Müqəddəs Quran

Qələm (Qələm)
  • Maytham Al Tammar
  • 68:41

    أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَ

    əм лəhум шурōкəə`у фəльйə`туу бишурōкəə`иhим иŋŋ-кəəнуу сōōдиќиин

    Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
  • 68:42

    يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

    йəумə йукшəфу 'əŋŋ-сəəќиу-вəйуд'əунə илəəс-суджууди фəлəə йəстəтыы'уун

    (Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
  • 68:43

    خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ  ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ

    хōōши'əтəн əбсōōруhум тəрhəќуhум з̃ильлəh, вəќōд кəəнуу йуд'əунə илəəс-суджууди вəhум сəəлимуун

    Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
  • 68:44

    فَذَرْنِي وَمَن يُكَذِّبُ بِهَـٰذَا الْحَدِيثِ  ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

    фəз̃əрнии вəмəй-йукəз̃з̃ибу биhəəз̃əəль-həдииc̃, сəнəстəдриджуhум-мин həйc̃у лəə йə'лəмуун

    Belə isə, bu kəlamı (Quranı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
  • 68:45

    وَأُمْلِي لَهُمْ  ۚ إِنَّ كَيْدِي مَتِينٌ

    вə`умлии лəhум, иннə кəйдии мəтиин

    Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
  • 68:46

    أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

    əм тəс`əлюhум əджрōн фəhум-мимм-мəґрōмимм-муc̃ќōлююн

    Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
  • 68:47

    أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

    əм 'иŋŋдəhумуль-ґōйбу фəhум йəктубуун

    Ya bəlkə qeyb (Lövhi-Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil- sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
  • 68:48

    فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ

    фəəсбир лиhукми рōббикə вəлəə тəкуŋŋ-кəсōōhибиль-hуути из̃ нəəдəə вəhувə мəкз̃уум

    Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
  • 68:49

    لَّوْلَا أَن تَدَارَكَهُ نِعْمَةٌ مِّن رَّبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ

    лəулəə əŋŋ-тəдəəрōкəhу ни'мəтумм-мир-рōббиhи лəнубиз̃ə би-ль-'əрōō`и вəhувə мəз̃муум

    Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
  • 68:50

    فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ

    фəəджтəбəəhу рōббуhу фəджə'əлəhу минəс-сōōлиhиин

    Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.
  • 68:51

    وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ

    вə`ий-йəкəəдуль-лəз̃иинə кəфəруу лəйузлиќуунəкə би`əбсōōриhим лəммəə сəми'ууз̃-з̃икрō вəйəќуулююнə иннəhу лəмəджнуун

    Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
  • 68:52

    وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ

    вəмəə hувə ильлəə з̃икрул-ли-ль-'əəлəмиин

    Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.
Ayə əlfəcinə əlavə olundu
Ayə əlfəcindən silindi