Surə 47 · 38 ayə

surah047

Muhəmməd (Muhəmməd)

Mədinə·38 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَـٰلَهُمْ١

Əlləzinə kəfəru vəsaddu ən səbili-llahi əzallə ə'maləhum

Allah küfr edən, Allahın yolundan üz döndərən və onun qarşısını alan kəslərin əməllərini (xeyir əməllərini axirətdə və şər planlarını dünyada) puç etdi.

2Ayə 2

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ‌ۙ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔـاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ٢

Valləzinə amənu və'əmilus salihati vəamənu bima nuzzilə əla muhəmmədin və huvəl həqqu min rrəbbihim kəffərə ənhum səyyi`atihim və`əsləhə baləhum

(Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.

3Ayə 3

ذَٲلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلْبَـٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلْحَقَّ مِن رَّبِّهِمْ‌ۚ كَذَٲلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَـٰلَهُمْ٣

Zalikə bi`ənnə əlləzinə kəfəru ttəbə'ul batilə və`ənnə əlləzinə amənu ttəbə'ul həqqə min rrəbbihim, kəzalikə yəzribu əllahu lilnnasi əmsaləhum

Bunun (kafirlərin əməllərinin puç edilməsinin və möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.

4Ayə 4

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّواْ ٱلْوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا‌ۚ ذَٲلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَـٰكِن لِّيَبْلُوَاْ بَعْضَكُم بِبَعْضٍ‌ۗ وَٱلَّذِينَ قُتِلُواْ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَـٰلَهُمْ٤

Fə`iza ləqitumu əlləzinə kəfəru fəzarbə rriqabi hətta iza əsxəntumuhum fəşuddul vəsaqə fə`imma mənnən bə'du və`imma fida`ən hətta təza'əl hərbu əvzarəha, zalikə vələv yəşau əllahu lantəsarə minhum və lakin lliyəbluvə bə'zakum bibə'z, valləzinə qutilu fi səbili-llahi fələn yuzillə ə'maləhum

Buna görə də kafirlərlə (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə, silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə və kafirləri möminlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir).

5Ayə 5

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ٥

Səyəhdihim vəyuslihu baləhum

Tezliklə onları (Bərzəx və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işlərini yaxşılaşdıracaq.

6Ayə 6

وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ٦

Vəyudxiluhumul cənnətə ərrəfəha ləhum

Və onları (dünyada) tanıtdırdığı, hüdud və sərhədlərini bildirdiyi və onlar üçün bəzəyib ətirlədiyi Cənnətə daxil edəcəkdir.

7Ayə 7

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ٧

Ya əyyuha əlləzinə amənu in tənsuru əllah yənsurkum vəyusəbbit əqdaməkum

Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.

8Ayə 8

وَٱلَّذِينَ كَفَرُواْ فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَـٰلَهُمْ٨

Valləzinə kəfəru fətə'sən lləhum və`əzallə ə'maləhum

Küfr etmiş kəslər (isə) məhv olsunlar! (Allah) onların bütün əməllərini puç və təsirsiz etdi.

9Ayə 9

ذَٲلِكَ بِأَنَّهُمْ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ٩

Zalikə bi`ənnəhum kərihu ma ənzələ əllahu fə`əhbəta ə'maləhum

Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Quran və dini) xoşlamamalarıdır. Beləliklə, Allah onların əməllərini (dünyadakı təsirləri və axirət mükafatı baxımından) puç və batil etdi.

10Ayə 10

أَفَلَمْ يَسِيرُواْ فِى ٱلْأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ‌ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ‌ۖ وَلِلْكَـٰفِرِينَ أَمْثَـٰلُهَا١٠

Əfələm yəsiru fil ərzi fəyənzuru kəyfə kanə aqibətu əlləzinə min qəblihim, dəmmərə əllahu ələyhim, vəlilkafirinə əmsaluha

Məgər onlar özlərindən qabaq olmuş kəslərin aqibətlərinin necə olmasına nəzər salmaq üçün yer üzündə gəzmədilər?! Allah onların nəyi vardısa (can, ailə və mallarını) məhv etdi və (əlbəttə) o aqibət və cəzaların bənzəri bu kafirlər üçün də olacaqdır.

11Ayə 11

ذَٲلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلْكَـٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ١١

Zalikə bi`ənnə əllah məvla əlləzinə amənu və`ənnəl kafirinə la məvla ləhum

Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.

12Ayə 12

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ‌ۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَـٰمُ وَٱلنَّارُ مَثْوًى لَّهُمْ١٢

Innə əllah yudxilu əlləzinə amənu və'əmilus salihati cənnatin təcri min təhtihal ənhar, valləzinə kəfəru yətəməttə'unə vəyə`kulunə kəma tə`kulul ən'amu vən naru məsvən lləhum

Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ev və ağaclarının) altından çaylar axan cənnət və bağlara daxil edəcəkdir. Küfr edənlər isə (dünya ləzzətlərindən) bəhrələnir və heyvanlar kimi yeyirlər (həyatın əsas məqsədini yemək və bəhrələnmək hesab edirlər) və (nəhayət) onların yeri oddur.

