-
Maytham Al Tammar
-
41:21
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوا أَنطَقَنَا اللَّهُ الَّذِي أَنطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَвəќōōлюю лиджулююдиhим лимə шəhиттум 'əлэйнəə, ќōōлюю əŋŋтōќōнəл-лаhуль-лəз̃ии əŋŋтōќō кульлə шэй`иу-вəhувə хōлəќōкум əувəлə мəррōтиу-вə`илəйhи турджə'уун
Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırınız». -
41:22
وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَـٰكِن ظَنَنتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَвəмəə куŋŋтум тəстəтируунə əй-йəшhəдə 'əлэйкум сəм'укум вəлəə əбсōōрукум вəлəə джулююдукум вəлəəкиŋŋ-з̃ōнəŋŋтум əннəл-лаhə лəə йə'лəму кəc̃иирōмм-миммəə тə'мəлююн
Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz. -
41:23
وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُم مِّنَ الْخَاسِرِينَвəз̃əəликум з̃ōннукумуль-лəз̃ии з̃ōнəŋŋтумм-бирōббикум əрдəəкум фə`əсбəhтум-минəль-хōōсириин
Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz. -
41:24
فَإِن يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَّهُمْ ۖ وَإِن يَسْتَعْتِبُوا فَمَا هُم مِّنَ الْمُعْتَبِينَфə`ий-йəсбируу фəн-нəəру мəc̃вəль-лəhум, вə`ий-йəстə'тибуу фəмəə hум-минəль-му'тəбиин
Əgər səbr etsələr, onların yeri oddur və əgər (Bizim) razılıq(ımızı) istəsələr, onlar (zatları küfr və itaətsizlik çirkinliyinə qarışdığı üçün) əsla razılığa layiq deyildirlər (Allahın o dünyada onlardan razı qalması mümkün deyil). -
41:25
۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَвəќōййəднəə лəhум ќурōнəə`ə фəзəййəнуу лəhум-мəə бэйнə əйдииhим вəмəə хōльфəhум вəhəќќō 'əлэйhимуль-ќōулю фии умəмин ќōд хōлəт миŋŋ-ќōблиhим-минəль-джинни вəəль`иŋŋс, иннəhум кəəнуу хōōсириин
Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara indiki və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar. -
41:26
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَـٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَвəќōōлəль-лəз̃иинə кəфəруу лəə тəсмə'уу лиhəəз̃əəль-ќур`əəни вəəльґōу фииhи лə'əльлəкум тəґлибуун
Küfr edənlər dedilər: «Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz». -
41:27
فَلَنُذِيقَنَّ الَّذِينَ كَفَرُوا عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ الَّذِي كَانُوا يَعْمَلُونَфəлəнуз̃ииќōннəль-лəз̃иинə кəфəруу 'əз̃əəбəн шəдиидəу-вəлəнəджзийəннəhум əсвə`əль-лəз̃ии кəəнуу йə'мəлююн
Buna görə Biz də küfr etmiş kəslərə şiddətli əzab daddıracaq və mütləq onları etdikləri çox pis işlərə görə cəzalandıracağıq (və ya onların pis işlərinin həqiqi təzahürünü onların axirət cəzaları edəcəyik). -
41:28
ذَٰلِكَ جَزَاءُ أَعْدَاءِ اللَّهِ النَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ ۖ جَزَاءً بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَз̃əəликə джəзəə`у ə'дəə`иль-лəhин-нəəр, лəhум фииhəə дəəруль-хульд, джəзəə`əмм-бимəə кəəнуу би`əəйəəтинəə йəджhəдуун
Allahın düşmənlərinin cəzası həmin o oddur. Onda (onun içində) onlar üçün Bizim nişanələrimizi inkar etmələrinin cəzası olaraq əbədi ev vardır. -
41:29
وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَвəќōōлəль-лəз̃иинə кəфəруу рōббəнəə əринəəль-лəз̃əйни əдōльлəəнəə минəль-джинни вəəль`иŋŋси нəдж'əльhумəə тəhтə əќдəəминəə лийəкуунəə минəль-əсфəлиин
Kafirlər (həmin gün) deyərlər: «Ey Rəbbimiz! Cin və insanlardan bizi azdırmış o iki dəstəni bizə göstər, xar olub alçalmaları üçün onları ayaqlarımızın altına sal(ıb tapday)aq». -
