Surə 89 · 30 ayə

surah089

Fəcr (Dan yeri)

Məkkə·30 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلْفَجْرِ١

Vəl fəcr

And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),

2Ayə 2

وَلَيَالٍ عَشْرٍ٢

Vələyalin əşr

Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),

3Ayə 3

وَٱلشَّفْعِ وَٱلْوَتْرِ٣

Vəş şəf'i vəl vətr

Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),

4Ayə 4

وَٱلَّيْلِ إِذَا يَسْرِ٤

Vəl ləyli iza yəsr

Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)

5Ayə 5

هَلْ فِى ذَٲلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ٥

Həl fi zalikə qəsəmun llizi hicr

Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)

6Ayə 6

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ٦

Ələm tərə kəyfə fə'ələ rəbbukə bi'ad

Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?

7Ayə 7

إِرَمَ ذَاتِ ٱلْعِمَادِ٧

Irəmə zatil imad

Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə

8Ayə 8

ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ٨

Əlləti ləm yuxləq misluha fil bilad

Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.

9Ayə 9

وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخْرَ بِٱلْوَادِ٩

Vəsəmudə əlləzinə cabus saxrə bilvad

(Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).

10Ayə 10

وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ١٠

Vəfir'əvnə zil əvtad

Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.

11Ayə 11

ٱلَّذِينَ طَغَوْاْ فِى ٱلْبِلَـٰدِ١١

Əlləzinə tağəv fil bilad

O kəslər ki, şəhərlərdə tüğyan etdilər.

12Ayə 12

فَأَكْثَرُواْ فِيهَا ٱلْفَسَادَ١٢

Fə`əksəru fihal fəsad

Və oralarda çoxlu fitnə-fəsad törətdilər.

13Ayə 13

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ١٣

Fəsabbə ələyhim rəbbukə səvta əzab

Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.

14Ayə 14

إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ١٤

Innə rəbbəkə ləbilmirsad

Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.

15Ayə 15

فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَـٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ١٥

Fə`əmmal insanu iza ma btəlahu rəbbuhu fə`əkrəməhu vənə''əməhu fəyəqulu rəbbi əkrəmən

Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).

16Ayə 16

وَأَمَّآ إِذَا مَا ٱبْتَلَـٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ١٦

Və`əmma iza ma btəlahu fəqədərə ələyhi rizqəhu fəyəqulu rəbbi əhanən

Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.

17Ayə 17

كَلَّا‌ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ١٧

Kəlla, bəl-la tukrimunəl yətim

Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.

18Ayə 18

وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ١٨

Və la təhazzunə əla ta'amil miskin

Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.

19Ayə 19

وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلاً لَّمًّا١٩

Vətə`kulunət turasə əklən lləmmə

Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).

20Ayə 20

وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا٢٠

Vətuhibbunəl malə hubbən cəmmə

Və (dünya) malı(nı) lap çox sevirsiniz.

21Ayə 21

كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا٢١

Kəlla iza dukkətil ərzu dəkkən dəkkə

Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,

22Ayə 22

وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا٢٢

Vəca`ə rəbbukə vəl mələku saffən saffə

Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi

23Ayə 23

وَجِاْىٓءَ يَوْمَئِذِۭ بِجَهَنَّمَ‌ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ٢٣

Vəci`ə yəvmə`izin bicəhənnəm, yəvmə`izin yətəzəkkərul insanu və`ənna ləhuz zikra

Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!

24Ayə 24

يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى٢٤

Yəqulu ya ləytəni qəddəmtu lihəyatiy

O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.

25Ayə 25

فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ٢٥

Fəyəvmə`izin lla yu'əzzibu əzabəhu əhəd

Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).

26Ayə 26

وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ٢٦

Və la yusiqu vəsaqəhu əhəd

Və heç kim Onun kimi zəncirləyə bilməz.

27Ayə 27

يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ٢٧

Ya əyyətuhan nəfsul mutmə`innəh

Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),

28Ayə 28

ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً٢٨

Irci'i ila rəbbiki raziyətən mmərziyyəh

Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!

29Ayə 29

فَٱدْخُلِى فِى عِبَـٰدِى٢٩

Fadxuli fi ibadiy

Mənim bəndələrimin zümrəsinə daxil ol!

30Ayə 30

وَٱدْخُلِى جَنَّتِى٣٠

Vadxuli cənnətiy

Və Mənim Cənnətimə daxil ol!

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)