Surə 59 · 24 ayə

surah059

Həşr (Qovulma)

Mədinə·24 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ١

Səbbəhə lilləhi ma fis səmavati və ma fil ərzi və huvəl əzizul həkim

Göylərdə və yerdə olanların hamısı Allahı (dil və hal ilə) zikr edir və O, yenilməz qüdrət sahibi və mətindir və (yaradılış və şəriət mərhələsində) gözəl yaradandır.

2Ayə 2

هُوَ ٱلَّذِىٓ أَخْرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ مِن دِيَـٰرِهِمْ لِأَوَّلِ ٱلْحَشْرِ‌ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُواْ‌ۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَـٰهُمُ ٱللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُواْ‌ۖ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ‌ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِى ٱلْمُؤْمِنِينَ فَٱعْتَبِرُواْ يَـٰٓأُوْلِى ٱلْأَبْصَـٰرِ٢

Huvə əlləzi əxrəcə əlləzinə kəfəru min əhlil kitabi min diyarihim li`əvvəlil həşr, ma zanəntum ən yəxrucuv, vəzannu ənnəhum-mani'ətuhum husunuhum-minə əllah fə`ətahumu əllahu min həysu ləm yəhtəsibuv, vəqəzəfə fi qulubihimu rru'b, yuxribunə buyutəhum bi`əydihim və`əydil mu`mininə fa'təbiru ya ulil əbsar

Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın.

3Ayə 3

وَلَوْلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيْهِمُ ٱلْجَلَآءَ لَعَذَّبَهُمْ فِى ٱلدُّنْيَا‌ۖ وَلَهُمْ فِى ٱلْأَخِرَةِ عَذَابُ ٱلنَّارِ٣

Vələvla ən kətəbə əllahu ələyhimul cəla`ə lə'əzzəbəhum fid dunya, vələhum fil axirəti əzabun nar

Və əgər Allah onlara vətənlərindən çıxarılmağı yazmasaydı, mütləq onlara dünyada (öldürülmək və əsirliklə) əzab verərdi. Onlar üçün axirətdə od əzabı vardır.

4Ayə 4

ذَٲلِكَ بِأَنَّهُمْ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥ‌ۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ٤

Zalikə bi`ənnəhum şaqqu əllah vərəsuləh, və mən yuşaqqi-llahi fə`innə əllah şədidul iqab

Bu (vətəndən çıxarılma və əzab) onlar Allahla və Onun Rəsulu ilə inadkarlıqla müxalifət etdiklərinə görədir. Kim Allahla inadkarlıqla müxalifət etsə (bilsin ki,) Allah şiddətli cəza verəndir.

5Ayə 5

مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذْنِ ٱللَّهِ وَلِيُخْزِىَ ٱلْفَـٰسِقِينَ٥

Ma qəta'tum-min llinətin əv tərəktumuha qa`imətən əla usuliha fəbi`izni-llahi vəliyuxziyəl fasiqin

Hər hansı çox dəyərli xurma ağacını kəsdinizsə, ya onu öz kökləri üstündə boy atan halda buraxdınızsa (bu), Allahın izni ilə idi, (bəzi məsələlərə xatirdir) və bu, Allahın itaətsizləri rüsvay etməsi üçündür.

6Ayə 6

وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْهُمْ فَمَآ أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَـٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُ‌ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ٦

Və ma əfa`ə əllahu əla rəsulihi minhum fəma əvcəftum ələyhi min xəylin və la rikabin və lakinnə əllah yusəllitu rusuləhu əla mən yəşa, vəl ləhu əla kulli şəy`in qədir

Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız və nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir.

7Ayə 7

مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْ أَهْلِ ٱلْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ كَىْ لَا يَكُونَ دُولَةَۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ‌ۚ وَمَآ ءَاتَـٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَـٰكُمْ عَنْهُ فَٱنتَهُواْ‌ۚ وَٱتَّقُواْ ٱللَّهَ‌ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ٧

Ma əfa`ə əllahu əla rəsulihi min əhlil qura fəlilləhi vəlilrrəsuli vəlizil qurba vəl yətama vəl məsakini vabnis səbili kəy la yəkunə dulətən bəynəl əğniya`i minkum, və ma atakumu rrəsulu fəxuzuhu və ma nəhakum ənhu fantəhuv, vattəqu əllah, innə əllah şədidul iqab

Allahın şəhər və kəndlərin əhalisinin mallarından («Fəy» şəklində qənimət olaraq) Öz Rəsuluna qaytardığı şeylər Allaha və Rəsuluna, onun yaxın qohumlarına, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur (İslamın və ya müsəlmanların din və dünyalarında hər hansı bir lazimi işin həll olunması üçün ehtiyac olan şeylər üçündür). Bu ona görədir ki, (həmin şeylər) sizin sərvətliləriniz arasında əldən-ələ düşməsin və Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir.