41:30
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَиннəль-лəз̃иинə ќōōлюю рōббунəл-лаhу c̃уммə-стəќōōмуу тəтəнəззəлю 'əлэйhимуль-мəлəə`икəту əльлəə тəхōōфуу вəлəə тəhзəнуу вə`əбшируу би-ль-джəннəтиль-лəтии куŋŋтум туу'əдуун
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!» -
41:31
نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَнəhну əулийəə`укум фииль-həйəəтид-дунйəə вəфииль-əəхырōh, вəлəкум фииhəə мəə тəштəhии əŋŋфусукум вəлəкум фииhəə мəə тəддə'уун
Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır. -
41:33
وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَвəмəн əhсəну ќōулəмм-миммəŋŋ-дə'əə илəл-лаhи вə'əмилə сōōлиhəу-вəќōōлə иннəнии минəль-муслимиин
Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?! -
41:34
وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌвəлəə тəстəвииль-həсəнəту вəлəəс-сəййи`əh, идфə' бильлəтии hийə əhсəну фə`из̃əəль-лəз̃ии бэйнəкə вəбэйнəhу 'əдəəвəтун кə`əннəhу вəлиййун həмиим
Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur. -
41:35
وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍвəмəə йулəќќōōhəə ильлəəль-лəз̃иинə сōбəруу вəмəə йулəќќōōhəə ильлəə з̃уу həз̃з̃ын 'əз̃ыым
Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səbr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər. -
41:36
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُвə`иммəə йəŋŋзəґōннəкə минəш-шэйтōōни нəзґун фəəстə'из̃ биль-лəh, иннəhу hувəс-сəмии'уль-'əлиим
Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur. -
41:37
وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَвəмин əəйəəтиhиль-лэйлю вəн-нəhəəру вəш-шəмсу вəəльќōмəр, лəə тəсджудуу лиш-шəмси вəлəə ли-ль-ќōмəри вəəсджудуу лильлəhиль-лəз̃ии хōлəќōhуннə иŋŋ-куŋŋтум иййəəhу тə'будуун
Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. -
41:38
فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ ۩фə`ини-стəкбəруу фəəльлəз̃иинə 'иŋŋдə рōббикə йусəббиhуунə лəhу биль-лэйли вəн-нəhəəри вəhум лəə йəс`əмуун
Buna görə də əgər təkəbbür göstərsələr, (bilsinlər ki,) sənin Rəbbinin hüzurunda olan (mələklər və yaxın)lar gecə-gündüz Onu pak sifətlərlə mədh edir və əsla yorulmurlar. -
41:39
وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌвəмин əəйəəтиhи əннəкə тəрōōль-əрдō хōōши'əтəн фə`из̃əə əŋŋзəльнəə 'əлэйhəəль-мəə`ə-hтəззəт вəрōбəт, иннəль-лəз̃ии əhйəəhəə лəмуhйииль-мəутəə, иннəhу 'əлəə кулли шэй`ин ќōдиир
Onun (tovhid və qüdrət) nişanələrindən(biri də) budur ki: Sən yeri quru və ölmüş görürsən. Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar. Həqiqətən, onu (yeri və qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir. -
41:40
إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَن يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَم مَّن يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌиннəль-лəз̃иинə йульhидуунə фии əəйəəтинəə лəə йəхфəунə 'əлэйнəə, əфəмəй-йульќōō фиин-нəəри хōйрун əм-мəй-йə`тии əəминəй-йəумəль-ќийəəмəh, и'мəлюю мəə ши`тум, иннəhу бимəə тə'мəлююнə бəсыыр
Həqiqətən, Bizim ayə və nişanələrimiz barəsində yolunu azanlar (Bizim günəş və ay kimi yaradılış nişanələrimizə ibadət edənlər və şəriət ayələrini rədd edən və səhv yozanlar) Bizə gizlin deyildirlər. Belə isə oda atılan şəxs yaxşıdır, yoxsa Qiyamət günü (Allahın hüzüruna) xatircəm gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz, O etdiklərinizi görür.