Surə 42 · 53 ayə

surah042

Şura (Şura)

Məkkə·53 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

حمٓ١

Ha, mim.

Ha, Mim

2Ayə 2

عٓسٓقٓ٢

ʻayn, sin, qaf.

Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

3Ayə 3

كَذَٲلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٣

Kəzalikə yuhi iləykə və`ila əlləzinə min qəblikə əllahul əzizul həkim

Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.

4Ayə 4

لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ٤

Ləhu ma fis səmavati və ma fil ərz, və huvəl əliyyul əzim

(Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.

5Ayə 5

تَكَادُ ٱلسَّمَـٰوَٲتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ‌ۚ وَٱلْمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ‌ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ٥

Təkadus səmavatu yətəfəttarnə min fəvqihinn, vəl məla`ikətu yusəbbihunə bihəmdi rəbbihim vəyəstəğfirunə limən fil ərz, Əla innə əllah huvə əl ğəfuru rrəhim

(Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən, bağışlayan və mehriban məhz Allahdır.

6Ayə 6

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ٦

Valləzinə ttəxəzu min dunihi əvliya`ə əllahu həfizun ələyhim və ma əntə ələyhim bivəkil

Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməlləri qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.

7Ayə 7

وَكَذَٲلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ‌ۚ فَرِيقٌ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌ فِى ٱلسَّعِيرِ٧

Vəkəzalikə əvhəyna iləykə qur`-anən ərəbiyyən llitunzirə umməl qura və mən həvləha vətunzirə yəvməl cəm'i la rəybə fih, fəriqun fil cənnəti vəfəriqun fis sə'ir

Və beləcə biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.

8Ayə 8

وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَٲحِدَةً وَلَـٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ‌ۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّ وَلَا نَصِيرٍ٨

Vələv şa əllahu ləcə'ələhum ummətən vahidətən və lakin yudxilu mən yəşau fi rəhmətih, vəz zalimunə ma ləhum-min vəliyyin və la nəsir

Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.

9Ayə 9

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ‌ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ٩

Əmi ttəxəzu min dunihi əvliya`, fəl ləhu huvəl vəliyyu və huvə yuhyil məvta və huvə əla kulli şəy`in qədir

Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.

10Ayə 10

وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ‌ۚ ذَٲلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ١٠

Və ma xtələftum fihi min şəy`in fəhukmuhu ila əllah, zalikumu əllahu rəbbi ələyhi təvəkkəltu və`iləyhi unib

Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.

11Ayə 11

فَاطِرُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٲجًا وَمِنَ ٱلْأَنْعَـٰمِ أَزْوَٲجًا‌ۖ يَذْرَؤُكُمْ فِيهِ‌ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ‌ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ١١

Fatirus səmavati vəl ərz, cə'ələ ləkum-min ənfusikum əzvacən vəminəl ən'ami əzvacə, yəzrə`ukum fih, ləysə kəmislihi şəy`, və huvəs səmi'ul bəsir

(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!

12Ayə 12

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ‌ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌ١٢

Ləhu məqalidus səmavati vəl ərz, yəbsutu rrizqə limən yəşau vəyəqdir, innəhu bikulli şəy`in əlim

Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.

13Ayə 13

شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٲهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ‌ۖ أَنْ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِ‌ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ‌ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ١٣

Şərə'ə ləkum-minəd dini ma vəssa bihi nuhən valləzi əvhəyna iləykə və ma vəssayna bihi ibrahimə vəmusa və'isa, Ən əqimud dinə və la tətəfərrəqu fih, kəburə əlal muşrikinə ma təd'uhum iləyh, Əllahu yəctəbi iləyhi mən yəşau vəyəhdi iləyhi mən yunib

(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.

14Ayə 14

وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيَۢا بَيْنَهُمْ‌ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى لَّقُضِىَ بَيْنَهُمْ‌ۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِهِمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ١٤

Və ma təfərrəqu illa min bə'di ma ca`əhumul ilmu bəğyən bəynəhum, vələvla kəlimətun səbəqət min rrəbbikə ila əcəlin mmusəmmən lləquziyə bəynəhum, və`innə əlləzinə urisul kitabə min bə'dihim ləfi şəkkin mminhu murib

(Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs və qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in də çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.

