqzi ma əmərəh

Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.

24Ayə 24

فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ٢٤

Fəlyənzuril insanu ila ta'amih

Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!

25Ayə 25

أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّا٢٥

Ənna sabəbnal ma`ə sabbə

Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.

26Ayə 26

ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّا٢٦

Summə şəqəqnal ərza şəqqə

Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.

27Ayə 27

فَأَنۢبَتْنَا فِيهَا حَبًّا٢٧

Fə`əmbətna fiha həbbə

Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;

28Ayə 28

وَعِنَبًا وَقَضْبًا٢٨

Və'inəbən vəqəzbə

Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;

29Ayə 29

وَزَيْتُونًا وَنَخْلاً٢٩

Vəzəytunən vənəxlə

Zeytun və xurma ağacı;

30Ayə 30

وَحَدَآئِقَ غُلْبًا٣٠

Vəhəda`iqə ğulbə

İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;

31Ayə 31

وَفَـٰكِهَةً وَأَبًّا٣١

Vəfakihətən və`əbbə

Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf

32Ayə 32

مَّتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ٣٢

Məta'ən lləkum vəli`ən'amikum

Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.

33Ayə 33

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ٣٣

Fə`iza ca`ətis saxxəh

Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,

34Ayə 34

يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ٣٤

Yəvmə yəfirrul mər`u min əxih

O gün insan qaçar öz qardaşından;

35Ayə 35

وَأُمِّهِۦ وَأَبِيهِ٣٥

Və`ummihi və`əbih

Anasından və atasından;

36Ayə 36

وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ٣٦

Vəsahibətihi vəbənih

Zövcəsindən və oğullarından.

37Ayə 37

لِكُلِّ ٱمْرِىٍٕ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ٣٧

Likulli mri`in mminhum yəvmə`izin şə`nun yuğnih

O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.

38Ayə 38

وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ٣٨

Vucuhun yəvmə`izin mmusfirəh

O gün bir çox üzlər parıldayacaq,

39Ayə 39

ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ٣٩

Zahikətun mmustəbşirəh

Güləcək və sevinəcək.

40Ayə 40

وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ٤٠

Vəvucuhun yəvmə`izin ələyha ğəbərəh

O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.

41Ayə 41

تَرْهَقُهَا قَتَرَةٌ٤١

Tərhəquha qətərəh

Qaranlıq və zülmət onları bürüyəcəkdir.

42Ayə 42

أُوْلَـٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ٤٢

Ula`ikə humul kəfərətul fəcərəh

Onlar həmin kafirlər və pozğunlardır!

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)