Müqəddəs Quran

Bəqərə (İnək)
  • Maytham Al Tammar
  • 2:81

    بَلَىٰ مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَـٰئِكَ أَصْحَابُ النَّارِ  ۖ هُمْ فِيهَا خَالِدُونَ

    бəлəə мəŋŋ-кəсəбə сəййи`əтəу-вə`əhəəтōт биhи хōтыы`əтуhу фə`уулəə`икə əсhəəбун-нəəр, hум фииhəə хōōлидуун

    Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.
  • 2:82

    وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ أَصْحَابُ الْجَنَّةِ  ۖ هُمْ فِيهَا خَالِدُونَ

    вəəльлəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти уулəə`икə əсhəəбуль-джəннəh, hум фииhəə хōōлидуун

    İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
  • 2:83

    وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِّنكُمْ وَأَنتُم مُّعْرِضُونَ

    вə`из̃ əхōз̃нəə мииc̃əəќō бəнии исрōō`иилə лəə тə'будуунə ильлəл-лаhə вəби-ль-вəəлидəйни иhсəəнəу-вəз̃ииль-ќурбəə вəəльйəтəəмəə вəəльмəсəəкиини вəќуулюю лин-нəəси hуснəу-вə`əќиимуус-сōлəəтə вə`əəтууз-зəкəəтə c̃уммə тəвəльлəйтум ильлəə ќōлиилəмм-миŋŋкум вə`əŋŋтум-му'ридуун

    Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz.
  • 2:84

    وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ

    вə`из̃ əхōз̃нəə мииc̃əəќōкум лəə тəсфикуунə димəə`əкум вəлəə тухриджуунə əŋŋфусəкум-миŋŋ-дийəəрикум c̃уммə əќрōртум вə`əŋŋтум тəшhəдуун

    Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz.
  • 2:85

    ثُمَّ أَنتُمْ هَـٰؤُلَاءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ  ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ  ۚ فَمَا جَزَاءُ مَن يَفْعَلُ ذَ‌ٰلِكَ مِنكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا  ۖ وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ  ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

    c̃уммə əŋŋтум həə`улəə`и тəќтулююнə əŋŋфусəкум вəтухриджуунə фəрииќōмм-миŋŋкум-миŋŋ-дийəəриhим тəз̃ōōhəруунə 'əлэйhимм-би-ль-иc̃ми вəəль'удвəəни вə`ий-йə`туукум усəəрōō туфəəдууhум вəhувə муhəррōмун 'əлэйкум ихрōōджуhум, əфəту`минуунə бибə'дыль-китəəби вəтəкфуруунə бибə'д, фəмəə джəзəə`у мəй-йəф'əлю з̃əəликə миŋŋкум ильлəə хызйун фииль-həйəəтид-дунйəə, вəйəумəль-ќийəəмəти йурōддуунə илəə əшəддиль-'əз̃əəб, вəмəл-лаhу биґōōфилин 'əммəə тə'мəлююн

    (Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir.
  • 2:86

    أُولَـٰئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ  ۖ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنصَرُونَ

    уулəə`икəль-лəз̃иинə-штəрōвуль-həйəəтəд-дунйəə би-ль-əəхырōh, фəлəə йухōффəфу 'əнhумуль-'əз̃əəбу вəлəə hум йуŋŋсōруун

    Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır.
  • 2:87

    وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِن بَعْدِهِ بِالرُّسُلِ  ۖ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ  ۗ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ

    вəлəќōд əəтəйнəə муусəəль-китəəбə вəќōффəйнəə мимм-бə'диhи бир-русуль, вə`əəтəйнəə 'иисəə-бнə мəрйəмəль-бэййинəəти вə`əййəднəəhу бирууhиль-ќудус, əфəкульлəмəə джəə`əкум рōсуулюмм-бимəə лəə тəhвəə əŋŋфусукуму-стəкбəртум фəфəрииќōн кəз̃з̃əбтум вəфəрииќōн тəќтулююн

    Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!
  • 2:88

    وَقَالُوا قُلُوبُنَا غُلْفٌ  ۚ بَل لَّعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَّا يُؤْمِنُونَ

    вəќōōлюю ќулююбунəə ґульф, бəль-лə'əнəhумул-лаhу бикуфриhим фəќōлиилəмм-мəə йу`минуун

    Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər).
  • 2:89

    وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِّنْ عِندِ اللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُوا مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُم مَّا عَرَفُوا كَفَرُوا بِهِ  ۚ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ

    вəлəммəə джəə`əhум китəəбумм-мин 'иŋŋдиль-лəhи мусōддиќул-лимəə мə'əhум вəкəəнуу миŋŋ-ќōблю йəстəфтиhуунə 'əлəəль-лəз̃иинə кəфəруу фəлəммəə джəə`əhум-мəə 'əрōфуу кəфəруу биh, фəлə'нəтул-лаhи 'əлəəль-кəəфириин

    Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!
  • 2:90

    بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُوا بِمَا أَنزَلَ اللَّهُ بَغْيًا أَن يُنَزِّلَ اللَّهُ مِن فَضْلِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ  ۖ فَبَاءُوا بِغَضَبٍ عَلَىٰ غَضَبٍ  ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ

    би`сəмəə-штəрōу биhи əŋŋфусəhум əй-йəкфуруу бимəə əŋŋзəлəл-лаhу бəґйəн əй-йунəззилəл-лаhу миŋŋ-фəдлиhи 'əлəə мəй-йəшəə`у мин 'ибəəдиh, фəбəə`уу биґōдōбин 'əлəə ґōдōб, вəли-ль-кəəфириинə 'əз̃əəбумм-муhиин

    Özlərini satdıqları şey – Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq etdikləri üçün Onun nazil etdiyinə kafir olmaları – nə qədər də pis bir şeydir. Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır.
  • 2:91

    وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ  ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاءَ اللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ

    вə`из̃əə ќиилə лəhум əəминуу бимəə əŋŋзəлəл-лаhу ќōōлюю ну`мину бимəə уŋŋзилə 'əлэйнəə вəйəкфуруунə бимəə вəрōō`əhу вəhувəль-həќќу мусōддиќōл-лимəə мə'əhум, ќуль фəлимə тəќтулююнə əмм-бийəə`əл-лаhи миŋŋ-ќōблю иŋŋ-куŋŋтум-му`миниин

    Onlara «Allahın nazil etdiyinə (Qurana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»
  • 2:92

     ۞ وَلَقَدْ جَاءَكُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ

    вəлəќōд джəə`əкум-муусəə би-ль-бэййинəəти c̃уммə-ттəхōз̃тумуль-'иджлə мимм-бə'диhи вə`əŋŋтум з̃ōōлимуун

    Həqiqətən, Musa sizə möcüzələr və açıq-aydın dəlillər gətirdi, lakin siz ondan (o, Tur dağına getdikdən) sonra (özünüzə və Allahın ayələrinə qarşı) zülm edərək buzova sitayiş etməyə başladınız.
  • 2:93

    وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُوا  ۖ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ  ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِ إِيمَانُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

    вə`из̃ əхōз̃нəə мииc̃əəќōкум вəрōфə'нəə фəуќōкумут-туурō хуз̃уу мəə əəтəйнəəкумм-биќуувəтиу-вəəсмə'уу, ќōōлюю сəми'нəə вə'əсōйнəə вə`ушрибуу фии ќулююбиhимуль-'иджлə бикуфриhим, ќуль би`сəмəə йə`мурукумм-биhи иимəəнукум иŋŋ-куŋŋтум-му`миниин

    Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınız üzərinə qaldırdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi ciddiyyətlə öyrənin, eşidin və qəbul edin». Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova pərəstiş etməyi, peyğəmbərləri öldürməyi və təkzib etməyi sizə imanınız əmr edirsə), onda imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!»
  • 2:94

    قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِندَ اللَّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

