бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَـٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ يَعْدِلُونَ١
Əl həmdu lilləhi əlləzi xələqəs səmavati vəl ərza vəcə'ələz zulumati vən nurə summə əlləzinə kəfəru birəbbihim yə'dilun
Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.
هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَىٰٓ أَجَلاًۖ وَأَجَلٌ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ٢
Huvə əlləzi xələqəkum-min tinin summə qəza əcələ, və`əcəlun mmusəmmən indəh, summə əntum təmtərun
Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv-isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.
وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَٲتِ وَفِى ٱلْأَرْضِۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ٣
Və huvə əllahu fis səmavati vəfil ərz, yə`ləmu sirrəkum vəcəhrəkum vəyə`ləmu ma təksibun
Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍ مِّنْ ءَايَـٰتِ رَبِّهِمْ إِلَّا كَانُواْ عَنْهَا مُعْرِضِينَ٤
Və ma tə`tihim-min ayətin min ayati rəbbihim illa kanu ənha mu'rizin
Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.
فَقَدْ كَذَّبُواْ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ٥
Fəqəd kəzzəbu bilhəqqi ləmma ca`əhum, fəsəvfə yə`tihim əmba`u ma kanu bihi yəstəhzi`un
Həqiqətən, onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
أَلَمْ يَرَوْاْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّـٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا ٱلْأَنْهَـٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَـٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ٦
Ələm yərəv kəm əhləkna min qəblihim-min qərnin mməkkənnahum fil ərzi ma ləm numəkkin lləkum və`ərsəlnas səma`ə ələyhim-midrarən vəcə'əlnal ənharə təcri min təhtihim fə`əhləknahum bizunubihim və`ənşə`na min bə'dihim qərnən axərin
Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَـٰبًا فِى قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ٧
Vələv nəzzəlna ələykə kitabən fi qirtasin fələməsuhu bi`əydihim ləqalə əlləzinə kəfəru in haza illa sihrun mmubin
Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
وَقَالُواْ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌۖ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ٨
Vəqalu ləvla unzilə ələyhi mələk, vələv ənzəlna mələkən lləquziyəl əmru summə la yunzarun
Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.
وَلَوْ جَعَلْنَـٰهُ مَلَكًا لَّجَعَلْنَـٰهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ٩
Vələv cə'əlnahu mələkən lləcə'əlnahu rəculən vələləbəsna ələyhim-ma yəlbisun
Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ١٠
Vələqədi stuhzi`ə birusulin min qəblikə fəhaqə billəzinə səxiru minhum-ma kanu bihi yəstəhzi`un
Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
قُلْ سِيرُواْ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُواْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ١١
Qul siru fil ərzi summə nzuru kəyfə kanə aqibətul mukəzzibin
De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!»
قُل لِّمَن مَّا فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۖ قُل لِّلَّهِۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِۚ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ١٢
Qul-limən mma fis səmavati vəl ərz, qul-lilləh, kətəbə əla nəfsihi rrəhməh, ləyəcmə'ənnəkum ila yəvmil qiyaməti la rəybə fih, Əlləzinə xəsiru ənfusəhum fəhum la yu`minun
De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.
وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ١٣
Vələhu ma səkənə fi əlləyli vən nəhar, və huvəs səmi'ul əlim
Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!
قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ١٤
Qul əğəyrə əllah əttəxizu vəliyyən fatiris səmavati vəl ərzi və huvə yut'imu və la yut'əm, qul inni umirtu ən əkunə əvvələ mən əsləm, və la təkunənnə minəl muşrikin
De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!» De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ١٥
Qul inni əxafu in əsaytu rəbbi əzabə yəvmin əzim
De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram».
مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُۥۚ وَذَٲلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ١٦
Mən yusrəf ənhu yəvmə`izin fəqəd rəhiməh, vəzalikəl fəvzul mubin
(O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!
وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ١٧
Və`in yəmsəskə əllahu bizurrin fəla kaşifə ləhu illa huv, və`in yəmsəskə bixəyrin fəhuvə əla kulli şəy`in qədir
Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ١٨
Və huvəl qahiru fəvqə ibadih, və huvəl həkimul xəbir
Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَـٰدَةًۖ قُلِ ٱللَّهُۖ شَهِيدُۢ بَيْنِى وَبَيْنَكُمْۚ وَأُوحِىَ إِلَىَّ هَـٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰۚ قُل لَّآ أَشْهَدُۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَٲحِدٌ وَإِنَّنِى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ١٩
Qul əyyu şəy`in əkbəru şəhadəh, quli-llahi, Şəhidun bəyni vəbəynəkum, və`uhiyə iləyyə hazal qur`-anu li`unzirəkum bihi və mən bələğ, Ə`innəkum lətəşhədunə ənnə mə'ə əllah alihətən uxra, qul-la əşhəd, qul innəma huvə ilahun vahidun və`innəni bəri`un mmimma tuşrikun
(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən, O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam».
ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ٢٠
Əlləzinə atəynahumul kitabə yə'rifunəhu kəma yə'rifunə əbna`əhum, Əlləzinə xəsiru ənfusəhum fəhum la yu`minun
(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔـايَـٰتِهِۦٓۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ٢١
Və mən əzləmu mimməni ftəra əla əllah kəzibən əv kəzzəbə biayatih, innəhu la yuflihuz zalimun
Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓاْ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ٢٢
Vəyəvmə nəhşuruhum cəmi'ən summə nəqulu lilləzinə əşrəku əynə şurəka`ukumu əlləzinə kuntum təz'umun
(Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.
ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُواْ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ٢٣
Summə ləm təkun fitnətuhum illa ən qalu vəl ləhi rəbbina ma kunna muşrikin
Sonra onların (axirətdə) «Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik» deməkdən başqa bir bəhanələri olmayacaqdır.
ٱنظُرْ كَيْفَ كَذَبُواْ عَلَىٰٓ أَنفُسِهِمْۚ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ٢٤
Unzur kəyfə kəzəbu əla ənfusihim, vəzallə ənhum-ma kanu yəftərun
Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًاۚ وَإِن يَرَوْاْ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُواْ بِهَاۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَـٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ٢٥
Vəminhum-mən yəstəmi'u iləyk, vəcə'əlna əla qulubihim əkinnətən ən yəfqəhuhu vəfi azanihim vəqrə, və`in yərəv kullə ayətin lla yu`minu biha, hətta iza ca`ukə yucadilunəkə yəqulu əlləzinə kəfəru in haza illa əsatirul əvvəlin
Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.
وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْــَٔوْنَ عَنْهُۖ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ٢٦
Vəhum yənhəvnə ənhu vəyən`əvnə ənh, və`in yuhlikunə illa ənfusəhum və ma yəş'urun
Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).
وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَـٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔـايَـٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ٢٧
Vələv təra iz vuqifu əlan nari fəqalu ya ləytəna nurəddu və la nukəzzibə biayati rəbbina vənəkunə minəl mu`minin
Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.
بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُۖ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ٢٨
Bəl bəda ləhum-ma kanu yuxfunə min qəbl, vələv ruddu lə'adu lima nuhu ənhu və`innəhum ləkazibun
(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
وَقَالُوٓاْ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ٢٩
Vəqalu in hiyə illa həyatunad dunya və ma nəhnu biməb'usin
Və (elə onlar) «bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik» dedilər.
وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُواْ عَلَىٰ رَبِّهِمْۚ قَالَ أَلَيْسَ هَـٰذَا بِٱلْحَقِّۚ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ٣٠
Vələv təra iz vuqifu əla rəbbihim, qalə ələysə haza bilhəqq, qalu bəla vərəbbina, qalə fəzuqul əzabə bima kuntum təkfurun
Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: «Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?» Deyəcəklər: «Bəli, Rəbbimizə and olsun (ki, haqdır)». Buyuracaq: «Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةً قَالُواْ يَـٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْۚ أَلَا سَآءَ مَا يَزِرُونَ٣١
Qəd xəsirə əlləzinə kəzzəbu biliqa`i-llahi, hətta iza ca`əthumus sa'ətu bəğtətən qalu ya həsrətəna əla ma fərrətna fiha vəhum yəhmilunə əvzarəhum əla zuhurihim, Əla sa`ə ma yəzirun
Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!
وَمَا ٱلْحَيَوٲةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌ وَلَهْوٌۖ وَلَلدَّارُ ٱلْأَخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَۗ أَفَلَا تَعْقِلُونَ٣٢
Və mal həyatud dunya illa lə'ibun vələhv, vələlddarul axirətu xəyrun llilləzinə yəttəqun, Əfəla tə'qilun
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?
قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَـٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔـايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ٣٣
Qəd nə'ləmu innəhu ləyəhzunukə əlləzi yəqulun, fə`innəhum la yukəzzibunəkə və lakinnəz zaliminə biayati-llahi yəchədun
Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.
وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَـٰهُمْ نَصْرُنَاۚ وَلَا مُبَدِّلَ لِكَلِمَـٰتِ ٱللَّهِۚ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِىْ ٱلْمُرْسَلِينَ٣٤
Vələqəd kuzzibət rusulun min qəblikə fəsabəru əla ma kuzzibu və`uzu hətta ətahum nəsruna, və la mubəddilə likəlimati-llahi, vələqəd ca`əkə min-nəbə`il mursəlin
Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə, onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.
وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔـايَةٍۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَـٰهِلِينَ٣٥
Və`in kanə kəburə ələykə i'razuhum fə`ini stəta'tə ən təbtəğiyə nəfəqən fil ərzi əv sulləmən fis səma`i fətə`tiyəhum biayəh, vələv şa əllahu ləcəmə'əhum əlal huda, fəla təkunənnə minəl cahilin
Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcuriyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.
إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ٣٦
Innəma yəstəcibu əlləzinə yəsmə'un, vəl məvta yəb'əsuhumu əllahu summə iləyhi yurcə'un
Həqiqətən, (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.
وَقَالُواْ لَوْلَا نُزِّلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦۚ قُلْ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةً وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ٣٧
Vəqalu ləvla nuzzilə ələyhi ayətun min rrəbbih, qul innə əllah qadirun əla ən yunəzzilə ayətən və lakinnə əksərəhum la yə`ləmun
(Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır)».
وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ وَلَا طَـٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُمۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ٣٨
Və ma min dabbətin fil ərzi və la ta`irin yətiru bicənahəyhi illa uməmun əmsalukum, ma fərrətna fil kitabi min şəy`, summə ila rəbbihim yuhşərun
Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.
وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔـايَـٰتِنَا صُمٌّ وَبُكْمٌ فِى ٱلظُّلُمَـٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ٣٩
Valləzinə kəzzəbu biayatina summun vəbukmun fiz zulumat, mən yəşə`i-llahi yuzlilhu və mən yəşə` yəc'əlhu əla siratin mmustəqim
Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.
قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَـٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَـٰدِقِينَ٤٠
Qul ərə`əytəkum in ətakum əzabu əllah əv ətətkumus sa'ətu əğəyrə əllah təd'unə in kuntum sadiqin
De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»
بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ٤١
Bəl iyyahu təd'unə fəyəkşifu ma təd'unə iləyhi in şa vətənsəvnə ma tuşrikun
Əksinə, yalnız Onu çağıracaqsınız – O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır – və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَـٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ٤٢
Vələqəd ərsəlna ila uməmin min qəblikə fə`əxəznahum bilbə`sa`i vəz zarra`i lə'əlləhum yətəzarrə'un
Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.
فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُواْ وَلَـٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ مَا كَانُواْ يَعْمَلُونَ٤٣
Fələvla iz ca`əhum bə`suna təzarrə'u və lakin qəsət qulubuhum vəzəyyənə ləhumuş şəytanu ma kanu yə'məlun
Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.
فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٲبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذْنَـٰهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ٤٤
Fələmma nəsu ma zukkiru bihi fətəhna ələyhim əbvabə kulli şəy`in hətta iza fərihu bima utu əxəznahum bəğtətən fə`iza hum-mublisun
Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.
فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُواْۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ٤٥
Fəquti'ə dabirul qəvmi əlləzinə zaləmuv, vəl həmdu lilləhi rəbbil aləmin
Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.
قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَـٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْأَيَـٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ٤٦
Qul ərə`əytum in əxəzə əllahu səm'əkum və`əbsarəkum vəxətəmə əla qulubikum-mən ilahun ğəyru əllah yə`tikum bih, unzur kəyfə nusarriful ayati summə hum yəsdifun
De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.
قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَـٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّـٰلِمُونَ٤٧
Qul ərə`əytəkum in ətakum əzabu əllah bəğtətən əv cəhrətən həl yuhləku illal qəvmuz zalimun
De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۖ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ٤٨
Və ma nursilul mursəlinə illa mubəşşirinə vəmunzirin, fəmən amənə və`əsləhə fəla xəvfun ələyhim və la hum yəhzənun
Biz Öz peyğəmbərlərimizi yalnız mücdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔـايَـٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُواْ يَفْسُقُونَ٤٩
Valləzinə kəzzəbu biayatina yəməssuhumul əzabu bima kanu yəfsuqun
Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.
قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُۚ أَفَلَا تَتَفَكَّرُونَ٥٠
Qul-la əqulu ləkum indi xəza`inu əllah və la ə'ləmu əl ğəybə və la əqulu ləkum inni mələk, in əttəbi'u illa ma yuha iləyy, qul həl yəstəvil ə'ma vəl bəsir, Əfəla tətəfəkkərun
De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)». De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»
وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓاْ إِلَىٰ رَبِّهِمْۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّ وَلَا شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ٥١
Və`ənzir bihi əlləzinə yəxafunə ən yuhşəru ila rəbbihim ləysə ləhum-min dunihi vəliyyun və la şəfi'un llə'əlləhum yəttəqun
Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.
وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٲةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّـٰلِمِينَ٥٢
Və la tətrudi əlləzinə yəd'unə rəbbəhum bilğədati vəl əşiyyi yuridunə vəchəh, ma ələykə min hisabihim-min şəy`in və ma min hisabikə ələyhim-min şəy`in fətətrudəhum fətəkunə minəz zalimin
Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.
وَكَذَٲلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولُوٓاْ أَهَـٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآۗ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّـٰكِرِينَ٥٣
Vəkəzalikə fətənna bə'zahum bibə'zin lliyəqulu əha`ula`i mənnə əllahu ələyhim-min bəynina, Ələysə əllahu bi`ə'ləmə biş şakirin
Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?
وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔـايَـٰتِنَا فَقُلْ سَلَـٰمٌ عَلَيْكُمْۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَۖ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءَۢا بِجَهَـٰلَةٍ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌ رَّحِيمٌ٥٤
Və`iza ca`əkə əlləzinə yu`minunə biayatina fəqul səlamun ələykum, kətəbə rəbbukum əla nəfsihi rrəhməh, Ənnəhu mən əmilə minkum su`ən bicəhalətin summə tabə min bə'dihi və`əsləhə fə`ənnəhu ğəfurun rrəhim
Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de.
وَكَذَٲلِكَ نُفَصِّلُ ٱلْأَيَـٰتِ وَلِتَسْتَبِينَ سَبِيلُ ٱلْمُجْرِمِينَ٥٥
Vəkəzalikə nufəssilul ayati vəlitəstəbinə səbilul mucrimin
Biz Öz ayələrimizi (elmi və əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) və günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk.
قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِۚ قُل لَّآ أَتَّبِعُ أَهْوَآءَكُمْۙ قَدْ ضَلَلْتُ إِذًا وَمَآ أَنَا۟ مِنَ ٱلْمُهْتَدِينَ٥٦
Qul inni nuhitu ən ə'budə əlləzinə təd'unə min duni-llahi, qul-la əttəbi'u əhva`əkum qəd zaləltu izən və ma əna minəl muhtədin
De: «Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur». De: «Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram».
قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦۚ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِۖ يَقُصُّ ٱلْحَقَّۖ وَهُوَ خَيْرُ ٱلْفَـٰصِلِينَ٥٧
Qul inni əla bəyyinətin min rrəbbi vəkəzzəbtum bih, ma indi ma təstə'cilunə bih, inil hukmu illa lilləh, yəqussul həqq, və huvə xəyrul fasilin
De: «Mən öz Rəbbim tərəfindən (Quran və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır».
قُل لَّوْ أَنَّ عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦ لَقُضِىَ ٱلْأَمْرُ بَيْنِى وَبَيْنَكُمْۗ وَٱللَّهُ أَعْلَمُ بِٱلظَّـٰلِمِينَ٥٨
Qul-ləv ənnə indi ma təstə'cilunə bihi ləquziyəl əmru bəyni vəbəynəkum, vəl ləhu ə'ləmu biz zalimin
De: «Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir)».
وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِى ظُلُمَـٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ٥٩
Və'indəhu məfatihu əl ğəybi la yə`ləmuha illa huv, vəyə`ləmu ma fil bərri vəl bəhr, və ma təsqutu min vərəqətin illa yə`ləmuha və la həbbətin fi zulumatil ərzi və la rətbin və la yabisin illa fi kitabin mmubin
Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.
وَهُوَ ٱلَّذِى يَتَوَفَّـٰكُم بِٱلَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِٱلنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰٓ أَجَلٌ مُّسَمًّىۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ٦٠
Və huvə əlləzi yətəvəffakum bil ləyli vəyə`ləmu ma cərəhtum bin nəhari summə yəb'əsukum fihi liyuqza əcəlun mmusəmmən, summə iləyhi mərci'ukum summə yunəbbi`ukum bima kuntum tə'məlun
Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.
وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ٦١
Və huvəl qahiru fəvqə ibadih, vəyursilu ələykum həfəzatən hətta iza ca`ə əhədəkumul məvtu təvəffəthu rusuluna vəhum la yufərritun
Odur bəndələri üzərində qalib və hakim! Sizin (cism və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.
ثُمَّ رُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوْلَـٰهُمُ ٱلْحَقِّۚ أَلَا لَهُ ٱلْحُكْمُ وَهُوَ أَسْرَعُ ٱلْحَـٰسِبِينَ٦٢
Summə ruddu ila əllah məvlahumul həqq, Əla ləhul hukmu və huvə əsrə'ul hasibin
Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir.
قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ تَدْعُونَهُۥ تَضَرُّعًا وَخُفْيَةً لَّئِنْ أَنجَـٰنَا مِنْ هَـٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ٦٣
Qul mən yunəccikum-min zulumatil bərri vəl bəhri təd'unəhu təzarru'ən vəxufyətən llə`in əncana min hazihi lənəkunənnə minəş şakirin
De: «Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versə, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir?»
قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ٦٤
Quli-llahi yunəccikum-minha vəmin kulli kərbin summə əntum tuşrikun
De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!»
قُلْ هُوَ ٱلْقَادِرُ عَلَىٰٓ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْأَيَـٰتِ لَعَلَّهُمْ يَفْقَهُونَ٦٥
Qul huvəl qadiru əla ən yəb'əsə ələykum əzabən min fəvqikum əv min təhti ərculikum əv yəlbisəkum şiyə'ən vəyuziqə bə'zakum bə`sə bə'z, unzur kəyfə nusarriful ayati lə'əlləhum yəfqəhun
De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir». Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.
وَكَذَّبَ بِهِۦ قَوْمُكَ وَهُوَ ٱلْحَقُّۚ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ٦٦
Vəkəzzəbə bihi qəvmukə və huvəl həqq, qul-ləstu ələykum bivəkil
Sənin qövmün onu (Quranı) haqq olmasına baxmayaraq təkzib etdi. De: «Mən sizin üzərinizdə vəkil və nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram və itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır)».
لِّكُلِّ نَبَإٍ مُّسْتَقَرٌّۚ وَسَوْفَ تَعْلَمُونَ٦٧
Likulli nəbə`in mmustəqərr, vəsəvfə tə'ləmun
(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.
وَإِذَا رَأَيْتَ ٱلَّذِينَ يَخُوضُونَ فِىٓ ءَايَـٰتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُواْ فِى حَدِيثٍ غَيْرِهِۦۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيْطَـٰنُ فَلَا تَقْعُدْ بَعْدَ ٱلذِّكْرَىٰ مَعَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٦٨
Və`iza rə`əytə əlləzinə yəxuzunə fi ayatina fə`ə'riz ənhum hətta yəxuzu fi hədisin ğəyrih, və`imma yunsiyənnəkəş şəytanu fəla təq'ud bə'dəz zikra mə'əl qəvmiz zalimin
Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma.
وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَلَـٰكِن ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ٦٩
Və ma əla əlləzinə yəttəqunə min hisabihim-min şəy`in və lakin zikra lə'əlləhum yəttəqun
Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.
وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ ٱلْحَيَوٲةُ ٱلدُّنْيَاۚ وَذَكِّرْ بِهِۦٓ أَن تُبْسَلَ نَفْسُۢ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِىٌّ وَلَا شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لَّا يُؤْخَذْ مِنْهَآۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أُبْسِلُواْ بِمَا كَسَبُواْۖ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكْفُرُونَ٧٠
Vəzəri əlləzinə ttəxəzu dinəhum lə'ibən vələhvən vəğərrəthumul həyatud dunya, vəzəkkir bihi ən tubsələ nəfsun bima kəsəbət ləysə ləha min duni-llahi vəliyyun və la şəfi'un və`in tə'dil kullə ədlin lla yu`xəz minha, ula`ikə əlləzinə ubsilu bima kəsəbuv, ləhum şərabun min həmimin və'əzabun əlimun bima kanu yəkfurun
Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (İlahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (İlahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.
قُلْ أَنَدْعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَٮٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَـٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَـٰبٌ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَاۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَـٰلَمِينَ٧١
Qul ənəd'u min duni-llahi ma la yənfə'una və la yəzurruna vənurəddu əla ə'qabina bə'də iz hədana əllahu kalləzi stəhvəthuş şəyatinu fil ərzi həyranə ləhu əshabun yəd'unəhu ilal huda tina, qul innə huda əllah huvəl huda, və`umirna linuslimə lirəbbil aləmin
De: «Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)». De: «Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur».
وَأَنْ أَقِيمُواْ ٱلصَّلَوٲةَ وَٱتَّقُوهُۚ وَهُوَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ٧٢
Və`ən əqimus salatə vattəquh, və huvə əlləzi iləyhi tuhşərun
«Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız».
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّۖ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُۚ قَوْلُهُ ٱلْحَقُّۚ وَلَهُ ٱلْمُلْكُ يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِۚ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ٧٣
Və huvə əlləzi xələqəs səmavati vəl ərza bilhəqq, vəyəvmə yəqulu kun fəyəkun, qəvluhul həqq, və ləhul mulku yəvmə yunfəxu fis sur, alimu əl ğəybi vəş şəhadəh, və huvəl həkimul xəbir
Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!
وَإِذْ قَالَ إِبْرَٲهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةًۖ إِنِّىٓ أَرَٮٰكَ وَقَوْمَكَ فِى ضَلَـٰلٍ مُّبِينٍ٧٤
Və`iz qalə ibrahimu li`əbihi azərə ətəttəxizu əsnamən alihəh, inni ərakə vəqəvməkə fi zalalin mmubin
(Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da, mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».
وَكَذَٲلِكَ نُرِىٓ إِبْرَٲهِيمَ مَلَكُوتَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ٧٥
Vəkəzalikə nuri ibrahimə mələkutəs səmavati vəl ərzi vəliyəkunə minəl muqinin
Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.
فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًاۖ قَالَ هَـٰذَا رَبِّىۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْأَفِلِينَ٧٦
Fələmma cənnə ələyhi əlləylu rə`a kəvkəbə, qalə haza rəbbiy, fələmma əfələ qalə la uhibbul afilin
Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir». Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».
فَلَمَّا رَءَا ٱلْقَمَرَ بَازِغًا قَالَ هَـٰذَا رَبِّىۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِى رَبِّى لَأَكُونَنَّ مِنَ ٱلْقَوْمِ ٱلضَّآلِّينَ٧٧
Fələmma rə`al qəmərə baziğən qalə haza rəbbiy, fələmma əfələ qalə lə`in lləm yəhdini rəbbi lə`əkunənnə minəl qəvmiz zallin
Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir». Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram».
فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةً قَالَ هَـٰذَا رَبِّى هَـٰذَآ أَكْبَرُۖ فَلَمَّآ أَفَلَتْ قَالَ يَـٰقَوْمِ إِنِّى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ٧٨
Fələmma rə`aş şəmsə baziğətən qalə haza rəbbi haza əkbər, fələmma əfələt qalə ya qəvmi inni bəri`un mmimma tuşrikun
Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam».
إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ حَنِيفًاۖ وَمَآ أَنَا۟ مِنَ ٱلْمُشْرِكِينَ٧٩
Inni vəccəhtu vəchiyə lilləzi fətarəs səmavati vəl ərza hənifə, və ma əna minəl muşrikin
«Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».
وَحَآجَّهُۥ قَوْمُهُۥۚ قَالَ أَتُحَـٰٓجُّوٓنِّى فِى ٱللَّهِ وَقَدْ هَدَٮٰنِۚ وَلَآ أَخَافُ مَا تُشْرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّى شَيْــًٔاۗ وَسِعَ رَبِّى كُلَّ شَىْءٍ عِلْمًاۗ أَفَلَا تَتَذَكَّرُونَ٨٠
Vəhaccəhu qəvmuh, qalə ətuhaccunni fi əllah vəqəd hədan, və la əxafu ma tuşrikunə bihi illa ən yəşa rəbbi şəy`ə, vəsiə rəbbi kullə şəy`in ilmə, Əfəla tətəzəkkərun
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»
وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَـٰنًاۚ فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِۖ إِن كُنتُمْ تَعْلَمُونَ٨١
Vəkəyfə əxafu ma əşrəktum və la təxafunə ənnəkum əşrəktum bi-llahi ma ləm yunəzzil bihi ələykum sultanə, fə`əyyul fəriqəyni əhəqqu bil`əmn, in kuntum tə'ləmun
«Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).
ٱلَّذِينَ ءَامَنُواْ وَلَمْ يَلْبِسُوٓاْ إِيمَـٰنَهُم بِظُلْمٍ أُوْلَـٰٓئِكَ لَهُمُ ٱلْأَمْنُ وَهُم مُّهْتَدُونَ٨٢
Əlləzinə amənu vələm yəlbisu imanəhum bizulmin ula`ikə ləhumul əmnu vəhum-muhtədun
İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır.
وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَـٰهَآ إِبْرَٲهِيمَ عَلَىٰ قَوْمِهِۦۚ نَرْفَعُ دَرَجَـٰتٍ مَّن نَّشَآءُۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ٨٣
Vətilkə huccətuna atəynaha ibrahimə əla qəvmih, nərfə'u dərəcatin mmən-nəşa, innə rəbbəkə həkimun əlim
O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da, sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir.
وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَۚ كُلاًّ هَدَيْنَاۚ وَنُوحًا هَدَيْنَا مِن قَبْلُۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيْمَـٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَـٰرُونَۚ وَكَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ٨٤
Vəvəhəbna ləhu ishaqə vəyə'qub, kullən hədəyna, vənuhən hədəyna min qəbl, vəmin zurriyyətihi davudə vəsuləymanə və`əyyubə vəyusufə vəmusa vəharun, vəkəzalikə nəczil muhsinin
Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq.
وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَۖ كُلٌّ مِّنَ ٱلصَّـٰلِحِينَ٨٥
Vəzəkəriyya vəyəhya və'isa və`ilyas, kullun mminəs salihin
Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər.
وَإِسْمَـٰعِيلَ وَٱلْيَسَعَ وَيُونُسَ وَلُوطًاۚ وَكُلاًّ فَضَّلْنَا عَلَى ٱلْعَـٰلَمِينَ٨٦
Və`isma'ilə vəl yəsə'ə vəyunusə vəluta, vəkullən fəzzalna əlal aləmin
Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik.
وَمِنْ ءَابَآئِهِمْ وَذُرِّيَّـٰتِهِمْ وَإِخْوَٲنِهِمْۖ وَٱجْتَبَيْنَـٰهُمْ وَهَدَيْنَـٰهُمْ إِلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ٨٧
Vəmin aba`ihim vəzurriyyatihim və`ixvanihim, vactəbəynahum vəhədəynahum ila siratin mmustəqim
Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.
ذَٲلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦۚ وَلَوْ أَشْرَكُواْ لَحَبِطَ عَنْهُم مَّا كَانُواْ يَعْمَلُونَ٨٨
Zalikə huda əllah yəhdi bihi mən yəşau min ibadih, vələv əşrəku ləhəbita ənhum-ma kanu yə'məlun
Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı.
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَۚ فَإِن يَكْفُرْ بِهَا هَـٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُواْ بِهَا بِكَـٰفِرِينَ٨٩
Ula`ikə əlləzinə atəynahumul kitabə vəl hukmə vən nubuvvəh, fə`in yəkfur biha ha`ula`i fəqəd vəkkəlna biha qəvmən lləysu biha bikafirin
Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَٮٰهُمُ ٱقْتَدِهْۗ قُل لَّآ أَسْــَٔلُكُمْ عَلَيْهِ أَجْرًاۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَـٰلَمِينَ٩٠
Ula`ikə əlləzinə həda əllah, fəbihudahumu qtədih, qul-la əs`əlukum ələyhi əcrə, in huvə illa zikra lil'aləmin
Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: «Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Quran) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil».
وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُواْ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍ مِّن شَىْءٍۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَـٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًا وَهُدًى لِّلنَّاسِۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًاۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓاْ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْۖ قُلِ ٱللَّهُۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ٩١
Və ma qədəru əllah həqqə qədrihi iz qalu ma ənzələ əllahu əla bəşərin min şəy`, qul mən ənzələl kitabə əlləzi ca`ə bihi musa nurən vəhudən llilnnas, təc'əlunəhu qəratisə tubdunəha vətuxfunə kəsirə, və'ullimtum-ma ləm tə'ləmu əntum və la aba`ukum, quli-llahi, summə zərhum fi xəvzihim yəl'əbun
«Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi». De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.
وَهَـٰذَا كِتَـٰبٌ أَنزَلْنَـٰهُ مُبَارَكٌ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَاۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ يُؤْمِنُونَ بِهِۦۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ٩٢
Vəhaza kitabun ənzəlnahu mubarəkun mmusaddiqu əlləzi bəynə yədəyhi vəlitunzirə umməl qura və mən həvləha, valləzinə yu`minunə bilaxirəti yu`minunə bih, vəhum əla salatihim yuhafizun
Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ فِى غَمَرَٲتِ ٱلْمَوْتِ وَٱلْمَلَـٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيْدِيهِمْ أَخْرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَـٰتِهِۦ تَسْتَكْبِرُونَ٩٣
Və mən əzləmu mimməni ftəra əla əllah kəzibən əv qalə uhiyə iləyyə vələm yuhə iləyhi şəy`un və mən qalə sə`unzilu mislə ma ənzələ əllah, vələv təra iziz zalimunə fi ğəməratil məvti vəl məla`ikətu basitu əydihim əxricu ənfusəkum, Əl yəvmə tuczəvnə əzabəl huni bima kuntum təqulunə əla əllah ğəyrəl həqqi vəkuntum ən ayatihi təstəkbirun
Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.
