Surə 64 · 18 ayə

surah064

Təğabun (Qarşılıqlı ziyan)

Mədinə·18 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۖ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ‌ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ١

Yusəbbihu lilləhi ma fis səmavati və ma fil ərzi ləhul mulku və ləhul həmdu və huvə əla kulli şəy`in qədir

(Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə bilər.) O, hər şeyə (mütləq surətdə) qadirdir!

2Ayə 2

هُوَ ٱلَّذِى خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌ وَمِنكُم مُّؤْمِنٌ‌ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ٢

Huvə əlləzi xələqəkum fəminkum kafirun vəminkum-mu`min, vəl ləhu bima tə'məlunə bəsir

Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir.

3Ayə 3

خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ‌ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ٣

Xələqəs səmavati vəl ərza bilhəqqi vəsavvərəkum fə`əhsənə suvərəkum, və`iləyhil məsir

O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir.

4Ayə 4

يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ‌ۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ٤

Yə`ləmu ma fis səmavati vəl ərzi vəyə`ləmu ma tusirrunə və ma tu'linun, vəl ləhu əlimun bizatis sudur

Allah göylərdə və yerdə olan hər şeyi bilir, gizlətdiyinizi də aşkar etdiyinizi də bilir. Allah sizin ürəklərinizdəkini (beyninizdəki fikir və düşüncələri, ruhi xüsusiyyətlərinizi) biləndir.

5Ayə 5

أَلَمْ يَأْتِكُمْ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبْلُ فَذَاقُواْ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ٥

Ələm yə`tikum nəbə`u əlləzinə kəfəru min qəblu fəzaqu vəbalə əmrihim vələhum əzabun əlim

Bundan öncə kafir olan kəslərin xəbəri sizə gəlmədimi? Onlar öz işlərinin zərərini və pis aqibətini daddılar, onlar üçün ağrılı bir əzab vardır!

6Ayə 6

ذَٲلِكَ بِأَنَّهُۥ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَقَالُوٓاْ أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْ‌ۚ وَّٱسْتَغْنَى ٱللَّهُ‌ۚ وَٱللَّهُ غَنِىٌّ حَمِيدٌ٦

Zalikə bi`ənnəhu kanət-tə`tihim rusuluhum bilbəyyinati fəqalu əbəşərun yəhdunəna fəkəfəru vətəvəlləv, vastəğna əllah, vəl ləhu ğəniyyun həmid

O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır.

7Ayə 7

زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبْعَثُواْ‌ۚ قُلْ بَلَىٰ وَرَبِّى لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ‌ۚ وَذَٲلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ٧

Zə'əmə əlləzinə kəfəru ən llən yub'əsuv, qul bəla vərəbbi lətub'əsunnə summə lətunəbbə`unnə bima əmiltum, vəzalikə əla əllah yəsir

(Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır».

8Ayə 8

فَـَٔـامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِىٓ أَنزَلْنَا‌ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ٨

Fəaminu bi-llahi vərəsulihi vən nuri əlləzi ənzəlna, vəl ləhu bima tə'məlunə xəbir

Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır.

9Ayə 9

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ‌ۖ ذَٲلِكَ يَوْمُ ٱلتَّغَابُنِ‌ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَـٰلِحًا يُكَفِّرْ عَنْهُ سَيِّـَٔـاتِهِۦ وَيُدْخِلْهُ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا‌ۚ ذَٲلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٩

Yəvmə yəcmə'ukum liyəvmil cəm', zalikə yəvmut təğabun, və mən yu`min bi-llahi vəyə'məl salihən yukəffir ənhu səyyi`atihi vəyudxilhu cənnatin təcri min təhtihal ənharu xalidinə fiha əbədə, zalikəl fəvzul əzim

Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!

10Ayə 10

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔـايَـٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ خَـٰلِدِينَ فِيهَا‌ۖ وَبِئْسَ ٱلْمَصِيرُ١٠

Valləzinə kəfəru vəkəzzəbu biayatina ula`ikə əshabun nari xalidinə fiha, vəbi`səl məsir

Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!

11Ayə 11

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ‌ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ يَهْدِ قَلْبَهُۥ‌ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ١١

Ma əsabə min mmusibətin illa bi`izni-llahi, və mən yu`min bi-llahi yəhdi qəlbəh, vəl ləhu bikulli şəy`in əlim

Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir.

12Ayə 12

وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ‌ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ١٢

Və`əti'u əllah və`əti'u rrəsul, fə`in təvəlləytum fə`innəma əla rəsulinal bəlağul mubin

Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu imamətin vəzifələrindəndir, nə də axirət əzabı verməkdir. Çünki bu, rübubiyyət məsələlərindəndir).

13Ayə 13

ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ‌ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ١٣

Əllahu la ilahə illa huv, və'əla əllah fəlyətəvəkkəlil mu`minun

Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar).

14Ayə 14

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنْ أَزْوَٲجِكُمْ وَأَوْلَـٰدِكُمْ عَدُوًّا لَّكُمْ فَٱحْذَرُوهُمْ‌ۚ وَإِن تَعْفُواْ وَتَصْفَحُواْ وَتَغْفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ١٤

Ya əyyuha əlləzinə amənu innə min əzvacikum və`əvladikum əduvvən lləkum fahzəruhum, və`in tə'fu vətəsfəhu vətəğfiru fə`innə əllah ğəfurun rrəhim

Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir.

15Ayə 15

إِنَّمَآ أَمْوَٲلُكُمْ وَأَوْلَـٰدُكُمْ فِتْنَةٌ‌ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ١٥

Innəma əmvalukum və`əvladukum fitnəh, vəl ləhu indəhu əcrun əzim

Həqiqətən, mal-dövlətinz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır.

16Ayə 16

فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيْرًا لِّأَنفُسِكُمْ‌ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ١٦

Fattəqu əllah ma stəta'tum vasmə'u və`əti'u və`ənfiqu xəyrən lli`ənfusikum, və mən yuqə şuhhə nəfsihi fə`ula`ikə humul muflihun

Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!

17Ayə 17

إِن تُقْرِضُواْ ٱللَّهَ قَرْضًا حَسَنًا يُضَـٰعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ‌ۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ١٧

In tuqrizu əllah qərzən həsənən yuza'ifhu ləkum vəyəğfir ləkum, vəl ləhu şəkurun həlim

Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat - qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir.

18Ayə 18

عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ١٨

Alimu əl ğəybi vəş şəhadətil əzizul həkim

Allah gizlini də aşkarı da biləndir, yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)