-
Maytham Al Tammar
-
11:21
أُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَуулəə`икəль-лəз̃иинə хōсируу əŋŋфусəhум вəдōльлə 'əнhум-мəə кəəнуу йəфтəруун
Öz vücudlarını ziyana vermiş kəslər onlardır və uydurduqları şey (onların yalançı məbudları) onlardan qeyb oldu və yoxa çıxdı. -
11:23
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَиннəль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти вə`əхбəтуу илəə рōббиhим уулəə`икə əсhəəбуль-джəннəh, hум фииhəə хōōлидуун
Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar. -
11:24
۞ مَثَلُ الْفَرِيقَيْنِ كَالْأَعْمَىٰ وَالْأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَмəc̃əлюль-фəрииќōйни кəəль`ə'мəə вəəль`əсōмми вəəльбəсыыри вəс-сəмии', həль йəстəвийəəни мəc̃əлə, əфəлəə тəз̃əккəруун
Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə və eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?! -
11:27
فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَфəќōōлəль-мəлə`уль-лəз̃иинə кəфəруу миŋŋ-ќōумиhи мəə нəрōōкə ильлəə бəшəрōмм-миc̃лəнəə вəмəə нəрōōкə-ттəбə'əкə ильлəəль-лəз̃иинə hум əрōōз̃илюнəə бəəдийəр-рō`йи вəмəə нəрōō лəкум 'əлэйнəə миŋŋ-фəдлимм-бəль нəз̃уннукум кəəз̃ибиин
Beləliklə, onun qövmünün küfr edən əyan və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa – (onlar da) fikirləşmədən və elə ilk baxışda – tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik». -
11:28
قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَќōōлə йəə ќōуми əрō`əйтум иŋŋ-куŋŋту 'əлəə бэййинəтимм-мир-рōббии вə`əəтəəнии рōhмəтəмм-мин 'иŋŋдиhи фə'уммийəт 'əлэйкум əнульзимукумууhəə вə`əŋŋтум лəhəə кəəриhуун
Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (İlahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?! -
11:29
وَيَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۚ وَمَا أَنَا بِطَارِدِ الَّذِينَ آمَنُوا ۚ إِنَّهُم مُّلَاقُو رَبِّهِمْ وَلَـٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَвəйəə ќōуми лəə əс`əлюкум 'əлэйhи мəəлə, ин əджрийə ильлəə 'əлəл-лаh, вəмəə əнəə битōōридиль-лəз̃иинə əəмəнуу, иннəhум-мулəəќуу рōббиhим вəлəəкиннии əрōōкум ќōумəн тəджhəлююн
«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm». -
11:31
وَلَا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ وَلَا أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ اللَّهُ خَيْرًا ۖ اللَّهُ أَعْلَمُ بِمَا فِي أَنفُسِهِمْ ۖ إِنِّي إِذًا لَّمِنَ الظَّالِمِينَвəлəə əќуулю лəкум 'иŋŋдии хōзəə`инул-лаhи вəлəə ə'лəмуль-ґōйбə вəлəə əќуулю иннии мəлəкуу-вəлəə əќуулю лильлəз̃иинə тəздəрии ə'йунукум лэй-йу`тийəhумул-лаhу хōйрō, аллаhу ə'лəму бимəə фии əŋŋфусиhим, иннии из̃əль-лəминəз̃-з̃ōōлимиин
Və mən sizə Allahın (malların çoxalması, istəklərin yerinə yetirilməsi, xəstələrin şəfası kimi rəhmət) xəzinələrinin mənim ixtiyarımda olmasını demirəm, mən qeybi də bilmirəm, mən mələyəm demirəm və gözlərinizin xarlıq və həqirliklə baxdığı kəslər haqqında «Allah onlara heç vaxt bir xeyir verməyəcəkdir» də demirəm. Allah onların batinlərində olanı daha yaxşı bilir. Əgər elə desəm, mütləq zalımlardan olaram». (Ənam surəsinin 50-ci ayəsinə müraciət edin.) -
11:32
قَالُوا يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَќōōлюю йəə нууhу ќōд джəəдəльтəнəə фə`əкc̃əртə джидəəлəнəə фə`тинəə бимəə тə'идунəə иŋŋ-куŋŋтə минəс-сōōдиќиин
Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir». -
11:34
وَلَا يَنفَعُكُمْ نُصْحِي إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ اللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَвəлəə йəŋŋфə'укум нусhии ин əрōтту əн əŋŋсōhə лəкум иŋŋ-кəəнəл-лаhу йурииду əй-йуґвийəкум, hувə рōббукум вə`илəйhи турджə'уун
«Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət vadisində (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız». -
11:35
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِّمَّا تُجْرِمُونَəм йəќуулююнə-фтəрōōh, ќуль ини-фтəрōйтуhу фə'əлэййə иджрōōмии вə`əнəə бəрии`умм-миммəə туджримуун
Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Quranı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam». -
11:36
وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَвə`ууhийə илəə нууhин əннəhу лэй-йу`минə миŋŋ-ќōумикə ильлəə мəŋŋ-ќōд əəмəнə фəлəə тəбтə`ис бимəə кəəнуу йəф'əлююн
Və Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə». -
11:37
وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُم مُّغْرَقُونَвəəснə'иль-фулькə би`ə'йунинəə вəвəhйинəə вəлəə тухōōтыбнии фииль-лəз̃иинə з̃ōлəмуу, иннəhум-муґрōќуун
«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar». -
11:38
وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِّن قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَвəйəснə'уль-фулькə вəкульлəмəə мəррō 'əлэйhи мəлə`умм-миŋŋ-ќōумиhи сəхыруу минh, ќōōлə иŋŋ-тəсхōруу миннəə фə`иннəə нəсхōру миŋŋкум кəмəə тəсхōруун
Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik». -
11:39
فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌфəсəуфə тə'лəмуунə мəй-йə`тииhи 'əз̃əəбуй-йухзииhи вəйəhиллю 'əлэйhи 'əз̃əəбумм-муќиим
Beləliklə, tezliklə (dünyada) xar və rüsvayedici əzabın kimə gələcəyini biləcəksiniz və (axirətdə) ona həmişəlik əzab nazil olacaqdır. -
11:40
حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌhəттəə из̃əə джəə`ə əмрунəə вəфəəрōт-тəннууру ќульнəə-hмиль фииhəə миŋŋ-куллин зəуджəйни-c̃нəйни вə`əhлəкə ильлəə мəŋŋ-сəбəќō 'əлэйhиль-ќōулю вəмəн əəмəн, вəмəə əəмəнə мə'əhу ильлəə ќōлииль
(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.