Surə 23 · 118 ayə

surah023

Muminun (İman gətirənlər)

Məkkə·118 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ١

Qəd əfləhəl mu`minun

Həqiqətən, (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).

2Ayə 2

ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَـٰشِعُونَ٢

Əlləzinə hum fi salatihim xaşi'un

O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.

3Ayə 3

وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ٣

Valləzinə hum əni əlləğvi mu'rizun

Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.

4Ayə 4

وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٲةِ فَـٰعِلُونَ٤

Valləzinə hum lilzzəkati fa'ilun

Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.

5Ayə 5

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ٥

Valləzinə hum lifurucihim hafizun

Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.

6Ayə 6

إِلَّا عَلَىٰٓ أَزْوَٲجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ٦

Illa əla əzvacihim əv ma mələkət əymanuhum fə`innəhum ğəyru məlumin

Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.

7Ayə 7

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٲلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ٧

Fəməni btəğa vəra`ə zalikə fə`ula`ikə humul adun

Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.

8Ayə 8

وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٲعُونَ٨

Valləzinə hum li`əmanatihim və'əhdihim ra'un

Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.

9Ayə 9

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٲتِهِمْ يُحَافِظُونَ٩

Valləzinə hum əla saləvatihim yuhafizun

Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.

10Ayə 10

أُوْلَـٰٓئِكَ هُمُ ٱلْوَٲرِثُونَ١٠

Ula`ikə humul varisun

Onlardır varislər!

11Ayə 11

ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَـٰلِدُونَ١١

Əlləzinə yərisunəl firdəvsə hum fiha xalidun

Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.

12Ayə 12

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍ مِّن طِينٍ١٢

Vələqəd xələqnal insanə min sulalətin min tin

Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.

13Ayə 13

ثُمَّ جَعَلْنَـٰهُ نُطْفَةً فِى قَرَارٍ مَّكِينٍ١٣

Summə cə'əlnahu nutfətən fi qərarin mməkin

Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.

14Ayə 14

ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَـٰمًا فَكَسَوْنَا ٱلْعِظَـٰمَ لَحْمًا ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ‌ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ١٤

Summə xələqnan nutfətə ələqətən fəxələqnal ələqətə muzğətən fəxələqnal muzğətə izamən fəkəsəvnal izamə ləhmən summə ənşə`nahu xəlqən axər, fətəbarəkə əllahu əhsənul xaliqin

Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!

15Ayə 15

ثُمَّ إِنَّكُم بَعْدَ ذَٲلِكَ لَمَيِّتُونَ١٥

Summə innəkum bə'də zalikə ləməyyitun

Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.

16Ayə 16

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ تُبْعَثُونَ١٦

Summə innəkum yəvməl qiyaməti tub'əsun

Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.

17Ayə 17

وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَـٰفِلِينَ١٧

Vələqəd xələqna fəvqəkum səb'ə tara`iqə və ma kunna ənil xəlqi ğafilin

Həqiqətən, Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.

18Ayə 18

وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٍ فَأَسْكَنَّـٰهُ فِى ٱلْأَرْضِ‌ۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَـٰدِرُونَ١٨

Və`ənzəlna minəs səma`i ma`ən biqədərin fə`əskənnahu fil ərz, və`inna əla zəhabin bihi ləqadirun

Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.

19Ayə 19

فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّـٰتٍ مِّن نَّخِيلٍ وَأَعْنَـٰبٍ لَّكُمْ فِيهَا فَوَٲكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ١٩

Fə`ənşə`na ləkum bihi cənnatin mmin-nəxilin və`ə'nabin lləkum fiha fəvakihu kəsirətun vəminha tə`kulun

Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz.

20Ayə 20

وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍ لِّلْأَكِلِينَ٢٠

Vəşəcərətən təxrucu min turi səyna`ə təmbutu bid duhni vəsibğin llilakilin

Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir.