13Ayə 13

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَـٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ١٣

Vəkə`əyyin min qəryətin hiyə əşəddu quvvətən min qəryətikə əlləti əxrəcətkə əhləknahum fəla nasirə ləhum

Səni çıxartmış cəmiyyətindən daha güclü neçə-neçə cəmiyyətlər var idi. Biz onları məhv etdik. Onlara bir kömək edən (də) yox idi.

14Ayə 14

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهْوَآءَهُم١٤

Əfəmən kanə əla bəyyinətin min rrəbbihi kəmən zuyyinə ləhu su`u əməlihi vattəbə'u əhva`əhum

Belə isə məgər (işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!

15Ayə 15

مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ‌ۖ فِيهَآ أَنْهَـٰرٌ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍ وَأَنْهَـٰرٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَـٰرٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّـٰرِبِينَ وَأَنْهَـٰرٌ مِّنْ عَسَلٍ مُّصَفًّى‌ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٲتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ‌ۖ كَمَنْ هُوَ خَـٰلِدٌ فِى ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمًا فَقَطَّعَ أَمْعَآءَهُمْ١٥

Məsəlul cənnəti əlləti vu'idəl muttəqun, fiha ənharun min mma`in ğəyri asinin və`ənharun min lləbənin lləm yətəğəyyər ta'muhu və`ənharun min xəmrin lləzzətin llilşşaribinə və`ənharun min əsəlin mmusaffən, vələhum fiha min kullis səmərati vəməğfirətun min rrəbbihim, kəmən huvə xalidun fin nari vəsuqu ma`ən həmimən fəqətta'ə əm'a`əhum

Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!

16Ayə 16

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنْ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا‌ۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓاْ أَهْوَآءَهُمْ١٦

Vəminhum-mən yəstəmi'u iləykə hətta iza xərəcu min indikə qalu lilləzinə utul ilmə maza qalə anifə, ula`ikə əlləzinə tabə'ə əllahu əla qulubihim vattəbə'u əhva`əhum

Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.

17Ayə 17

وَٱلَّذِينَ ٱهْتَدَوْاْ زَادَهُمْ هُدًى وَءَاتَـٰهُمْ تَقْوَٮٰهُمْ١٧

Valləzinə htədəv zadəhum hudən vəatahum təqvahum

(Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.

18Ayə 18

فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً‌ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا‌ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَٮٰهُمْ١٨

Fəhəl yənzurunə illas sa'ətə ən tə`tiyəhum bəğtəh, fəqəd ca`ə əşratuha, fə`ənna ləhum iza ca`əthum zikrahum

Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi və ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!

19Ayə 19

فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ‌ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَٮٰكُمْ١٩

Fa'ləm ənnəhu la ilahə illa əllahu vastəğfir lizəmbikə vəlilmu`mininə vəl mu`minat, vəl ləhu yə`ləmu mutəqəlləbəkum vəməsvakum

Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) və mömin kişi və qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi və (axirətdə) məskunlaşacağınız və qərar tutacağınız yeri bilir.

20Ayə 20

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوْلَا نُزِّلَتْ سُورَةٌ‌ۖ فَإِذَآ أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ‌ۙ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ‌ۖ فَأَوْلَىٰ لَهُمْ٢٠

Vəyəqulu əlləzinə amənu ləvla nuzzilət surəh, fə`iza unzilət surətun mmuhkəmətun vəzukirə fihal qitalu rə`əytə əlləzinə fi qulubihim-mərəzun yənzurunə iləykə nəzarəl məğşiyyi ələyhi minəl məvt, fə`əvla ləhum

İman gətirmiş kəslər «nə üçün (cihad barəsində) bir surə nazil edilmədi?» deyirlər. Möhkəm (aydın və qeyri-mütəşabih) bir surə nazil ediləndə və onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən. Buna görə də vay onların halına!

21Ayə 21

طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ‌ۚ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ٢١

Ta'ətun vəqəvlun mmə'ruf, fə`iza əzəməl əmru fələv sadəqu əllah ləkanə xəyrən lləhum

İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.

22Ayə 22

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُواْ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓاْ أَرْحَامَكُمْ٢٢

Fəhəl əsəytum in təvəlləytum ən tufsidu fil ərzi vətuqətti'u ərhaməkum

Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!

23Ayə 23

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَـٰرَهُمْ٢٣

Ula`ikə əlləzinə lə'ənəhumu əllahu fə`əsamməhum və`ə'ma əbsarəhum

Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir.

