Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)
(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.
Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).
Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.
И небо возвысил Он и установил весы [справедливости],
Mirzə Əli Meşkini Ərdəbili
Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).
Между ними [есть] преграда, [которую] не могут преступить они оба.
Mirzə Əli Meşkini Ərdəbili
(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
Ali Quli Qarai
There is a barrier between them, which they do not overstep.