15Ayə 15

فَلِذَٲلِكَ فَٱدْعُ‌ۖ وَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ‌ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ‌ۖ وَقُلْ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَـٰبٍ‌ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ‌ۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمْ‌ۖ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ‌ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ‌ۖ ٱللَّهُ يَجْمَعُ بَيْنَنَا‌ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ١٥

Fəlizalikə fad', vastəqim kəma umirt, və la təttəbi' əhva`əhum, vəqul aməntu bima ənzələ əllahu min kitab, və`umirtu li`ə'dilə bəynəkum, Əllahu rəbbuna vərəbbukum, ləna ə'maluna vələkum ə'malukum, la huccətə bəynəna vəbəynəkum, Əllahu yəcmə'u bəynəna, və`iləyhil məsir

Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qaydışı Ona tərəfdir».

16Ayə 16

وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ١٦

Valləzinə yuhaccunə fi əllah min bə'di ma stucibə ləhu huccətuhum dahizatun ində rəbbihim və'ələyhim ğəzabun vələhum əzabun şədid

Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.

17Ayə 17

ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ‌ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌ١٧

Əllahu əlləzi ənzələl kitabə bilhəqqi vəl mizan, və ma yudrikə lə'əlləs sa'ətə qərib

Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir. Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır?

18Ayə 18

يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا‌ۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ‌ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَـٰلِۭ بَعِيدٍ١٨

Yəstə'cilu biha əlləzinə la yu`minunə biha, valləzinə amənu muşfiqunə minha vəyə`ləmunə ənnəhal həqq, Əla innə əlləzinə yumarunə fis sa'əti ləfi zalalin bə'id

Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.

19Ayə 19

ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرْزُقُ مَن يَشَآءُ‌ۖ وَهُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ١٩

Əllahu lətifun bi'ibadihi yərzuqu mən yəşa, və huvəl qəviyyul əziz

Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.

20Ayə 20

مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْأَخِرَةِ نَزِدْ لَهُۥ فِى حَرْثِهِۦ‌ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَا لَهُۥ فِى ٱلْأَخِرَةِ مِن نَّصِيبٍ٢٠

Mən kanə yuridu hərsəl axirəti nəzid ləhu fi hərsih, və mən kanə yuridu hərsəd dunya nu`tihi minha və ma ləhu fil axirəti min-nəsib

Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.

21Ayə 21

أَمْ لَهُمْ شُرَكَـٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ‌ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ‌ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ٢١

Əm ləhum şurəka`u şərə'u ləhum-minəd dini ma ləm yə`zən bihi-llahi, vələvla kəlimətul fəsli ləquziyə bəynəhum, və`innəz zaliminə ləhum əzabun əlim

Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır.

22Ayə 22

تَرَى ٱلظَّـٰلِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمْ‌ۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ فِى رَوْضَاتِ ٱلْجَنَّاتِ‌ۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ‌ۚ ذَٲلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ٢٢

Təraz zaliminə muşfiqinə mimma kəsəbu və huvə vaqi'un bihim, valləzinə amənu və'əmilus salihati fi rəvzatil cənnat, ləhum-ma yəşaunə ində rəbbihim, zalikə huvəl fəzlul kəbir

(Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.

23Ayə 23

ذَٲلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ‌ۗ قُل لَّآ أَسْــَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ‌ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا‌ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ شَكُورٌ٢٣

Zalikə əlləzi yubəşşiru əllahu ibadəhu əlləzinə amənu və'əmilus salihat, qul-la əs`əlukum ələyhi əcrən illal məvəddətə fil qurba, və mən yəqtərif həsənətən nnəzid ləhu fiha husnə, innə əllah ğəfurun şəkur

Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən, Allah bağışlayan və qədirbiləndir.

24Ayə 24

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا‌ۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ‌ۗ وَيَمْحُ ٱللَّهُ ٱلْبَـٰطِلَ وَيُحِقُّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦٓ‌ۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ٢٤

Əm yəqulunə ftəra əla əllah kəzibə, fə`in yəşə`i-llahi yəxtim əla qəlbik, vəyəmhu əllahul batilə vəyuhiqqul həqqə bikəlimatih, innəhu əlimun bizatis sudur

Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Quranın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən, O, ürəklərdə olanları bilir.

