-
Maytham Al Tammar
-
16:81
وَاللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَالًا وَجَعَلَ لَكُم مِّنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَвəл-лаhу джə'əлə лəкум-миммəə хōлəќō з̃ылəəлəу-вəджə'əлə лəкум-минəль-джибəəли əкнəəнəу-вəджə'əлə лəкум сəрōōбиилə тəќиикумуль-həррō вəсəрōōбиилə тəќиикумм-бə`сəкум, кəз̃əəликə йутимму ни'мəтəhу 'əлэйкум лə'əльлəкум туслимуун
Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız. -
16:82
فَإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ الْمُبِينُфə`иŋŋ-тəвəльлəу фə`иннəмəə 'əлэйкəль-бəлəəґуль-мубиин
Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən, sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır. -
16:84
وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا وَلَا هُمْ يُسْتَعْتَبُونَвəйəумə нəб'əc̃у миŋŋ-кулли уммəтин шəhиидəн c̃уммə лəə йу`з̃əну лильлəз̃иинə кəфəруу вəлəə hум йустə'тəбуун
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir. -
16:85
وَإِذَا رَأَى الَّذِينَ ظَلَمُوا الْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَвə`из̃əə рō`əəль-лəз̃иинə з̃ōлəмууль-'əз̃əəбə фəлəə йухōффəфу 'əнhум вəлəə hум йуŋŋз̃ōруун
Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir. -
16:86
وَإِذَا رَأَى الَّذِينَ أَشْرَكُوا شُرَكَاءَهُمْ قَالُوا رَبَّنَا هَـٰؤُلَاءِ شُرَكَاؤُنَا الَّذِينَ كُنَّا نَدْعُو مِن دُونِكَ ۖ فَأَلْقَوْا إِلَيْهِمُ الْقَوْلَ إِنَّكُمْ لَكَاذِبُونَвə`из̃əə рō`əəль-лəз̃иинə əшрōкуу шурōкəə`əhум ќōōлюю рōббəнəə həə`улəə`и шурōкəə`унəəль-лəз̃иинə куннəə нəд'уу миŋŋ-дууник, фə`əльќōу илəйhимуль-ќōулə иннəкум лəкəəз̃ибуун
Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən, siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar. -
16:87
وَأَلْقَوْا إِلَى اللَّهِ يَوْمَئِذٍ السَّلَمَ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَвə`əльќōу илəл-лаhи йəумə`из̃инс-сəлəм, вəдōльлə 'əнhум-мəə кəəнуу йəфтəруун
Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar və (bütlərin şəfaəti və köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər. -
16:88
الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوا يُفْسِدُونَəльлəз̃иинə кəфəруу вəсōддуу 'əŋŋ-сəбиилиль-лəhи зиднəəhум 'əз̃əəбəн фəуќōль-'əз̃əəби бимəə кəəнуу йуфсидуун
Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq. -
16:89
وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَـٰؤُلَاءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَвəйəумə нəб'əc̃у фии кулли уммəтин шəhиидəн 'əлэйhим-мин əŋŋфусиhим, вəджи`нəə бикə шəhиидəн 'əлəə həə`улəə, вəнəззəльнəə 'əлэйкəль-китəəбə тибйəəнəл-ликулли шэй`иу-вəhудəу-вəрōhмəтəу-вəбушрōō ли-ль-муслимиин
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və mücdə mənbəyi olan bu kitabı sənə nazil etdik. -
16:90
۞ إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَиннəл-лаhə йə`муру би-ль-'əдли вəəль`иhсəəни вə`иитəə`и з̃ииль-ќурбəə вəйəнhəə 'əниль-фəhшəə`и вəəльмуŋŋкəри вəəльбəґй, йə'из̃укум лə'əльлəкум тəз̃əккəруун
Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz. -
16:91
وَأَوْفُوا بِعَهْدِ اللَّهِ إِذَا عَاهَدتُّمْ وَلَا تَنقُضُوا الْأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَвə`əуфуу би'əhдиль-лəhи из̃əə 'əəhəттум вəлəə тəŋŋќудууль-əймəəнə бə'дə тəукиидиhəə вəќōд джə'əльтумул-лаhə 'əлэйкум кəфиилə, иннəл-лаhə йə'лəму мəə тəф'əлююн
Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir. -
16:92
وَلَا تَكُونُوا كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِن بَعْدِ قُوَّةٍ أَنكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ اللَّهُ بِهِ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَвəлəə тəкуунуу кəəльлəтии нəќōдōт ґōзлəhəə мимм-бə'ди ќуувəтин əŋŋкəəc̃əн тəттəхыз̃уунə əймəəнəкум дəхōлəмм-бэйнəкум əŋŋ-тəкуунə уммəтун hийə əрбəə мин уммəh, иннəмəə йəблююкумул-лаhу биh, вəлəйубəййинəннə лəкум йəумəль-ќийəəмəти мəə куŋŋтум фииhи тəхтəлифуун
Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır. -
16:93
وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـٰكِن يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَвəлəу шəə`əл-лаhу лəджə'əлəкум уммəтəу-вəəhидəтəу-вəлəəкий-йудыллю мəй-йəшəə`у вəйəhдии мəй-йəшəə, вəлəтус`əлюннə 'əммəə куŋŋтум тə'мəлююн
Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz. -
16:94
وَلَا تَتَّخِذُوا أَيْمَانَكُمْ دَخَلًا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا السُّوءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ اللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌвəлəə тəттəхыз̃уу əймəəнəкум дəхōлəмм-бэйнəкум фəтəзильлə ќōдəмумм-бə'дə c̃убуутиhəə вəтəз̃ууќуус-суу`ə бимəə сōдəттум 'əŋŋ-сəбиилиль-лəh, вəлəкум 'əз̃əəбун 'əз̃ыым
Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar. -
16:95
وَلَا تَشْتَرُوا بِعَهْدِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِندَ اللَّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَвəлəə тəштəруу би'əhдиль-лəhи c̃əмəнəн ќōлиилə, иннəмəə 'иŋŋдəл-лаhи hувə хōйруль-лəкум иŋŋ-куŋŋтум тə'лəмуун
Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır. -
16:96
مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُوا أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَмəə 'иŋŋдəкум йəŋŋфəд, вəмəə 'иŋŋдəл-лаhи бəəќ, вəлəнəджзийəннəль-лəз̃иинə сōбəруу əджрōhумм-би`əhсəни мəə кəəнуу йə'мəлююн
Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik. -
16:97
مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَмəн 'əмилə сōōлиhəмм-миŋŋ-з̃əкəрин əу уŋŋc̃əə вəhувə му`минун фəлəнуhйийəннəhу həйəəтəн тōййибəh, вəлəнəджзийəннəhум əджрōhумм-би`əhсəни мəə кəəнуу йə'мəлююн
Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik. -
16:99
إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَиннəhу лэйсə лəhу сультōōнун 'əлəəль-лəз̃иинə əəмəнуу вə'əлəə рōббиhим йəтəвəккəлююн
Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.