8Ayə 8

لِلْفُقَرَآءِ ٱلْمُهَـٰجِرِينَ ٱلَّذِينَ أُخْرِجُواْ مِن دِيَـٰرِهِمْ وَأَمْوَٲلِهِمْ يَبْتَغُونَ فَضْلاً مِّنَ ٱللَّهِ وَرِضْوَٲنًا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ‌ۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ٨

Lilfuqəra`il muhacirinə əlləzinə uxricu min diyarihim və`əmvalihim yəbtəğunə fəzlən mminə əllah vərizvanən vəyənsurunə əllah vərəsuləh, ula`ikə humus sadiqun

(Fəyin bir hissəsi) yurdlarından çıxarılmış və malları əllərindən alınmış, Allahın fəzl-mərhəmət və razılığını istəyən, Allaha və Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. (Əsl) sadiqlər elə bunlardır.

9Ayə 9

وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلْإِيمَـٰنَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِى صُدُورِهِمْ حَاجَةً مِّمَّآ أُوتُواْ وَيُؤْثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ‌ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ٩

Valləzinə təbəvvə`ud darə vəl imanə min qəblihim yuhibbunə mən hacərə iləyhim və la yəcidunə fi sudurihim hacətən mmimma utu vəyu`sirunə əla ənfusihim vələv kanə bihim xəsasah, və mən yuqə şuhhə nəfsihi fə`ula`ikə humul muflihun

Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.

10Ayə 10

وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا ٱغْفِرْ لَنَا وَلِإِخْوَٲنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلْإِيمَـٰنِ وَلَا تَجْعَلْ فِى قُلُوبِنَا غِلاًّ لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٌ رَّحِيمٌ١٠

Valləzinə ca`u min bə'dihim yəqulunə rəbbəna ğfir ləna vəli`ixvanina əlləzinə səbəquna bil`imani və la təc'əl fi qulubina ğillən llilləzinə amənu rəbbəna innəkə rə`ufun rrəhim

Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: «Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan».

11Ayə 11

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخْوَٲنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَـٰذِبُونَ١١

Ələm tərə ila əlləzinə nafəqu yəqulunə li`ixvanihimu əlləzinə kəfəru min əhlil kitabi lə`in uxrictum lənəxrucənnə mə'əkum və la nuti'u fikum əhədən əbədən və`in qutiltum lənənsurənnəkum vəl ləhu yəşhədu innəhum ləkazibun

Məgər münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına (həqiqi, yaxud din qardaşlarına): «Əgər siz (öz vətəninizdən) çıxarılsanız, biz də mütləq sizinlə birlikdə çıxarıq. Sizin barənizdə heç vaxt heç bir kəsə itaət etmərik. Əgər hücuma və ölüm təhlükəsinə məruz qalsanız, mütləq sizə kömək edəcəyik» – dediklərini görmədinmi?! Allah şəhadət verir ki, onlar yalançıdırlar.

12Ayə 12

لَئِنْ أُخْرِجُواْ لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يُنصَرُونَ١٢

Lə`in uxricu la yəxrucunə mə'əhum vələ`in qutilu la yənsurunəhum vələ`in-nəsaruhum ləyuvəllunnəl ədbarə summə la yunsarun

Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər və əgər (fərz olunsa ki,) kömək də edələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.

13Ayə 13

لَأَنتُمْ أَشَدُّ رَهْبَةً فِى صُدُورِهِم مِّنَ ٱللَّهِ‌ۚ ذَٲلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ١٣

Lə`əntum əşəddu rəhbətən fi sudurihim-minə əllah, zalikə bi`ənnəhum qəvmun lla yəfqəhun

Əlbəttə, onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu da onların idrakı (və İlahi mərifəti) olmayan bir qövm olduqlarına görədir.

14Ayə 14

لَا يُقَـٰتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِى قُرًى مُّحَصَّنَةٍ أَوْ مِن وَرَآءِ جُدُرِۭ‌ۚ بَأْسُهُم بَيْنَهُمْ شَدِيدٌ‌ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ‌ۚ ذَٲلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ١٤

La yuqatilunəkum cəmi'ən illa fi qurən mmuhəssanətin əv min vəra`i cudur, bə`suhum bəynəhum şədid, təhsəbuhum cəmi'ən vəqulubuhum şətta, zalikə bi`ənnəhum qəvmun lla yə'qilun

Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.