وَلَقَدْ جِئْتُمُونَا فُرَٲدَىٰ كَمَا خَلَقْنَـٰكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَـٰكُمْ وَرَآءَ ظُهُورِكُمْۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَـٰٓؤُاْۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ٩٤
Vələqəd ci`tumuna furada kəma xələqnakum əvvələ mərrətin vətərəktum-ma xəvvəlnakum vəra`ə zuhurikum, və ma nəra mə'əkum şufə'a`əkumu əlləzinə zə'əmtum ənnəhum fikum şurəka`, ləqət-təqətta'ə bəynəkum vəzallə ənkum-ma kuntum təz'umun
(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən, Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».
إِنَّ ٱللَّهَ فَالِقُ ٱلْحَبِّ وَٱلنَّوَىٰۖ يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَمُخْرِجُ ٱلْمَيِّتِ مِنَ ٱلْحَىِّۚ ذَٲلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤْفَكُونَ٩٥
Innə əllah faliqul həbbi vən nəva, yuxricul həyyə minəl məyyiti vəmuxricul məyyiti minəl həyy, zalikumu əllah, fə`ənna tu`fəkun
Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!
فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًاۚ ذَٲلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ٩٦
Faliqul isbahi vəcə'ələ əlləylə səkənən vəş şəmsə vəl qəmərə husbanə, zalikə təqdirul əzizil əlim
Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş və ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu və günəş ətrafında fırlanmasından günəş ili və ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili və ayı yaranır). Bu, O qüdrətli və bilənin təyin etdiyi ölçüdür.
وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِى ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِۗ قَدْ فَصَّلْنَا ٱلْأَيَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ٩٧
Və huvə əlləzi cə'ələ ləkumun nucumə litəhtədu biha fi zulumatil bərri vəl bəhr, qəd fəssalnal ayati liqəvmin yə`ləmun
Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tovhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍ وَٲحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌۗ قَدْ فَصَّلْنَا ٱلْأَيَـٰتِ لِقَوْمٍ يَفْقَهُونَ٩٨
Və huvə əlləzi ənşə`əkum-min-nəfsin vahidətin fəmustəqərrun vəmustəvdə', qəd fəssalnal ayati liqəvmin yəfqəhun
Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.
وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦ نَبَاتَ كُلِّ شَىْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ ٱلنَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّـٰتٍ مِّنْ أَعْنَابٍ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَـٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَيَنْعِهِۦٓۚ إِنَّ فِى ذَٲلِكُمْ لَأَيَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ٩٩
Və huvə əlləzi ənzələ minəs səma`i ma`ən fə`əxrəcna bihi nəbatə kulli şəy`in fə`əxrəcna minhu xəzirən nnuxricu minhu həbbən mmutərakibən vəminən nəxli min tal'iha qinvanun daniyətun vəcənnatin min ə'nabin vəz zəytunə vər rummanə muştəbihən vəğəyrə mutəşabih, unzuru ila səmərihi iza əsmərə vəyən'ih, innə fi zalikum ləayatin lliqəvmin yu`minun
Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلْجِنَّ وَخَلَقَهُمْۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَـٰتِۭ بِغَيْرِ عِلْمٍۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يَصِفُونَ١٠٠
Vəcə'əlu lilləhi şurəka`əl cinnə vəxələqəhum, vəxərəqu ləhu bəninə vəbənatin biğəyri ilm, subhanəhu vətə'ala əmma yəsifun
(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.
بَدِيعُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌ وَلَمْ تَكُن لَّهُۥ صَـٰحِبَةٌۖ وَخَلَقَ كُلَّ شَىْءٍۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ١٠١
Bədi'us səmavati vəl ərz, Ənna yəkunu ləhu vələdun vələm təkun ləhu sahibəh, vəxələqə kullə şəy`, və huvə bikulli şəy`in əlim
Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.
ذَٲلِكُمُ ٱللَّهُ رَبُّكُمْۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَۖ خَـٰلِقُ كُلِّ شَىْءٍ فَٱعْبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ١٠٢
Zalikumu əllahu rəbbukum, la ilahə illa huv, xaliqu kulli şəy`in fa'buduh, və huvə əla kulli şəy`in vəkil
Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.
لَّا تُدْرِكُهُ ٱلْأَبْصَـٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَـٰرَۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ١٠٣
La tudrikuhul əbsaru və huvə yudrikul əbsar, və huvə əllətiful xəbir
Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.
قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦۖ وَمَنْ عَمِىَ فَعَلَيْهَاۚ وَمَآ أَنَا۟ عَلَيْكُم بِحَفِيظٍ١٠٤
Qəd ca`əkum bəsa`iru min rrəbbikum, fəmən əbsarə fəlinəfsih, və mən əmiyə fə'ələyha, və ma əna ələykum bihəfiz
Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
وَكَذَٲلِكَ نُصَرِّفُ ٱلْأَيَـٰتِ وَلِيَقُولُواْ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍ يَعْلَمُونَ١٠٥
Vəkəzalikə nusarriful ayati vəliyəqulu dərəstə vəlinubəyyinəhu liqəvmin yə`ləmun
Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan». Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
ٱتَّبِعْ مَآ أُوحِىَ إِلَيْكَ مِن رَّبِّكَۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَۖ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ١٠٦
Ittəbi' ma uhiyə iləykə min rrəbbik, la ilahə illa huv, və`ə'riz ənil muşrikin
Rəbbin tərəfindən Sənə edilmiş vəhyə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Və müşriklərdən üz döndər.
وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُواْۗ وَمَا جَعَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًاۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ١٠٧
Vələv şa əllahu ma əşrəkuv, və ma cə'əlnakə ələyhim həfiza, və ma əntə ələyhim bivəkil
Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).
وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدْوَۢا بِغَيْرِ عِلْمٍۗ كَذَٲلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعْمَلُونَ١٠٨
Və la təsubbu əlləzinə yəd'unə min duni-llahi fəyəsubbu əllah ədvən biğəyri ilm, kəzalikə zəyyənna likulli ummətin əmələhum summə ila rəbbihim-mərci'uhum fəyunəbbi`uhum bima kanu yə'məlun
Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə, (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.
وَأَقْسَمُواْ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌ لَّيُؤْمِنُنَّ بِهَاۚ قُلْ إِنَّمَا ٱلْأَيَـٰتُ عِندَ ٱللَّهِۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ١٠٩
Və`əqsəmu bi-llahi cəhdə əymanihim lə`in ca`əthum ayətun lləyu`minunnə biha, qul innəmal ayatu ində əllah, və ma yuş'irukum ənnəha iza ca`ət la yu`minun
Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən, möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddia edənin öhdəsindədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?
وَنُقَلِّبُ أَفْــِٔدَتَهُمْ وَأَبْصَـٰرَهُمْ كَمَا لَمْ يُؤْمِنُواْ بِهِۦٓ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ١١٠
Vənuqəllibu əf`idətəhum və`əbsarəhum kəma ləm yu`minu bihi əvvələ mərrətin vənəzəruhum fi tuğyanihim yə'məhun
Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.
وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍ قُبُلاً مَّا كَانُواْ لِيُؤْمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ١١١
Vələv ənnəna nəzzəlna iləyhimul məla`ikətə vəkəlləməhumul məvta vəhəşərna ələyhim kullə şəy`in qubulən mma kanu liyu`minu illa ən yəşa əllahu və lakinnə əksərəhum yəchəlun
Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
وَكَذَٲلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّا شَيَـٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًاۚ وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ١١٢
Vəkəzalikə cə'əlna likulli nəbiyyin əduvvən şəyatinəl insi vəl cinni yuhi bə'zuhum ila bə'zin zuxrufəl qəvli ğururə, vələv şa rəbbukə ma fə'əluh, fəzərhum və ma yəftərun
Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.