21Ayə 21

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةً‌ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ٢١

Və`innə ləkum fil ən'ami lə'ibrəh, nusqikum-mimma fi butuniha vələkum fiha mənafi'u kəsirətun vəminha tə`kulun

Həqiqətən, heyvanlarda (onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında) sizin üçün ibrət (dərsi) vardır. (Xüsusilə bundan ibrət götürün ki,) onların qarınlarında olanlardan sizə (süd) içirdirik və onlarda (onların dirisində, kəsilmişində və nəslində) sizin üçün çoxlu mənfəətlər vardır və onlardan (onların ətlərindən) yeyirsiniz.

22Ayə 22

وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ٢٢

Və'ələyha və'əlal fulki tuhməlun

Və onlara və gəmilərə minirsiniz.

23Ayə 23

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَـٰقَوْمِ ٱعْبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ‌ۖ أَفَلَا تَتَّقُونَ٢٣

Vələqəd ərsəlna nuhən ila qəvmihi fəqalə ya qəvmi budu əllah ma ləkum-min ilahin ğəyruh, Əfəla təttəqun

Həqiqətən, Biz (ilk şəriət sahibi olan) Nuhu (o vaxt yer üzündə olanların hamısını əhatə edən) öz qövmünə (pyeğəmbər) göndərdik. Beləliklə o, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Məgər (Onun qəzəbindən və Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?»

24Ayə 24

فَقَالَ ٱلْمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِۦ مَا هَـٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةً مَّا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ٢٤

Fəqaləl mələ`u əlləzinə kəfəru min qəvmihi ma haza illa bəşərun mmislukum yuridu ən yətəfəzzalə ələykum vələv şa əllahu lə`ənzələ məla`ikətən mma səmi'na bihaza fi aba`inal əvvəlin

Beləliklə, onun qövmünün küfr etmiş böyükləri dedilər: «Bu (kişi) sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq (və böyüklük etmək) istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi (göydən) mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik (ki, insan peyğəmbərlik iddiası etsin və bir Allaha tərəf dəvət edərək başqa tanrıları inkar etsin).

25Ayə 25

إِنْ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٌ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٍ٢٥

In huvə illa rəculun bihi cinnətun fətərəbbəsu bihi hətta hin

O, yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı yaxud öldü).

26Ayə 26

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ٢٦

Qalə rəbbi nsurni bima kəzzəbun

Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»

27Ayə 27

فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ‌ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ‌ۖ وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓاْ‌ۖ إِنَّهُم مُّغْرَقُونَ٢٧

Fə`əvhəyna iləyhi əni snə'il fulkə bi`ə'yunina vəvəhyina fə`iza ca`ə əmruna vəfarət tənnuru fasluk fiha min kullin zəvcəyni snəyni və`əhləkə illa mən səbəqə ələyhil qəvlu minhum, və la tuxatibni fi əlləzinə zaləmuv, innəhum-muğrəqun

Beləliklə, ona vəhy etdik ki, gəmini Bizim hüzurumuzda və Bizim vəhyimiz ilə (Bizim verdiyimiz quruluş əsasında) düzəlt. Bizim əmrimiz (kafirlər barəsindəki qəti hökmümüz) çatanda və təndirdən su qaynayan zaman hər heyvandan bir-birinin cütü olan iki dənə (bir dişi və bir erkək) və öz(ünün iman gətirənlərdən ibarət iman) ailəni – (məhvi) barəsində əvvəlcədən hökmümüz verilmiş kəs (zövcən və oğlanlarından biri) istisna olmaqla – həmin gəmiyə mindir və Mənimlə zülm etmiş kəslər barəsində danışma (vasitəçilik etmə). Çünki onlar (suda) batmağa məhkumdurlar.

28Ayə 28

فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّـٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٢٨

Fə`iza stəvəytə əntə və mən mmə'əkə əlal fulki fəqulil həmdu lilləhi əlləzi nəccana minəl qəvmiz zalimin

Beləliklə, elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur».