15Ayə 15

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًا‌ۖ ذَاقُواْ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ١٥

Kəməsəli əlləzinə min qəblihim qəribə, zaqu vəbalə əmrihim vələhum əzabun əlim

(Bəni-Nəzir yəhudiləri) özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə (Bədr əhli və s.) bənzəyir. Və onlar üçün (axirətdə) ağrılı bir əzab vardır.

16Ayə 16

كَمَثَلِ ٱلشَّيْطَـٰنِ إِذْ قَالَ لِلْإِنسَـٰنِ ٱكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّى بَرِىٓءٌ مِّنكَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ١٦

Kəməsəliş şəytani iz qalə lil`insani kfur fələmma kəfərə qalə inni bəri`un mminkə inni əxafu əllah rəbbəl aləmin

(Münafiqlərin aldatması) Şeytana (onun aldatmasına) bənzəyir. O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!»

17Ayə 17

فَكَانَ عَـٰقِبَتَهُمَآ أَنَّهُمَا فِى ٱلنَّارِ خَـٰلِدَيْنِ فِيهَا‌ۚ وَذَٲلِكَ جَزَٲٓؤُاْ ٱلظَّـٰلِمِينَ١٧

Fəkanə aqibətəhuma ənnəhuma fin nari xalidəyni fiha, vəzalikə cəza`uz zalimin

Beləliklə, hər ikisinin (Şeytan və kafirin) işinin aqibəti də od içində əbədi qalmaq oldu. Budur zalımların cəzası!

18Ayə 18

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَلْتَنظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ‌ۖ وَٱتَّقُواْ ٱللَّهَ‌ۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعْمَلُونَ١٨

Ya əyyuha əlləzinə amənu ttəqu əllah vəltənzur nəfsun mma qəddəmət liğəd, vattəqu əllah, innə əllah xəbirun bima tə'məlun

Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!

19Ayə 19

وَلَا تَكُونُواْ كَٱلَّذِينَ نَسُواْ ٱللَّهَ فَأَنسَـٰهُمْ أَنفُسَهُمْ‌ۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ١٩

Və la təkunu kalləzinə nəsu əllah fə`ənsahum ənfusəhum, ula`ikə humul fasiqun

Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!

20Ayə 20

لَا يَسْتَوِىٓ أَصْحَـٰبُ ٱلنَّارِ وَأَصْحَـٰبُ ٱلْجَنَّةِ‌ۚ أَصْحَـٰبُ ٱلْجَنَّةِ هُمُ ٱلْفَآئِزُونَ٢٠

La yəstəvi əshabun nari və`əshabul cənnəh, Əshabul cənnəti humul fa`izun

Əsla Cəhənnəm əhli ilə Cənnət əhli bir deyildir. Cənnət əhli nicat tapan və səadətə yetişənlərdir.

21Ayə 21

لَوْ أَنزَلْنَا هَـٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍ لَّرَأَيْتَهُۥ خَـٰشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ ٱللَّهِ‌ۚ وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ٢١

Ləv ənzəlna hazal qur`-anə əla cəbəlin llərə`əytəhu xaşi'ən mmutəsaddi'ən min xəşyəti-llahi, vətilkəl əmsalu nəzribuha lilnnasi lə'əlləhum yətəfəkkərun

Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.

22Ayə 22

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ‌ۖ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ‌ۖ هُوَ ٱلرَّحْمَـٰنُ ٱلرَّحِيمُ٢٢

Huvə əllahu əlləzi la ilahə illa huv, alimu əl ğəybi vəş şəhadəh, huvə rrəhmanu rrəhim

O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı (hər bir şüur sahibinin zahiri və batini hissiyatından gizli və aşkar olanı, yaxud hələ mövcud olmayan və artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan və mehribandır.

23Ayə 23

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْمَلِكُ ٱلْقُدُّوسُ ٱلسَّلَـٰمُ ٱلْمُؤْمِنُ ٱلْمُهَيْمِنُ ٱلْعَزِيزُ ٱلْجَبَّارُ ٱلْمُتَكَبِّرُ‌ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ٢٣

Huvə əllahu əlləzi la ilahə illa huvəl məlikul quddusus səlamul mu`minul muhəyminul əzizul cəbbarul mutəkəbbir, subhanə əllah əmma yuşrikun

O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eyibdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eyibdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkkəbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.

24Ayə 24

هُوَ ٱللَّهُ ٱلْخَـٰلِقُ ٱلْبَارِئُ ٱلْمُصَوِّرُ‌ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ‌ۚ يُسَبِّحُ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٢٤

Huvə əllahul xaliqul bari`ul musavvir, ləhul əsma`ul husna, yusəbbihu ləhu ma fis səmavati vəl ərz, və huvəl əzizul həkim

O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)