وَلِتَصْغَىٰٓ إِلَيْهِ أَفْــِٔدَةُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَ١١٣
Vəlitəsğa iləyhi əf`idətu əlləzinə la yu`minunə bilaxirəti vəliyərzavhu vəliyəqtərifu ma hum-muqtərifun
(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًا وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ إِلَيْكُمُ ٱلْكِتَـٰبَ مُفَصَّلاًۚ وَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَعْلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِٱلْحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ١١٤
Əfəğəyrə əllah əbtəği həkəmən və huvə əlləzi ənzələ iləykumul kitabə mufəssalə, valləzinə atəynahumul kitabə yə`ləmunə ənnəhu munəzzəlun min rrəbbikə bilhəqq, fəla təkunənnə minəl mumtərin
(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاًۚ لَّا مُبَدِّلَ لِكَلِمَـٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ١١٥
Vətəmmət kəlimətu rəbbikə sidqən və'ədlə, la mubəddilə likəlimatih, və huvəs səmi'ul əlim
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
وَإِن تُطِعْ أَكْثَرَ مَن فِى ٱلْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ١١٦
Və`in tuti' əksərə mən fil ərzi yuzillukə ən səbili-llahi, in yəttəbi'unə illaz zannə və`in hum illa yəxrusun
Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ١١٧
Innə rəbbəkə huvə ə'ləmu mən yəzillu ən səbilih, və huvə ə'ləmu bilmuhtədin
Həqiqətən, Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ إِن كُنتُم بِـَٔـايَـٰتِهِۦ مُؤْمِنِينَ١١٨
Fəkulu mimma zukirə smu əllah ələyhi in kuntum biayatihi mu`minin
Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.
وَمَا لَكُمْ أَلَّا تَأْكُلُواْ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا ٱضْطُرِرْتُمْ إِلَيْهِۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَآئِهِم بِغَيْرِ عِلْمٍۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِٱلْمُعْتَدِينَ١١٩
Və ma ləkum əlla tə`kulu mimma zukirə smu əllah ələyhi vəqəd fəssalə ləkum-ma hərrəmə ələykum illa ma zturirtum iləyh, və`innə kəsirən lləyuzillunə bi`əhva`ihim biğəyri ilm, innə rəbbəkə huvə ə'ləmu bilmu'tədin
Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz, (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən, sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
وَذَرُواْ ظَـٰهِرَ ٱلْإِثْمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكْسِبُونَ ٱلْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُواْ يَقْتَرِفُونَ١٢٠
Vəzəru zahirəl ismi vəbatinəh, innə əlləzinə yəksibunəl ismə səyuczəvnə bima kanu yəqtərifun
Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
وَلَا تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌۗ وَإِنَّ ٱلشَّيَـٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَـٰدِلُوكُمْۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ١٢١
Və la tə`kulu mimma ləm yuzkəri smu əllah ələyhi və`innəhu ləfisq, və`innəş şəyatinə ləyuhunə ila əvliya`ihim liyucadilukum, və`in əta'tumuhum innəkum ləmuşrikun
(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).
أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَـٰهُ وَجَعَلْنَا لَهُۥ نُورًا يَمْشِى بِهِۦ فِى ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِى ٱلظُّلُمَـٰتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَاۚ كَذَٲلِكَ زُيِّنَ لِلْكَـٰفِرِينَ مَا كَانُواْ يَعْمَلُونَ١٢٢
Əvə mən kanə məytən fə`əhyəynahu vəcə'əlna ləhu nurən yəmşi bihi fin nasi kəmən mməsəluhu fiz zulumati ləysə bixaricin mminha, kəzalikə zuyyinə lilkafirinə ma kanu yə'məlun
Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.
وَكَذَٲلِكَ جَعَلْنَا فِى كُلِّ قَرْيَةٍ أَكَـٰبِرَ مُجْرِمِيهَا لِيَمْكُرُواْ فِيهَاۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ١٢٣
Vəkəzalikə cə'əlna fi kulli qəryətin əkabirə mucrimiha liyəmkuru fiha, və ma yəmkurunə illa bi`ənfusihim və ma yəş'urun
Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.
وَإِذَا جَآءَتْهُمْ ءَايَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَآ أُوتِىَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجْرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌ شَدِيدُۢ بِمَا كَانُواْ يَمْكُرُونَ١٢٤
Və`iza ca`əthum ayətun qalu lən-nu`minə hətta nu`ta mislə ma utiyə rusulu əllah, Əllahu ə'ləmu həysu yəc'əlu risalətəh, səyusibu əlləzinə əcrəmu sağarun ində əllah və'əzabun şədidun bima kanu yəmkurun
Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهْدِيَهُۥ يَشْرَحْ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُۥ يَجْعَلْ صَدْرَهُۥ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِى ٱلسَّمَآءِۚ كَذَٲلِكَ يَجْعَلُ ٱللَّهُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يُؤْمِنُونَ١٢٥
Fəmən yuridi-llahi ən yəhdiyəhu yəşrəh sadrəhu lil`islam, və mən yurid ən yuzilləhu yəc'əl sadrəhu zayyiqən hərəcən kə`ənnəma yəssa''ədu fis səma`, kəzalikə yəc'əlu əllahu rricsə əla əlləzinə la yu`minun
Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.
وَهَـٰذَا صِرَٲطُ رَبِّكَ مُسْتَقِيمًاۗ قَدْ فَصَّلْنَا ٱلْأَيَـٰتِ لِقَوْمٍ يَذَّكَّرُونَ١٢٦
Vəhaza siratu rəbbikə mustəqimə, qəd fəssalnal ayati liqəvmin yəzzəkkərun
Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.
لَهُمْ دَارُ ٱلسَّلَـٰمِ عِندَ رَبِّهِمْۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُواْ يَعْمَلُونَ١٢٧
Ləhum darus səlami ində rəbbihim, və huvə vəliyyuhum bima kanu yə'məlun
Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَـٰمَعْشَرَ ٱلْجِنِّ قَدِ ٱسْتَكْثَرْتُم مِّنَ ٱلْإِنسِۖ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ ٱلْإِنسِ رَبَّنَا ٱسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَآ أَجَلَنَا ٱلَّذِىٓ أَجَّلْتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثْوَٮٰكُمْ خَـٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ١٢٨
Vəyəvmə yəhşuruhum cəmi'ən ya mə'şərəl cinni qədi stəksərtum-minəl ins, vəqalə əvliya`uhum-minəl insi rəbbəna stəmtə'ə bə'zuna bibə'zin vəbələğna əcələna əlləzi əccəltə ləna, qalən naru məsvakum xalidinə fiha illa ma şa əllah, innə rəbbəkə həkimun əlim
Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən, sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin)».
وَكَذَٲلِكَ نُوَلِّى بَعْضَ ٱلظَّـٰلِمِينَ بَعْضَۢا بِمَا كَانُواْ يَكْسِبُونَ١٢٩
Vəkəzalikə nuvəlli bə'zaz zaliminə bə'zən bima kanu yəksibun
Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.
يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَـٰتِى وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَاۚ قَالُواْ شَهِدْنَا عَلَىٰٓ أَنفُسِنَاۖ وَغَرَّتْهُمُ ٱلْحَيَوٲةُ ٱلدُّنْيَا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُواْ كَـٰفِرِينَ١٣٠
Ya mə'şərəl cinni vəl insi ələm yə`tikum rusulun mminkum yəqussunə ələykum ayati vəyunzirunəkum liqa`ə yəvmikum haza, qalu şəhidna əla ənfusina, vəğərrəthumul həyatud dunya vəşəhidu əla ənfusihim ənnəhum kanu kafirin
(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
ذَٲلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا غَـٰفِلُونَ١٣١
Zalikə ən lləm yəkun rrəbbukə muhlikəl qura bizulmin və`əhluha ğafilun
Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُواْۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا يَعْمَلُونَ١٣٢
Vəlikullin dərəcatun mmimma əmiluv, və ma rəbbukə biğafilin əmma yə'məlun
Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.