29Ayə 29

وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلاً مُّبَارَكًا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ٢٩

Vəqul rrəbbi ənzilni munzələn mmubarəkən və`əntə xəyrul munzilin

Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan».

30Ayə 30

إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ٣٠

Innə fi zalikə ləayatin və`in kunna ləmubtəlin

Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən, Biz (bəndələrimizi) həmişə sınayırıq.

31Ayə 31

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ٣١

Summə ənşə`na min bə'dihim qərnən axərin

Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik.

32Ayə 32

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولاً مِّنْهُمْ أَنِ ٱعْبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ‌ۖ أَفَلَا تَتَّقُونَ٣٢

Fə`ərsəlna fihim rəsulən mminhum əni budu əllah ma ləkum-min ilahin ğəyruh, Əfəla təttəqun

Onların içinə (mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!

33Ayə 33

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلْأَخِرَةِ وَأَتْرَفْنَـٰهُمْ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا مَا هَـٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ٣٣

Vəqaləl mələ`u min qəvmihi əlləzinə kəfəru vəkəzzəbu biliqa`il axirəti və`ətrəfnahum fil həyatid dunya ma haza illa bəşərun mmislukum yə`kulu mimma tə`kulunə minhu vəyəşrəbu mimma təşrəbun

Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»

34Ayə 34

وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَـٰسِرُونَ٣٤

Vələ`in əta'tum bəşərən mmisləkum innəkum izən lləxasirun

Əgər özünüz kimi (adi) bir insana tabe olsanız onda şübhəsiz, ziyana uğrayacaqsınız.

35Ayə 35

أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَـٰمًا أَنَّكُم مُّخْرَجُونَ٣٥

Əyə'idukum ənnəkum iza mittum vəkuntum turabən və'izamən ənnəkum-muxrəcun

O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?

36Ayə 36

هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ٣٦

Həyhatə həyhatə lima tu'ədun

Sizə vəd edilən şey (həqiqətdən) çox-çox uzaqdır!

37Ayə 37

إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ٣٧

In hiyə illa həyatunad dunya nəmutu vənəhya və ma nəhnu biməb'usin

Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik.

38Ayə 38

إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ٣٨

In huvə illa rəculun ftəra əla əllah kəzibən və ma nəhnu ləhu bimu`minin

O, yalnız, Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik.

39Ayə 39

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ٣٩

Qalə rəbbi nsurni bima kəzzəbun

(Peyğəmbərləri) dedi: «Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!»

40Ayə 40

قَالَ عَمَّا قَلِيلٍ لَّيُصْبِحُنَّ نَـٰدِمِينَ٤٠

Qalə əmma qəlilin lləyusbihunnə nadimin

Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar».

41Ayə 41

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَـٰهُمْ غُثَآءً‌ۚ فَبُعْدًا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٤١

Fə`əxəzəthumus sayhətu bilhəqqi fəcə'əlnahum ğusa`ə, fəbu'dən llilqəvmiz zalimin

Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) fəryad bürüdü. Onları sel üzərindəki çör-çöpə (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!

42Ayə 42

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ٤٢

Summə ənşə`na min bə'dihim qurunən axərin

Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq.

43Ayə 43

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَــْٔخِرُونَ٤٣

Ma təsbiqu min ummətin əcələha və ma yəstə`xirun

Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müdətindən) nə qabağa keçər və nə də geri qalar.

44Ayə 44

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا‌ۖ كُلَّ مَا جَآءَ أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ‌ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ‌ۚ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ٤٤

Summə ərsəlna rusuləna tətra, kullə ma ca`ə ummətən rrəsuluha kəzzəbuh, fə`ətbə'na bə'zahum bə'zən vəcə'əlnahum əhadis, fəbu'dən lliqəvmin lla yu`minun

Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!

45Ayə 45

ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَـٰرُونَ بِـَٔـايَـٰتِنَا وَسُلْطَـٰنٍ مُّبِينٍ٤٥

Summə ərsəlna musa və`əxahu harunə biayatina vəsultanin mmubin

Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlil-sübutla göndərdik.