    ќуль иŋŋ-кəəнəт лəкумуд-дəəруль-əəхырōту 'иŋŋдəл-лаhи хōōлисōтəмм-миŋŋ-дуунин-нəəси фəтəмəннəвуль-мəутə иŋŋ-куŋŋтум сōōдиќиин

    De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın».
  • 2:95

    وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ  ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ

    вəлэй-йəтəмəннəуhу əбəдəмм-бимəə ќōддəмəт əйдииhим, вəл-лаhу 'əлиимумм-биз̃-з̃ōōлимиин

    Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.
  • 2:96

    وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَىٰ حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا  ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ  ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

    вəлəтəджидəннəhум əhрōсōн-нəəси 'əлəə həйəəтиу-вəминəль-лəз̃иинə əшрōкуу, йəвəдду əhəдуhум лəу йу'əммəру əльфə сəнəтиу-вəмəə hувə бимузəhзиhиhи минəль-'əз̃əəби əй-йу'əммəр, вəл-лаhу бəсыырумм-бимəə йə'мəлююн

    Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.
  • 2:97

    قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

    ќуль мəŋŋ-кəəнə 'əдуувəл-лиджибриилə фə`иннəhу нəззəлəhу 'əлəə ќōльбикə би`из̃ниль-лəhи мусōддиќōл-лимəə бэйнə йəдəйhи вəhудəу-вəбушрōō ли-ль-му`миниин

    («Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Quranı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab) ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib».
  • 2:98

    مَن كَانَ عَدُوًّا لِّلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِّلْكَافِرِينَ

    мəŋŋ-кəəнə 'əдуувəл-лильлəhи вəмəлəə`икəтиhи вəрусулиhи вəджибриилə вəмиикəəлə фə`иннəл-лаhə 'əдуувул-ли-ль-кəəфириин

    Kim Allah, Onun mələkləri, peyğəmbərləri, Cəbrail və Mikail ilə düşmən olsa (kafirdir və) şübhəsiz, Allah da kafirlərə düşməndir.
  • 2:99

    وَلَقَدْ أَنزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ  ۖ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ

    вəлəќōд əŋŋзəльнəə илəйкə əəйəəтимм-бэййинəəт, вəмəə йəкфуру биhəə ильлəəль-фəəсиќуун

    Həqiqət budur ki, Biz sənə aydın və aydınlıq gətirən ayələr nazil etdik və onlara ancaq fasiqlər kafir olarlar.
  • 2:100

    أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم  ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ

    əвəкульлəмəə 'əəhəдуу 'əhдəн-ннəбəз̃əhу фəрииќумм-минhум, бəль əкc̃əруhум лəə йу`минуун

    Nə üçün onlar nə vaxt (Allah və Onun peyğəmbərləri ilə) əhd bağlayıblarsa, onların bir dəstəsi onu pozub?! (Bunlar nəinki əhdi pozurlar,) hətta əksəriyyəti iman gətirmir.

Достоинства этой суры

1. Айаши привёл, что Посланник Аллаха (С) сказал:

Мне даны длинные суры вместо Торы, средние — вместо Евангелия и краткие — вместо Псалмов. И мне даны ещё шестьдесят семь сур.

(«Тафсир» Айаши, том 1, С. 43).

 

2. Шейх Садук привёл, что Имам Садык (А) сказал:

Кто прочитает суры «Корова» и «Семейство Имрана» — эти две суры в Судный День будут над его головой, подобно облаку.

(«Савабу ль-амаль», С. 132).

 

3. Айаши привёл, что Посланник Аллаха (С) сказал:

Кто прочитает четыре первых аята суры «Корова», затем аят Курси и два аята после него, а потом три последних аята суры «Корова» — не увидит в себе самом, своей семье и имуществе того, что будет ему неприятно, и шайтан не приблизится к нему, и он не забудет Коран.

(«Тафсир» Айаши, том 1, С. 43).

Ayə əlfəcinə əlavə olundu
Ayə əlfəcindən silindi