25Ayə 25

وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَعْفُواْ عَنِ ٱلسَّيِّـَٔـاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ٢٥

Və huvə əlləzi yəqbəlut təvbətə ən ibadihi vəyə'fu ənis səyyi`ati vəyə`ləmu ma təf'əlun

Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur.

26Ayə 26

وَيَسْتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ‌ۚ وَٱلْكَـٰفِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ٢٦

Vəyəstəcibu əlləzinə amənu və'əmilus salihati vəyəziduhum-min fəzlih, vəl kafirunə ləhum əzabun şədid

İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir və Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.

27Ayə 27

وَلَوْ بَسَطَ ٱللَّهُ ٱلرِّزْقَ لِعِبَادِهِۦ لَبَغَوْاْ فِى ٱلْأَرْضِ وَلَـٰكِن يُنَزِّلُ بِقَدَرٍ مَّا يَشَآءُ‌ۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٌ٢٧

Vələv bəsəta əllahu rrizqə li'ibadihi ləbəğəv fil ərzi və lakin yunəzzilu biqədərin mma yəşa, innəhu bi'ibadihi xəbirun bəsir

Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.

28Ayə 28

وَهُوَ ٱلَّذِى يُنَزِّلُ ٱلْغَيْثَ مِنۢ بَعْدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحْمَتَهُۥ‌ۚ وَهُوَ ٱلْوَلِىُّ ٱلْحَمِيدُ٢٨

Və huvə əlləzi yunəzzilu əl ğəysə min bə'di ma qənətu vəyənşuru rəhmətəh, və huvəl vəliyyul həmid

(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!

29Ayə 29

وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍ‌ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌ٢٩

Vəmin ayatihi xəlqus səmavati vəl ərzi və ma bəssə fihima min dabbəh, və huvə əla cəm'ihim iza yəşau qədir

Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.

30Ayə 30

وَمَآ أَصَـٰبَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُواْ عَن كَثِيرٍ٣٠

Və ma əsabəkum-min mmusibətin fəbima kəsəbət əydikum vəyə'fu ən kəsir

Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.

31Ayə 31

وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ‌ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ٣١

Və ma əntum bimu'cizinə fil ərz, və ma ləkum-min duni-llahi min vəliyyin və la nəsir

Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.

32Ayə 32

وَمِنْ ءَايَـٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ٣٢

Vəmin ayatihil cəvari fil bəhri kal`ə'lam

Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.

33Ayə 33

إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ‌ۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ٣٣

In yəşə` yuskini rrihə fəyəzləlnə rəvakidə əla zahrih, innə fi zalikə ləayatin llikulli sabbarin şəkur

Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə, gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.

34Ayə 34

أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُواْ وَيَعْفُ عَن كَثِيرٍ٣٤

Əv yubiqhunnə bima kəsəbu vəyə'fu ən kəsir

Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.

35Ayə 35

وَيَعْلَمَ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ٣٥

Vəyə'ləmə əlləzinə yucadilunə fi ayatina ma ləhum-min mməhis

(Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.

36Ayə 36

فَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَـٰعُ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا‌ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ٣٦

Fəma utitum-min şəy`in fəməta'ul həyatid dunya, və ma ində əllah xəyrun və`əbqa lilləzinə amənu və'əla rəbbihim yətəvəkkəlun

Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.

37Ayə 37

وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٲحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمْ يَغْفِرُونَ٣٧

Valləzinə yəctənibunə kəba`irəl ismi vəl fəvahişə və`iza ma ğəzibu hum yəğfirun

(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).

38Ayə 38

وَٱلَّذِينَ ٱسْتَجَابُواْ لِرَبِّهِمْ وَأَقَامُواْ ٱلصَّلَوٲةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ٣٨

Valləzinə stəcabu lirəbbihim və`əqamus salatə və`əmruhum şura bəynəhum vəmimma rəzəqnahum yunfiqun

Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.

39Ayə 39

وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ٣٩

Valləzinə iza əsabəhumul bəğyu hum yəntəsirun

Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).

40Ayə 40

وَجَزَٲٓؤُاْ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا‌ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ‌ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ٤٠

Vəcəza`u səyyi`ətin səyyi`ətun mmisluha, fəmən əfa və`əsləhə fə`əcruhu əla əllah, innəhu la yuhibbuz zalimin

Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən, O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.