46Ayə 46

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِيْهِۦ فَٱسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا عَالِينَ٤٦

Ila fir'əvnə vəmələ`ihi fastəkbəru vəkanu qəvmən alin

Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.

47Ayə 47

فَقَالُوٓاْ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَـٰبِدُونَ٤٧

Fəqalu ənu`minu libəşərəyni mislina vəqəvmuhuma ləna abidun

Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»

48Ayə 48

فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلْمُهْلَكِينَ٤٨

Fəkəzzəbuhuma fəkanu minəl muhləkin

Beləliklə, o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular.

49Ayə 49

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ٤٩

Vələqəd atəyna musal kitabə lə'əlləhum yəhtədun

Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər.

50Ayə 50

وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةً وَءَاوَيْنَـٰهُمَآ إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ٥٠

Vəcə'əlna bnə məryəmə və`umməhu ayətən vəavəynahuma ila rəbvətin zati qərarin vəmə'in

Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.

51Ayə 51

يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَـٰتِ وَٱعْمَلُواْ صَـٰلِحًا‌ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌ٥١

Ya əyyuha rrusulu kulu minət tayyibati va'məlu salihə, inni bima tə'məlunə əlim

Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.

52Ayə 52

وَإِنَّ هَـٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٲحِدَةً وَأَنَا۟ رَبُّكُمْ فَٱتَّقُونِ٥٢

Və`innə hazihi ummətukum ummətən vahidətən və`əna rəbbukum fattəqun

Həqiqətən, siz (peyğəmbərlərin, həmçinin nəsilləri kəsilənədək sizin ümmətləriniz)in bu (İslam) din(iniz) və şəriətiniz yeganə din və şəriətdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsuliddin və füruiddindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!

53Ayə 53

فَتَقَطَّعُوٓاْ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا‌ۖ كُلُّ حِزْبِۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ٥٣

Fətəqətta'u əmrəhum bəynəhum zuburə, kullu hizbin bima lədəyhim fərihun

Beləliklə, onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.

54Ayə 54

فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ٥٤

Fəzərhum fi ğəmrətihim hətta hin

Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürülümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.

55Ayə 55

أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍ وَبَنِينَ٥٥

Əyəhsəbunə ənnəma numidduhum bihi min mmalin vəbənin

Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla

56Ayə 56

نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٲتِ‌ۚ بَل لَّا يَشْعُرُونَ٥٦

Nusari'u ləhum fil xəyrat, bəl-la yəş'urun

onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq).

57Ayə 57

إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ٥٧

Innə əlləzinə hum-min xəşyəti rəbbihim-muşfiqun

Həqiqətən, Rəbblərinin (əzabının) qorxusundan iztirabda olanlar

58Ayə 58

وَٱلَّذِينَ هُم بِـَٔـايَـٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ٥٨

Valləzinə hum biayati rəbbihim yu`minun

və Rəbblərinin ayə və nişanələrinə iman gətirənlər

59Ayə 59

وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ٥٩

Valləzinə hum birəbbihim la yuşrikun

və (uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə) Rəbblərinə şərik qoşmayanlar

60Ayə 60

وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٲجِعُونَ٦٠

Valləzinə yu`tunə ma atəv-vəqulubuhum vəcilətun ənnəhum ila rəbbihim raci'un

(mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər

61Ayə 61

أُوْلَـٰٓئِكَ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٲتِ وَهُمْ لَهَا سَـٰبِقُونَ٦١

Ula`ikə yusari'unə fil xəyrati vəhum ləha sabiqun

(bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.

62Ayə 62

وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا‌ۖ وَلَدَيْنَا كِتَـٰبٌ يَنطِقُ بِٱلْحَقِّ‌ۚ وَهُمْ لَا يُظْلَمُونَ٦٢

Və la nukəllifu nəfsən illa vus'əha, vələdəyna kitabun yəntiqu bilhəqq, vəhum la yuzləmun

Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.