24Ayə 24

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ٢٤

Əfəla yətədəbbərunəl qur`-anə əm əla qulubin əqfaluha

Belə isə məgər onlar bu Quran barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?

25Ayə 25

إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّواْ عَلَىٰٓ أَدْبَـٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى‌ۙ ٱلشَّيْطَـٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ٢٥

Innə əlləzinə rtəddu əla ədbarihim-min bə'di ma təbəyyənə ləhumul huda əş şəytanu səvvələ ləhum və`əmla ləhum

Həqiqətən, Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır.

26Ayə 26

ذَٲلِكَ بِأَنَّهُمْ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ‌ۖ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ٢٦

Zalikə bi`ənnəhum qalu lilləzinə kərihu ma nəzzələ əllahu sənuti'ukum fi bə'zil əmr, vəl ləhu yə`ləmu israrəhum

Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.

27Ayə 27

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَـٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَـٰرَهُمْ٢٧

Fəkəyfə iza təvəffəthumul məla`ikətu yəzribunə vucuhəhum və`ədbarəhum

Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq?

28Ayə 28

ذَٲلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضْوَٲنَهُۥ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ٢٨

Zalikə bi`ənnəhumu ttəbə'u ma əsxəta əllah vəkərihu rizvanəhu fə`əhbəta ə'maləhum

O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.

29Ayə 29

أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَـٰنَهُمْ٢٩

Əm həsibə əlləzinə fi qulubihim-mərəzun ən llən yuxricə əllahu əzğanəhum

Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!

30Ayə 30

وَلَوْ نَشَآءُ لَأَرَيْنَـٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَـٰهُمْ‌ۚ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ‌ۚ وَٱللَّهُ يَعْلَمُ أَعْمَـٰلَكُمْ٣٠

Vələv nəşau lə`ərəynakəhum fələ'ərəftəhum bisimahum, vələtə'rifənnəhum fi ləhnil qəvl, vəl ləhu yə`ləmu ə'maləkum

Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.

31Ayə 31

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَـٰهِدِينَ مِنكُمْ وَٱلصَّـٰبِرِينَ وَنَبْلُوَاْ أَخْبَارَكُمْ٣١

Vələnəbluvənnəkum hətta nə'ləməl mucahidinə minkum vəs sabirinə vənəbluvə əxbarəkum

Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbrlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq.

32Ayə 32

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيْــًٔا وَسَيُحْبِطُ أَعْمَـٰلَهُمْ٣٢

Innə əlləzinə kəfəru vəsaddu ən səbili-llahi vəşaqqu rrəsulə min bə'di ma təbəyyənə ləhumul huda lən yəzurru əllah şəy`ən vəsəyuhbitu ə'maləhum

Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar və doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət və düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar və (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada və xeyir əməllərini axirətdə puç və təsirsiz edəcəkdir).

33Ayə 33

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓاْ أَعْمَـٰلَكُمْ٣٣

Ya əyyuha əlləzinə amənu əti'u əllah və`əti'u rrəsulə və la tubtilu ə'maləkum

Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.

34Ayə 34

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ٣٤

Innə əlləzinə kəfəru vəsaddu ən səbili-llahi summə matu vəhum kuffarun fələn yəğfirə əllahu ləhum

Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.

35Ayə 35

فَلَا تَهِنُواْ وَتَدْعُوٓاْ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَـٰلَكُمْ٣٥

Fəla təhinu vətəd'u ilas səlmi və`əntumul ə'ləvnə vəl ləhu mə'əkum vələn yətirəkum ə'maləkum

Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.

36Ayə 36

إِنَّمَا ٱلْحَيَوٲةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ‌ۚ وَإِن تُؤْمِنُواْ وَتَتَّقُواْ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْــَٔلْكُمْ أَمْوَٲلَكُمْ٣٦

Innəmal həyatud dunya lə'ibun vələhv, və`in tu`minu vətəttəqu yu`tikum ucurəkum və la yəs`əlkum əmvaləkum

Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir).

37Ayə 37

إِن يَسْــَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُواْ وَيُخْرِجْ أَضْغَـٰنَكُمْ٣٧

In yəs`əlkumuha fəyuhfikum təbxəlu vəyuxric əzğanəkum

Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.

38Ayə 38

هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُواْ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ‌ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ‌ۚ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ‌ۚ وَإِن تَتَوَلَّوْاْ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓاْ أَمْثَـٰلَكُم٣٨

Ha əntum ha`ula`i tud'əvnə litunfiqu fi səbili-llahi fəminkum-mən yəbxəl, və mən yəbxəl fə`innəma yəbxəlu ən-nəfsih, vəl ləhu əl ğəniyyu və`əntumul fuqəra`, və`in tətəvəlləv yəstəbdil qəvmən ğəyrəkum summə la yəkunu əmsaləkum

Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)