41Ayə 41

وَلَمَنِ ٱنتَصَرَ بَعْدَ ظُلْمِهِۦ فَأُوْلَـٰٓئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ٤١

Vələməni ntəsarə bə'də zulmihi fə`ula`ikə ma ələyhim-min səbil

Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.

42Ayə 42

إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظْلِمُونَ ٱلنَّاسَ وَيَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ‌ۚ أُوْلَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ٤٢

Innəmas səbilu əla əlləzinə yəzlimunən nasə vəyəbğunə fil ərzi biğəyril həqq, ula`ikə ləhum əzabun əlim

(Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.

43Ayə 43

وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٲلِكَ لَمِنْ عَزْمِ ٱلْأُمُورِ٤٣

Vələmən sabərə vəğəfərə innə zalikə ləmin əzmil umur

Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.

44Ayə 44

وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّ مِّنۢ بَعْدِهِۦ‌ۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِّن سَبِيلٍ٤٤

Və mən yuzlili-llahi fəma ləhu min vəliyyin min bə'dih, vətəraz zaliminə ləmma rə`əvul əzabə yəqulunə həl ila mərəddin min səbil

Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.

45Ayə 45

وَتَرَٮٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَـٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّ‌ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ‌ۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِى عَذَابٍ مُّقِيمٍ٤٥

Vətərahum yu'rəzunə ələyha xaşi'inə minəz zulli yənzurunə min tarfin xəfiyy, vəqalə əlləzinə amənu innəl xasirinə əlləzinə xəsiru ənfusəhum və`əhlihim yəvməl qiyaməh, Əla innəz zaliminə fi əzabin mmuqim

Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir». Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.

46Ayə 46

وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ‌ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ٤٦

Və ma kanə ləhum-min əvliya`ə yənsurunəhum-min duni-llahi, və mən yuzlili-llahi fəma ləhu min səbil

Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.

47Ayə 47

ٱسْتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ‌ۚ مَا لَكُم مِّن مَّلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ٤٧

Istəcibu lirəbbikum-min qəbli ən yə`tiyə yəvmun lla mərəddə ləhu minə əllah, ma ləkum-min mməlcə`in yəvmə`izin və ma ləkum-min-nəkir

Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).

48Ayə 48

فَإِنْ أَعْرَضُواْ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا‌ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَـٰغُ‌ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا‌ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةُۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَـٰنَ كَفُورٌ٤٨

Fə`in ə'rəzu fəma ərsəlnakə ələyhim həfiza, in ələykə illal bəlağ, və`inna iza əzəqnal insanə minna rəhmətən fərihə biha, və`in tusibhum səyyi`ətun bima qəddəmət əydihim fə`innəl insanə kəfur

Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).

49Ayə 49

لِّلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ يَخْلُقُ مَا يَشَآءُ‌ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَـٰثًا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ٤٩

Lilləhi mulkus səmavati vəl ərz, yəxluqu ma yəşa, yəhəbu limən yəşau inasən vəyəhəbu limən yəşauz zukur

Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusur. (Çünki onların yaradılması, qorunması, iradə edilməsi və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.

50Ayə 50

أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَـٰثًا‌ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا‌ۚ إِنَّهُۥ عَلِيمٌ قَدِيرٌ٥٠

Əv yuzəvvicuhum zukranən və`inasə, vəyəc'əlu mən yəşau əqimə, innəhu əlimun qədir

Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).

51Ayə 51

وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآىِٕ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولاً فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ‌ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌ٥١

Və ma kanə libəşərin ən yukəlliməhu əllahu illa vəhyən əv min vəra`i hicabin əv yursilə rəsulən fəyuhiyə biiznih ma yəşa, innəhu əliyyun həkim

Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən, Allah uca məqamlı və hikmət sahibidir.

52Ayə 52

وَكَذَٲلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا‌ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا‌ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ٥٢

Vəkəzalikə əvhəyna iləykə ruhən min əmrina, ma kuntə tədri mal kitabu və lal imanu və lakin cə'əlnahu nurən nnəhdi bihi mən-nəşau min ibadina, və`innəkə lətəhdi ila siratin mmustəqim

Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Quran və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.

53Ayə 53

صِرَٲطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ٥٣

Sirati-llahi əlləzi ləhu ma fis səmavati və ma fil ərz, Əla ila əllah təsirul umur

O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)