63Ayə 63

بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍ مِّنْ هَـٰذَا وَلَهُمْ أَعْمَـٰلٌ مِّن دُونِ ذَٲلِكَ هُمْ لَهَا عَـٰمِلُونَ٦٣

Bəl qulubuhum fi ğəmrətin min haza vələhum ə'malun min duni zalikə hum ləha amilun

Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.

64Ayə 64

حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْــَٔرُونَ٦٤

Hətta iza əxəzna mutrəfihim bil'əzabi iza hum yəc`ərun

(Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.

65Ayə 65

لَا تَجْــَٔرُواْ ٱلْيَوْمَ‌ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ٦٥

La təc`ərul yəvm, innəkum-minna la tunsarun

(Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz, sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.

66Ayə 66

قَدْ كَانَتْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ تَنكِصُونَ٦٦

Qəd kanət ayati tutla ələykum fəkuntum əla ə'qabikum tənkisun

Həqiqətən, Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).

67Ayə 67

مُسْتَكْبِرِينَ بِهِۦ سَـٰمِرًا تَهْجُرُونَ٦٧

Mustəkbirinə bihi samirən təhcurun

Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.

68Ayə 68

أَفَلَمْ يَدَّبَّرُواْ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ٦٨

Əfələm yəddəbbərul qəvlə əm ca`əhum-ma ləm yə`ti aba`əhumul əvvəlin

Belə isə heç bu kəlam (Quran) barəsində (onun insanın qürətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?

69Ayə 69

أَمْ لَمْ يَعْرِفُواْ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ٦٩

Əm ləm yə'rifu rəsuləhum fəhum ləhu munkirun

Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?

70Ayə 70

أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةُۢ‌ۚ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَـٰرِهُونَ٧٠

Əm yəqulunə bihi cinnəh, bəl ca`əhum bilhəqqi və`əksəruhum lilhəqqi karihun

Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.

71Ayə 71

وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَـٰوَٲتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ‌ۚ بَلْ أَتَيْنَـٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ٧١

Vələvi ttəbə'əl həqqu əhva`əhum ləfəsədətis səmavatu vəl ərzu və mən fihinn, bəl ətəynahum bizikrihim fəhum ən zikrihim-mu'rizun

Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) Əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.

72Ayə 72

أَمْ تَسْــَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ‌ۖ وَهُوَ خَيْرُ ٱلرَّٲزِقِينَ٧٢

Əm təs`əluhum xərcən fəxəracu rəbbikə xəyr, və huvə xəyru rraziqin

Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyir!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.

73Ayə 73

وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ٧٣

Və`innəkə lətəd'uhum ila siratin mmustəqim

Doğrudan da, sən onları (əqidə, əxlaq, əməl və davranışda) doğru yola dəvət edirsən.

74Ayə 74

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ عَنِ ٱلصِّرَٲطِ لَنَـٰكِبُونَ٧٤

Və`innə əlləzinə la yu`minunə bilaxirəti ənis sirati lənakibun

Həqiqətən, axirətə iman gətirməyənlər (doğru) yoldan çıxıblar.

75Ayə 75

وَلَوْ رَحِمْنَـٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّواْ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ٧٥

Vələv rəhimnahum vəkəşəfna ma bihim-min zurrin llələccu fi tuğyanihim yə'məhun

Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.

76Ayə 76

وَلَقَدْ أَخَذْنَـٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُواْ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ٧٦

Vələqəd əxəznahum bil'əzabi fəma stəkanu lirəbbihim və ma yətəzarrə'un

Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.

77Ayə 77

حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ٧٧

Hətta iza fətəhna ələyhim babən za əzabin şədidin iza hum fihi mublisun

Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.

