-
Maytham Al Tammar
-
48:21
وَأُخْرَىٰ لَمْ تَقْدِرُوا عَلَيْهَا قَدْ أَحَاطَ اللَّهُ بِهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًاвə`ухрōō лəм тəќдируу 'əлэйhəə ќōд əhəəтōл-лаhу биhəə, вəкəəнəл-лаhу 'əлəə кулли шэй`ин ќōдиирō
(Allah sizə hələ) əldə etmədiyiniz digər qənimətləri (vəd edib). Şübhəsiz, Allah (vücud, qüdrət və elm baxımından) onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir. -
48:22
وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًاвəлəу ќōōтəлəкумуль-лəз̃иинə кəфəруу лəвəльлəвуль-əдбəəрō c̃уммə лəə йəджидуунə вəлиййəу-вəлəə нəсыырō
Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar. -
48:23
سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًاсуннəтəл-лаhиль-лəтии ќōд хōлəт миŋŋ-ќōбль, вəлəŋŋ-тəджидə лисуннəтиль-лəhи тəбдиилə
(Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan. -
48:24
وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِن بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًاвəhувəль-лəз̃ии кəффə əйдийəhум 'əŋŋкум вə`əйдийəкум 'əнhумм-бибəтни мəккəтə мимм-бə'ди əн əз̃фəрōкум 'əлэйhим, вəкəəнəл-лаhу бимəə тə'мəлююнə бəсыырō
Məkkənin göbəyində (Hərəmə yaxın olan Hüdeybiyyədə) sizi (ora daxil olmaqla) qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah həmişə etdiklərinizi görəndir. -
48:25
هُمُ الَّذِينَ كَفَرُوا وَصَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْيَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُ ۚ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَاءٌ مُّؤْمِنَاتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَئُوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌ بِغَيْرِ عِلْمٍ ۖ لِّيُدْخِلَ اللَّهُ فِي رَحْمَتِهِ مَن يَشَاءُ ۚ لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا أَلِيمًاhумуль-лəз̃иинə кəфəруу вəсōддуукум 'əниль-мəсджидиль-həрōōми вəəльhəдйə мə'кууфəн əй-йəблюґō мəhильлəh, вəлəулəə риджəəлюмм-му`минуунə вəнисəə`умм-му`минəəтуль-лəм тə'лəмууhум əŋŋ-тəтō`ууhум фəтусыыбəкум-минhум-мə'əррōтумм-биґōйри 'ильм, лийудхылəл-лаhу фии рōhмəтиhи мəй-йəшəə, лəу тəзəййəлюю лə'əз̃з̃əбнəəль-лəз̃иинə кəфəруу минhум 'əз̃əəбəн əлиимə
Onlar küfr edən, sizi Məscidul-haram(ın ziyarətin)dən saxlayan və həmçinin (sizin) qurbanlığınızın öz yerinə (Məkkə və ya Minaya) çatmasına mane olan kəslərdir. Əgər sizin tanımadığınız (və Məkkə kafirləri ilə qarışıq yaşayan) mömin kişi və qadınları tapdamağınız və bilmədən bu yolla sizə bir zərər və narahatçılıq (və diyələr) yetişməsəydi (sizin onlarla vuruşmağınızın qarşısını almazdı). (Belə etdi) ki, (sizdən və kafirlərlə qarışıq yaşayan müsəlmanlardan) istədiklərini Öz mərhəmətinə daxil etsin. Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik. -
48:26
إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَىٰ وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًاиз̃ джə'əлəль-лəз̃иинə кəфəруу фии ќулююбиhимуль-həмиййəтə həмиййəтəль-джəəhилиййəти фə`əŋŋзəлəл-лаhу сəкиинəтəhу 'əлəə рōсуулиhи вə'əлəəль-му`миниинə вə`əльзəмəhум кəлимəтəт-тəќвəə вəкəəнуу əhəќќō биhəə вə`əhлəhəə, вəкəəнəл-лаhу бикулли шэй`ин 'əлиимə
(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir. -
48:27
لَّقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِن شَاءَ اللَّهُ آمِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًاлəќōд сōдəќōл-лаhу рōсуулəhур-ру`йəə би-ль-həќќ, лəтəдхулюннəль-мəсджидəль-həрōōмə иŋŋ-шəə`əл-лаhу əəминиинə муhəллиќиинə ру`уусəкум вəмуќōссыриинə лəə тəхōōфуун, фə'əлимə мəə лəм тə'лəмуу фəджə'əлə миŋŋ-дууни з̃əəликə фəтhəн ќōриибə
Həqiqətən, Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu. -
48:28
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًاhувəль-лəз̃ии əрсəлə рōсуулəhу би-ль-hудəə вəдииниль-həќќи лийуз̃hирōhу 'əлəəд-диини куллиh, вəкəфəə биль-лəhи шəhиидə
(Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından) bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir. -
48:29
مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ ۚ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ ۖ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا ۖ سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ ۚ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَىٰ عَلَىٰ سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ ۗ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًاмуhəммəдур-рōсуулюл-лаh, вəəльлəз̃иинə мə'əhу əшиддəə`у 'əлəəль-куффəəри руhəмəə`у бэйнəhум, тəрōōhум руккə'əн суджджəдəй-йəбтəґуунə фəдлəмм-минəл-лаhи вəридвəəнə, сиимəəhум фии вуджууhиhим-мин əc̃əрис-суджууд, з̃əəликə мəc̃əлюhум фиит-тəурōōh, вəмəc̃əлюhум фииль-иŋŋджиили кəзəр'ин əхрōджə шəт`əhу фə`əəзəрōhу фəəстəґлəз̃ō фəəстəвəə 'əлəə сууќиhи йу'джибуз-зуррōō'ə лийəґииз̃ō биhимуль-куффəəр, вə'əдəл-лаhуль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти минhум-мəґфирōтəу-вə`əджрōн 'əз̃ыымə
Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.