وَرَبُّكَ ٱلْغَنِىُّ ذُو ٱلرَّحْمَةِۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنۢ بَعْدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ ءَاخَرِينَ١٣٣
Vərəbbukə əl ğəniyyu zu rrəhməh, in yəşə` yuzhibkum vəyəstəxlif min bə'dikum-ma yəşau kəma ənşə`əkum-min zurriyyəti qəvmin axərin
Rəbbin ehtiyacsız və rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar və sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan və ya qeyrisini) sizin canişininiz edər.
إِنَّ مَا تُوعَدُونَ لَأَتٍۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ١٣٤
Innə ma tu'ədunə ləat, və ma əntum bimu'cizin
Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).
قُلْ يَـٰقَوْمِ ٱعْمَلُواْ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَامِلٌۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُۥ عَـٰقِبَةُ ٱلدَّارِۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ١٣٥
Qul ya qəvmi məlu əla məkanətikum inni amil, fəsəvfə tə'ləmunə mən təkunu ləhu aqibətud dar, innəhu la yuflihuz zalimun
De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
وَجَعَلُواْ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلْحَرْثِ وَٱلْأَنْعَـٰمِ نَصِيبًا فَقَالُواْ هَـٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَـٰذَا لِشُرَكَآئِنَاۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلَا يَصِلُ إِلَى ٱللَّهِۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمْۗ سَآءَ مَا يَحْكُمُونَ١٣٦
Vəcə'əlu lilləhi mimma zərə`ə minəl hərsi vəl ən'ami nəsibən fəqalu haza lilləhi bizə'mihim vəhaza lişurəka`ina, fəma kanə lişurəka`ihim fəla yəsilu ila əllah, və ma kanə lilləhi fəhuvə yəsilu ila şurəka`ihim, sa`ə ma yəhkumun
(Müşriklər) Allahın yaratdığı şeylərdən – əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.
وَكَذَٲلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَـٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُواْ عَلَيْهِمْ دِينَهُمْۖ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ١٣٧
Vəkəzalikə zəyyənə likəsirin mminəl muşrikinə qətlə əvladihim şurəka`uhum liyurduhum vəliyəlbisu ələyhim dinəhum, vələv şa əllahu ma fə'əluh, fəzərhum və ma yəftərun
Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.
وَقَالُواْ هَـٰذِهِۦٓ أَنْعَـٰمٌ وَحَرْثٌ حِجْرٌ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَـٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَـٰمٌ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِۚ سَيَجْزِيهِم بِمَا كَانُواْ يَفْتَرُونَ١٣٨
Vəqalu hazihi ən'amun vəhərsun hicrun lla yət'əmuha illa mən-nəşau bizə'mihim və`ən'amun hurrimət zuhuruha və`ən'amun lla yəzkurunə smə əllah ələyha ftira`ən ələyh, səyəczihim bima kanu yəftərun
Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır». Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.
وَقَالُواْ مَا فِى بُطُونِ هَـٰذِهِ ٱلْأَنْعَـٰمِ خَالِصَةٌ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٲجِنَاۖ وَإِن يَكُن مَّيْتَةً فَهُمْ فِيهِ شُرَكَآءُۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ١٣٩
Vəqalu ma fi butuni hazihil ən'ami xalisatun llizukurina vəmuhərrəmun əla əzvacina, və`in yəkun mməytətən fəhum fihi şurəka`, səyəczihim vəsfəhum, innəhu həkimun əlim
Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.
قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓاْ أَوْلَـٰدَهُمْ سَفَهَۢا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُواْ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِۚ قَدْ ضَلُّواْ وَمَا كَانُواْ مُهْتَدِينَ١٤٠
Qəd xəsirə əlləzinə qətəlu əvladəhum səfəhən biğəyri ilmin vəhərrəmu ma rəzəqəhumu əllahu ftira`ən əla əllah, qəd zallu və ma kanu muhtədin
Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّـٰتٍ مَّعْرُوشَـٰتٍ وَغَيْرَ مَعْرُوشَـٰتٍ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَـٰبِهًا وَغَيْرَ مُتَشَـٰبِهٍۚ كُلُواْ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُواْ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦۖ وَلَا تُسْرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ١٤١
Və huvə əlləzi ənşə`ə cənnatin mmə'ruşatin vəğəyrə mə'ruşatin vən nəxlə vəz zər'ə muxtəlifən ukuluhu vəz zəytunə vər rummanə mutəşabihən vəğəyrə mutəşabih, kulu min səmərihi iza əsmərə vəatu həqqəhu yəvmə həsadih, və la tusrifuv, innəhu la yuhibbul musrifin
Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.
وَمِنَ ٱلْأَنْعَـٰمِ حَمُولَةً وَفَرْشًاۚ كُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُواْ خُطُوَٲتِ ٱلشَّيْطَـٰنِۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ١٤٢
Vəminəl ən'ami həmulətən vəfərşə, kulu mimma rəzəqəkumu əllahu və la təttəbi'u xutuvatiş şəytan, innəhu ləkum əduvvun mmubin
Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
ثَمَـٰنِيَةَ أَزْوَٲجٍۖ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِۖ نَبِّــُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَـٰدِقِينَ١٤٣
Səmaniyətə əzvac, minəz za`ni snəyni vəminəl mə'zi snəyn, qul alzzəkərəyni hərrəmə əmil unsəyəyni əmma ştəmələt ələyhi ərhamul unsəyəyn, nəbbi`uni bi'ilmin in kuntum sadiqin
Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) və keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin».
وَمِنَ ٱلْإِبِلِ ٱثْنَيْنِ وَمِنَ ٱلْبَقَرِ ٱثْنَيْنِۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِۖ أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ وَصَّـٰكُمُ ٱللَّهُ بِهَـٰذَاۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيْرِ عِلْمٍۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ١٤٤
Vəminəl ibili snəyni vəminəl bəqəri snəyn, qul alzzəkərəyni hərrəmə əmil unsəyəyni əmma ştəmələt ələyhi ərhamul unsəyəyn, Əm kuntum şuhəda`ə iz vəssakumu əllahu bihaza, fəmən əzləmu mimməni ftəra əla əllah kəzibən lliyuzillən nasə biğəyri ilm, innə əllah la yəhdil qəvməz zalimin
Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı). De: «Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə də kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz».
قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ١٤٥
Qul-la əcidu fi ma uhiyə iləyyə muhərrəmən əla ta'imin yət'əmuhu illa ən yəkunə məytətən əv dəmən mməsfuhən əv ləhmə xinzirin fə`innəhu ricsun əv fisqən uhillə liğəyri-llahi bih, fəməni zturrə ğəyrə bağin və la adin fə`innə rəbbəkə ğəfurun rrəhim
De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır».
وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمْنَا كُلَّ ذِى ظُفُرٍۖ وَمِنَ ٱلْبَقَرِ وَٱلْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَآ أَوِ ٱلْحَوَايَآ أَوْ مَا ٱخْتَلَطَ بِعَظْمٍۚ ذَٲلِكَ جَزَيْنَـٰهُم بِبَغْيِهِمْۖ وَإِنَّا لَصَـٰدِقُونَ١٤٦
Və'əla əlləzinə hadu hərrəmna kullə zi zufur, vəminəl bəqəri vəl ğənəmi hərrəmna ələyhim şuhuməhuma illa ma həmələt zuhuruhuma əvil həvaya əv ma xtələta bi'əzm, zalikə cəzəynahum bibəğyihim, və`inna ləsadiqun
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini – bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla – haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən, doğru danışanıq.
فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَٲسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُۥ عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ١٤٧
Fə`in kəzzəbukə fəqul rrəbbukum zu rəhmətin vasi'ətin və la yurəddu bə`suhu ənil qəvmil mucrimin
Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
سَيَقُولُ ٱلَّذِينَ أَشْرَكُواْ لَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكْنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن شَىْءٍۚ كَذَٲلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ حَتَّىٰ ذَاقُواْ بَأْسَنَاۗ قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ أَنتُمْ إِلَّا تَخْرُصُونَ١٤٨
Səyəqulu əlləzinə əşrəku ləv şa əllahu ma əşrəkna və la aba`una və la hərrəmna min şəy`, kəzalikə kəzzəbə əlləzinə min qəblihim hətta zaqu bə`səna, qul həl indəkum-min ilmin fətuxricuhu ləna, in təttəbi'unə illaz zannə və`in əntum illa təxrusun
Müşriklər tezliklə «əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!» deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin və bidətin haramlığı barədə) beləcə təkzib etdilər və nəhayət bizim əzabımızı daddılar. De: «Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur və təxmindən başqa bir şeylə danışmırsınız». (Çünki, Allaha şərik qoşmaq və bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)
قُلْ فَلِلَّهِ ٱلْحُجَّةُ ٱلْبَـٰلِغَةُۖ فَلَوْ شَآءَ لَهَدَٮٰكُمْ أَجْمَعِينَ١٤٩
Qul fəlilləhil huccətul baliğəh, fələv şa ləhədakum əcmə'in
De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz)».
قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشْهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَـٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشْهَدْ مَعَهُمْۚ وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔـايَـٰتِنَا وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ١٥٠
Qul həlummə şuhəda`əkumu əlləzinə yəşhədunə ənnə əllah hərrəmə haza, fə`in şəhidu fəla təşhəd mə'əhum, və la təttəbi' əhva`ə əlləzinə kəzzəbu biayatina valləzinə la yu`minunə bilaxirəti vəhum birəbbihim yə'dilun
De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma».
قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْۖ أَلَّا تُشْرِكُواْ بِهِۦ شَيْــًٔاۖ وَبِٱلْوَٲلِدَيْنِ إِحْسَـٰنًاۖ وَلَا تَقْتُلُوٓاْ أَوْلَـٰدَكُم مِّنْ إِمْلَـٰقٍۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْۖ وَلَا تَقْرَبُواْ ٱلْفَوَٲحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَۖ وَلَا تَقْتُلُواْ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّۚ ذَٲلِكُمْ وَصَّـٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ١٥١
Qul tə'aləv ətlu ma hərrəmə rəbbukum ələykum, Əlla tuşriku bihi şəy`ə, vəbilvalidəyni ihsanə, və la təqtulu əvladəkum-min imlaq, nəhnu nərzuqukum və`iyyahum, və la təqrəbul fəvahişə ma zahərə minha və ma bətan, və la təqtulun nəfsə əlləti hərrəmə əllahu illa bilhəqq, zalikum vəssakum bihi lə'əlləkum tə'qilun
De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı – (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır».
وَلَا تَقْرَبُواْ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥۖ وَأَوْفُواْ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَاۖ وَإِذَا قُلْتُمْ فَٱعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَىٰۖ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُواْۚ ذَٲلِكُمْ وَصَّـٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ١٥٢
Və la təqrəbu maləl yətimi illa billəti hiyə əhsənu hətta yəbluğə əşuddəh, və`əvful kəylə vəl mizanə bilqist, la nukəllifu nəfsən illa vus'əha, və`iza qultum fa'dilu vələv kanə za qurba, vəbi'əhdi-llahi əvfuv, zalikum vəssakum bihi lə'əlləkum təzəkkərun
«Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır».
وَأَنَّ هَـٰذَا صِرَٲطِى مُسْتَقِيمًا فَٱتَّبِعُوهُۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦۚ ذَٲلِكُمْ وَصَّـٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ١٥٣
Və`ənnə haza sirati mustəqimən fattəbi'uh, və la təttəbi'us subulə fətəfərrəqə bikum ən səbilih, zalikum vəssakum bihi lə'əlləkum təttəqun
«Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır».
ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلاً لِّكُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ١٥٤
Summə atəyna musal kitabə təmamən əla əlləzi əhsənə vətəfsilən llikulli şəy`in vəhudən vərəhmətən llə'əlləhum biliqa`i rəbbihim yu`minun
Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.
وَهَـٰذَا كِتَـٰبٌ أَنزَلْنَـٰهُ مُبَارَكٌ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ١٥٥
Vəhaza kitabun ənzəlnahu mubarəkun fattəbi'uhu vattəqu lə'əlləkum turhəmun
Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.
أَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَـٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَـٰفِلِينَ١٥٦
Ən təqulu innəma unziləl kitabu əla ta`ifətəyni min qəblina və`in kunna ən dirasətihim ləğafilin
Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən, biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.
أَوْ تَقُولُواْ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَـٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْۚ فَقَدْ جَآءَكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔـايَـٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَاۗ سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَـٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُواْ يَصْدِفُونَ١٥٧
Əv təqulu ləv ənna unzilə ələynal kitabu ləkunna əhda minhum, fəqəd ca`əkum bəyyinətun min rrəbbikum vəhudən vərəhməh, fəmən əzləmu mimmən kəzzəbə biayati-llahi vəsadəfə ənha, sənəczi əlləzinə yəsdifunə ən ayatina su`əl əzabi bima kanu yəsdifun
Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.
هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَـٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَـٰتِ رَبِّكَۗ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَـٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَـٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَـٰنِهَا خَيْرًاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ١٥٨
Həl yənzurunə illa ən tə`tiyəhumul məla`ikətu əv yə`tiyə rəbbukə əv yə`tiyə bə'zu ayati rəbbik, yəvmə yə`ti bə'zu ayati rəbbikə la yənfə'u nəfsən imanuha ləm təkun amənət min qəblu əv kəsəbət fi imaniha xəyrə, quli ntəziru inna muntəzirun
Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyamətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik».
إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍۚ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ١٥٩
Innə əlləzinə fərrəqu dinəhum vəkanu şiyə'ən lləstə minhum fi şəy`, innəma əmruhum ila əllah summə yunəbbi`uhum bima kanu yəf'əlun
Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.
مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ١٦٠
Mən ca`ə bilhəsənəti fələhu əşru əmsaliha, və mən ca`ə bis səyyi`əti fəla yucza illa misləha vəhum la yuzləmun
Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).
قُلْ إِنَّنِى هَدَٮٰنِى رَبِّىٓ إِلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَٲهِيمَ حَنِيفًاۚ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ١٦١
Qul innəni hədani rəbbi ila siratin mmustəqimin dinən qiyəmən mmillətə ibrahimə hənifə, və ma kanə minəl muşrikin
De: «Şübhəsiz, Rəbbim məni doğru yola – sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib».
قُلْ إِنَّ صَلَاتِى وَنُسُكِى وَمَحْيَاىَ وَمَمَاتِى لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ١٦٢
Qul innə salati vənusuki vəməhyayə vəməmati lilləhi rəbbil aləmin
De: «Həqiqətən, mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)».
لَا شَرِيكَ لَهُۥۖ وَبِذَٲلِكَ أُمِرْتُ وَأَنَا۟ أَوَّلُ ٱلْمُسْلِمِينَ١٦٣
La şərikə ləh, vəbizalikə umirtu və`əna əvvəlul muslimin
«Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)».
قُلْ أَغَيْرَ ٱللَّهِ أَبْغِى رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَىْءٍۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَاۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ١٦٤
Qul əğəyrə əllah əbği rəbbən və huvə rəbbu kulli şəy`, və la təksibu kullu nəfsin illa ələyha, və la təziru vazirətun vizrə uxra, summə ila rəbbikum-mərci'ukum fəyunəbbi`ukum bima kuntum fihi təxtəlifun
De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
وَهُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَـٰٓئِفَ ٱلْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَـٰتٍ لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَـٰكُمْۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌ رَّحِيمُۢ١٦٥
Və huvə əlləzi cə'ələkum xəla`ifəl ərzi vərəfə'ə bə'zakum fəvqə bə'zin dərəcatin lliyəbluvəkum fi ma atakum, innə rəbbəkə səri'ul iqabi və`innəhu ləğəfurun rrəhim
Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da, Rəbbin tez cəza verəndir və həqiqətən, elə O, çox bağışlayan və mehribandır.