78Ayə 78

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْــِٔدَةَ‌ۚ قَلِيلاً مَّا تَشْكُرُونَ٧٨

Və huvə əlləzi ənşə`ə ləkumus səm'ə vəl əbsarə vəl əf`idəh, qəlilən mma təşkurun

Sizin üçün qulaq, gözlər və qəlblər yaradan Odur. Lakin çox az şükr edirsiniz.

79Ayə 79

وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ٧٩

Və huvə əlləzi zərə`əkum fil ərzi və`iləyhi tuhşərun

Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.

80Ayə 80

وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَـٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ‌ۚ أَفَلَا تَعْقِلُونَ٨٠

Və huvə əlləzi yuhyi vəyumitu vələhu xtilafu əlləyli vən nəhar, Əfəla tə'qilun

(Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!

81Ayə 81

بَلْ قَالُواْ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ٨١

Bəl qalu mislə ma qaləl əvvəlun

Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər.

82Ayə 82

قَالُوٓاْ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ٨٢

Qalu ə`iza mitna vəkunna turabən və'izamən ə`inna ləməb'usun

Dedilər: «Ölüb bir ovuc torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq?!»

83Ayə 83

لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَـٰذَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ٨٣

Ləqəd vu'idna nəhnu vəaba`una haza min qəblu in haza illa əsatirul əvvəlin

Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.

84Ayə 84

قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ٨٤

Qul-limənil ərzu və mən fiha in kuntum tə'ləmun

De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»

85Ayə 85

سَيَقُولُونَ لِلَّهِ‌ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ٨٥

Səyəqulunə lilləh, qul əfəla təzəkkərun

Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»

86Ayə 86

قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٲتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ٨٦

Qul mən rrəbbus səmavatis səb'i vərəbbul ərşil əzim

De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»

87Ayə 87

سَيَقُولُونَ لِلَّهِ‌ۚ قُلْ أَفَلَا تَتَّقُونَ٨٧

Səyəqulunə lilləh, qul əfəla təttəqun

Deyəcəklər: «(onlar da) Allaha məxsusdur». De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»

88Ayə 88

قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ٨٨

Qul mən biyədihi mələkutu kulli şəy`in və huvə yuciru və la yucaru ələyhi in kuntum tə'ləmun

De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»

89Ayə 89

سَيَقُولُونَ لِلَّهِ‌ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ٨٩

Səyəqulunə lilləh, qul fə`ənna tushərun

Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur». De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»

90Ayə 90

بَلْ أَتَيْنَـٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ٩٠

Bəl ətəynahum bilhəqqi və`innəhum ləkazibun

Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.

91Ayə 91

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ‌ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ‌ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ٩١

Ma ttəxəzə əllahu min vələdin və ma kanə mə'əhu min ilah, izən lləzəhəbə kullu ilahin bima xələqə vələ'əla bə'zuhum əla bə'z, subhanə əllah əmma yəsifun

Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.

92Ayə 92

عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ٩٢

Alimi əl ğəybi vəş şəhadəti fətə'ala əmma yuşrikun

Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür.

93Ayə 93

قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ٩٣

Qul rrəbbi imma turiyənni ma yu'ədun

De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən

94Ayə 94

رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٩٤

Rəbbi fəla təc'əlni fil qəvmiz zalimin

onda məni zalımların dəstəsinə daxil etmə ey Rəbbim!»

95Ayə 95

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَـٰدِرُونَ٩٥

Və`inna əla ən-nuriyəkə ma nə'iduhum ləqadirun

Həqiqətən, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).

96Ayə 96

ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ‌ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ٩٦

Idfə' billəti hiyə əhsənus səyyi`əh, nəhnu ə'ləmu bima yəsifun

Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.

97Ayə 97

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٲتِ ٱلشَّيَـٰطِينِ٩٧

Vəqul rrəbbi ə'uzu bikə min həməzatiş şəyatin

Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm».

98Ayə 98

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ٩٨

Və`ə'uzu bikə rəbbi ən yəhzurun

«Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»

99Ayə 99

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ٩٩

Hətta iza ca`ə əhədəhumul məvtu qalə rəbbi rci'un

(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,

100Ayə 100

لَعَلِّىٓ أَعْمَلُ صَـٰلِحًا فِيمَا تَرَكْتُ‌ۚ كَلَّآ‌ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا‌ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ١٠٠

Lə'əlli ə'məlu salihən fima tərəkt, kəlla, innəha kəlimətun huvə qa`iluha, vəmin vəra`ihim bərzəxun ila yəvmi yub'əsun

bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyir, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.

101Ayə 101

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَآءَلُونَ١٠١

Fə`iza nufixə fis suri fəla ənsabə bəynəhum yəvmə`izin və la yətəsa`əlun

Beləliklə, sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.

102Ayə 102

فَمَن ثَقُلَتْ مَوَٲزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ١٠٢

Fəmən səqulət məvazinuhu fə`ula`ikə humul muflihun

Beləliklə, kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən, nicat taparlar.

103Ayə 103

وَمَنْ خَفَّتْ مَوَٲزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَـٰلِدُونَ١٠٣

Və mən xəffət məvazinuhu fə`ula`ikə əlləzinə xəsiru ənfusəhum fi cəhənnəmə xalidun

Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.

104Ayə 104

تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَـٰلِحُونَ١٠٤

Təlfəhu vucuhəhumun naru vəhum fiha kalihun

Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.

105Ayə 105

أَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ١٠٥

Ələm təkun ayati tutla ələykum fəkuntum biha tukəzzibun

(Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»

106Ayə 106

قَالُواْ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَآلِّينَ١٠٦

Qalu rəbbəna ğələbət ələyna şiqvətuna vəkunna qəvmən zallin

Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik».

107Ayə 107

رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَـٰلِمُونَ١٠٧

Rəbbəna əxricna minha fə`in udna fə`inna zalimun

«Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq».

108Ayə 108

قَالَ ٱخْسَــُٔواْ فِيهَا وَلَا تُكَلِّمُونِ١٠٨

Qalə xsə`u fiha və la tukəllimun

(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»

109Ayə 109

إِنَّهُۥ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٲحِمِينَ١٠٩

Innəhu kanə fəriqun min ibadi yəqulunə rəbbəna amənna fağfir ləna varhəmna və`əntə xəyru rrahimin

Həqiqətən, Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.

110Ayə 110

فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ١١٠

Fattəxəztumuhum sixriyyən hətta ənsəvkum zikri vəkuntum-minhum təzhəkun

Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.

111Ayə 111

إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓاْ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ١١١

Inni cəzəytuhumul yəvmə bima sabəru ənnəhum humul fa`izun

Həqiqətən, bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.

112Ayə 112

قَـٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ١١٢

Qalə kəm ləbistum fil ərzi ədədə sinin

(Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)

113Ayə 113

قَالُواْ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَسْــَٔلِ ٱلْعَآدِّينَ١١٣

Qalu ləbisna yəvmən əv bə'za yəvmin fas`əlil addin

Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş».

114Ayə 114

قَـٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلاً‌ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ١١٤

Qalə in lləbistum illa qəlilə, ləv ənnəkum kuntum tə'ləmun

(Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»

115Ayə 115

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَـٰكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ١١٥

Əfəhəsibtum ənnəma xələqnakum əbəsən və`ənnəkum iləyna la turcə'un

Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?

116Ayə 116

فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ‌ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ١١٦

Fətə'ala əllahul məlikul həqq, la ilahə illa huvə rəbbul ərşil kərim

Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.

117Ayə 117

وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ لَا بُرْهَـٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ‌ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ١١٧

Və mən yəd'u mə'ə əllah ilahən axərə la burhanə ləhu bihi fə`innəma hisabuhu ində rəbbih, innəhu la yuflihul kafirun

Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.

118Ayə 118

وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٲحِمِينَ١١٨

Vəqul rrəbbi ğfir varhəm və`əntə xəyru rrahimin

Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)